AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
05.12.2003
QEYDİYYAT NÖMRƏSİ
530-IIQ
ADI
"Terrorizmin qarşısının alınması haqqında" Avropa Konvensiyasının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2003, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 690)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Terrorizmin qarşısının alınması haqqında" Avropa Konvensiyasının təsdiq edilməsi barədə

"Terrorizmin qarşısının alınması haqqında" Avropa Konvensiyasının təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Terrorizmin qarşısının alınması haqqında" 1977-ci il yanvarın 27-də imzalanmış Avropa Konvensiyası Azərbaycan Respublikasının ona dair bəyanat və qeyd-şərti ilə birlikdə (bəyanat və qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2003-cü il
№ 530-IIQ

Avropa Şurası

Avropa müqavilələri № 90

 

Terrorizmin qarşısının alınması haqqında
Avropa konvensiyası

 

Strasburq, 27 yanvar 1977-ci il

 

Bu Konvensiyanı imzalayan Avropa Şurası üzvü olan dövlətlər,

hesab edərək ki, Avropa Şurasının məqsədi onun üzvləri arasında daha böyük birliyə nail olmaqdır;

terror aktlarının sayının artması ilə əlaqədar artan narahatlığı dərk edərək;

bu cür aktları törədən şəxslərin istintaqdan və cəzadan yayınmasının qarşısının alınması məqsədi ilə tədbirlər görülməsinə çalışaraq;

ekstradisiyanın bu cür nəticəyə nail olmaq üçün xüsusilə səmərəli vasitə olmasına əmin olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

1. Razılığa gələn Dövlətlər arasında ekstradisiya məqsədləri ilə aşağıda göstərilən cinayətlərdən heç biri siyasi cinayət və ya siyasi cinayət ilə əlaqədar cinayət və ya siyasi motivlərlə törədilən cinayət hesab edilmir: [1]

a) Haaqada 1970-ci il dekabrın 16-da imzalanmış «Təyyarələrin qeyri-qanuni ələ keçirilməsi ilə mübarizə haqqında» Konvensiyanın müddəalarının təsiri altına düşən cinayət;

b) Monrealda 1971-ci il sentyabrın 23-də bağlanmış «Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönələn qanunsuz aktlarla mübarizə haqqında» Konvensiyanın müddəalarının təsiri altına düşən cinayət; [2]

c) 1973-cü il 14 dekabr tarixində Nyu-York şəhərində qəbul edilmiş Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya ilə əhatə olunan cinayət;

d) 1979-cu il 17 dekabr tarixində Nyu-York şəhərində qəbul edilmiş Adamların girov götürülməsinə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya ilə əhatə olunan cinayət;

e) 1980-ci il 3 mart tarixində Vyana şəhərində qəbul edilmiş Nüvə materialının fiziki mühafizəsi haqqında Konvensiya ilə əhatə olunan cinayət;

f) 1988-ci il 24 fevral tarixində Monreal şəhərində qəbul edilmiş Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında Konvensiyanı tamamlayan Beynəlxalq mülki aviasiyaya xidmət göstərən aeroportlarda qanunsuz zorakılıq hərəkətləri əleyhinə mübarizə haqqında Protokol ilə əhatə olunan cinayət; [3]

g) 1988-ci il 10 mart tarixində Roma şəhərində bağlanmış Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında Konvensiya ilə əhatə olunan cinayət;

h) 1988-ci il 10 mart tarixində Roma şəhərində bağlanmış Kontinental şelfdə yerləşən stasionar platformaların təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında Protokolla əhatə olunan cinayət;

i) 1997-ci il 15 dekabr tarixində Nyu-York şəhərində qəbul edilmiş Bomba terrorizmi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya ilə əhatə olunan cinayət;

j) 1999-cu il 9 dekabr tarixində Nyu-York şəhərində qəbul edilmiş Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya ilə əhatə olunan cinayət. [4]

2. Aşağıdakı əməllər bu maddənin 1-ci bəndində göstərilən konvensiyalarla əhatə olunmadığından Razılığa gələn Dövlətlər arasında ekstradisiya məqsədləri üçün eyni qayda təkcə əsas cinayətləri icraçı kimi törətməyə deyil, o cümlədən aşağıdakılara tətbiq edilir:

a) bu əsas cinayətlərin hər hansı birini törətməyə cəhd;

b) bu əsas cinayətlərin hər hansı birinin törədilməsində və ya törətmək cəhdində iştirak etmə;

c) bu əsas cinayətlərin hər hansı birinin törədilməsini təşkil etmə və ya digər şəxsləri cinayət törətməyə və ya törətmək üçün cəhd etməyə yönəltmə. [5]

 

Maddə 2

 

1. Razılığa gələn Dövlət, şəxsin həyatına fiziki toxunulmazlığına və ya azadlığına qarşı yönələn zorakılıq aktı ilə bağlı 1-ci maddədə göstərilməyən digər ağır cinayəti Razılığa gələn Dövlətlər arasında ekstradisiya məqsədi ilə siyasi cinayət və ya siyasi cinayət ilə əlaqədar cinayət və ya siyasi motivlərlə törədilən cinayət hesab etməmək qərarı qəbul edə bilər.

2. Bu cür akt insanlar üçün kollektiv təhlükə yaratdığı təqdirdə həmin müddəalar, 1-ci maddədə göstərilən digər ağır cinayətlərdən fərqli olan əmlaka xələl gətirmək aktları ilə bağlı cinayətə şamil edilir.

3. Bu, aşağıdakılara da tətbiq edilir:

a. yuxarıda qeyd olunan cinayətlərin hər hansı birini törətməyə cəhd göstərmə;

b. yuxarıda qeyd olunan cinayətlərin hər hansı birində və belə cinayətləri törətməyə cəhddə iştirakçı olma;

c. yuxarıda qeyd olunan cinayətlərin hər hansı birini təşkil etmə və ya digər şəxsləri belə cinayətləri törətməyə və ya buna cəhdə yönəltmə. [6]

 

Maddə 3

 

«Ekstradisiya haqqında» Avropa Konvensiyası da daxil olmaqla, Razılığa gələn Dövlətlər arasında tətbiq olunan ekstradisiya haqqında bütün müqavilələrin və sazişlərin müddəaları Razılığa gələn Dövlətlər arasında bu Konvensiyaya uyğun olacaq dərəcədə dəyişdirilir.

 

 

 

Maddə 4

 

1. 1-ci və 2-ci maddələrdə göstərilən hər hansı bir cinayət Razılığa gələn Dövlətlər arasında mövcud olan ekstradisiya haqqında Saziş və ya konvensiyada ekstradisiya oluna bilən cinayət kimi göstərilmirsə, bu Konvensiyanın məqsədləri üçün bu cür cinayət həmin saziş və ya konvensiyaya daxil edilmiş hesab edilir. Razılığa gələn Dövlətlər onlar arasında sonralar bağlanacaq ekstradisiya haqqında müqavilələrdə belə cinayətləri ekstradisiyanı nəzərdə tutan cinayətlər hesab etmək barədə öhdəlik götürürlər. [7]

2. Ekstradisiyanı müqavilənin mövcudluğu ilə şərtləndirən Razılığa gələn Dövlət aralarında ekstradisiya haqqında müqaviləsi olmayan Razılığa gələn digər Dövlətdən ekstradisiya haqqında sorğu aldıqda öz mülahizəsinə əsasən 1-ci və ya 2-ci maddədə qeyd edilən istənilən cinayətlə bağlı ekstradisiya üçün bu Konvensiyanı hüquqi əsas hesab edə bilər. [8]

 

Maddə 5

 

1. Əgər sorğu alan dövlətin, 1-ci və ya 2-ci maddədə göstərilən cinayət ilə bağlı ekstradisiya haqqında sorğunun şəxsi irqi, dini, milli mənsubiyyətinə və ya siyasi baxışlarına görə təqib etmək və ya cəzalandırmaq məqsədi ilə edilməsini və ya bu şəxsi vəziyyətinin bu səbəblərdən hər hansı birinə görə pisləşə biləcəyini güman etməyə kifayət qədər əsası varsa, bu Konvensiyada heç nə ekstradisiyaya dair öhdəlik müəyyən edən müddəa kimi təfsir edilməməlidir. [9]

2. Barəsində ekstradisiya haqqında sorğu edilmiş şəxsin işgəncəyə məruz qalmaq təhlükəsi olarsa, Konvensiyanın heç bir müddəası sorğu alan Dövlətə ekstradisiya etmək öhdəliyi müəyyən edən kimi şərh edilmir.

3. Ekstradisiyası sorğu edilmiş şəxs ölüm cəzasına, yaxud sorğu alan Dövlətin qanunu ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutmadığı halda, vaxtından əvvəl azad edilmə imkanı olmadan ömürlük azadlıqdan məhrum etmə cəzasına məruz qala bilərsə, bu Konvensiyanın heç bir müddəası ekstradisiya etmək öhdəliyi kimi şərh edilmir. Lakin sorğu edən Dövlət ölüm cəzasının təyin edilməyəcəyi və ya təyin edilmiş ölüm cəzasının icra edilməyəcəyi, yaxud ekstradisiya edilən şəxsin vaxtından əvvəl azad edilmə imkanı olmadan ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməyəcəyi barədə sorğu alan Dövlətin kifayət hesab etdiyi təminatlar verdikdə, sorğu alan Dövlətin mövcud ekstradisiya müqavilələri əsasında ekstradisiya etmək öhdəliyi olduğu halda, ekstradisiya həyata keçirilə bilər. [10]

 

Maddə 6

 

1. Razılığa gələn hər bir dövlət, cinayətin törədilməsində şübhəli bilinən şəxs onun ərazisində olduqda və yurisdiksiyası sorğu edilən Dövlətin mövcud qanunvericiliyindəki ilə eyni olan yurisdiksiyanın aliliyinə əsaslanan Razılığa gələn Dövlətdən ekstradisiya barədə müraciət aldıqdan sonra onu ekstradisiya etmirsə, 1-ci maddədə göstərilən cinayətə dair öz yurisdiksiyasını müəyyən etmək üçün zəruri olan tədbirləri görür.

2. Bu Konvensiya milli qanunvericiliyə əsasən həyata keçirilən hər hansı bir cinayət yurisdiksiyasını istisna etmir.

 

Maddə 7

 

Ərazisində 1-ci maddədə göstərilən cinayətin törədilməsində şübhəli bilinən şəxs aşkar edilən və 6-cı maddənin 1-ci bəndində göstərilən şərtlərlə ekstradisiya edilmə barədə müraciət almış Razılığa gələn Dövlət həmin şəxsi ekstradisiya etmirsə, o, hər hansı istisnalar və əsassız ləngitmələr etmədən işi araşdırılmaq məqsədi ilə öz səlahiyyətli dövlət orqanlarına təqdim edir. Bu dövlət orqanları öz qərarını həmin dövlətin qanunvericiliyində hər hansı bir ağır cinayət üçün nəzərdə tutulan eyni qaydada qəbul edir.

 

Maddə 8

 

1. Razılığa gələn Dövlətlər 1-ci və 2-ci maddələrdə göstərilən cinayətlərə münasibətdə başlanmış cinayət işləri ilə əlaqədar cinayət məsələlərində bir-birinə geniş həcmdə qarşılıqlı yardım göstərirlər. Sorğu alan dövlətin cinayət işləri üzrə qarşılıqlı yardıma aid qanunvericiliyi bütün hallarda tətbiq edilir. Bununla belə, bu yardımın göstərilməsi haqqında sorğuya yalnız onun siyasi cinayət və ya siyasi cinayət ilə əlaqədar cinayət və ya siyasi motivlərlə törədilən cinayət ilə əlaqəsi olduğuna əsaslanaraq rədd cavabı verilə bilməz.

2. Əgər sorğu alan dövlətin, 1-ci və ya 2-ci maddədə göstərilən cinayət ilə bağlı qarşılıqlı yardım haqqında sorğunun şəxsi irqi, dini, milli mənsubiyyətinə və ya siyasi baxışlarına görə təqib etmək və ya cəzalandırmaq məqsədi ilə edilməsini və ya bu şəxsin vəziyyətinin bu səbəblərdən hər hansı birinə görə pisləşə biləcəyini güman etməyə kifayət qədər əsası varsa, bu Konvensiyada heç nə qarşılıqlı yardıma dair öhdəlik müəyyən edən müddəa kimi təfsir edilməməlidir.

3. «Cinayət işləri üzrə qarşılıqlı yardım haqqında» Avropa Konvensiyası da daxil olmaqla, Razılığa gələn Dövlətlər arasında tətbiq olunan cinayət işləri üzrə qarşılıqlı yardım haqqında bütün müqavilələrin və sazişlərin müddəaları bu Konvensiyaya uyğun olacaq dərəcədə Razılığa gələn Dövlətlər arasında dəyişdirilir.

 

Maddə 9

 

Razılığa gələn Dövlətlər bu Konvensiyanın müddəalarını tamamlamaq və ya buradakı prinsiplərin tətbiqini asanlaşdırmaq üçün ikitərəfli və çoxtərəfli sazişlər bağlaya bilərlər. [11]

 

Maddə 10

 

1. Cinayət Problemləri üzrə Avropa Komitəsi (CDPC) Konvensiyanın tətbiqinə nəzarətin həyata keçirilməsi üzrə məsuliyyət daşıyır. CDPC:

a) Konvensiyanın tətbiqi ilə bağlı məlumat alır;

b) Konvensiyanın tətbiqinə yardım göstərmək və onu təkmilləşdirmək üçün təkliflər verir;

c) Konvensiyaya düzəlişlər edilməsinə dair təkliflərlə bağlı Nazirlər Komitəsinə tövsiyələr verir və Razılığa gələn Dövlətin Konvensiyanın 12-ci və 13-cü maddələrinə müvafiq olaraq Konvensiyaya düzəlişin edilməsi ilə bağlı təqdim etdiyi istənilən təklif barədə rəy verir;

d) Razılığa gələn Dövlətin müraciəti ilə Konvensiyanın tətbiqinə dair istənilən məsələ haqqında rəy verir;

e) Konvensiyanın icrası ilə əlaqədar ortaya çıxa biləcək istənilən çətinliyin dinc yolla həllinə yardım göstərmək üçün zəruri olan bütün tədbirləri görür.

f) Konvensiyanın 14-cü maddəsinin 3-cü bəndinə müvafiq olaraq Avropa Şurasının üzvü olmayan Dövlətlərin Konvensiyaya qoşulmaq üçün dəvət olunmaları ilə bağlı Nazirlər Komitəsinə tövsiyə verir;

g) Konvensiyanın tətbiqi ilə bağlı bu maddənin yerinə yetirilməsi haqqında hesabatı hər il Avropa Şurasının Nazirlər Komitəsinə təqdim edir. [12]

2. Komitə onun yerinə yetirilməsi ilə bağlı yarana biləcək hər hansı cinayətin dostcasına həll edilməsinə yardım etmək üçün bütün zəruri işləri görür. [13]

 

Maddə 11

 

1. Razılığa gələn Dövlətlər arasında bu Konvensiyanın təfsiri və ya tətbiqi ilə bağlı yaranan hər bir mübahisə 10-cu maddənin «e» yarımbəndinə uyğun olaraq və ya danışıqlarla həll edilmədikdə, o, mübahisədə olan hər hansı bir tərəfin xahişi ilə arbitraja təqdim edilir. Hər tərəf bir arbitr təyin edir və onlar öz növbəsində hakimi təyin edir. Əgər arbitraja müraciət edildiyi tarixdən etibarən üç ay ərzində hər hansı bir tərəf arbitr təyin etməzsə, arbitr digər tərəfin xahişi ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri tərəfindən təyin edilir. Əgər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri mübahisədə olan hər hansı bir tərəfin vətəndaşıdırsa, onda arbitrin təyin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədr müavininə həvalə olunur, əgər sədr müavini də mübahisədə olan hər hansı bir tərəfin vətəndaşıdırsa, onda təyinat İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin maraqlı tərəflərin heç birinin vətəndaşı olmayan ən təcrübəli hakimi tərəfindən həyata keçirilir. İki arbitr hakimin təyin edilməsində razılığa gələ bilmədikdə də eyni prosedur tətbiq edilir. [14]

2. Avropa Şurasının üzvü olan Dövlətlər arasında mübahisələrə dair məsələlərdə Tərəf arbitrajın təşkil edilməsinə dair müraciətdən sonra üç ay ərzində bu maddənin 1-ci bəndinə müvafiq olaraq arbitrin namizədliyini irəli sürməzsə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Prezidenti digər Tərəfin müraciəti ilə arbitrin namizədliyini irəli sürür.

3. Avropa Şurasının üzvü olmayan Dövlət mübahisədə iştirak etdikdə, Tərəf arbitrajın təşkil edilməsinə dair müraciətdən sonra üç ay ərzində bu maddənin 1-ci bəndinə müvafiq olaraq arbitrin namizədliyini irəli sürməzsə, Beynəlxalq Ədalət Məhkəməsinin Prezidenti digər Tərəfin müraciəti ilə arbitrin namizədliyini irəli sürür.

4. Bu maddənin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan hallarda müvafiq Məhkəmənin Prezidenti mübahisə tərəflərindən birinin vətəndaşı olduqda Məhkəmənin vitse-prezidenti onun vəzifəsini yerinə yetirir. Əgər vitse-prezident də mübahisə tərəflərindən birinin vətəndaşıdırsa, Məhkəmədə mübahisə tərəflərinin vətəndaşı olmayan, Məhkəmənin ən yüksək vəzifə tutan hakimi bu səlahiyyəti həyata keçirir.

5. Bu maddənin 2-ci və ya 3-cü, yaxud 4-cü bəndlərində göstərilən qaydalar müvafiq olaraq arbitrlər bu maddənin 1-ci bəndinə uyğun arbitrajın sədrinin namizədliyi barədə razılaşa bilmədikdə tətbiq edilir. [15]

6. Arbitraj məhkəməsi öz prosedurlarını müəyyən edir. Qərarlar səs çoxluğu ilə qəbul edilir. Səs çoxluğu olmadıqda sədr həlledici səsə malik olur. Məhkəmənin qərarı qətidir. [16]

 

Maddə 12

 

1. Razılığa gələn istənilən Dövlət və ya Nazirlər Komitəsi Konvensiyaya düzəlişlər edilməsini təklif edə bilər. Avropa Şurasının Baş katibi düzəliş barədə təkliflər haqqında Razılığa gələn Dövlətlərə məlumat verir.

2. Avropa Şurasının üzvü olmayan Razılığa gələn Dövlətlər və zəruri olduqda CDPC ilə məsləhətləşdikdən sonra Nazirlər Komitəsi Avropa Şurası Nizamnaməsinin 20. d maddəsində nəzərdə tutulan səs çoxluğu ilə düzəlişi qəbul edə bilər. Avropa Şurasının Baş katibi edilmiş düzəlişi qəbul etmək üçün Razılığa gələn Dövlətlərə təqdim edir.

          3. Yuxarıdakı bəndə müvafiq olaraq edilmiş düzəliş Tərəflərin düzəlişi qəbul etmələri barədə Baş katibə bildiriş verməsindən sonra otuzuncu gün qüvvəyə minir. [17]

 

 

 

 

Maddə 13

 

1. Razılığa gələn istənilən Dövlət və ya Nazirlər Komitəsi 1-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş müqavilələrin siyahısını təzələmək üçün düzəlişlər edilməsini təklif edə bilər. Belə düzəlişlər barədə təkliflər yalnız beynəlxalq terrorizmə dair Birləşmiş Millətlər Təşkilatı çərçivəsində imzalanmış və qüvvəyə minmiş müqavilələrə aid olmalıdır. Avropa Şurasının Baş katibi Razılığa gələn Dövlətlərə bu təkliflər barədə məlumat verir.

2. Avropa Şurasının üzvü olmayan Razılığa gələn Dövlətlər və zəruri olduqda CDPC ilə məsləhətləşdikdən sonra Nazirlər Komitəsi Avropa Şurası Nizamnaməsinin 20. d maddəsində nəzərdə tutulan səs çoxluğu ilə düzəlişi qəbul edə bilər. Düzəliş Baş katibin onu Razılığa gələn Dövlətlərə göndərməsi tarixindən bir il sonra qüvvəyə minir. Bu müddət ərzində Razılığa gələn istənilən Dövlət bu düzəlişin ona münasibətdə qüvvəyə minməsi ilə bağlı etirazını Baş katibə bildirə bilər.

3. Razılığa gələn Dövlətlərin üçdə biri düzəlişin qüvvəyə minməsi ilə bağlı etirazını bildirərsə, düzəliş qüvvəyə minmir.

4. Razılığa gələn Dövlətlərin üçdə birindən az hissəsi etirazını bildirərsə, düzəliş etirazını bildirməyən Razılığa gələn Dövlətlərə münasibətdə qüvvəyə minir.

           5. Düzəliş bu maddənin 2-ci bəndinə müvafiq qüvvəyə mindikdə, Razılığa gələn Dövlət buna etirazını bildirərsə, düzəliş onu qəbul etməsi barədə Avropa Şurasının Baş katibinə bildiriş göndərmiş Razılığa gələn Dövlətə münasibətdə bildirişin göndərildiyi tarixdən sonra gələn ayın birinci günü qüvvəyə minir. [18]

 

Maddə 14

 

1. Bu Konvensiya Avropa Şurasının üzvü olan və Müşahidəçi Dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır. Bu Konvensiya ratifikasiya, qəbul və ya təsdiq edilir və ya Dövlətlər ona qoşulur. Ratifikasiya, qəbuletmə təsdiqetmə və ya qoşulma haqqında sənədlər Avropa Şurasının Baş katibinə depozitə verilir. [19]

2. Bu Konvensiya üçüncü ratifikasiya, qəbuletmə və ya təsdiqetmə haqqında sənədin depozitariyə təqdim edilməsi tarixindən üç ay sonra qüvvəyə minir.

3. CDPC ilə məsləhətləşdikdən sonra Avropa Şurasının Nazirlər Komitəsi bu maddənin 1-ci bəndində göstərilənlərdən əlavə, Avropa Şurasının üzvü olmayan istənilən dövləti Konvensiyaya qoşulmağa dəvət edə bilər. Bu qərar Avropa Şurası Nizamnaməsinin 20. d maddəsində nəzərdə tutulan səs çoxluğu və Nazirlər Komitəsinin üzvü olan Razılığa gələn Dövlətlərin nümayəndələrinin yekdil səsi ilə qəbul edilə bilər. [20]

4. Bu Konvensiyanı sonradan ratifikasiya, qəbul, təsdiq edən və ya qoşulan dövlətə münasibətdə, Konvensiya ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədin depozitariyə təqdim tarixindən üç ay sonra qüvvəyə minir. [21]

 

Maddə 15

 

1. İstənilən dövlət imza edərkən və ya öz ratifikasiya, qəbuletmə təsdiqetmə və ya qoşulma haqqında sənədlərini depozitariyə təqdim edərkən bu Konvensiyanın tətbiq ediləcəyi ərazini və ya əraziləri göstərə bilər. [22]

2. İstənilən dövlət öz ratifikasiya və ya qəbuletmə təsdiqetmə və ya qoşulma haqqında sənədini depozitariyə təqdim edən zaman və ya hər hansı bir sonrakı tarixdə Avropa Şurası Baş katibinin adına bəyanat təqdim etməklə, bu Konvensiyanın təsirini bəyanatda əks olunan, beynəlxalq münasibətlərinə görə məsuliyyət daşıdığı və ya adından sazişlər bağlamağa səlahiyyəti olduğu istənilən digər əraziyə və ya ərazilərə yaya bilər. [23]

3. Yuxarıda göstərilən bəndə uyğun olaraq təqdim edilmiş hər hansı bir bəyanat, onda göstərilən istənilən əraziyə dair Avropa Şurası Baş katibinin adına bildiriş təqdim etməklə geri götürülə bilər. Bu cür geri götürmə dərhal və ya bildirişdə göstərilən sonrakı tarixdə qüvvəyə minir.

 

Maddə 16

 

1. 2003-cü il 15 may tarixində Konvensiyanın Tərəfi olan istənilən dövlət bu Konvensiyanı Konvensiyaya düzəlişlər edən Protokolun imzalayarkən və ya öz ratifikasiya fərmanlarını, qəbuletmə və ya təsdiqetmə haqqında sənədini depozitariyə təqdim edərkən bəyan edə bilər ki, o, 1-ci maddədə göstərilən hər hansı bir siyasi cinayət və ya siyasi cinayət ilə əlaqədar cinayət və ya siyasi motivlərlə törədilən cinayət hesab etdiyi cinayətə dair ekstradisiya haqqında xarici dövlətin etdiyi sorğunun icra edilməsindən imtina etmək hüququnu özündə saxlayır. Razılığa gələn Dövlət bu qeyd-şərti lazımi qaydada əsaslandırılmış qərar qəbul etməklə və cinayətin təbiətini dəyərləndirərkən onun xüsusi ağırlığını nəzərə almaqla fərdi qaydada tətbiq etmək öhdəliyini götürür, o cümlədən:

bu şərtlə ki, o, cinayətin xarakterini qiymətləndirərkən bu cinayətin hər bir xüsusi ciddi-cəhdlərini, o cümlədən aşağıdakıları lazımi qaydada nəzərə alacağını öz öhdəsinə götürsün: [24]

a) insanların həyatına, fiziki toxunulmazlığına və ya azadlıqlarına kollektiv təhlükə yaratdığını;

b) onun törədilməsi motivlərinə aid olmayan şəxslərə qarşı yönəldiyini;

c) onun törədilməsi zamanı qəddar və ya zalım üsullardan istifadə edilməsini.

2. Bu maddənin 1-ci bəndini tətbiq edərkən Razılığa gələn Dövlət qeyd-şərtin tətbiq olunduğu cinayətləri göstərir. [25]

3. Razılığa gələn istənilən dövlət, 1-ci bəndə uyğun olaraq etdiyi qeyd-şərti, Avropa Şurası Baş katibinin adına bildiriş göndərməklə, tamamilə və ya qismən geri götürə bilər və həmin geri götürmə onun alındığı tarixdən qüvvəyə minir. [26]

4. Bu maddənin 1-ci bəndinə uyğun olaraq qeyd-şərt etmiş Razılığa gələn dövlət digər hər hansı bir  dövlətdən 1-ci maddənin tətbiq edilməsini tələb edə bilməz, lakin əgər onun qeyd-şərti qismən və ya şərtidirsə, o, həmin maddənin özü qəbul etdiyi həcmdə yerinə yetirilməsini tələb edə bilər. [27]

5. Bu maddənin 1-ci bəndində göstərilən qeyd-şərtlər bu Konvensiyanın müvafiq Dövlətə münasibətdə qüvvəyə minməsindən sonra üç il müddətində qüvvədə olur. Bununla belə, qeyd-şərtlər eyni müddətli dövrlər üçün təzələnə bilər.

6. Qeyd-şərtin müddətinin bitməsindən on iki ay əvvəl Avropa Şurasının Baş katibi əlaqədar Dövlətə bu barədə məlumat verir. Müddətin bitməsindən ən azı üç ay əvvəl Razılığa gələn Dövlət bu qeyd-şərtin saxlanması, dəyişdirilməsi və ya geri götürülməsi barədə Avropa Şurasının Baş katibinə məlumat verir. Razılığa gələn Dövlət bu qeyd-şərtin saxlanması barədə Avropa Şurasının Baş katibinə məlumat verdikdə bunun izahatını verir. Razılığa gələn əlaqədar Dövlət bildiriş göndərmədikdə Avropa Şurasının Baş katibi bu qeyd-şərtin avtomatik olaraq növbəti altı ay üçün uzadılmış hesab edildiyi barədə Razılığa gələn Dövlətə məlumat verir. Müddətin bitməsindən əvvəl Razılığa gələn Dövlət bu qeyd-şərtin saxlanması və ya dəyişdirilməsi ilə bağlı məlumat vermədikdə, qeyd-şərt qüvvədən düşmüş hesab edilir.

7. Razılığa gələn Dövlət Razılığa gələn digər Dövlətdən ekstradisiya haqqında sorğu aldıqdan sonra bu maddənin 1-ci bəndinə müvafiq edilmiş qeyd-şərti tətbiq etməklə, şəxsi ekstradisiya etmədikdə, sorğu edən və sorğu alan Razılığa gələn Dövlətlər başqa cür razılaşmazlarsa, təqibin həyata keçirilməsi məqsədilə bu məsələni yubatmadan və heç bir istisna olmadan səlahiyyətli orqanlara təqdim edir. Bu səlahiyyətli orqanlar həmin Tərəfin ərazisində təqibin həyata keçirilməsi məqsədilə onun qanunlarına müvafiq olaraq ağır xarakterli digər cinayətlərlə bağlı işlərdə olduğu kimi, bu iş üzrə də eyni şəkildə qərar qəbul edirlər. Sorğu alan Dövlət təqibin yekun nəticəsi barədə sorğu edən Dövlətə və Avropa Şurasının Baş katibinə yubatmadan məlumat verir; sonuncu isə Konvensiyanın 17-ci maddəsində nəzərdə tutulduğu kimi, bu məlumatı Konfransa təqdim edir.

8. Bu maddənin 1-ci bəndinə müvafiq edilmiş qeyd-şərt əsasında ekstradisiya barəsində sorğunun rədd edilməsi haqqında qərar dərhal sorğu edən Dövlətə göndərilməlidir. 7-ci bəndə əsasən sorğu alan Dövlət işlə bağlı ağlabatan müddət çərçivəsində məhkəmə qərarı qəbul etməzsə, müraciət edən Dövlət bu faktla bağlı Avropa Şurasının Baş katibinə məlumat verə bilər, sonuncu isə Konvensiyanın 17-ci maddəsində nəzərdə tutulduğu kimi, bunu Konfransa təqdim edir. Bu Konfrans məsələni nəzərdən keçirir və rədd cavabının Konvensiyaya uyğunluğu barədə rəy qəbul edərək bu məsələ üzrə qətnamənin çıxarılması üçün Nazirlər Komitəsinə təqdim edir. Bu bəndə uyğun olaraq funksiyalarını yerinə yetirərkən Nazirlər Komitəsi Razılığa gələn Dövlətlərlə məhdudlaşan heyətdə görüşür. [28]

 

Maddə 17

 

1. 10-cu maddənin tətbiqinə xələl gətirmədən aşağıdakıların təmin edilməsinə məsuliyyət daşıyan Konvensiyaya Tərəfdar olan Dövlətlərin Terrorizm əleyhinə Konfransı (bundan sonra «COSTER» adlanacaq) təsis edilir:

a) CDPC ilə sıx əlaqədə Konvensiyanın səmərəli surətdə istifadəsi və işləməsi, o cümlədən bununla bağlı problemlərin müəyyən edilməsi;

b) 16-cı maddəyə, xüsusilə də 16-cı maddənin 8-ci bəndində nəzərdə tutulmuş qaydaya uyğun olaraq edilmiş qeyd-şərtin nəzərdən keçirilməsi;

c) terrorizmə qarşı mübarizəyə aid mühüm hüquqi və siyasi hadisələr haqqında məlumat mübadiləsi;

d) Nazirlər Komitəsinin müraciəti ilə Avropa Şurası çərçivəsində terrorizmə qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlərin nəzərdən keçirilməsi və müvafiq hallarda terrorizmə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın və cinayət məsələləri üzrə əməkdaşlığın CDPC ilə məsləhətləşməklə təkmilləşdirilməsi üçün əlavə zəruri tədbirlər haqqında təkliflərin hazırlanması;

e) terrorizmə qarşı mübarizə sahəsində rəylərin hazırlanması və Nazirlər Komitəsi tərəfindən verilmiş səlahiyyətlərin icrası.

2. COSTER Razılığa gələn Dövlətlərin hər birinin təyin etdiyi ekspertlərdən təşkil olunur. COSTER müntəzəm əsaslarda ildə bir dəfə, fövqəladə hallarda isə, Avropa Şurası Baş katibinin və ya Razılığa gələn Dövlətlərin ən azı üçdə birinin müraciəti ilə görüşəcəkdir.

3. COSTER özünün Prosedur Qaydalarını qəbul edir. Avropa Şurasının üzvü olan Razılığa gələn Dövlətlərin iştirak xərclərini Avropa Şurası ödəyir. Avropa Şurasının Baş katibi COSTER-ə öz funksiyalarını bu maddəyə uyğun həyata keçirməsi üçün yardım göstərəcəkdir.

4. COSTER-in işi barədə CDPC-yə müntəzəm olaraq məlumat verilir. [29]

 

Maddə 18

 

İstənilən Razılığa gələn Dövlət Avropa Şurası Baş katibinin adına yazılı bildiriş göndərməklə, bu Konvensiyanı denonsasiya edə bilər. Bu cür hər hansı bir denonsasiya bildiriş alındıqda dərhal və ya bildirişdə göstərilən sonrakı tarixdə qüvvəyə minir. [30]

 

 

 

 

Maddə 15

 

Bu Konvensiya Avropa Şurasının tərkibindən çıxan və ya üzvlüyünü dayandıran istənilən dövlətə münasibətdə öz qüvvəsini dayandırır. [31]

 

Maddə 19

 

Avropa Şurasının Baş katibi Razılığa gələn Dövlətlərə aşağıdakılar barədə bildirir: [32]

a) hər hansı bir imzalanma;

b) hər hansı bir ratifikasiya və ya qəbuletmə təsdiqetmə və ya qoşulma haqqında sənədin depozitariyə təqdim edilməsi; [33]

c) 14-ci maddəyə uyğun olaraq bu Konvensiyanın qüvvəyə mindiyi hər hansı bir tarix; [34]

d) 15-ci maddənin müddəalarına uyğun olaraq alınmış hər hansı bir bəyanat və ya bildiriş; [35]

e) 13-cü maddənin 1-ci bəndinə uyğun olaraq edilmiş hər hansı bir qeyd-şərt;

f) 13-cü maddənin 2-ci bəndinə uyğun olaraq edilmiş hər hansı bir qeyd-şərtin ləğv edilməsi; [36]

e) 18-ci maddənin müddəalarına uyğun olaraq alınmış hər hansı bir bildiriş və denonsasiyanın qüvvəyə mindiyi tarix; [37]

h) 15-ci maddəyə uyğun olaraq Konvensiyanın təsirinin hər hansı bir dayandırılması. [38]

Bunun təsdiqi olaraq, buna lazımi qaydada təyin edilmiş aşağıda imza edənlər bu Konvensiyanı imzaladılar.

Bu Konvensiya 1977-ci il yanvarın 27-də Strasburqda ingilis və fransız dillərində imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir və bir nüsxədə Avropa Şurasının arxivində depozitə verilir. Avropa Şurasının Baş katibi Konvensiyanın təsdiq edilmiş surətlərini onu imzalayan istənilən dövlətə göndərir.

 

«Terrorizmin qarşısının alınması haqqında» Avropa Konvensiyasına dair Azərbaycan Respublikasının Bəyanatı

 

“Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur).”

 

 

 

«Terrorizmin qarşısının alınması haqqında» Avropa Konvensiyasına dair Azərbaycan Respublikasının Qeyd-şərti

 

Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın 13-cü maddəsinin 1-ci bəndinin müddəalarına uyğun olaraq, 1-ci maddədə qeyd olunmuş, siyasi cinayət hesab etdiyi cinayətlərə münasibətdə ekstradisiyaya etiraz etmək hüququnu özündə saxlayır.

 

 

 

 

 

 

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162)

 

QANUNU EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 1-ci maddəsinin giriş bəndi həmin maddənin 1-ci bəndi olmuşdur.

 

[2] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndin b yarımbəndindəki «imzalanmış» sözü «bağlanmış» sözü ilə əvəz edilmişdir.

 

[3] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndin c, d, e və f yarımbəndləri isə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

c) beynəlxalq müdafiədən istifadə edən şəxslərin, o cümlədən diplomatik agentlərin həyatına, fiziki toxunulmazlığına və ya azadlığına qəsdlə bağlı ağır cinayət;

d) adam oğurluğu, girov götürmə və ya adamların qanunu ciddi pozaraq tutulub saxlanılması ilə bağlı cinayət;

e) bombaların, qumbaraların, raketlərin avtomat atıcı silahların, bomba məktub və ya bağlamaların istifadəsi ilə bağlı cinayət, — əgər bu cür istifadə insanlara qarşı təhlükə yaradırsa;

           f) yuxarıda göstərilən cinayətlərdən hər hansı birinin törədilməsinə cəhd və ya bu cür cinayət törədən və ya onun törədilməsinə cəhd edən şəxsə köməkçi qismində iştirakçılıq.

 

[4] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndinə g, h, i və j yarımbəndlər əlavə edilmişdir.

 

[5] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 1-ci maddəsinin mətninə 2-ci bənd əlavə edilmişdir.

 

[6] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 2-ci maddəsinin 3-cü bəndi aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3. Həmin müddəalar eyni zamanda, yuxarıda göstərilən hər hansı bir cinayətin törədilməsi cəhdinə və ya bu cür cinayəti törədən və ya onun törədilməsinə cəhd edən şəxsə köməkçi qismində iştirakçılığa da aid edilir.

 

[7] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 4-cü maddəsinin mətni bu maddənin 1-ci bəndi hesab edilmişdir və bu bəndin sonuna yeni cümlə əlavə edilmişdir.

 

[8] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 4-cü maddəsinin mətninə yeni 2-ci bənd əlavə edilmişdir.

 

[9] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 5-ci maddəsinin mətni bu maddənin 1-ci bəndi hesab edilmişdir.

 

[10] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 5-ci maddəsinin mətninə yeni 2-ci bəndlər əlavə edilmişdir.

 

[11] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 8-ci maddəsindən sonra yeni 9-cu maddə əlavə edilmişdir.

 

[12] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 9-cu maddəsi 10-cu maddəsi olmuşdur və yeni 10-cu maddənin 1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Avropa Şurasının Cinayət Problemləri üzrə Avropa Komitəsi bu Konvensiyanın tətbiqi haqqında məlumatlandırılır.

 

[13] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 10-cu maddənin 2-ci bəndi çıxarılmışdır.

 

[14] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 10-cu maddəsi 11-ci maddə olmuşdur və yeni 11-ci maddənin 1-ci bəndinin birinci cümləsindəki «9-cu maddənin 2-ci bəndinə uyğun olaraq» sözləri «10-cu maddənin «e» yarımbəndinə uyğun olaraq və ya danışıqlarla» sözləri ilə əvəz edilmişdir. Bu bəndin ikinci cümləsindən sonra gələn cümlələr çıxarılmışdır.

 

[15] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 11-ci maddənin mətninə 2-ci, 3-cü, 4-cü və 5-ci bəndlər əlavə edilmişdir.

 

[16] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 11-ci maddənin 2-ci bəndi bu maddənin 6-cı bəndi olmuşdur və ikinci cümlədən sonra yeni cümlə əlavə edilmişdir.

 

[17] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 11-ci maddədən sonra yeni 12-ci maddə əlavə edilmişdir.

 

[18] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın Yeni 12-ci maddədən sonra yeni 13-cü maddə əlavə edilmişdir.

 

[19] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 11-ci maddəsi 14-cü maddə olmuşdur və Yeni 14-cü maddənin 1-ci bəndinin birinci cümləsindəki «Avropa Şurasının üzvü olan Dövlətlər» sözləri «Avropa Şurasının üzvü olan və Müşahidəçi Dövlətlər» sözləri ilə əvəz edilmişdir, ikinci cümləsində «təsdiq edilməlidir» sözləri «təsdiq edilir və ya Dövlətlər ona qoşulur» sözləri ilə əvəz edilmişdir və üçüncü cümləsindəki «və ya təsdiqetmə» sözləri «təsdiqetmə və ya qoşulma» sözləri ilə əvəz edilmişdir.

 

[20] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 14-cü maddənin mətninə 3-cü bənd əlavə edilmişdir.

 

[21] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 14-cü maddənin 3-cü bəndi bu maddənin 4-cü bəndi hesab edilsin və «və ya təsdiq edən» və «və ya təsdiqetmə» sözləri, müvafiq olaraq «, təsdiq edən və ya qoşulan» və «, təsdiqetmə və ya qoşulma» sözləri ilə əvəz edilmişdir.

 

[22] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 12-ci maddəsi 15-ci maddə olmuşdur və yeni 15-ci maddənin 1-ci bəndinin birinci cümləsindəki «və ya təsdiqetmə» sözləri «təsdiqetmə və ya qoşulma» sözləri ilə əvəz edilmişdir.

 

[23] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 15-ci maddənin 2-ci bəndinin birinci cümləsindəki «və ya təsdiqetmə» sözləri «təsdiqetmə və ya qoşulma» sözləri ilə əvəz edilmişdir.

 

[24] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 13-cü maddəsi 16-cı maddə olmuşdur və yeni 16-cı maddənin 1-ci bəndinin birinci cümləsində «istənilən dövlət» sözlərindən əvvəl «2003-cü il 15 may tarixində Konvensiyanın Tərəfi olan» sözləri əlavə edilsin və «imzalayarkən» sözündən əvvəl «Konvensiyaya düzəlişlər edən Protokolun» sözləri əlavə edilmişdir, «saxlayır» sözündən sonra ikinci cümlə əlavə edilmişdir və «a», «b» və «c» yarımbəndləri istisna olmaqla, birinci cümlənin qalan hissəsi çıxarılmışdır.

 

[25] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 16-cı maddənin mətninə 2-ci bənd əlavə edilmişdir.

 

[26] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın Yeni 16-cı maddənin 2-ci bəndi bu maddənin 3-cü bəndi olmuşdur və bu bəndin birinci cümləsinə «istənilən dövlət» sözlərindən əvvəl «Razılığa gələn» sözləri əlavə edilsin və «yuxarıdakı bənd» sözləri «1-ci bənd» sözləri ilə əvəz edilmişdir.

 

[27] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 16-cı maddənin 3-cü bəndi bu maddənin 4-cü bəndi olmuşdur və bu bəndin birinci cümləsindəki «Dövlət» sözündən əvvəl «Razılığa gələn» sözləri əlavə edilmişdir.

 

[28] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 16-cı maddənin mətninə 5, 6, 7 və 8 bəndlər əlavə edilmişdir.

 

[29] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 16-cı maddəsindən sonra yeni 17-ci maddə daxil edilmişdir.

 

[30] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 14-cü maddəsi 18-ci maddə olmuşdur.

 

[31] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 15-ci maddəsi çıxarılmışdır.

 

[32] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın 16-cı maddəsi 19-cu maddə olmuşdur.

 

[33] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 19-cu maddənin «b» yarımbəndində «və ya təsdiqetmə» sözləri «təsdiqetmə və ya qoşulma» sözləri ilə əvəz edilmişdir.

 

[34] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 19-cu maddənin «c» bəndində «11» rəqəmi «14» rəqəmi ilə əvəz edilmişdir.

 

[35] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 19-cu maddənin «d» bəndində «12» rəqəmi «15» rəqəmi ilə əvəz edilmişdir.

 

[36] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 19-cu maddənin «e» və «f» bəndləri çıxarılmışdır.

 

[37] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 19-cu maddənin «g» yarımbəndi bu maddənin «e» yarımbəndi olmuşdur və «14» rəqəmi «18» rəqəmi ilə əvəz edilmişdir.

 

[38] 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 162) ilə Konvensiyanın yeni 19-cu maddənin «h» yarımbəndi çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status