AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
08.07.2013
QEYDİYYAT NÖMRƏSİ
938
ADI
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 10-07-2013, Nəşr nömrəsi: 147), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2013, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 803)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.07.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.060.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201307080938
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.07.2013
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun 2013-cü il avqustun 1-dən tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi və saxlanılması qaydalarını müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.5. yetkinlik yaşına çatmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına, onlara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin və Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsinə (müddətinin uzadılmasına) görə dövlət rüsumunun daha aşağı məbləğləri barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.6. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin etibarlılıq müddətindən asılı olaraq, həmin icazənin verilməsinə görə dövlət rüsumunun fərqli məbləğləri barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.7. əmək miqrasiyası kvotasının formalaşdırılması prosesində şəffaflığı təmin etsin, işəgötürənlərin əcnəbi işçi qüvvəsinə olan tələbatı haqqında proqnoz-məlumatlarına baxılması prosedurunu müəyyən etsin;

1.1.8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.6-cı və 77.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; [1]

1.1.9. həmin Məcəllənin 38.7-ci maddəsinə uyğun olaraq, turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin; [2]

1.1.10. həmin Məcəllənin 64.0.8-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət sahələrinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

1.2. dörd ay müddətində:

1.2.1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 22.2-ci maddəsinə uyğun olaraq, xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyata alınması haqqında vəsiqənin nümunəsini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.2. həmin Məcəllənin 35.4-cü maddəsinə uyğun olaraq, viza blankının doldurulması qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.3. həmin Məcəllənin 36.1.1-ci maddəsinə uyğun olaraq, viza almaq üçün ərizə-anketlərin nümunələrini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.4. həmin Məcəllənin 36.1.6-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatətinin nümunəsini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.5. həmin Məcəllənin 41.1.1-ci, 46.1.1-ci, 53.1.1-ci və 65.0.1-ci maddələrinə uyğun olaraq, ərizə-anketlərin nümunələrini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.6. həmin Məcəllənin 51.8-ci maddəsinə uyğun olaraq, iş icazəsinin təsvirini, spesifikasiyasını və nümunəsini təsdiq etsin, habelə iş icazəsi blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi bir ay müddətində:

3.1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 54.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üçün birgə komissiya yaratsınlar, həmin komissiyanın fəaliyyət qaydasını təsdiq etsinlər;

3.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hüquq və vəzifələrini öyrənməsi məqsədi ilə müvafiq nəşrlərin hazırlanmasını təmin etsinlər.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi qeydiyyatını apardığı əcnəbilər barədə məlumatların Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 22.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim olunmasını təmin etsin.

5. Müəyyən edilsin ki:

5.1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 4.4-cü, 8.4-cü, 15.3-cü, 37.2-ci, 37.6-cı, 38.2-ci maddələrində, 38.6-cı maddəsinin birinci cümləsində, 39.4-cü, 44.6-cı, 52.5-ci, 59.9-cu, 64.0.8-1-ci (hər iki halda), 64.0.17-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [3]

5.2. həmin Məcəllənin 38.7-ci maddəsində (ikinci halda), 64.0.8-ci və 85.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir; [4]

5.3. həmin Məcəllənin 22.2-ci, 35.3-cü, 35.4-cü, 36.1.1-ci, 36.1.6-cı, 38.6-cı, 41.1.1-ci, 46.1.1-ci, 46.1.5-ci, 50.1.5-ci, 51.5-ci, 51.7-ci maddələrində, 51.8-ci maddəsinin ikinci cümləsində, 53.1.1-ci, 53.1.6-cı, 55.0.2-ci, 62-ci, 65.0.1-ci, 65.0.7-ci, 66.0.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [5]

5.4. həmin Məcəllənin 8.2-ci, 8.3-cü, 15.4-cü, 20.3-cü, maddələrində, 21.2-ci maddəsində (hər iki halda), 21.4-cü, 21.6-cı maddələrində, 21.8-ci maddəsinin birinci cümləsində, 22.3-cü maddəsində (ikinci halda), 23.5-ci, 39.1-ci, 42.4-cü, 42.6-cı, 44.2-ci, 44.3-cü, 44.5-ci maddələrində, 45.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 46.2-ci, 47.1-ci, 47.9-cu, 48.2-ci, 48.4-cü, 51.4-cü, 52.2-ci, 52.3-cü, 53.2-ci, 54.1-ci maddələrində, 54.6-cı maddəsində (birinci halda), 54.7-ci maddəsinin birinci cümləsində (ikinci halda), 54.8-ci maddəsində (birinci halda), 54.9-cu maddəsində, 54.11-ci maddəsinin birinci cümləsində, 54.11-1-ci maddəsində, 55.0-cı maddəsində, 59.2-ci maddəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində, 65.0-cı (65.0.1-ci və 65.0.7-ci maddələr istisna olmaqla), 67.2-ci maddələrində, 67.4-cü maddəsində (birinci halda), 67.5-ci maddəsində (ikinci halda), 67.7-ci, 67.9-cu, 67.10-cu, 67.11-ci, 67.13-cü, 68.1-ci, 69.2-ci, 69.6-cı, 70.3-cü maddələrində, 71.1-ci maddəsinin birinci cümləsində, 72.1-ci, 72.2-ci maddələrində, 72.4-cü maddəsinin ikinci cümləsində, 73.0-cı, 74.7-ci, 76.4-cü, 77.2-ci, 77.5-ci, 79.1-ci, 79.9-cu maddələrində, 80.1-ci maddəsinin ikinci cümləsində, 80.2-ci maddəsində (hər iki halda), 80.3-cü maddəsində (hər iki halda), 80.4-cü maddəsində, 80.6-cı maddəsində (birinci halda), 80.6-1-ci maddəsində, 80.8-ci maddəsinin birinci cümləsində (birinci halda) və ikinci cümləsində (birinci halda), 80.9-cu maddəsinin ikinci cümləsində, 81.2-ci maddəsində (birinci halda), 82.2.1-ci, 83.1-ci, 83.2-ci, 83.3-cü, 92.1.10-cu, 92.1.11-ci, 92.1.13-cü, 93.4-cü, 93.5-ci və 94.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir; [6]

5.5. həmin Məcəllənin 9.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini müvafiq olaraq hərbi qulluqçunun xidmət etdiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirirlər; [7]

5.6. həmin Məcəllənin 9.7-ci maddəsində, 13.1-ci maddəsinin ikinci cümləsində, 22-ci maddəsinin adında, 22.1-ci maddəsində, 22.3-cü maddəsində (birinci halda), 30.1-ci, 37.4-cü maddələrində, 37.8-ci maddəsində (birinci halda), 38.3-cü maddəsində, 38.6-cı maddəsində (birinci halda), 42.9-cu maddəsində, 58.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 58.5-ci, 74.6-cı maddələrində, 80.6-cı maddəsində (ikinci halda), 81.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir; [8]

5.7. həmin Məcəllənin 11.3-cü maddəsinin birinci cümləsində və 64.0.11-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

5.8. həmin Məcəllənin 19.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər;

5.9. həmin Məcəllənin 23.1-ci və 23.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər; [9]

5.10. həmin Məcəllənin 23.5-ci və 38.7-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər; [10]

5.11. həmin Məcəllənin 37.8-ci maddəsində (ikinci halda), 46.4-cü maddəsinin ikinci cümləsində, 38.6-cı maddəsində (ikinci halda), 47.5-ci, 47.6-cı, 47.7-ci maddələrində, 54.6-cı maddəsində (ikinci halda), 54.7-ci maddəsinin birinci cümləsində (birinci halda) və ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər; [11]

5.12. həmin Məcəllənin 38.2-ci maddəsində və 38.7-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir; [12]

5.13. həmin Məcəllənin 54.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirirlər;

5.14. həmin Məcəllənin 54.8-ci maddəsində (ikinci halda) və 93.2.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir; [13]

5.15. həmin Məcəllənin 58.4-cü maddəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

5.16. həmin Məcəllənin 59.1-ci maddəsinin ikinci cümləsində, 59.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 59.3-cü, 59.8-ci, maddələrində, 67.4-cü maddəsində (ikinci halda), 67.5-ci maddəsində (birinci halda), 67.6-cı, 75.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

5.17. həmin Məcəllənin 59.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər;

5.17-1. həmin Məcəllənin 64.0.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirirlər;

5.17-2. həmin Məcəllənin 77.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; [14]

5.18. həmin Məcəllənin 80.8-ci maddəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir;

5.19. həmin Məcəllənin 64.0.8-1-ci maddəsində “fəaliyyət sahələri” dedikdə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkının rezidenti və onun Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxs olan podratçısı tərəfindən həyata keçirilən gəmiqayırma fəaliyyəti, “mütəxəssislər” dedikdə, həmin rezident və onun Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxs olan podratçısı tərəfindən dəvət edilmiş gəmiqayırma sahəsində ali təhsili və ya müvafiq ixtisas üzrə peşə təhsili və bu sahədə ən azı bir il iş təcrübəsi olan mütəxəssislər nəzərdə tutulur. [15]

6. Bu Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla qəbul edilən normativ hüquqi aktlarda hər hansı dəyişiklik yalnız Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 iyul 2013-cü il

    № 938

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 sentyabr 2014-cü il tarixli 270 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1050)

2.       4 noyabr 2014-cü il tarixli 342 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 noyabr 2014-cü il, № 242; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1382)

3.       21 noyabr 2014-cü il tarixli 373 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1413)

4.       29 dekabr 2014-cü il tarixli 435 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 31 dekabr 2014-cü il, № 288; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1588)

5.       14 oktyabr 2015-ci il tarixli 649 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 oktyabr 2015-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1121)

6.       1 iyun 2016-cı il tarixli 924 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1020)

7.       23 iyun 2016-cı il tarixli 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1044)

8.       18 noyabr 2016-cı il tarixli 1120 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1827)

  1. 10 iyul 2018-ci il tarixli 190 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1476)
  2. 22 iyul 2019-cu il tarixli 793 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyul 2019-cu il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7 maddə 1240)
  3. 17 iyun 2020-ci il tarixli 1062 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 iyun 2020-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 703)
  4. 29 yanvar 2021-ci il tarixli 1266 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 yanvar 2021-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 36)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 11 sentyabr 2014-cü il tarixli 270 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1050) ilə 1.1.8-ci yarımbənd ləğv edilmişdir.

 

[2] 14 oktyabr 2015-ci il tarixli 649 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 oktyabr 2015-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1121) ilə 1.1.9-cu yarımbəndində “turistlər üçün elektron viza almaq hüququ olan” sözləri “turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün” sözləri ilə əvəz edilmişdir.

23 iyun 2016-cı il tarixli 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1044) ilə 1.1.9-cu yarımbənd ləğv edilmişdir.

 

[3] 4 noyabr 2014-cü il tarixli 342 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 noyabr 2014-cü il, № 242; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1382) ilə 5.1-ci bəndində “8.4-cü,” sözlərindən sonra “15.3-cü,” sözləri əlavə edilmişdir.

1 iyun 2016-cı il tarixli 924 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1020) ilə 5.1-ci bənddə “59.9-cu,” sözlərindən sonra “64.0.8-1-ci (hər iki halda),” sözləri əlavə edilmişdir.

23 iyun 2016-cı il tarixli 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1044) ilə 5.1-ci bəndə “37.6-cı,” sözlərindən sonra “38.2-ci,” sözləri əlavə edilmişdir.

 

17 iyun 2020-ci il tarixli 1062 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 iyun 2020-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 703) ilə 5.1-ci bəndinə “38.2-ci” sözlərindən sonra “maddələrində, 38.6-cı maddəsinin birinci cümləsində” sözləri əlavə edilmişdir.

 

[4] 29 dekabr 2014-cü il tarixli 435 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 31 dekabr 2014-cü il, № 288; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1588) ilə 5.2-ci bənddə “və 64.0.8-ci maddəsində” sözləri “, 64.0.8-ci və 85.2-ci maddələrində” sözləri ilə əvəz edilmişdir.

23 iyun 2016-cı il tarixli 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1044) ilə 5.2-ci bənddən “38.7-ci maddəsində (ikinci halda),” sözləri çıxarılmışdır.

 

[5] 23 iyun 2016-cı il tarixli 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1044) ilə 5.3-cü bənddən “38.6-cı,” sözləri çıxarılmışdır.

22 iyul 2019-cu il tarixli 793 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyul 2019-cu il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7 maddə 1240) ilə 5.3-cü bənddə “50.0.5-ci,” sözləri “50.1.5-ci,” sözləri ilə əvəz edilmişdir.

 

[6] 21 noyabr 2014-cü il tarixli 373 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1413) ilə 5.4-cü bənddə “80.6-cı maddəsində (birinci halda),” sözlərindən sonra “80.6-1-ci maddəsində,” sözləri əlavə edilmişdir.

29 dekabr 2014-cü il tarixli 435 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 31 dekabr 2014-cü il, № 288; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1588) ilə 5.4-cü bənddə “80.3-cü, 80.4-cü maddələrində” sözləri “80.3-cü maddəsində (hər iki halda), 80.4-cü maddəsində” sözləri ilə əvəz edilmişdir, “81.2-cı maddəsində (birinci halda)” sözlərindən sonra “, 82.2.1-ci, 83.1-ci, 83.2-ci, 83.3-cü, 92.1.10-cu, 92.1.11-ci, 92.1.13-cü, 93.4-cü, 93.5-ci və 94.1-ci maddələrində” sözləri əlavə edilmişdir.

10 iyul 2018-ci il tarixli 190 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1476) ilə 5.4-cü bəndə “54.11-ci maddəsinin birinci cümləsində,” sözlərindən sonra “54.11-1-ci maddəsində,” sözləri əlavə edilmişdir.

22 iyul 2019-cu il tarixli 793 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyul 2019-cu il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7 maddə 1240) ilə 5.4-cü bəndə “15.4-cü,” sözlərindən sonra “20.3-cü,” sözləri, “44.5-ci” sözlərindən sonra “maddələrində, 45.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 46.2-ci” sözləri, “52.3-cü,” sözlərindən sonra “53.2-ci,” sözləri əlavə edilmişdir.

 

[7] 21 noyabr 2014-cü il tarixli 373 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1413) ilə 5.5-ci bənddə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi,” sözləri əlavə edilmişdir.

 

[8] 23 iyun 2016-cı il tarixli 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1044) ilə 5.6-cı bənddə “38.3-cü maddəsinin birinci cümləsində” sözləri “38.3-cü maddəsində, 38.6-cı maddəsində (birinci halda)” sözləri ilə əvəz edilmişdir.

 

18 noyabr 2016-cı il tarixli 1120 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1827) ilə 5.6-cı bənddən “38.6-cı maddəsində (birinci halda),” sözləri çıxarılmışdır.

 

10 iyul 2018-ci il tarixli 190 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1476) ilə 5.6-cı bənddən “30.1-ci,” sözləri çıxarılmışdır.

 

[9] 23 iyun 2016-cı il tarixli 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1044) ilə 5.5-ci və 5.9-cu bəndlərdə “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[10] 23 iyun 2016-cı il tarixli 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1044) ilə 5.10-cu bənddə “və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi” sözləri “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

18 noyabr 2016-cı il tarixli 1120 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1827) ilə 5.10-cu bənddə “23.5-ci maddəsində” sözləri “23.5-ci və 38.7-ci maddələrində” sözləri ilə əvəz edilmişdir.

 

[11] 23 iyun 2016-cı il tarixli 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1044) 5.11-ci bənddə “37.8-ci maddəsində (ikinci halda),” sözlərindən sonra “38.6-cı maddəsində (ikinci halda),” sözləri əlavə edilmişdir, “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirir” sözləri “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər” sözləri ilə əvəz edilmişdir.

 

18 noyabr 2016-cı il tarixli 1120 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1827) ilə 5.11-ci bənddən “38.6-cı maddəsində (ikinci halda),” sözləri çıxarılmışdır.

 

10 iyul 2018-ci il tarixli 190 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1476) ilə 5.11-ci bəndə “37.8-ci maddəsində (ikinci halda),” sözlərindən sonra “46.4-cü maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilmişdir.

 

[12] 23 iyun 2016-cı il tarixli 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1044) ilə 5.12-ci bənd ləğv edilmişdir.

 

[13] 29 dekabr 2014-cü il tarixli 435 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 31 dekabr 2014-cü il, № 288; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1588) ilə 5.14-cü bənddə “həmin Məcəllənin 54.8-ci maddəsində (ikinci halda)” sözlərindən sonra “və 93.2.3-cü maddəsində” sözləri əlavə edilmişdir.

 

[14] 11 sentyabr 2014-cü il tarixli 270 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1050) ilə 5.17-1-ci və 5.17-2-ci bəndlər əlavə edilmişdir.

 

29 yanvar 2021-ci il tarixli 1266 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 yanvar 2021-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 36) ilə 5.17-2-ci bəndindən “və Turizm” sözləri çıxarılmışdır.

 

[15] 1 iyun 2016-cı il tarixli 924 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1020) ilə 5.18-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 5.19-cu bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status