Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”ni “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 282-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 14; 2001, № 11, maddə 669; 2002, № 5, maddə 237; 2006, № 6, maddə 478; 2007, № 8, maddə 756, № 11, maddə 1075; 2008, № 8, maddə 701, № 10, maddə 886; 2009, № 4, maddə 211, № 7, maddə 519; 2010, № 3, maddə 171) ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci maddədə “Vətəndaşlara” sözü “Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşlara” sözləri ilə, “Əsasnamənin 5-ci bəndində” sözləri “Əsasnamədə” sözü ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 2-1-ci maddə əlavə edilsin:
“2-1. Bu Əsasnamənin 2-ci maddəsində göstərilən halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə həmin maddədə göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən birini təqdim etməlidir.”;
1.3. 3-cü maddə üzrə:
1.3.1. birinci abzasda “2-ci bəndinin “a” - “q” yarımbəndlərində” sözləri “2-ci maddəsinin “a” - “q” bəndlərində” sözləri ilə əvəz edilsin;
1.3.2. ikinci abzas aşağıdakı redaksiyada verilsin:
“vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir);”;
1.3.3. üçüncü abzasdan “və ya doğum haqqında şəhadətnamə” sözləri çıxarılsın;
1.3.4. üçüncü abzas dördüncü abzas hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“vətəndaşlığı olmayan şəxslər üçün ərizə-anket (3 və 4 saylı Əlavə);”;
1.4. aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:
“4-1. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur:
1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir);
2) doğum haqqında şəhadətnamə;
3) bu Əsasnamənin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.”;
1.5. 5-ci maddədə “2-ci və 4-cü bəndində” sözləri “2-ci – 4-1-ci maddələrində” sözləri ilə əvəz edilsin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin və “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin tələblərinə müvafiq surətdə” sözləri çıxarılsın;
1.6. 6-cı maddə üzrə:
1.6.1. ikinci cümlədə “müvafiq şəxsiyyət vəsiqəsi verilənə qədər vətəndaşa — Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən müvəqqəti sənəd və vətəndaşlığı olmayan şəxsə -” sözləri “vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumatı dəyişdirir, vətəndaşlığı olmayan şəxsə isə şəxsiyyət vəsiqəsi verilənə qədər ona” sözləri ilə əvəz edilsin;
1.6.2. üçüncü cümlədə “Vətəndaşa şəxsiyyət vəsiqəsi və vətəndaşlığı” sözləri “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı” sözləri ilə əvəz edilsin;
1.7. 7-ci maddə ləğv edilsin;
1.8. 10-cu maddənin “v” bəndində “azadlıqdan” sözündən əvvəl “ömürlük” sözü əlavə edilsin;
1.9. 11-ci maddədə “özü üçün ərizə-anket (2 saylı Əlavə)” sözləri “olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir)” sözləri ilə əvəz edilsin;
1.10. 12-ci maddənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
“vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir).”;
1.11. 13-cü maddədə “qeydiyyata almalı və bu barədə müvəqqəti qeyd aparmaqla həmin qeydi onun şəxsiyyət vəsiqəsinin arxasına yapışdırmalıdır” sözləri “olduğu yer üzrə qeydiyyata almalıdır” sözləri ilə əvəz edilsin;
1.12. 23-2-ci maddədə “23-1-ci bəndinin “a” və “b” yarımbəndlərində” sözləri “23-1-ci maddəsinin “a” və “b” bəndlərində” sözləri ilə əvəz edilsin;
1.13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”yə 1 və 2 saylı Əlavələr 2018-ci il sentyabrın 1-dən ləğv edilsin.
[1]
Maddə 2. Bu Qanunun 1.8-ci və 1.11-ci maddələri 2017-ci il yanvarın 1-dən, digər müddəaları 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir.
[2]
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2013-cü il
№ 622-IVQD
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
27 dekabr 2013-cü il tarixli 864-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2013-cü il, № 290; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1502)
2.
28 aprel 2015-ci il tarixli 1276-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 682)
3.
29 noyabr 2016-cı il tarixli 432-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2027)
4.
17 noyabr 2017-ci il tarixli 883-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, I kitab maddə 2241)
5.
29 iyun 2018-ci il tarixli 1217-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1433)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
29 noyabr 2016-cı il tarixli 432-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2027) ilə 1.13-cü maddədə “2017-ci il” sözləri “2018-ci il” sözləri ilə əvəz edilmişdir.
29 iyun 2018-ci il tarixli 1217-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1433) ilə 1.13-cü və 2-ci maddələrində “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilmişdir.
[2]
27 dekabr 2013-cü il tarixli 864-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2013-cü il, № 290; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1502) ilə 1.13-cü və 2-ci maddələrində “2014-cü il yanvarın 1-dən” sözləri “2015-ci il dekabrın 1-dən” sözləri ilə əvəz edilmişdir.
28 aprel 2015-ci il tarixli 1276-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 682) ilə 1.13-cü və 2-ci maddələrində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilmişdir.
29 noyabr 2016-cı il tarixli 432-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2027) ilə 2-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 2. Bu Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.
17 noyabr 2017-ci il tarixli 883-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, I kitab maddə 2241) ilə 1.13-cü və 2-ci maddələrdə “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilmişdir.