"Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı"nın, "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları"nın və "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 464; 2005, № 6, maddə 558; 2006, № 4, maddə 370, № 7, maddə 647, № 9, maddə 822; 2008, № 5, maddə 432; 2012, № 5, maddə 476) ilə təsdiq edilmiş "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 9-cu hissədə "planlaşdırma və tikinti şəraitindən asılı olaraq təsdiq olunmuş baş planlara" sözləri "ərazi planlaşdırılması sənədlərinə" sözləri ilə əvəz edilsin;
2. 13-cü hissədə "şəhərlərin və digər yaşayış məntəqələrinin baş tikinti planlarında" sözləri "ərazi planlaşdırılması sənədlərində" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 12 iyun 2013-cü il
№ 122