AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
29.05.2013
QEYDİYYAT NÖMRƏSİ
2918
ADI
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2013, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 558)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.05.2013
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması haqqında

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf Konsepsiyasının icrası ilə bağlı dövlət orqanlarının, təşkilatlarının və müəssisələrinin fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədi ilə aşağıdakı tərkibdə Milli Fəaliyyət Qrupu yaradılsın:

 

Qrupun rəhbəri:

 

Şahin Mustafayev

-

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri [1]

 

Qrupun üzvləri:

 

Elmira Süleymanova

-

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

Rüfət Aslanlı

-

Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri

Hicran Hüseynova

-

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Qərib Məmmədov

-

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri

Azər Cəfərov

-

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azər Bayramov

-

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Sahib Ələkbərov

-

 Azərbaycan Respublikası vergilər nazirinin müavini

Gülməmməd Cavadov

-

 Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini

Ceyhun Bayramov

-

 Azərbaycan Respublikası təhsil nazirliyi aparatının rəhbərinin müavini

Elmir Vəlizadə

-

 Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini [2]

intiqam Babayev

-

 Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Rauf Hacıyev

-

 Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Elsevər Ağayev

-

 Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

İlham Quliyev

-

 Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

İlqar Rəhimov

-

 Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Musa Pənahov

-

 Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini [3]

Ədalət Vəliyev

-

 Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Gəray Fərhadov

-

 Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Rauf Səlimov

-

 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

Aftandil Babayev

-

 Azərbaycan Respublikası Mərkəzi Bankının sədr müavini

Kamran İmanov

-

 Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri [4]

İskəndər Çəndirli

-

 Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru

Akim Bədəlov

-

Azərbaycan Respublikasının Altemativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri

Rəşad Abbasov

-

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin birinci müavini

Elman Mehdiyev

-

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini

İbrahim Quliyev

-

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Məmməd Quliyev

-

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

Məmməd Musayev

-

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

Süleyman Qasımov

-

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

İsrafil Məmmədov

-

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Vəsaitlərin idarə edilməsi müdiriyyətinin müdiri

Qorxmaz Hüseynov

-

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri

Etibar Priverdiyev

-

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri

Arif Əsgərov

-

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Aydın Bəşirov

-

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi

Ağasəlim Əzizov

-

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdiri

Anar Məmmədov

-

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Təşkilat-İnspeksiya İdarəsinin rəis müavini.

 

2. Milli Fəaliyyət Qrupuna tapşırılsın ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi üzrə müvafiq strategiyaların, dövlət proqramlarının, digər sənəd və tədbirlərin layihəsini hazırlayıb müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. [5]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 may 2013-cü il

  № 2918

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477)

2.       21 noyabr 2014-cü il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1414)

3.       20 may 2016-cı il tarixli 900 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 861)

4.       29 noyabr 2017-ci il tarixli 3415 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 noyabr 2017-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2124)

5.       1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677)

6.       1 avqust 2018-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1715)

 

SƏRƏNCAMDA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477) ilə 1-ci hissədə “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilmişdir.

20 may 2016-cı il tarixli 900 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 861) ilə 1-ci hissədən “və sənaye” sözləri, habelə “İskəndər Çəndirli - Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru” sözləri çıxarılmışdır.

 

[2] 21 noyabr 2014-cü il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1414) ilə 1-ci hissədə “rabitə və informasiya texnologiyaları” sözləri “rabitə və yüksək texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677) ilə 1-ci hissədə “rabitə” sözündən əvvəl “nəqliyyat,” sözü əlavə edilmi.dir/

 

[3] 1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677) ilə 1-ci hissədə “Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini” sözləri çıxarılmışdır.

 

[4] 29 noyabr 2017-ci il tarixli 3415 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 noyabr 2017-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2124) ilə 1-ci hissəyə “Müəllif Hüquqları Agentliyinin” sözlərindən sonra “İdarə Heyətinin” sözləri əlavə edilmişdir.

1 avqust 2018-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1715) ilə 1-ci hissəsində "Müəllif Hüquqları" sözləri "Əqli Mülkiyyət" sözləri ilə əvəz edilmişdir.

 

[5] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477) ilə 3-cü hissədə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

20 may 2016-cı il tarixli 900 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 861) ilə 3-cü hissədən “və Sənaye” sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status