AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
08.06.2001
QEYDİYYAT NÖMRƏSİ
137-IIQ
ADI
Diplomatik xidmət haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2001, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 567)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
330.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Diplomatik xidmət haqqında

Diplomatik xidmət haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğunun xüsusi növü olan diplomatik xidmətin təşkilinin hüquqi əsaslarını, diplomatik xidmətdə olan dövlət qulluqçularının hüquqi vəziyyətini müəyyən edir. [1]

 

Fəsil I

Ümumİ müddəalar

 

Maddə 1. Diplomatik xidmət anlayışı

 

1.1. Diplomatik xidmət - Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən müvafiq dövlət orqanlarında vətəndaşların peşəkar fəaliyyətidir.

1.2. Konsul xidməti Azərbaycan Respublikasının Konsul nizamnaməsi əsasında həyata keçirilən diplomatik xidmətin bir növüdür.

 

Maddə 2. Diplomatik xidmət orqanlarının sistemi

 

2.1. Diplomatik xidmət orqanlarının vahid sistemini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fəaliyyətini təmin etmək üçün yaradılan yardımçı təşkilatlar, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələri təşkil edir.

2.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edir.

 

Maddə 3. Diplomatik xidmət orqanlarının vəzifələri

 

3.1. Diplomatik xidmət orqanlarının əsas vəzifələri aşağıdakılardır:

3.1.1. Azərbaycan Respublikasının xarici siyasətinin konsepsiyası və əsas istiqamətləri üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi;

3.1.2. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinin təmin edilməsi;

3.1.3. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərində vahid siyasət xəttinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə digər müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;

3.1.4. Azərbaycan Respublikasının suverenliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının, onun siyasi, iqtisadi və digər sosial maraqlarının diplomatik üsul və vasitələrlə təmin olunması;

3.1.5. beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına diplomatik üsul və vasitələrlə kömək göstərilməsi;

3.1.6. Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin xaricdə hüquq və maraqlarının müdafiə olunması;

3.1.7. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla diplomatik və konsul əlaqələrinin həyata keçirilməsi;

3.1.8. Azərbaycan Respublikası dövlət protokolunun təmin edilməsi.

3.2. Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq digər vəzifələri də həyata keçirə bilər.

 

Maddə 4. Diplomatik xidmət orqanlarının funksiyaları

 

4.1. Diplomatik xidmət orqanları aşağıdakı əsas funksiyaları həyata keçirir:

4.1.1. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edilməsi;

4.1.2. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla iqtisadi, sosial, elmi-texniki, mədəni və başqa sahələrdə əməkdaşlığının inkişafına kömək göstərilməsi;

4.1.3. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla danışıqlarının aparılmasının və beynəlxalq müqavilələrin imzalanmasının təşkili;

4.1.4. yüksək dövlət və hökumət səviyyələrində dövlətlərarası mübadilələrin protokol təminatı;

4.1.5. xaricdə yaşayan həmvətənlərlə əlaqələrin inkişafına kömək göstərilməsi;

4.1.6. diplomatik və konsul imtiyaz və immunitetlərinin yerinə yetirilməsi üzərində nəzarətin həyata keçirilməsi;

4.1.7. Azərbaycan Respublikasının xarici və daxili siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiyanın Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri vasitəsilə xaricdə yayılmasının təmin edilməsi;

4.1.8. Azərbaycan Respublikasının dövlət orqanlarının və Azərbaycan Respublikasında mövcud olan kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasının beynəlxalq vəziyyəti və xarici siyasəti haqqında məlumatlandırılması;

4.1.9. Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklərin və konsulluqların fəaliyyətinə kömək göstərilməsi, öz səlahiyyətləri çərçivəsində onlara xidmət göstərən təşkilatların fəaliyyətinə nəzarət edilməsi;

4.1.10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qeydiyyatı, uçotu və saxlanması üzrə vahid dövlət sisteminin fəaliyyətinin təmin edilməsi;

4.1.11. Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələrin depozitarisi funksiyalarının həyata keçirilməsi;

4.1.12. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üzərində ümumi müşahidənin həyata keçirilməsi;

4.1.13. Xarici siyasət və beynəlxalq münasibətlər sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin təkmilləşdirilməsinə və bu qanunvericiliyin Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəliklərinə uyğunlaşdırılmasına dair təkliflərin hazırlanması.

4.2. Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq digər funksiyaları da həyata keçirə bilər.

 

Maddə 5. Diplomatik xidmət orqanlarının rabitə, arxiv və təhlükəsizlik təminatı

 

5.1. Diplomatik xidmət orqanlarının sərəncamında müstəqil rabitə sistemi və arxiv vardır.

5.2. Diplomatik xidmət orqanlarının arxivində beynəlxalq müqavilələrin əsli və təsdiq edilmiş surətləri, habelə həmin orqanların fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan digər materiallar saxlanılır.

5.3. Diplomatik xidmət orqanları xüsusi kuryer xidmətindən istifadə edir.

5.4. Diplomatik xidmət orqanları qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində və xaricdə öz təhlükəsizlik sistemini təşkil edir.

 

Fəsil II

Dİplomatİk xİdmət əməkdaşları

 

Maddə 6. Diplomatik vəzifələr

 

6.1. Diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan şəxslər diplomatik xidmət əməkdaşlarıdırlar.

6.2. Diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər diplomatik xidmət əməkdaşlarına aid deyildirlər. Həmin şəxslərin hüquqi statusu və ixtisas dərəcələri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

6.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları üçün aşağıdakı vəzifələr müəyyən edilir:

6.3.1.  Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi;

6.3.2.  səfir müavini, daimi nümayəndənin müavini, baş konsul; [2]

6.3.3.  müşavir-elçi, daimi nümayəndənin müavini; [3]

6.3.4.  müşavir;

6.3.5.  konsul;

6.3.6.  birinci katib;

6.3.7.  vitse-konsul;

6.3.8.  ikinci katib;

6.3.9.  üçüncü katib;

6.3.10. attaşe. [4]

6.4. Azərbaycan Respublikasının ərazisindəki diplomatik xidmət orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarının vəzifələri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.

6.5. Diplomatik xidmət əməkdaşları diplomatik xidmət orqanlarından Azərbaycan Respublikasının digər dövlət orqanlarına vəzifəyə keçirildikdə, onlar müvafiq icra hakimiyyəti orqanının ehtiyatına daxil edilirlər. Ehtiyata daxil etmə ilə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 7. Diplomatik vəzifələrə təyin edilmə

 

7.1. Diplomatik vəzifələrə ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə, sağlamlıq vəziyyətinə malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşı təyin edilə bilər. [5]

7.2. Diplomatik xidmət orqanlarında vəzifələrə təyin edilmə və vəzifələrdən azad edilmə qaydaları, habelə vəzifə tutan şəxslərə dair tələblər Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.

7.3. Xaricdə işlədikdən sonra Azərbaycan Respublikasına qayıdan diplomatik xidmət əməkdaşı, xaricdə tutduğu vəzifə nəzərə alınmaqla, diplomatik xidmət orqanlarında müvafiq vəzifəyə təyin edilir.

 

Maddə 8. Diplomatik rütbələr

 

8.1. Diplomatik xidmət əməkdaşlarına, tutduqları vəzifə və ixtisasları nəzərə alınmaqla, aşağıdakı diplomatik rütbələr verilir:

8.1.1. Fövqəladə və Səlahiyyətli Səfir;

8.1.2. birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi;

8.1.3. ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi;

8.1.4. birinci dərəcəli müşavir;

8.1.5. ikinci dərəcəli müşavir;

8.1.6. birinci dərəcəli birinci katib;

8.1.7. ikinci dərəcəli birinci katib;

8.1.8. birinci dərəcəli ikinci katib;

8.1.9. ikinci dərəcəli ikinci katib;

8.1.10. üçüncü katib;

8.1.11.attaşe.

8.2. Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 9. Diplomatik rütbələrin verilməsi qaydaları

 

9.1. Fövqəladə və Səlahiyyətli Səfir, birinci və ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə müvafiq olaraq verilir. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə, bu maddənin birinci cümləsində nəzərdə tutulmuş qaydada, ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilir. [6]

9.2. Digər diplomatik rütbələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

9.3. Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi, bir qayda olaraq, diplomatik xidmətdə tutduğu vəzifəyə uyğun olmalı, yaxud ondan bir pillə yuxarı və ya aşağı olmalıdır.

9.3-1. Diplomatik xidmət orqanlarında diplomatik vəzifələrə qəbul edilən və ya dövlət qulluğundan diplomatik xidmət orqanlarında diplomatik vəzifələrə keçirilən şəxslərə diplomatik rütbə verilərkən onların dövlət qulluğunda malik olduqları ixtisas dərəcəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzərə alınır. [7]

9.4. Diplomatik rütbələrin verilməsi barədə əmək kitabçasında (xidmət siyahısında) müvafiq qeyd aparılır. Bu Qanunun 11-ci maddəsinin müddəaları nəzərə alınmaqla, diplomatik rütbələr ömürlük verilir. [8]

 

Maddə 10. Diplomatik rütbələrdə olmanın müddətləri

 

10.1. Diplomatik xidmət əməkdaşları üçün diplomatik rütbələrdə olmanın aşağıdakı müddətləri müəyyən edilir:

10.1.1. attaşe, üçüncü katib, ikinci və birinci dərəcəli ikinci katib üçün - 2 il;

10.1.2. ikinci və birinci dərəcəli birinci katib, ikinci dərəcəli müşavir üçün - 3 il;

10.2. Birinci dərəcəli müşavirdən başlayaraq yuxarı diplomatik rütbələrdə olma müddəti müəyyən edilmir.

10.3. Diplomatik xidmət əməkdaşlarının diplomatik rütbələrdə olma müddətlərinə aşağıdakılar daxildir:

10.3.1. müvafiq icra hakimiyyəti orqanında və onun yardımçı təşkilatlarında iş;

10.3.2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında iş;

10.3.3. keçmiş SSRİ-nin və müttəfiq respublikaların xarici işlər orqanlarında iş;

10.3.4. beynəlxalq təşkilatlarda iş;

10.3.5. müvafiq icra hakimiyyəti orqanının ali təhsil və elmi müəssisələrində elmi və pedaqoji fəaliyyət müddəti;

10.3.6. müvafiq icra hakimiyyəti orqanının göndərişi əsasında həyata keçirilən əlavə təhsilin müddəti; [9]

10.3.7. ali təhsil müəssisələrinə, aspiranturaya (doktoranturaya) müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilənlərin təhsil müddəti.

 

Maddə 11. Diplomatik rütbənin vaxtından əvvəl və növbədən kənar verilməsi, aşağı salınması, məhrum edilməsi və bərpa olunması

 

11.1. Diplomatik xidmət əməkdaşlarının rütbələri, işlərində mühüm nailiyyətlərin və ya xüsusi xidmətlərin olduğu hallarda, müəyyən edilmiş müddətin başa çatmasından əvvəl və ya növbədən kənar artırıla bilər.

11.2. Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər. [10]

11.3. Diplomatik xidmət əməkdaşının rütbədən məhrum edilməsi və ya onun rütbəsinin aşağı salınması, rütbənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

11.4. Diplomatik xidmət əməkdaşının əvvəlki rütbəsinin bərpa olunmasına yalnız həmin əməkdaş qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti attestasiyadan keçdikdən sonra yol verilir.

 

Fəsil III

Dİplomatİk xİdmət keçmə

 

Maddə 12. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin vəzifə yerdəyişmələri və vəzifələrinin əvəz edilməsi [11]

 

12.1. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin vəzifə yerdəyişmələri ixtisas, peşə hazırlığı və rotasiya prinsipləri nəzərə alınmaqla, xidməti zərurətlə əlaqədar həyata keçirilir.

12.2. Vakant vəzifələrin əvəz edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.

 

Maddə 13. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin rotasiyası [12]

 

13.1. Diplomatik xidmət orqanlarında əməkdaşların rotasiyası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

13.2. Rotasiya çərçivəsində diplomatik xidmət əməkdaşları, və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər peşəkar hazırlıqları və ixtisasları nəzərə alınmaqla, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin oluna və ya öz fəaliyyətlərini müvafiq icra hakimiyyəti orqanında həyata keçirə bilərlər.

13.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda fəaliyyəti başa çatmış diplomatik xidmət əməkdaşı və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxs yenidən diplomatik nümayəndəliyə və ya konsulluğa işə təyin olunmazdan əvvəl müvafiq icra hakimiyyəti orqanında, bir qayda olaraq, azı bir il işləməlidir.

13.4. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin başçısı təyin olunmuş şəxsin müvafiq dövlətdə və ya beynəlxalq təşkilatda fasiləsiz iş müddəti, bir qayda olaraq, beş ildir. Səfir müavini, daimi nümayəndənin müavini və ya baş konsul təyin edilmiş şəxsin xaricdə fasiləsiz iş müddəti dörd ildir. Bu müddətlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən uzadıla bilər. [13]

13.5. Digər diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin müvafiq diplomatik nümayəndəliklərdə və ya konsulluqlarda fasiləsiz iş müddəti üç ildən artıq olmamalıdır. Bu müddət, xidməti zərurətlə əlaqədar və diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin razılığı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ildən artıq olmayan müddətə uzadıla bilər.

13.6. Diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə getməkdən üzürlü səbəblər olmadan imtina etməsi intizam pozuntusu hesab edilir və intizam tənbeh tədbirinin tətbiqi üçün əsasdır.

 

Maddə 14. Xidməti attestasiya və fəaliyyətin qiymətləndirilməsi [14]

 

14.1. Diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada üç ildə bir dəfədən çox olmayaraq xidməti attestasiya keçirlər. [15]

Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. [16]

14.1-1. Yalnız müvafiq vəzifələrdə azı bir il çalışan diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası keçirilə bilər. Hər bir diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxsin attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir. [17]

14.2. Diplomatik nümayəndəliyə və ya konsulluğa işə təyin olunmuş diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər xidməti attestasiyanı Azərbaycan Respublikasına qayıtdıqdan sonra keçirlər.

14.3. Xidməti attestasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. [18]

 

Maddə 15. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara göndərilməsi [19]

 

15.1. Diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər öz razılıqları ilə peşəkar hazırlıq və əlavə təhsil və yaxud elmi tədqiqat aparılması üçün Azərbaycan Respublikasında və ya digər ölkələrdə yerləşən ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara müvəqqəti olaraq göndərilə bilərlər. [20]

15.2. Əlavə təhsilvə ya elmi ezamiyyət başa çatdıqdan sonra diplomatik xidmət əməkdaşı əvvəl tutduğu vəzifədən aşağı olmayan diplomatik vəzifəyə təyin edilir.

 

Maddə 16. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin imtiyaz və immunitetləri [21]

 

Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər xaricdə işlədikləri dövrdə beynəlxalq hüquq normalarına uyğun olaraq diplomatik nümayəndəliyin heyətinin üzvləri üçün müəyyən olunmuş imtiyaz və immunitetlərdən istifadə edirlər. [22]

 

Maddə 17. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin vəzifələri [23]

 

Diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər xaricdə işlədikləri dövrdə olduqları dövlətin qanun və qaydalarına hörmət bəsləməyə, üzərlərinə qoyulmuş vəzifələri yerinə yetirməyə, Azərbaycan Respublikasını layiqincə təmsil etməyə borcludurlar.

 

Maddə 18. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin geri çağırılması [24]

 

18.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, həmçinin Azərbaycan Respublikasının və ya olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl geri çağırıla bilərlər. [25]

18.2. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin vaxtından əvvəl geri çağırılmasına, onlarla birlikdə yaşayan ailə üzvlərinin yuxarıda göstərilən əməllərin törədilməsində təqsirli bilinməsi də əsas ola bilər.

 

Maddə 19. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin məsuliyyəti [26]

 

Diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda və qaydada məsuliyyətə cəlb oluna bilərlər.

 

Fəsil IV

Dİplomatİk xİdmətİn təchİzatı, təmİnatlar və ödəmələr, dİplomatİk XİDMƏT ƏMƏKDAŞLARININ VƏ DİPLOMATİK XİDMƏT ORQANLARININ İNZİBATİ-TEXNİKİ XİDMƏTİNİ HƏYATA KEÇİRƏN ŞƏXSLƏRİN MADDİ VƏ SOSİAL TƏMİNATI [27]

 

Maddə 20. Diplomatik xidmətin maliyyə təminatı və maddi-təsərrüfat təchizatı

 

20.1. Diplomatik xidmət orqanları sisteminin vahid maliyyə təminatı dövlət büdcəsinin vəsaitləri, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada digər mənbələr hesabına həyata keçirilir.

20.2. Diplomatik xidmət orqanlarının fəaliyyətinin maddi-təsərrüfat təchizatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

20.3. Diplomatik xidmət orqanlarının Azərbaycan Respublikasının ərazisində və xaricdə dövlət mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Maddə 21. Diplomatik nümayəndəliklərdə və konsulluqlarda işlədikləri dövrdə diplomatik xidmət əməkdaşlarına verilən təminatlar və kompensasiyalar [28]

 

21.1. Diplomatik xidmət əməkdaşlarına və onların onlarla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) təminatlar, xidmət şəraitinin mürəkkəbliyi, xidmət keçməklə bağlı risk, habelə müvafiq xarici dövlətin spesifik xüsusiyyətləri nəzərə alınmaqla verilir.

21.2. Diplomatik xidmət əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) müvafiq tibbi xidmətlə təmin olunurlar.

21.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda fəaliyyətini başa çatdırıb Azərbaycan Respublikasına qayıdan diplomatik xidmət əməkdaşının və onunla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) müvafiq nəqliyyat xərcləri dövlət hesabına ödənilir.

21.4. Ödənilən illik məzuniyyət və ya diplomatik xidmət əməkdaşı ilə birlikdə yaşayan onun ailə üzvlərindən (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) birinin ölümü ilə əlaqədar, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşının və onunla birlikdə yaşayan ailə üzvləri (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) Azərbaycan Respublikasına gəlməsi və işlədiyi dövlətə qayıtması üçün nəqliyyat xərcləri müvafiq qaydada ödənilir.

21.5. Diplomatik xidmət əməkdaşı və onunla birlikdə yaşayan ailə üzvləri (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar), onun tutduğu vəzifə və yerli şərait nəzərə alınmaqla, xaricdə yaşayış yeri ilə təmin olunmalıdırlar.

21.6. Diplomatik xidmət əməkdaşının ümumtəhsil məktəbində oxuyan ailə üzvlərinin təhsil haqqı dövlət tərəfindən ödənilir.

21.7. Hərbi və ya mülki münaqişələr və yaxud təbii fəlakətlər və digər fövqəladə hallar baş verdikdə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsulluqlarının və onların heyətinin təhlükəsizliyi üçün qorxu yarandıqda, müvafiq icra hakimiyyəti orqanları diplomatik xidmət əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) təhlükəsizliyinin təmin olunması və qorunması üçün zəruri tədbirlər görür.

21.8. Xaricdə işlədiyi dövrdə öz xidməti vəzifələrini yerinə yetirərkən diplomatik xidmət əməkdaşına və ya onunla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxan əmək qabiliyyəti olmayan uşaqlar) dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir. Diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsin və onlarla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) cəsədinin Azərbaycan Respublikasına gətirilməsi və bununla bağlı xərclər dövlət büdcəsi vəsaitləri hesabına ödənilir. [29]

21.9. Diplomatik xidmət əməkdaşlarının xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur. [30]

21.10. Bu maddənin müddəaları diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə də şamil olunur.

21.11. Bu maddədə nəzərdə tutulmuş təminat və kompensasiyaların verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan qaydalarla tənzimlənir. [31]

 

Maddə 22. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək münasibətlərinin tənzimlənməsi [32]

 

Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək münasibətləri "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.

 

Maddə 23. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi [33]

 

23.1. Azərbaycan Respublikasının ərazisində işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

23.2. Xaricdə işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi, habelə maddi və maliyyə təminatı, olduqları dövlətin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

23.3. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aldıqları əmək haqqının 50 faizi saxlanılır.

23.4. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini hə-yata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir. KMQ

23.5.  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğunda olmayan şəxs Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6.3.1-ci və 6.3.2-ci maddələrində göstərilən vəzifələrə təyin olunduqda, həmin şəxs üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında bu orqanın aparıcı idarə rəisinin vəzifə maaşının, digər diplomatik vəzifələrə və ya inzibati-texniki xidmətin həyata keçirilməsi ilə bağlı vəzifələrə təyin olunduqda isə həmin vəzifələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında uyğun gələn vəzifələr üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində əmək haqqı saxlanılır.

23.6. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə vəzifəyə təyin olunduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda alacaqları aylıq əmək haqqının 50 faizi məbləğində birdəfəlik müavinət ödənilir. [34]

 

Maddə 24. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin mükafatlandırılması [35]

 

Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin mükafatlandırılması Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları əsasında həyata keçirilir.

 

Maddə 25. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin məzuniyyətləri [36]

 

25.1. Diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. [37]

25.2. Xaricdə işləyən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə, əmək şəraiti və əmək funksiyalarının xüsusiyyətləri nəzərə alınmaqla, əlavə məzuniyyət verilə bilər.

 

Maddə 26. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin pensiya təminatı və sosial müdafiəsi [38]

 

26.1. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin pensiya təminatı və sosial müdafiəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

26.2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) icbari tibbi sığortası dövlət hesabına həyata keçirilir. [39]

26.3. Bu müddəalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara göndərilənlərə də şamil edilir. [40]

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 8 iyun 2001-ci il

№ 137-IIQ

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414)

2.       1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, № 237, 12 oktyabr 2005-ci il)

3.       1 fevral 2008-ci il tarixli 538-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 155)

4.       28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) 

5.       21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,  18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

6.       5 aprel 2013-cü il tarixli 598-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 aprel 2013-cü il, № 75, “Azərbaycan” qəzeti 14 aprel 2013-cü il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 365)

7.       30 sentyabr 2015-ci il tarixli 1318-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr 2015-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1084)

8.       29 dekabr 2015-ci il tarixli 75-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 17 fevral 2016-cı il, № 36; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 188)

9.       2 may 2017-ci il tarixli 658-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1041)

10.    31 may 2017-ci il tarixli 683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2017-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1250)

11.    31 oktyabr 2017-ci il tarixli 822-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2190)

12.    09 iyul 2021-ci il tarixli 362-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 902)

13.    20 dekabr 2021-ci il tarixli 437-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 yanvar 2022-ci il, № 15, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 6)

 

Konstitusiya Məhkəməsinin Qərarları

 

KMQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21-ci maddələrinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8, 12 və 15-ci maddələrinin, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əməkhaqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əməkhaqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alınmır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 6 iyul 2020-ci il tarixli qərarı – “Respublika” qəzeti 17 iyul 2020-ci il, № 138)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) ilə preambulasında “bir” sözü “xüsusi” sözü ilə əvəz edilmişdir.

 

[2] 5 aprel 2013-cü il tarixli 598-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 aprel 2013-cü il, № 75, “Azərbaycan” qəzeti 14 aprel 2013-cü il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 365) ilə 6.3.2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6.3.2. baş konsul;

 

[3] 5 aprel 2013-cü il tarixli 598-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 aprel 2013-cü il, № 75, “Azərbaycan” qəzeti 14 aprel 2013-cü il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 365) ilə 6.3.3-cü maddədən “, daimi nümayəndənin müavini” sözləri çıxarılmışdır.

 

[4] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 6.3-cü maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

6.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları üçün aşağıdakı vəzifələr müəyyən edilir:

6.3.1. Fövqəladə və Səlahiyyətli Səfir; Azərbaycan Respublikasının beynəlxalq təşkilatlardakı Daimi nümayəndəsi;

6.3.2. baş konsul;

6.3.3. müşavir-elçi; Daimi nümayəndənin müavini;

6.3.4. müşavir;

6.3.5. konsul;

6.3.6. birinci katib;

6.3.7. vitse-konsul;

6.3.8. ikinci katib;

6.3.9. üçüncü katib;

6.3.10. attaşe.

 

[5] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 7.1-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

7.1. Diplomatik vəzifələrə ali təhsilli və xarici dil bilən Azərbaycan Respublikasının vətəndaşları təyin edilirlər.

 

28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) ilə 7.1-ci maddəsində “və sağlamlıq vəziyyətinə malik olan” sözləri “, sağlamlıq vəziyyətinə malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən” sözləri ilə əvəz edilmişdir.

 

[6] 2 may 2017-ci il tarixli 658-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1041) ilə 9.1-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

20 dekabr 2021-ci il tarixli 437-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 yanvar 2022-ci il, № 15, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 6) ilə 9.1-ci maddəsinin ikinci cümləsindən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılmışdır.

 

[7] 09 iyul 2021-ci il tarixli 362-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 902) ilə yeni məzmunda 9.3-1-ci maddə əlavə edilmişdir.

 

[8] 30 sentyabr 2015-ci il tarixli 1318-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr 2015-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1084) ilə 9.4-cü maddənin ikinci cümləsində “Diplomatik rütbələr” sözləri “Bu Qanunun 11-ci maddəsinin müddəaları nəzərə alınmaqla, diplomatik rütbələr” sözləri ilə əvəz edilmişdir.

 

[9] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 10.3.6-cı maddədə “ixtisasartırma” sözü “əlavə təhsilin” sözləri ilə əvəz edilmişdir.

 

[10] 30 sentyabr 2015-ci il tarixli 1318-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr 2015-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1084) ilə 11.2-ci maddədə “Azərbaycan Respublikasının” sözlərindən əvvəl “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, habelə” sözləri əlavə edilmişdir.

 

[11] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 12-ci maddənin adında və mətnində ismin müvafiq hallarında "Diplomatik xidmət əməkdaşları" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər" sözləri əlavə edilmişdir.

 

[12] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 13-cü maddənin adında və mətnində ismin müvafiq hallarında "Diplomatik xidmət əməkdaşları" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər" sözləri əlavə edilmişdir.

 

[13] 5 aprel 2013-cü il tarixli 598-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 aprel 2013-cü il, № 75, “Azərbaycan” qəzeti 14 aprel 2013-cü il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 365) ilə 13.4-cü maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir və üçüncü cümlədə “müddət” sözü “müddətlər” sözü ilə əvəz edilmişdir.

 

[14] 1 fevral 2008-ci il tarixli 538-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 155) ilə 14-cü maddənin adında "attestasiya" sözündən sonra "və fəaliyyətin qiymətləndirilməsi" sözləri əlavə edilmişdir.

 

[15] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 14.1-ci maddədə "Diplomatik xidmət əməkdaşları" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər" sözləri əlavə edilmişdir.

 

29 dekabr 2015-ci il tarixli 75-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 17 fevral 2016-cı il, № 36; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 188) ilə 14.1-ci maddənin birinci abzası ləğv edilmişdir.

 

[16] 1 fevral 2008-ci il tarixli 538-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 155) ilə 14.1-ci maddəyə ikinci hissə əlavə edilmişdir.

 

[17] 31 may 2017-ci il tarixli 683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2017-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1250) ilə 14.1-1-ci maddə əlavə edilmişdir.

 

[18] 29 dekabr 2015-ci il tarixli 75-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 17 fevral 2016-cı il, № 36; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 188) ilə 14.3-cü maddədə “attestasiyanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir” sözləri “attestasiya Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş qaydada və müddətdə həyata keçirilir” sözləri ilə əvəz edilmişdir.

31 may 2017-ci il tarixli 683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2017-ci il, № 149) ilə 14.3-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

14.3. Xidməti attestasiya Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş qaydada və müddətdə həyata keçirilir.

 

[19] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 15-ci maddənin adında və mətnində ismin müvafiq hallarında "Diplomatik xidmət əməkdaşları" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər" sözləri əlavə edilmişdir.

31 oktyabr 2017-ci il tarixli 822-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2190) ilə 15-ci maddənin adında “və elm müəssisələrinə” sözləri “müəssisələrinə, elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilmişdir.

 

[20] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)  ilə 15.1-ci və 15.2-ci maddələrdə “ixtisasartırma” sözü “əlavə təhsil” sözləri ilə əvəz edilmişdir.

31 oktyabr 2017-ci il tarixli 822-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2190) ilə 15.1-ci maddədə “və elmi müəssisələrə” sözləri “müəssisələrinə, elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilmişdir.

 

[21] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 16-cı maddənin adında "Diplomatik xidmət əməkdaşlarının" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin" sözləri əlavə edilmişdir.

 

[22] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 16-cı maddənin mətnində "diplomatik heyətin" sözləri "diplomatik nümayəndəliyin heyətinin" sözləri ilə əvəz  edilmişdir.

 

[23] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 17-ci maddənin adında və mətnində ismin müvafiq hallarında "Diplomatik xidmət əməkdaşları" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər" sözləri əlavə edilmişdir.

 

[24] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 18-ci maddənin adında və mətnində ismin müvafiq hallarında "Diplomatik xidmət əməkdaşları" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər" sözləri əlavə edilmişdir.

 

[25] 30 sentyabr 2015-ci il tarixli 1318-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr 2015-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1084) ilə 18.1-ci maddədə “şəxslər” sözündən sonra “xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, həmçinin” sözləri əlavə edilmişdir.

 

[26] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 19-cu maddənin adında və mətnində ismin müvafiq hallarında "Diplomatik xidmət əməkdaşları" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər" sözləri əlavə edilmişdir.

 

[27] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə IV fəslin adında "Diplomatik xidmət əməkdaşlarının" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin" sözləri əlavə edilmişdir.

 

[28] 1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 873) ilə 21-ci maddənin  adında  "nümayəndəliklərdə" sözündən sonra "və konsulluqlarda" sözləri əlavə edilmişdir.

 

[29] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 21.8-ci maddəyə ikinci cümlə əlavə edilmişdir.

 

[30] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 21.9-cu maddədə "rüsumu" sözü "ödənişləri" sözü ilə əvəz edilmişdir.

 

[31] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 21.1-ci maddədə "onların ailə üzvlərinə" sözləri "onlarla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri ilə, 21.2-ci maddədə "onların ailə üzvləri" sözləri "onlarla birlikdə yaşayan ailə üzvləri (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri ilə, 21.3-cü maddədə "onun ailə üzvlərinin" sözləri "onunla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri ilə, 21.4-cü maddədə "ailə üzvlərindən" sözləri "diplomatik xidmət əməkdaşı ilə birlikdə yaşayan onun ailə üzvlərindən (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri ilə, 21.8-ci maddəsində "onun ailə üzvlərinə" sözləri "onunla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxan əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri ilə əvəz edilmiş, eləcə də 21.4-cü maddədə "diplomatik xidmət əməkdaşının" sözlərindən sonra "və onunla birlikdə yaşayan ailə üzvləri (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri, 21.5-ci maddədə "və onunla birlikdə yaşayan ailə üzvləri" sözlərindən sonra "(ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri, 21.7-ci maddədə "və onlarla birlikdə yaşayan ailə üzvlərinin" sözlərindən sonra "(ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri əlavə edilmişdir.

 

[32] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 22-ci maddənin adında və mətnində "Diplomatik xidmət əməkdaşlarının" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin" sözləri əlavə edilmişdir.

 

[33] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 23-cü maddənin adında və mətnində "Diplomatik xidmət əməkdaşlarının" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin" sözləri əlavə edilmişdir.

 

[34] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 23-cü maddəyə 23.4-cü, 23.5-ci və 23.6-cı maddələr əlavə edilmişdir.

 

[35] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 24-cü maddənin adında və mətnində "Diplomatik xidmət əməkdaşlarının" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin" sözləri əlavə edilmişdir.

 

[36] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 25-ci maddənin adında "Diplomatik xidmət əməkdaşlarının" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin" sözləri əlavə edilmişdir.

 

[37] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 25.1-ci maddədə "Diplomatik xidmət əməkdaşları" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər" sözləri əlavə edilmişdir.

 

[38] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 26-cı maddənin adında "Diplomatik xidmət əməkdaşlarının" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin" sözləri əlavə edilmişdir.

 

[39] 21 may 2004-cü il tarixli 676-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 414) ilə 26.2-ci maddədə "və onlarla birlikdə yaşayan ailə üzvlərinin" sözlərindən sonra "(ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri əlavə edilmişdir.

 

[40] 31 oktyabr 2017-ci il tarixli 822-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2190) ilə 26.3-cü maddədə “aspiranturaya (doktoranturaya) və elmi müəssisələrə” sözləri “elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status