×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
24.07.2013
QEYDİYYAT NÖMRƏSİ
3017
ADI
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2013, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 848)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.07.2013
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqı yaradılsın.

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsi ilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində yaradılan Hərbi Ovçuluq İttifaqı payları dövlətə məxsus Məhdud Məsuliyyətli Cəmiyyətdir.

3. “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra — Cəmiyyət) ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.2. Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidmətinə: [2]

3.2.1. Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;

3.2.2. Cəmiyyətin icra orqanının (kollegial və ya təkbaşçı) yaradılması, səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

3.2.3. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2.4. Cəmiyyətin müşahidə şurasının seçilməsi;

3.2.5. Cəmiyyətin inkişaf və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi;

3.2.6. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi; [3]

3.2.7. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi; [4]

3.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin təklifləri əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə: [5]

3.3.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyindəki hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;

3.3.2. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Cəmiyyətin yenidən təşkil və (və ya) ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

5.1. Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

5.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirsinlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyul 2013-cü il

  3017

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 26 fevral 2016-cı il tarixli 1826 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 346)
  2. 1 may 2019-cu il tarixli 665 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 may 2019-cu il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 817)
  3. 13 may 2020-ci il tarixli 2040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 601)
  4. 5 avqust 2022-ci il tarixli 3413 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 5 avqust 2022-ci il, “Xalq” qəzeti 6 avqust 2022-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 914)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 avqust 2022-ci il tarixli 3413 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 5avqust 2022-ci il, “Xalq” qəzeti 6 avqust 2022-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 914) ilə adında, 1-ci, 2-ci hissələrdə və 3-cü hissənin birinci abzasında “Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri “Prezidentinin Təhlükəsizlik Xidmətinin” sözləri ilə əvəz edilmişdir.

 

[2] 5 avqust 2022-ci il tarixli 3413 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 5 avqust 2022-ci il, “Xalq” qəzeti 6 avqust 2022-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 914) ilə 3.2-ci bənddə “Xüsusi Dövlət Mühafizə Xidmətinə” sözləri “Prezidentinin Təhlükəsizlik Xidmətinə” sözləri ilə əvəz edilmişdir.

 

[3] 13 may 2020-ci il tarixli 2040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 601) ilə 3.2.6-cı yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilmişdir.

 

[4] 26 fevral 2016-cı il tarixli 1826 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 346) ilə yeni məzmunda 3.2.7-ci yarımbənd əlavə edilmişdir.

 

1 may 2019-cu il tarixli 665 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 may 2019-cu il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 817) ilə 3.2.7-ci yarımbəndinə “müstəqil” sözündən əvvəl “Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də” sözləri əlavə edilmişdir.

 

[5] 5 avqust 2022-ci il tarixli 3413 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 5 avqust 2022-ci il, “Xalq” qəzeti 6 avqust 2022-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 914) ilə 3.3-cü bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyiliridi:

3.3. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin təklifləri əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status