“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 25 iyun 2013-cü il
№ 163
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2013-cü il 25 iyun tarixli 163 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 283.3-cü maddəsinə əsasən hazırlanmışdır və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar gömrük sərhədindən fiziki şəxslər tərəfindən az miqdarda keçirilən və ya beynəlxalq poçt göndərişləri ilə göndərilən, o cümlədən istehsal və kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallara tətbiq edilmir.
2. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması və buraxılışın dayandırılma müddətinin uzadılması
2.1. "Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestri"nə (bundan sonra - Reyestr) daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 (on) iş günü müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 (on) iş gününədək uzadılır.
2.2. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan, lakin Reyestrə daxil edilməmiş, habelə ərizəçinin müraciətində göstərilməmiş malların pirat və ya kontrafakt olması əlamətlərini gömrük orqanları aşkar etdikdə, onlar həmin malların buraxılışını bu Qaydaların 2.1-ci bəndində göstərilən müddətə dayandırmaq hüququna malikdirlər.
2.3. Buraxılışı dayandırılmış mallar barədə gömrük bəyannaməsinin əsas və ya əlavə vərəqinin nəzarət qrafasında "buraxılışı dayandırılmışdır" qeydiyyatı aparılır.
2.4. Buraxılışı dayandırılmış mallara dair qəbul edilmiş qərarın müddəti uzadıldığı halda, gömrük bəyannaməsinin əsas və ya əlavə vərəqinin nəzarət qrafasında buraxılışın dayandırılması müddətinin uzadılması tarixi göstərilməklə qeydiyyat aparılır.
2.5. Eyni gömrük bəyannaməsində pirat və ya kontrafakt olması ehtimal edilən tərkibində əqli mülkiyyət obyektləri olan mallarla birgə bəyan olunmuş digər malların buraxılışı tərkibində əqli mülkiyyət obyektləri olan malların buraxılışının dayandırılmasına dair qəbul edilmiş qərardan asılı olmayaraq həyata keçirilir.
3. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi
3.1. Gömrük orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması barədə qəbul etdiyi qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə ərizəçiyə və bəyannaməçiyə dərhal yazılı bildiriş göndərir (bildirişin forması bu Qaydaların 1 nömrəli əlavəsində göstərilmişdir). Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş hallarda da gömrük orqanları hüquq sahibinə və bəyannaməçiyə dərhal yazılı bildiriş göndərir (bildirişin forması bu Qaydaların 2 nömrəli əlavəsində göstərilmişdir).
3.2. Ərizəçinin əsaslandırılmış müraciəti əsasında bu Qaydaların 2.1-ci bəndinin birinci cümləsində göstərilən müddət daha 10 (on) iş gününədək uzadıldıqda, bu barədə ərizəçiyə və bəyannaməçiyə dərhal yazılı bildiriş göndərilir (bildirişin forması bu Qaydaların 3 nömrəli əlavəsində göstərilmişdir).
3.3. Gömrük Məcəlləsinin 286-cı maddəsinə uyğun olaraq tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması barədə etdiyi qərar ləğv edildikdə, bu barədə ərizəçiyə və bəyannaməçiyə dərhal yazılı bildiriş göndərilir (bildirişin forması bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir).
3.4. Gömrük orqanları buraxılışının dayandırılması haqqında qərar qəbul edilmiş malların pirat və ya kontrafakt olmasının müəyyənləşdirilməsi üçün lazım olan məlumatları ərizəçiyə və bəyannaməçiyə verirlər.
3.5. Ərizəçiyə və bəyannaməçiyə verilən məlumatlar konfidensial hesab edilir və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, həmin məlumatlar onlar tərəfindən yayılmamalı, üçüncü şəxslərə ötürülməməlidir.
Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.
[1]
“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi Qaydaları”na
1 nömrəli əlavə
Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında ərizəçiyə və bəyannaməçiyə
BİLDİRİŞ №
Kimə:
1. Ərizəçi (adı, yerləşdiyi və ya yaşadığı (qeydiyyatda olduğu) ünvan, telefon nömrəsi)
______________________________________________________________________________
______________________________________________________________________________
2. Bəyannaməçi (adı, yerləşdiyi və ya yaşadığı (qeydiyyatda olduğu) ünvan, telefon nömrəsi)________________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
3. Bildiririk ki, tərkibində əqli mülkiyyət obyektləri olan mallar üzərində gömrük nəzarəti zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının _______ tarixli ________ nömrəli qərarına əsasən aşağıda göstərilmiş malların ________ tarixindən ________ tarixinədək buraxılışı dayandırılmışdır:
3.1. XİFMN üzrə malın adı və kodu _____________________________________________
______________________________________________________________________________
3.2. malların daşındığı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı _____________________
3.3. mallara dair yol-nəqliyyat sənədlərinin nömrəsi ________________________________
3.4. gömrük nəzarətinin həyata keçirilməsi zamanı malların pirat və ya kontrafakt olmasını təsdiqləyən əlamətlər ____________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
Qərar qəbul olunub __________________ _________________________
(vəzifəsi, imzası) (adı, soyadı, atasının adı)
____________
(tarix)
Bildirişi qəbul edən __________________________ ___________________
(vəzifəsi, bəyannaməçinin imzası) (adı, soyadı, atasının adı)
_______________
(tarix)
_____________________________ ___________________________
(vəzifəsi, ərizəçinin imzası) (adı, soyadı, atasının adı)
|
“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi Qaydaları”na
2 nömrəli əlavə
Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında hüquq sahibinə və bəyannaməçiyə
BİLDİRİŞ № ________
Kimə:
1. Hüquq sahibi (adı, yerləşdiyi və ya yaşadığı (qeydiyyatda olduğu) ünvan, telefon nömrəsi)
______________________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
2. Bəyannaməçi (adı, yerləşdiyi və ya yaşadığı (qeydiyyatda olduğu) ünvan, telefon nömrəsi)
______________________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
3. Bildiririk ki, tərkibində əqli mülkiyyət obyektləri olan mallar üzərində gömrük nəzarəti zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının _______ tarixli ________ nömrəli qərarına əsasən aşağıda göstərilmiş malların ________ tarixindən ________ tarixinədək buraxılışı dayandırılmışdır:
3.1. XİFMN üzrə malın adı və kodu _____________________________________________
______________________________________________________________________________
3.2. malların daşındığı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı ___________________
3.3. mallara dair yol-nəqliyyat sənədlərinin nömrəsi ______________________________
3.4. gömrük nəzarətinin həyata keçirilməsi zamanı malların pirat və ya kontrafakt olmasını təsdiqləyən əlamətlər _____________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
Qərar qəbul olunub __________________ _________________________
(vəzifəsi, imzası) (adı, soyadı, atasının adı)
____________
(tarix)
Bildirişi qəbul edən __________________________ _______________________
(vəzifəsi, bəyannaməçinin imzası) (adı, soyadı, atasının adı)
_______________
(tarix)
_____________________________ ___________________________
(vəzifəsi, ərizəçinin imzası) (adı, soyadı, atasının adı)
|
“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi Qaydaları”na
3 nömrəli əlavə
Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında
BİLDİRİŞ № ________
Kimə:
1. Ərizəçi (adı, yerləşdiyi və ya yaşadığı (qeydiyyatda olduğu) ünvan, telefon nömrəsi)
______________________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
2. Bəyannaməçi (adı, yerləşdiyi və ya yaşadığı (qeydiyyatda olduğu) ünvan, telefon nömrəsi) ______________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
3. Bildiririk ki, tərkibində əqli mülkiyyət obyektləri olan mallar üzərində gömrük nəzarəti zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının _______ tarixli _________ nömrəli qərarına əsasən aşağıda göstərilmiş malların ________ tarixindən ________ tarixinədək buraxılışının dayandırılması müddəti uzadılmışdır:
3.1. XİFMN üzrə malın adı və kodu ___________________________________________
______________________________________________________________________________
3.2. malların daşındığı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı ___________________
3.3. mallara dair yol-nəqliyyat sənədlərinin nömrəsi ______________________________
3.4. gömrük nəzarətinin həyata keçirilməsi zamanı malların pirat və ya kontrafakt olmasını təsdiqləyən əlamətlər ___________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
Qərar qəbul olunub __________________ _________________________
(vəzifəsi, imzası) (adı, soyadı, atasının adı)
____________
(tarix)
Bildirişi qəbul edən ____________________________ ______________________
(vəzifəsi, bəyannaməçinin imzası) (adı, soyadı, atasının adı)
_______________
(tarix)
_____________________________ ___________________________
(vəzifəsi, ərizəçinin imzası) (adı, soyadı, atasının adı)
|
“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi Qaydaları”na
4 nömrəli əlavə
Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında qərarın ləğvi barədə
BİLDİRİŞ № ________
Kimə:
1. Hüquq sahibi (adı, yerləşdiyi və ya yaşadığı (qeydiyyatda olduğu) ünvan, telefon nömrəsi) ________________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
2. Bəyannaməçi (adı, yerləşdiyi və ya yaşadığı (qeydiyyatda olduğu) ünvan, telefon nömrəsi) ________________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
3. Bildiririk ki, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan aşağıda göstərilmiş malların buraxılışının dayandırılması haqqında gömrük orqanının ______ tarixli ______ nömrəli qərarı ______ tarixindən ləğv edilmişdir:
3.1. XİFMN üzrə malın adı və kodu ____________________________________________
______________________________________________________________________________
3.2. malların daşındığı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı ____________________
3.3. mallara dair yol-nəqliyyat sənədlərinin nömrəsi ______________________________
Qərar qəbul olunub __________________ _________________________
(vəzifəsi, imzası) (adı, soyadı, atasının adı)
____________
(tarix)
Bildirişi qəbul edən __________________________ ________________________
(vəzifəsi, bəyannaməçinin imzası) (adı, soyadı, atasının adı)
_______________
(tarix)
_____________________________ ___________________________
(vəzifəsi, ərizəçinin imzası) (adı, soyadı, atasının adı)
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
01 may 2015-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 634)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
01 may 2015-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 634) ilə “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi Qaydaları”nın sonuna yeni məzmunda “Qeyd” əlavə edilmişdir.