![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİ İNKİŞAF NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
03.09.2013 |
Qeydiyyat nömrəsi |
13 |
Adı |
Hüquqi və fiziki şəxslərin sənaye parkında qeydiyyatdan keçməsi üçün tələb olunan investisiyanın və yeni investisiya layihəsi üzrə sərmayə qoyuluşunun minimal hədlərinin müəyyən edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
11.09.2013 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.040.010 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201309030013 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
10.09.2013 |
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-1.1.2-ci və 67-1.2.2-ci maddələrinə uyğun olaraq və “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli, 865 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli, 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 17-1.2-ci və 2006-cı il 28 fevral tarixli, 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”nin 4.7-ci və 5.11-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyası
qərara alır:
1. Hüquqi və fiziki şəxslərin sənaye parklarında qeydiyyatdan keçməsi üçün tələb olunan investisiyanın minimal həddi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin 9.6.1-9.6.5-ci yarımbəndlərinin tələblərinə uyğun olan investisiya layihəsində nəzərdə tutulan sərmayə qoyuluşu həcmində müəyyən edilsin.
2. Hüquqi və fiziki şəxslərin Balaxanı Sənaye Parkında qeydiyyatdan keçməsi üçün tələb olunan investisiyanın minimal həddi 500.000 (beş yüz min) manat həcmində müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-1.1.2-ci və 67-1.2.2-ci maddələrinə uyğun olaraq, yeni investisiya layihəsi üzrə sərmayə qoyuluşunun minimal həddi sənaye parkının ərazisində təqdim olunun təsərrüfat və digər vergitutma obyektinə qoyulmuş investisiyanın 50 faizi həcmində müəyyən edilsin.
4. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
5. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
6. Kollegiyanın məsul katibi, Ümumi şöbənin müdiri Rövşən Ataşova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
7. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 03.09.2013-cü il tarixli iclasının protokolu.
Sədr,
iqtisadi inkişaf naziri Şahin Mustafayev
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1. 18 sentyabr 2013-cü il tarixli 14 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201309180014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 oktyabr 2013-cü il)