AKTIN NÖVÜ
Dövlət Miqrasiya Xidməti
QƏBUL EDİLDİYİ TARİX
20.09.2013
QEYDİYYAT NÖMRƏSİ
22
ADI
“Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.09.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
440.040.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201309200022
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
25.09.2013
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ KOLLEGİYASININ

 

QƏRARI

 

20 sentyabr 2013-cü il                                                                                              № 22

 

“Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası”nın təsdiq edilməsi barədə

 

“Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 18-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

 

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

 

III dərəcəli dövlət miqrasiya

xidməti müşaviri

Firudin Nəbiyev

 


 

 

Azərbaycan Respublikasının

Dövlət Miqrasiya Xidməti Kollegiyasının

2013-cü il 20 sentyabr tarixli 22 nömrəli

Qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qayda “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında “Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - əcnəbilər) Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydasını müəyyən edir.

1.2. 18 yaşına çatmamış uşaqlar, yaşı 65-dən yuxarı olan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilər istisna olmaqla, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin hər birinin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması məqsədilə müsahibə (bundan sonra-müsahibə) keçirilir. [1]

1.3. Müsahibə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mütəxəssisi də daxil olmaqla, üzvlərinin sayı beş nəfərdən ibarət tərkibdə yaradılmış müsahibə komissiyası (bundan sonra — Komissiya)  tərəfindən keçirilir.

 

2. KOMİSSİYANIN TƏRKİBİ

 

2.1. Komissiyanın tərkibi sədr, sədr müavini, katib və digər üzvlərdən ibarət olmaqla, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi (bundan sonra — Xidmət rəisi) tərəfindən təsdiq edilir.

2.2. Komissiyanın sədri, sədr müavini, katibi və 1 üzvü Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mütəxəssislərindən, digər 2 üzvü: 1 nəfər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, 1 nəfər Azərbaycan Respublikası Təhsil Nazirliyinin mütəxəssislərindən təyin olunur.

2.3. Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən bu komissiyanın tərkibinə daxil edilə bilərlər.

2.4. Komissiyanın işinə müvafiq sahələr üzrə alim, psixoloq və ekspertlər cəlb edilə bilərlər.

2.5. Komissiya öz fəaliyyətini iclaslar vasitəsi ilə həyata keçirir.

2.6. Komissiyanın iclasları mütəmadi olaraq keçirilir və üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə qabaqcadan məlumat verilir.

2.7. Sədr olmadıqda komissiyanın iclaslarına sədr müavini, o, olmadıqda isə komissiya üzvlərindən biri sədrlik edir.

2.8. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və sadə səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir. Qərarlar protokolla rəsmiləşdirilir və protokol iclaslarda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır. Komissiyanın qərarı ilə razı olmayan və ya həmin qərarla bağlı xüsusi rəyi olan Komissiyanın üzvü protokolu müvafiq qeydlə imzalayaraq rəyini yazılı surətdə protokola əlavə edir.

2.9. Komissiyanın işinə müdaxilə yolverilməzdir.

2.10. Komissiya üzvlərinin aşağıdakı hüquqları vardır:

2.10.1. komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək;

2.10.2. komissiyanın iclasının aparılmasına dair fikirlərini bildirmək, suallar vermək;

2.10.3. komissiyanın protokol və digər sənədləri ilə tanış olmaq;

2.10.4. qəbul edilməsi təklif olunan qərara dair fikir söyləmək;

2.10.5. qəbul edilməsi təklif olunan qərarın lehinə və ya əleyhinə səs vermək, qərarla razılaşmadıqda xüsusi rəy vermək.

2.11. Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:

2.11.1. komissiyanın iclaslarını üzrsüz səbəbdən buraxmamaq;

2.11.2. komissiyanın iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;

2.11.3. komissiya üzvünün adına və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək;

2.11.4. komissiyanın iclaslarında baxılan məsələlər üzrə konfidensiallığa əməl etmək.

2.12. Komissiya üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi təmsil olunduqları dövlət orqanları tərəfindən həll edilir.

2.13. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş komissiya üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilir.

 

3. MÜSAHİBƏYƏ HAZIRLIQ VƏ BUNUNLA ƏLAQƏDAR HƏLL OLUNAN TƏŞKİLATİ MƏSƏLƏLƏR

 

3.1. Əcnəbilər Dövlət Miqrasiya Xidmətinin aidiyyəti struktur bölməsinin (Miqrasiya proseslərini tənzimləmə baş idarəsi) müraciəti əsasında Komissiya tərəfindən müsahibəyə cəlb olunurlar.

3.2. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciəti qeydə alınmış əcnəbiyə onun Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması məqsədilə keçiriləcək müsahibə barədə (müsahibənin vaxtı, keçiriləcəyi yer və s.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddət nəzərə alınmaqla onların müraciətindən on gün sonra şifahi və ya yazılı qaydada məlumat verilir. [2]

3.3. Müsahibəyə gələnlər özləri ilə pasport və ya digər sərhədkeçmə sənədlərini gətirməlidirlər.

3.4. Müsahibə keçirilən gün müsahibə başlamazdan əvvəl müsahibəyə buraxılan əcnəbilərin siyahısı Komissiyaya təqdim edilir. Komissiyanın sədri siyahıda göstərilmiş əcnəbiləri elan edir.

3.5. Komissiyanın üzvü müsahibə aparılacaq əcnəbilərin hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq, şəxsi ədavət münasibətində olduqda, yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən hallar mövcud olduqda həmin əcnəbi ilə müsahibədə iştirak etmir.

3.6. Komissiyanın sədri müsahibə başlamazdan əvvəl müsahibəyə gəlmiş əcnəbidən Komissiya üzvlərindən hər hansı birinə etirazının olub-olmamasını soruşur. Əsaslar olduqda əcnəbi müsahibə başlanmazdan əvvəl Komissiya üzvlərindən hər hansı birinə etiraz edə bilər. Etirazın qəbul və ya rədd edilməsini komissiyanın sədri müəyyən edir.

 

4. MÜSAHİBƏNİN KEÇİRİLMƏSİ

 

4.1. Hər bir əcnəbi ilə müsahibə fərdi qaydada və ən azı 20 dəqiqə aparılır.

4.2. Müsahibə Azərbaycan Respublikasının dövlət dilində aparılır.

4.3. Müsahibə zamanı əcnəbiyə Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri ilə bağlı biliyini müəyyən etmək məqsədilə 5 sual, habelə dövlət dili ilə bağlı biliyini müəyyən etmək məqsədilə 5 sual verilir.

4.4. Suallar vasitəsilə namizədin aşağıdakı xüsusiyyətləri qiymətləndirilir:

4.4.1. Azərbaycan dilində fikrini səlist ifadə etmək (danışmaq, başa düşmək və s.) səviyyəsi;

4.4.2. əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair bilik səviyyəsi.

4.5. Əcnəbinin verdiyi cavab komissiyanın üzvləri tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir.

4.6. Müsahibənin nəticəsinə görə hər bir meyar üzrə ən azı 15 bal toplamış əcnəbi müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.

4.7. Suallar və cavablar komissiyanın üzvləri tərəfindən bal cədvəlinə (1 nömrəli Əlavə) yazılır və qiymətləndirilərək komissiyanın sədrinə təqdim edilir.

4.8. Komissiya üzvləri arasında əcnəbinin iştirakı olmadan müsahibə ilə bağlı fikir mübadiləsi keçirilə bilər.

 

5. MÜSAHİBƏNİN YEKUNLAŞMASI

 

5.1. Müsahibənin nəticəsi üzrə qərar müsahibənin keçirildiyi gün bu Qaydaların 2.8-ci bəndinin tələblərinə əməl edilməklə qəbul edilir.

5.2. Müsahibənin nəticələri üzrə əcnəbinin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dilini bilməsi və ya bilməməsi barədə iki qərardan biri qəbul edilir. Qərar qəbul olunduğu gündən 3 iş günü ərzində bu barədə müraciət edən tərəf məlumatlandırılır.

5.3. Komissiyanın qərarlarından razı olmayan əcnəbilər inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət edə bilərlər.

 


 

Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası”na

 

1 nömrəli Əlavə

 

(soyadı, adı, atasının adı)

 

Bal cədvəli

Sualın

N-si

Sualın məzmunu

Verilən cavabın məzmunu

Qiymətləndirmənin nəticələri

1

2

3

4

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

   

      Komissiyanın sədri: ________________________________________________________

      Komissiya sədrinin müavini: ________________________________________________

      Komissiyasının üzvləri: ____________________________________________________

1. _______________________________________________________________________

2. _______________________________________________________________________

3. _______________________________________________________________________

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 noyabr 2019-cu il tarixli 08 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201911270008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 dekabr 2019-cu il)

2.       11 noyabr 2020-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202011110004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 noyabr 2020-ci il)

3.       5 yanvar 2022-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202201050001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2022-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 noyabr 2019-cu il tarixli 08 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201911270008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 dekabr 2019-cu il) ilə “Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası”nın 1.2-ci bəndində “çatmamış” sözündən sonra “uşaqlar, yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə)” sözləri əlavə edilmişdir.

11 noyabr 2020-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202011110004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 noyabr 2020-ci il) ilə “Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası”nın 1.2-ci bəndində “əlil olan” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

5 yanvar 2022-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202201050001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2022-ci il) ilə “Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası”nın 1.2-ci bəndində “I dərəcə” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə” sözləri ilə əvəz edilmişdir.

 

[2] 27 noyabr 2019-cu il tarixli 08 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201911270008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 dekabr 2019-cu il) ilə “Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası”nın 3.2-ci bəndində “əvvəlcədən” sözü “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddət nəzərə alınmaqla onların müraciətindən on gün sonra” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status