Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:
1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilsin:
[2]
1.1. Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlara - 266 manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 145 manat
[3]
1.2. ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
[4]
adlı təqaüd alan tələbələrə – 145 manat
magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 127 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 103 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 67 manat
bakalavriat səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 115 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 97 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 61 manat
1.3. orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 61 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 48 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 42 manat
[5]
1.4. İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə – 42 manat
[6]
1-1. Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə bu Sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödənilsin.
[7]
2. Müəyyən edilsin ki, təqaüdlərin ödənilməsi, ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.
[8]
3. “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (3-cü hissəsi istisna olmaqla) ləğv edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 avqust 2013-cü il
№ 3108
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 noyabr 2015-ci il tarixli 1516 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 11 noyabr 2015-ci il, № 247; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1339)
2.
25 may 2017-ci il tarixli 2912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 27 may 2017-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №5 , maddə 934)
3.
15 may 2018-ci il tarixli 85 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5 , maddə 1022)
4.
14 fevral 2019-cu il tarixli 961 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 fevral 2019-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2 , maddə 291)
5.
1 mart 2019-cu il tarixli 1002 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 442)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
25 may 2017-ci il tarixli 2912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 27 may 2017-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №5 , maddə 934) ilə adında “artırılması” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi” sözləri əlavə edilmişdir.
[2]
25 may 2017-ci il tarixli 2912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 27 may 2017-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №5 , maddə 934) ilə 1-ci hissədə “artırılaraq” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlər” sözləri əlavə edilmişdir.
14 fevral 2019-cu il tarixli 961 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 fevral 2019-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2 , maddə 291) ilə 1-ci, 1-1-ci və 2-ci hissələri ləğv edilmişdir.
[3]
15 may 2018-ci il tarixli 85 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5 , maddə 1022) ilə 1.1-ci bəndin ikinci abzasında “
[4]
10 noyabr 2015-ci il tarixli 1516 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 11 noyabr 2015-ci il, № 247; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1339) ilə 1.2-ci və 1.3-cü bəndlər yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.2. Ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələrə – 120 manat
magistr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 105 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 85 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 55 manat
bakalavr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 95 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 80 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 50 manat
1.3. Orta ixtisas təhsili müəssisələrində:
əla qiymətlərlə oxuyan tələbələrə – 50 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 40 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 35 manat
25 may 2017-ci il tarixli 2912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 27 may 2017-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №5 , maddə 934) ilə 1.2-ci bənddə “müəssisələrində” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilmişdir.
15 may 2018-ci il tarixli 85 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5 , maddə 1022) ilə 1.2-ci bəndin ikinci abzasında “
[5]
15 may 2018-ci il tarixli 85 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5 , maddə 1022) ilə 1.3-cü bəndin ikinci abzasında “
[6]
15 may 2018-ci il tarixli 85 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5 , maddə 1022) ilə 1.4-cü bənddə “
[7]
10 noyabr 2015-ci il tarixli 1516 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 11 noyabr 2015-ci il, № 247; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1339) ilə yeni məzmunda 1-1-ci hissə əlavə edilmişdir.
25 may 2017-ci il tarixli 2912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 27 may 2017-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №5 , maddə 934) ilə 1-1-ci və 2-ci hissələrdə “müəssisələrində” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri əlavə edilmişdir.
[8]
10 noyabr 2015-ci il tarixli 1516 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 11 noyabr 2015-ci il, № 247; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1339) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.