AKTIN NÖVÜ
Maliyyə Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
20.05.2013
QEYDİYYAT NÖMRƏSİ
Q-12
ADI
Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.05.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201305200012
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.05.2013
Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ QƏRARLARI
Qəbul edildiyi tarix: 20.05.2013
Qeydiyyat nömrəsi: Q-12
Adı: Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 30.05.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 090.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 15201305200012
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 29.05.2013


 “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanının 2-ci hissəsinin və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. Dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50,0 (əlli) min manat müəyyən edilsin.

2. Dövlət satınalmalarının kotirovkalar sorğusu üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 5,0 (beş) min manat müəyyən edilsin.

3. Müəyyən edilsin ki, dövlət satınalmaları zamanı satın alınan xidmətlərin ümumi qiyməti 10,0 (on) min manatdan çox olduğu hallarda bu barədə bildiriş həmçinin, beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilir.

4. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aşağıdakı normativ hüquqi aktları və onların struktur elementləri ləğv edilsin:

4.1. “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyən edilmiş minimum məbləğdən yuxarı olduqda, onun satın alınmasının açıq tender üsulu ilə aparılması haqqında”, “Satınalan təşkilat tərəfindən mövcud bazarı olan və ehtimal olunan qiymətinin müəyyənləşdirilmiş minimum məbləğdən aşağı olan malların (işlərin və xidmətlərin) satın alınması üçün kotirovkalar sorğusundan istifadə edə bilməsi haqqında” və “Satınalmada yalnız yerli malgöndərənlərin (podratçıların) iştirak etdiyi və ya satın alınan xidmətlərin ümumi qiymətinin müəyyənləşdirilmiş məbləğdən çox olmadığı hallar istisna olmaqla, bildirişin həmçinin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi haqqında” Qaydaların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2002-ci il 22 iyul tarixli İ-124 nömrəli əmri;

4.2. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2002-ci il 22 iyul tarixli, İ-124 nömrəli əmri ilə təsdiq edilmiş “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyən edilmiş minimum məbləğdən yuxarı olduqda, onun satın alınmasının açıq tender üsulu ilə aparılması haqqında”, “Satınalan təşkilat tərəfindən mövcud bazarı olan və ehtimal olunan qiymətinin müəyyənləşdirilmiş minimum məbləğdən aşağı olan malların (işlərin və xidmətlərin) satın alınması üçün kotirovkalar sorğusundan istifadə edə bilməsi haqqında” və “Satınalmada yalnız yerli malgöndərənlərin (podratçıların) iştirak etdiyi və ya satın alınan xidmətlərin ümumi qiymətinin müəyyənləşdirilmiş məbləğdən çox olmadığı hallar istisna olmaqla, bildirişin həmçinin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi haqqında” Qaydalara dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2004-cü il 10 noyabr tarixli İ-146 nömrəli əmri;

4.3. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bəzi normativ hüquqi aktlarına dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-cı il 23 yanvar taixli İ-03 nömrəli əmrinin 1.5-ci və 1.6-cı bəndləri.

5. İqtisadi sahələrin maliyyəsi şöbəsinə Vergi siyasəti və gəlirlər şöbəsinə tapşırılsın ki, Hüquq şöbəsi ilə birlikdə bu Qaydaların 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

maliyyə naziri

Samir Şərifov

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status