AKTIN NÖVÜ
Maliyyə Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
24.01.2014
QEYDİYYAT NÖMRƏSİ
Q-04
ADI
İcbari Sığorta Bürosuna ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləğlərinin müəyyən edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.02.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.050.030
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201401240004
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.02.2014
Icbari Sıǧorta Bürosuna ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləǧlərinin müəyyən edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

24.01.2014

Qeydiyyat nömrəsi

Q-04

Adı

İcbari Sığorta Bürosuna ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləğlərinin müəyyən edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

06.02.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.050.030

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201401240004

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

05.02.2014

 

 

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının 3.1.3-cü və 3.1.4-cü bəndlərinin, həmçinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 649-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 04 iyul tarixli 937 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. İcbari Sığorta Bürosunun iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu iştirak haqqının məbləği 200.000 (iki yüz min) manat müəyyən edilsin.[1]

2. İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçının Büroya birdəfəlik olaraq ödəməli olduğu təminat depozitinin məbləği müvafiq icbari sığorta növləri üzrə aşağıdakı kimi müəyyən edilsin:

2.1. Daşınmaz əmlakın icbari sığortası üzrə – 100.000 (yüz min) manat;

2.2. Daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 100.000 (yüz min) manat;

2.3. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 200.000 (iki yüz min) manat;

2.4. Sərnişinlərin icbari sığortası üzrə – 200.000 (iki yüz min) manat;

2.5. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə – 100.000 (yüz min) manat.

3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqindən irəli gələn bəzi məsələlərin həll edilməsi haqqında 2011-ci il 14 oktyabr tarixli Q-11 nömrəli Kollegiya Qərarı ləğv edilsin.

4. Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinə və Dövlət Sığorta Nəzarəti Xidmətinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

Maliyyə naziri

Samir Şərifov

 



 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 29 dekabr 2017-ci il tarixli Q-16 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712290016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 yanvar 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 dekabr 2017-ci il tarixli Q-16 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712290016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 yanvar 2018-ci il) ilə 1-ci və 2-ci hissələr ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status