AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
22.05.2013
QEYDİYYAT NÖMRƏSİ
2910
ADI
Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 23-05-2013, Nəşr nömrəsi: 111), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2013, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 550)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.05.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201305222910
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
23.05.2013
Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında

Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasının 1999-cu ildən üzvü olduğu Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 45-ci illik toplantısında Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci ilin may ayında Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilmişdir.

Bununla əlaqədar olaraq 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı” Anlaşma Memorandumu imzalanmışdır.

1966-cı ildə yaradılmış, hazırda 67 üzvü olan və əsas vəzifəsi üzv ölkələrin inkişafında onlara yardım etməklə əhalinin həyat səviyyəsini yaxşılaşdırmaqdan ibarət olan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısının Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin Asiya və Sakit okean regionunda yerləşən dövlətlərlə əməkdaşlığının genişlənməsinə böyük təkan verəcəkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2015-ci ilin may ayında Bakı şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci il mayın 3-dən 5-dək Bakı şəhərində keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

 

Təşkilat Komitəsinin sədri

 

Yaqub Eyyubov

-

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Təşkilat Komitəsi sədrinin müavini

 

Samir Şərifov

-

Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasından Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının üzvü

 

Təşkilat Komitəsinin üzvləri:

 

Hacıbala Abutalıbov

-

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Elmar Məmmədyarov

-

Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov

-

Azərbaycan Respublikasının daxili işlər naziri

Eldar Mahmudov

-

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Şahin Mustafayev

-

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri [1]

Fazil Məmmədov

-

Azərbaycan Respublikasının vergilər naziri

Ziya Məmmədov

-

Azərbaycan Respublikasının nəqliyyat naziri

Əbülfəs Qarayev

-

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Əli Abbasov

-

Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri [2]

Oqtay Şirəliyev

-

Azərbaycan Respublikasının səhiyyə naziri

Aydın Əliyev

-

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Anar Ələkbərov

-

Heydər Əliyev Mərkəzinin direktoru

Elman Rüstəmov

-

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Elçin Quliyev

-

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Firudin Nəbiyev

-

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Cahangir Əsgərov

-

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti.

 

2. Təşkilat Komitəsi:

2.1. “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı” Anlaşma Memorandumuna uyğun olaraq illik toplantının təşkili və keçirilməsinə dair tədbirlər planının hazırlanmasını və icrasını təmin etsin;

2.2. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsi ilə əlaqədar digər zəruri məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsi ilə bağlı Asiya İnkişaf Bankı ilə əlaqələndirmə və Təşkilat Komitəsinin katibliyi funksiyalarını həyata keçirsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 may 2013-cü il

    № 2910

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477)

2.             2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

3.             16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477) ilə 1-ci hissədə “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissədən “və sənaye” sözləri çıxarılmışdır.

 

[2] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 1-ci hissədə “rabitə və informasiya texnologiyaları naziri” sözləri “rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status