AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
02.02.2001
QEYDİYYAT NÖMRƏSİ
32
ADI
Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2001, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 111)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.02.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları haqqında

Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 382 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 2 fevral 2001-ci il

                   № 32

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 2 fevral tarixli 32 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları [1]

 

1. Ümumi müddəalar

 

Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq hazırlanmışdır və alıcılar tərəfindən dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısını və həmin sənədlərin təqdim edilməsi qaydalarını müəyyən edir.

 

2. Alıcılar tərəfindən təqdim edilən sənədlərin siyahısı və qaydaları

 

2.1. Müəyyən olunmuş müddətdə sifariş vermiş, özəlləşdirmənin keçirilməsi haqqında məlumatda dərc olunmuş sənədləri lazımi qaydada tərtib və təqdim etmiş fiziki və hüquqi şəxslər dövlət əmlakının mövcud qanunvericiliyə uyğun olaraq hərraclarda, müsabiqələrdə və digər üsullarla özəlləşdirilməsində alıcı kimi iştirak edə bilərlər.

2.2. Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün sifarişçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti) müəyyən etdiyi formada ərizəni tərtib edir. Sifarişin və ona əlavə edilən sənədlərin qəbulu dərc olunmuş məlumatda göstərilən tarixdə həyata keçirilir. Ərizə iki nüsxədə tərtib olunur. [2]

2.3. Dövlət əmlakının özəlləşdirilməsi üsullarından asılı olaraq özəlləşdirmədə iştirak etmək istəyən şəxslər ərizəyə aşağıdakı sənədləri əlavə edirlər:

 

dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi zamanı

 

hüquqi şəxsin təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;

tender təklifi;

 

özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı zamanı

 

dövlət özəlləşdirmə payları;

 

dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı zamanı

 

satışa çıxılan səhmlərin dəyərinin ödənilməsi (pul və ya özəlləşdirmə çekləri ilə) haqda sifariş;

hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;

fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;

səhmlərin dəyəri özəlləşdirmə çekləri ilə ödənildikdə - özəlləşdirmə çekləri;

ixtisaslaşdırılmış pul hərraclarında pul vəsaitinin İİN tərəfindən müəyyən edilmiş hesaba ödənildiyini təsdiq edən sənəd;

hərracda iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə - nümayəndənin sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən etibarnamə;

 

dövlət əmlakının hərraclar vasitəsi ilə satışı zamanı

 

hərraclarda iştirak etmək üçün sifariş;

Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

hərracda iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə - nümayəndənin sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən etibarnamə;

 

dövlət əmlakının hərraclar vasitəsi ilə satışı zamanı

 

hərraclarda iştirak etmək üçün sifariş;

Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;

fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;

hərracda iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə - nümayəndənin sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən etibarnamə;

 

dövlət əmlakının investisiya müsabiqəsi vasitəsi və satışı zamanı

 

iddiaçı tərəfindən müsabiqənin şərtlərinin icrasının təmin olunmasını təsdiq edən və müvafiq qaydada tərtib olunmuş sənəd (bank zəmanəti, zaminlik müqaviləsi, girov müqaviləsi və s.);

investisiya proqramı;

 

icarəyə verilmiş dövlət əmlakının satışı zamanı

 

icarə müqaviləsinin surəti;

hüquqi şəxslər üçün hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti;

fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;

qeyri-yaşayış sahəsinin texniki pasportu;

 

dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı zamanı

 

Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri (fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti);

hərracda iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə nümayəndənin sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən etibarnamə.

Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək istəyən şəxslərdən bu Qaydalarda nəzərdə tutulmuş sənədlərdən başqa digər sahələrin tələb olunmasına yol verilmir.

2.4. Dövlət Xidməti tərəfindən sənədləri qəbul etməyə vəkil edilmiş şəxs qəbul edilmiş hər bir ərizəyə və sənədlərdə nömrə və tarix qoyur və onların qəbul edilməsi barədə ərizənin digər nüsxəsində müvafiq qeyd aparır. Həmin nüsxə ərizə və sənədləri vermiş şəxsə və ya onun nümayəndəsinə qaytarılır. [3]

2.5. Sənədlər dövlət əmlakının satışının keçirilməsi barədə məlumatda qeyd edilən müddət bitdikdən sonra qəbul edilmir.

2.6. Sənədlər tam tərkibdə təqdim edilmədikdə və ya qanunvericiliyə uyğun olaraq tərtib edilmədikdə onlar sifarişçinin tələbi ilə bir iş günü müddətinə geri qaytarılır. Bu halda həmin sənədləri təqdim edən şəxslər (və ya onların nümayəndələri) müəyyən edilmiş çatışmazlıqları aradan qaldırıldıqdan sonra, elanda göstərilən müddət ərzində sənədləri təkrarən təqdim edə bilərlər.

 

3. Yekun müddəa

 

Dövlət əmlakının alıcıları tərəfindən təqdim edilən sənədlərin siyahısı və qaydaları ilə bağlı vəzifəli şəxslərin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. [4]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 may 2006-cı il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 472)

2.       25 oktyabr 2001-ci il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 664)

3.       28 noyabr 2005-ci il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1076)

4.       30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)

5.       30 mart 2022-ci il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2022-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 289)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 oktyabr 2001-ci il tarixli 169 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 664) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədə olan digər qərarlarında və sərəncamlarında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Ticarət Nazirliyinə, Dövlət Əmlakı Nazirliyinə, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinə və Azərbaycan Respublikasının Xarici İnvestisiyalar Agentliyinə verilən səlahiyyətlər Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə şamil edilmişdir.

28 noyabr 2005-ci il tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1076) ilə "Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları"nın 2.2-ci, 2.3-cü və 2.4-cü bəndlərində "İqtisadi İnkişaf Nazirliyi" sözləri ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrü Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

[2] 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846) ilə təsdiq edilmiş "Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları"nın 2.2-ci, 2.3-cü və 2.4-cü bəndlərində ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri ismin müvafiq hallarında "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

30 mart 2022-ci il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2022-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 289) ilə “Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları”nda 2.2-ci bəndin birinci cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti)” sözləri ilə əvəz edilmişdir.

 

[3] 30 mart 2022-ci il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2022-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 289) ilə “Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları”nda 2.3-cü bəndin on ikinci, on altıncı və iyirmi doqquzuncu abzaslarında, 2.4-cü bəndin birinci cümləsində ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[4] 22 may 2006-cı il tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 472) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları”nın 3-cü bəndində “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada” sözləri “inzibati qaydada və ya” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status