AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
07.05.2013
QEYDİYYAT NÖMRƏSİ
893
ADI
“Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 09-05-2013, Nəşr nömrəsi: 98), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2013, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 514)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.05.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.050
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201305070893
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.05.2013
“Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanında dəyişikliklər edilməsi h

“Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 442-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 624) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və mətnində “müsabiqənin” sözü “müsabiqə və müsahibənin” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə” üzrə:

2.1. Əsasnamənin adında, 1-ci və 14-cü bəndlərdə “müsabiqənin” sözündən sonra “və müsahibənin” sözləri əlavə edilsin;

2.2. 2-ci bənddə “müsabiqə” sözündən sonra “və ya müsahibə” sözləri əlavə edilsin;

2.3. 4-cü bənd üzrə:

2.3.1. birinci abzasda “Müsabiqədə” sözündən sonra “və ya müsahibədə” sözləri əlavə edilsin;

2.3.2. altıncı abzasda “ali təhsil haqqında” sözləri “müvafiq təhsilə malik olduğunu təsdiq edən” sözləri ilə əvəz edilsin;

2.4. 6-cı bənd üzrə:

2.4.1. birinci cümlədən “, bir qayda olaraq,” sözləri çıxarılsın;

2.4.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə qəbul müsahibə əsasında həyata keçirilir.”;

2.5. 7-ci bənddə “ali təhsilli” sözlərindən sonra “, müsahibəyə isə ən azı tam orta və orta ixtisas təhsilli” sözləri əlavə edilsin;

2.6. II hissənin adında “MÜSABİQƏ KOMİSSİYASI” sözləri “MÜSABİQƏ VƏ MÜSAHİBƏ KOMİSSİYALARI” sözləri ilə əvəz edilsin;

2.7. 9-cu bənd üzrə:

2.7.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Müsabiqə və müsahibənin keçirilməsi, namizədlərin təyinatına dair təkliflərin verilməsi üçün Müsabiqə və Müsahibə komissiyaları (bundan sonra - Komissiyalar) yaradılır.”;

2.7.2. ikinci cümlədə “Komissiyanın” sözü “Komissiyaların” sözü ilə əvəz edilsin;

2.8. 10-cu, 11-ci bəndlərdə və 12-ci bəndin birinci və beşinci cümlələrində “Komissiyanın” sözü “Komissiyaların” sözü ilə əvəz edilsin;

2.9. III hissənin adında “MÜSABİQƏNİN” sözündən sonra “VƏ MÜSAHİBƏNİN” sözləri əlavə edilsin;

2.10. 13-cü bənddə “müsabiqəyə” sözündən sonra “və müsahibəyə” sözləri, “müsabiqənin” sözündən sonra “və müsahibənin” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 may 2013-cü il

№ 893

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status