×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.12.2003
QEYDİYYAT NÖMRƏSİ
157
ADI
"Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2003, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 745)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.12.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.000.000
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi haqqında

“Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 6 dekabr 2003-cü il

   № 157

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 6 dekabr tarixli 157 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin

 

SİYAHISI

 

1. Ağciyər vərəminin açıq forması*, bəlğəmdə mikrobakteriyalar aşkar edilməyən fəal ağciyər vərəmi, svişləri olan ağciyərdən kənar vərəm, bakteriouriyalar, üz və əl dərisinin vərəmi ilə tutulmuş şəxslərin:

1.1. doğum evlərinin (şöbələrinin) bütün peşələri və vəzifələri;

1.2. körpələr və məktəbəqədər yaşlı uşaqlar üçün təlim-tərbiyə müəssisələrinin (uşaq məsləhətxanaları, məktəbəqədər təhsil müəssisələri) bütün peşələri və vəzifələri; [1]

1.3. 18 yaşa qədər şəxslərin təlim və tərbiyə aldıqları müəssisələrin (uşaq evləri, ümumi təhsil məktəbləri, peşə təhsili müəssisələri, fəhlə-gənclər məktəbləri və digər xüsusi təhsil müəssisələri) bütün peşələri və vəzifələri; [2]

1.4. 18 yaşa qədər şəxslər üçün sağlamlaşdırıcı və idman müəssisələrinin bütün peşələri və vəzifələri;

1.5. 18 yaşa qədər şəxslər üçün ümumi profilli (xəstəxana, poliklinika, sanatoriya) və vərəm əleyhinə müəssisələrin (şöbələrin) bütün peşələri və vəzifələri.

2. Ağciyərlərində qeyri-aktiv vərəm xarakterli dəyişikliyi olan şəxslərin:

2.1. doğum evlərinin (şöbələrinin) bütün peşələri və vəzifələri;

2.2. körpələr və məktəbəqədər yaşlı uşaqlar üçün təlim-tərbiyə müəssisələrinin (uşaq məsləhətxanaları, məktəbəqədər təhsil müəssisələri) bütün peşələri və vəzifələri.

3. Ağciyər vərəminin açıq forması**, kəskinləşmə fazasında olan fəal ağciyər vərəmi, svişlərin olması ilə qeyri-ağciyər formalı vərəm bakteriouriyaları ilə tutulmuş şəxslərin:

[3] 3.1. böyüklər üçün qeyri-vərəm profilli müalicə-profilaktika müəssisələrinin (xəstəxanalar, poliklinikalar, sanatoriyalar, sanatoriya-profilaktoriyalar, istirahət evləri, pansionatlar, turist bazaları, əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri və s.) sanitarları və tibb bacıları, burun-qulaq-boğaz həkimləri, stomatoloqları, diş protezi düzəldənləri, böyüklər üçün qeyri-vərəm profilli müalicə-profilaktika müəssisələrinin və vərəm əleyhinə müəssisələrin, sanator-kurort müəssisələrinin qida blokunun bütün peşələri və vəzifələri;***

3.2. ictimai-iaşə müəssisələrinin bütün peşələri və vəzifələri, həmçinin ərzaq xammalı, yarımfabrikatlar və hazır məlumatlarla təmasda olan, ərzaq məhsullarının hazırlanması, saxlanması, daşınması və satışı, eləcə də istehsal prosesində istifadə olunan inventarların, ləvazimatların, taraların təmizlənməsi, yuyulması, dezinfeksiyası və təmiri ilə bağlı olan peşələr və vəzifələr;

3.3. südçülük, heyvandarlıq, eləcə də quşçuluq fərmanlarının bütün peşələri və vəzifələri;

3.4. dərman preparatlarının hazırlanması, qablaşdırılması və satışı ilə məşğul olan müəssisələrin və apteklərin bütün peşələri və vəzifələri;

3.5. uşaq əşyaları, dərman və ərzaq məhsulları üçün kağız taralar hazırlayan müəssisələrin bütün peşələri və vəzifələri;

3.6. əhaliyə sanitar-gigiyenik və bəzi digər əhəmiyyətli məişət xidməti göstərən müəssisələrin bütün peşələri və vəzifələri (hamamçı, duşxanaların bütün peşələri və vəzifələri, bərbər, manikür, pedikür, kosmetika kabinələrinin bütün peşələri və vəzifələri, camaşırxana, kimyəvi təmizləmə məntəqələrinin fəhlələri və s.) habelə oyun avtomatları zallarının bütün peşələri və vəzifələri;

3.7. üzgüçülük üzrə məşqçilər, təlimatçılar, müalicəvi su prosedurları ilə məşğul olan peşə və vəzifələr;

3.8. dəmiryolu sərnişin vaqonlarının bələdçiləri və sərnişinləri birbaşa təmasda olan şəxslər;

3.9. ərzaq malların sürücü-ekspeditorları, taksi və marşrut-taksi maşınlarının sürücüləri;

3.10. sərnişin hava yolları heyətinin peşə və vəzifələri;

3.11. yataqxana və qonaq evlərinin bütün xidməti peşə və vəzifələri (xidmətçiləri, qulluqçuları, mərtəbə gözətçiləri, ümumi ayaqyolularının və duşxanaların xadimləri, yataqxana komendantları);

3.12. su kəməri qurğularına, su ehtiyatı anbarlarına xidmət göstərən və bilavasitə suyun təmizlənməsində iştirak edən şəxslər;

3.13. uşaq atelyeləri və tikiş emalatxanalarının paltarbiçənləri, tikişçiləri;

3.14. kitabxanalarda uşaqlara xidmət göstərən kitabxanaçılar;

3.15. uşaq oyuncaqları istehsalı ilə məşğul olan müəssisələrin bütün peşələri və vəzifələri (evdə istehsal edənlər daxil edilməklə);

3.16. ev şəraitində kütləvi istehsal edilən əşya və ləvazimatların (dezinfeksiya edilməyən) hazırlanması ilə məşğul olan şəxslər;

3.17. uşaq geyimləri və oyuncaqları, dərslik və məktəb ləvazimatı satıcıları;

3.18. ev xidmətçiləri;

3.19. balıq sənayesi və su nəqliyyatında qida məhsullarını hazırlayan və sərnişinlərlə bilavasitə təmasda olan şəxslər.

 

 

 

* Xəstənin laborator müayinəsində basil ifrazetmə təsdiq edilmədikdə, lakin rentgenoloji müayinə nəticəsində ağciyərdə destruktiv dəyişiklik aşkar olunduqda, həmin xəstələr açıq formalı vərəm xəstəsi kimi qəbul edilirlər.

** Xəstənin laborator müayinəsində basil ifrazetmə təsdiq edilmədikdə, lakin rentgenoloji müayinə nəticəsində ağciyərdə destruktiv dəyişiklik aşkar olunduqda, həmin xəstələr açıq formalı vərəm xəstəsi kimi qəbul edilirlər.

*** Bəlğəmində vərəm mikrobakteriyaları aşkar edilməyən vərəm xəstələri, böyüklər üçün poliklinika və ambulatoriyalarda sanitar kimi işləyə bilərlər.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)

2.       28 noyabr 2018-ci il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 noyabr 2018-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2458)

3.       19 dekabr 2018-ci il tarixli 541 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2737)

4.       7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə 1.2-ci və 2.2-ci bəndlərdə «və yaslilər» sözləri «, körpələr evləri və körpələr evi-uşaq bağçaları» sözləri ilə əvəz edilmişdir.

 

28 noyabr 2018-ci il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 noyabr 2018-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2458) ilə “Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı”nın 1.2-ci və 2.2-ci bəndlərində “uşaq bağçaları, körpələr evləri və körpələr evi-uşaq bağçaları” sözləri “məktəbəqədər təhsil müəssisələri” sözləri ilə əvəz edilmişdir.

 

[2] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə 1.3-cü bənddə «orta ümumtəhsil məktəbləri, texniki peşə məktəbləri» sözləri «ümumi təhsil məktəbləri, ilk peşə-ixtisas təhsili müəssisələri» sözləri ilə əvəz edilmişdir.

19 dekabr 2018-ci il tarixli 541 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2737) ilə “Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı”nın 1.3-cü bəndində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[3] 7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516) ilə “Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı”nın 3.1-ci bəndində “əlillər evləri” sözləri “əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status