“Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 679; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 141) ilə təsdiq edilmiş “Azərbaycan Bayrağı” ordeninin təsviri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci hissədə “ağ, üstdəki ulduz isə göy” sözləri “ağ və göy rəngli” sözləri ilə əvəz edilsin.
2. Üçüncü hissədə “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilsin.
3. Dördüncü hissədə “
“AZƏRBAYCAN BAYRAĞI” ordeni
“Xara lentin yuxarı hissəsinə
4. Beşinci hissədə “üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2013-cü il
№ 723-IVQD