“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 282-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Maddə 1. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 88; 2001, № 11, maddələr 669, 676; 2002, № 1, maddə 2, № 5, maddələr 237, 243; 2006, № 6, maddə 478; 2007, № 8, maddə 756, № 12, maddə 1197; 2008, № 7, maddə 602, № 8, maddə 701; 2009, № 7, maddə 519; 2010, № 3, maddə 171) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü maddə üzrə:
1.1.1. birinci hissənin 1-ci bəndində “yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” sözləri “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya fərdi identifikasiya kartı” sözləri ilə əvəz edilsin;
[1]
1.1.2. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
[2]
“Qeyd: Bu maddənin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş fərdi identifikasiya kartları verilənədək 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən arayış təsdiq edir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan həmin arayış 15 yaşı tamam olmamış vətəndaşın qanuni nümayəndəsi bu Qanunun 5-ci maddəsinin dördüncü hissəsində göstərilən sənədlərlə müraciət etdikdə verilir. ”;
1.2. 5-ci maddə üzrə:
1.2.1. birinci hissədə “Vətəndaşa” sözü “Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.”;
1.2.2. ikinci hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:”;
1.2.3. ikinci hissənin 1-ci bəndində “və ya doğum haqqında şəhadətnamə” sözləri çıxarılsın;
1.2.4. üçüncü hissə beşinci hissə hesab edilsin və aşağıdakı məzmunda üçüncü və dördüncü hissələr əlavə edilsin:
“Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur:
1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir);
2) doğum haqqında şəhadətnamə;
3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.”;
1.3. 9-cu maddə üzrə:
1.3.1. birinci hissənin 3-cü bəndində “azadlıqdan” sözündən əvvəl “ömürlük” sözü əlavə edilsin;
1.3.2. üçüncü hissə ləğv edilsin;
1.4. 10-cu maddə üzrə:
1.4.1. üçüncü hissənin ikinci cümləsində “qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti qeyd aparmalıdır” sözləri “olduğu yer üzrə qeydiyyata almalıdır” sözləri ilə əvəz edilsin;
1.4.2. aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:
“Vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.
Maddə 2. Bu Qanunun 1.1.1-ci maddəsi 2022-ci il yanvarın 1-dən, 1.3-cü maddəsi 2017-ci il yanvarın 1-dən, digər müddəaları 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir.
[3]
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2013-cü il
№ 621-IVQD
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
27 dekabr 2013-cü il tarixli 863-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2013-cü il, № 290; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1501)
2.
28 aprel 2015-ci il tarixli 1276-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 682)
3.
29 dekabr 2015-ci il tarixli 87-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 199)
4.
29 noyabr 2016-cı il tarixli 431-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2026)
5.
17 noyabr 2017-ci il tarixli 883-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, I kitab maddə 2241)
6.
29 iyun 2018-ci il tarixli 1217-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1433)
7.
12 iyul 2019-cu il tarixli 1666-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2019-cu il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1385)
8.
20 dekabr 2021-ci il tarixli 432-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1328)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
20 dekabr 2021-ci il tarixli 432-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1328) ilə 1.1-ci maddə ləğv edilmişdir.
[2]
29 dekabr 2015-ci il tarixli 87-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 199) ilə 1.1.2-ci maddə ləğv edilmişdir.
[3]
27 dekabr 2013-cü il tarixli 863-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2013-cü il, № 290; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1501) ilə Qanunun 2-ci maddəsində “2014-cü il yanvarın 1-dən” sözləri “2015-ci il dekabrın 1-dən” sözləri ilə əvəz edilmişdir.
28 aprel 2015-ci il tarixli 1276-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 682) ilə Qanunun 2-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilmişdir.
29 dekabr 2015-ci il tarixli 87-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 199) ilə 2-ci maddədə “Bu Qanun” sözləri “Bu Qanunun 1.1.1-ci maddəsi 2020-ci il yanvarın 1-dən, digər müddəaları” sözləri ilə əvəz edilmişdir.
29 noyabr 2016-cı il tarixli 431-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2026) ilə 2-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 2. Bu Qanunun 1.1.1-ci maddəsi 2020-ci il yanvarın 1-dən, digər müddəaları 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.
17 noyabr 2017-ci il tarixli 883-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, I kitab maddə 2241) ilə 2-ci maddədə “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilmişdir.
29 iyun 2018-ci il tarixli 1217-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1433) ilə 2-ci maddədə “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilmişdir.
12 iyul 2019-cu il tarixli 1666-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2019-cu il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1385) ilə 2-ci maddədə “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilmişdir.
20 dekabr 2021-ci il tarixli 432-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1328) ilə 2-ci maddədən “1.1.1-ci maddəsi 2022-ci il yanvarın 1-dən,” sözləri çıxarılmışdır.