AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
02.07.2013
QEYDİYYAT NÖMRƏSİ
713-IVQ
ADI
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 10-07-2013, Nəşr nömrəsi: 147), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2013, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 797)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.08.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.060.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201307020713
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.07.2013
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasında qüvvədə olan qanunlar və digər normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.

Maddə 3. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi qüvvəyə mindiyi gündən aşağıdakı qanunlar ləğv edilir:

3.1. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikasının 1996-cı il 13 mart tarixli 41-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 1, maddə 19; 2001, № 11, maddələr 676, 695, 699; 2002, № 5, maddə 243, № 12, maddə 692; 2004, № 1, maddə 10, № 2, maddə 57; 2006, № 1, maddə 3; 2007, № 5, maddə 398; 2008, № 8, maddə 701; 2010, № 4, maddə 265; 2011, №2, maddə 71);

3.2. “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının 1998-ci il 22 dekabr tarixli 592-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 156; 2001, № 11, maddələr 676, 695; 2004, № 2, maddə 57, № 7, maddə 505; 2007, № 11, maddə 1053; 2008, № 8, maddə 701; 2009, №3, maddə 160, №7, maddə 519, № 12, maddə 966);

3.3. "Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 724-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 3; 2007, № 10, maddə 938; 2008, № 10, maddə 886; 2009, № 7, maddə 519);

3.4. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2002-ci il 27 dekabr tarixli 414-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 80; 2007, № 5, maddə 438).

Maddə 4. Bu Qanun 2013-cü il avqustun 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 iyul 2013-cü il

713-IVQ

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status