×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
22.06.2001
QEYDİYYAT NÖMRƏSİ
156-IIQ
ADI
Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2001, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 575)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.09.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.000.000
330.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında

Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Maddə 1. Qanunun məqsədi

 

Bu Qanun dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün, onların səhhətini və fizioloji vəziyyətini nəzərə alaraq qısaldılmış iş vaxtını müəyyən edir.

 

Maddə 2. Qısaldılmış iş vaxtının müddəti

 

Dövlət qulluğunda olan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilir. [1]

 

Maddə 3. Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün iş vaxtı müddətinin artırılmasının qadağan olunması

 

Bu Qanununun 2-ci maddəsində göstərilmiş dövlət qulluqçuları üçün "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi ilə nəzərdə tutulmuş iş vaxtının artırılması qadağan olunur.

 

Maddə 4. Qanunun qüvvəyə minməsi

 

Bu Qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 22 iyun 2001-ci il

№ 156-IIQ

 

 

 


 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

2.       29 noyabr 2016-cı il tarixli 440-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2017-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 17)

3.       19 may 2020-ci il tarixli 110-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 828)

4.       22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 896)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 2-ci maddəsində “əlillərə” sözündən sonra “, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə” sözləri əlavə edilsin.

29 noyabr 2016-cı il tarixli 440-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2017-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 17) ilə 2-ci maddəsində “yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara” sözləri “3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə” sözləri ilə əvəz edilmişdir.

19 may 2020-ci il tarixli 110-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 828) ilə 2-ci maddəsində “II qrup əlillərə,” sözləri “II dərəcə əlilliyi olan şəxslərə, o cümlədən” sözləri ilə, “şəxslərə” sözü “uşaqlara” sözü ilə əvəz edilmişdir.

22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 896) ilə 2-ci maddədə “I və II dərəcə əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status