“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 1 — “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 24 yanvar 2014-cü il
№ 19
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 24 yanvar tarixli 19 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı
1. “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət.
2. “ABAD” publik hüquqi şəxs.
[1]
3. “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs.
[2]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
16 noyabr 2016-cı il tarixli 457 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 noyabr 2016-cı il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1945)
2.
22 may 2018-ci il tarixli 233 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 may 2018-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1140)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
16 noyabr 2016-cı il tarixli 457 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 noyabr 2016-cı il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1945) ilə 2-ci hissə əlavə edilmişdir.
[2] 22 may 2018-ci il tarixli 233 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 may 2018-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1140) ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na yeni məzmunda 3-cü hissə əlavə edilmişdir.