×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.10.2013
QEYDİYYAT NÖMRƏSİ
305
ADI
“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 27-10-2013, Nəşr nömrəsi: 237), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2013, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1223)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.11.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201310140305
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.10.2013
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalarının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.27-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 105 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 5, maddə 355; 2003, № 6, maddə 342; 2004, № 4, maddə 308, № 5, maddə 385, № 8, maddə 655, № 11, maddə 966; 2005, № 6, maddə 558, № 11, maddə 1061; 2006, № 4, maddə 297, № 5, maddə 463; 2007, № 5, maddə 543; 2008, № 2, maddə 118; 2010, № 4, maddə 352) 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaların 3-cü hissəsinin və 1 nömrəli əlavəsinin müddəalarını nəzərə alaraq, fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması qaydalarında müvafiq dəyişikliklər etsin.

4. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 14 oktyabr 2013-cü il

                  № 305

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 299.1-ci maddəsinə əsasən hazırlanmışdır və fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilməsi qadağan olunmuş və ya gömrük sərhədindən keçirilməsinə görə lisenziya tələb olunan mallara (bu Qaydaların 2.1.10-cu yarımbəndində nəzərdə tutulmuş hallardan başqa) şamil edilmir. [1]

1.3. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. malların güzəştli və sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilməsi - fiziki şəxslər tərəfindən malların gömrük ödənişlərindən azad olunmaqla güzəştli və ya gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş bəyannamə (bundan sonra - bəyannamə) ilə Azərbaycan Respublikasının gömrük orqanlarında (bundan sonra - gömrük orqanları) bəyan edilərək, gömrük ödənişləri alınmaqla malların sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilməsi;

1.3.2. fiziki şəxslər - gömrük sərhədindən malları keçirən bu Qaydaların 1.3.3-cü və 1.3.4-cü yarımbəndlərində göstərilən rezident və qeyri-rezidentlər;

1.3.3. rezidentlər - Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan fiziki şəxslər;

1.3.4. qeyri-rezidentlər - bu Qaydaların 1.3.3-cü yarımbəndinin şamil edilmədiyi fiziki şəxslər;

1.3.5. müşayiət olunan baqaj - gömrük sərhədindən fiziki şəxslərin özləri tərəfindən keçirilən mallar;

1.3.6. müşayiət olunmayan baqaj - fiziki şəxslərə məxsus olan, gömrük sərhədindən nəqliyyat və ya poçt təşkilatı tərəfindən qaimə əsasında keçirilən mallar;

1.3.7. şəxsi əşyalar - fiziki şəxsin fərdi istifadəsi üçün zəruri olan əşyalar;

1.3.8. daşıyıcı tərəfindən keçirilən mallar - fiziki şəxsin adına göndərilən və müvafiq daşıyıcı şirkət tərəfindən gömrük sərhədindən keçirilən mallar;

1.3.9. avtonəqliyyat vasitəsi - dövlət qeydiyyatına alınmış və ya alınmalı olan, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (bundan sonra - XİFMN) 8701-8704, 8711 və ya 8716 mal mövqelərinə aid nəqliyyat vasitəsi.

1.4. Bu Qaydaların 1.3.9-cu yarımbəndində və XİFMN-in 8709 və 8710 mal mövqelərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, XİFMN-in 87-ci mal qrupuna aid digər nəqliyyat vasitələri, onların hissələri və ləvazimatları bu Qaydaların 2-ci və 3-cü hissələrində müəyyən edilmiş qaydada gömrük sərhədindən keçirilir.

1.5. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir. [2]

1.6. Gömrük sərhəd buraxılış məntəqələrində Gömrük Məcəlləsinin 214-cü və 215-ci maddələri, Azərbaycan Respublikasının “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında“, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında“, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında“, “Aviasiya haqqında“ qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilir. Həmin siyahılarda malların gətirilməsi və ya aparılmasına qadağa qoyan, yaxud məhdudlaşdıran qanunun və digər normativ hüquqi aktların adı, qəbul edilmə tarixi və müvafiq maddəsi (bəndi) əks etdirilir. [3]

1.7. Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş və güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilən bu qaydaların 2.1-ci bəndində qeyd olunan malların elektron sistem vasitəsilə uçotu Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş qaydalara uyğun aparılır. [4]

 

2. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən, gömrük ödənişlərinin alınmasının sadələşdirilmiş qaydası

 

2.1. Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər:

2.1.1. səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar;

2.1.2. bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar; [5]

2.1.3. bu qaydaların 2.1.12-ci yarımbəndində göstərilən məhdudiyyət nəzərə alınmaqla, gömrük ərazisindən aparılan mallar; [6]

2.1.4. beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar; [7]

2.1.5. bu qaydaların 2.1.12-ci yarımbəndində göstərilən məhdudiyyət nəzərə alınmaqla, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar; [8]

2.1.6. avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq;

2.1.7. Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri;

2.1.8. müvəqqəti qalma müddətində, istehsal və kommersiya məqsədləri üçün idxal olunmuş istənilən mal istisna olmaqla, mədəniyyət, turizm, idman, peşəkar görüşlər, səhiyyə, tədris və sair məqsədlərlə səyahətin bütün şərtləri nəzərə alınmaqla, səyahət boyu xarici səyahətçinin şəxsi istifadəsi üçün bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq müvəqqəti keçirilən mallar;

2.1.9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə);

2.1.10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz; [9]

2.1.11. hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları; [10]

2.1.12. hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü;

2.1.13. əcnəbi əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər.

2.1-1. Bu qaydaların 2.1.2-ci və 2.1.10 - 2.1.12-ci yarımbəndlərində nəzərdə tutulan müddətlə bağlı məhdudiyyətlər hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir. [11]

2.1-2. Bu qaydaların 2.1.2-ci, 2.1.10-cu və 2.1.11-ci yarımbəndlərində nəzərdə tutulan malların güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilməsi üçün həmin malların ümumi gömrük dəyəri bu qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Əks halda, bu qaydaların 2.2-ci bəndi tətbiq edilir.

2.2. Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hədlərdən artıq olduğu halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir.

2.3. İki ildən az olmayaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət etmiş Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçular tərəfindən müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən dövlət orqanı tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın təyinat və geri çağırılma əmrlərinin təsdiq olunmuş surətləri gömrük orqanına təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən ümumi gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3000 kubsantimetrdən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsinin (avtonəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd, avtonəqliyyat vasitəsinin bir il müddətində özgəninkiləşdirilməməklə sahibliyi, həmçinin avtonəqliyyat vasitəsini idarə etmək hüququ istisna olmaqla üzərində digər sərəncam verməmək barədə avtonəqliyyat vasitəsi sahibinin öhdəliyinə dair sənəd təqdim olunmaqla) gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur. [12]

Gömrük ödənişləri tutulmayan avtonəqliyyat vasitələrinin göstərilən müddətdə özgəninkiləşdirilməsinə həmin avtonəqliyyat vasitələri üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərinin ödənilməsi şərtilə yol verilir;

2.4. Gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya plastik kart vasitəsilə ödənilir.

2.5. Fiziki şəxslərin gömrük ərazisinə güzəştli qaydada müvəqqəti gətirdiyi və ya bu ərazidən müvəqqəti apardığı malların (avtonəqliyyat vasitələri istisna olmaqla) müvafiq olaraq gömrük ərazisində və ya bu ərazidən kənarda qalma müddəti fiziki şəxsin həmin ərazidə qalma müddəti əsasında müəyyən edilir.

2.6. Bu Qaydaların 2.1.8-ci yarımbəndinə uyğun olaraq, fiziki şəxslər tərəfindən güzəştli qaydada gömrük ərazisinə müvəqqəti gətirilən mallar gömrük ərazisində qalma müddəti başa çatdıqdan sonra gömrük ərazisindən çıxarılmalı və ya sərbəst dövriyyəyə buraxılması üçün bəyan olunmalı, gömrük ərazisindən müvəqqəti aparılan mallar isə gömrük ərazisindən kənarda qalma müddəti başa çatdıqdan sonra gömrük ərazisinə qaytarılmalı və ya ixrac edilməsi üçün bəyan olunmalıdır.

2.7. Fiziki şəxslər xarici valyuta sərvətlərini Azərbaycan Respublikasının gömrük sərhəd buraxılış məntəqələrindən “Valyuta tənzimi haqqında“ Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydaya əsasən keçirə bilərlər.

 

3. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların bəyan olunması və gömrük rəsmiləşdirilməsi qaydası [13]

 

3.1. Fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin güzəştli və sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl kanal“ və “Qırmızı kanal“ buraxılış sistemləri tətbiq olunur.

3.2. “Yaşıl kanal“ buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada gömrük orqanlarına bəyan edilməsi üçün nəzərdə tutulur.

3.3. “Qırmızı kanal“ buraxılış sistemi gömrük orqanlarına bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən mallara dair bəyannamə təqdim edilməklə, onların gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada bəyan olunması üçün nəzərdə tutulur. [14]

3.4. Bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar həmin əlavədə nəzərdə tutulmuş icazə sənədi təqdim edilməklə, sadələşdirilmiş qaydada rəsmiləşdirilir.

3.5. Bəyannamə yetkinlik yaşına çatmış fiziki şəxs tərəfindən doldurulur.

3.6. “Qırmızı kanal“dan mallar yetkinlik yaşına çatmamış fiziki şəxslər tərəfindən keçirildikdə, həmin mallar onu müşayiət edən şəxs tərəfindən bəyan edilir.

3.7. Fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə və həmin malın gömrük dəyəri bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş həddən artıq olduqda, alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən sadələşdirilmiş bəyannamə həmin mal gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya mal gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir. Həmin mallar üçün gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya ödəniş kartı vasitəsilə fiziki şəxs tərəfindən elektron ödəmə sistemindən istifadə edilməklə gömrük orqanlarının hesabına köçürülür. [15]

3.8. Gömrük ərazisinə müşayiət olunmayan baqajda gətirilən mallara dair bəyannamə həmin mallar gömrük rəsmiləşdirilməsinin həyata keçiriləcəyi gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq, gömrük ərazisindən müşayiət olunmayan baqajda aparılan mallara dair bəyannamə isə onların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir.

3.9. Müşayiət olunmayan baqajdakı mallar onları keçirən fiziki şəxs və ya onun, daşıyıcı şirkət, poçt rabitəsi operatoru və ya onların nümayəndəsi tərəfindən bəyan edilə bilər. [16]

3.10. Müşayiət olunmayan baqajda bu Qaydaların 3.11-3.14-cü bəndlərində nəzərdə tutulan qaydada gətirilən yetkinlik yaşına çatmayan şəxsə aid olan mallar üzrə gömrük rəsmiləşdirilməsi ilə bağlı münasibətlər həmin bəndlərin tələbinə uyğun olaraq, onun valideynləri, övladlığa götürənləri, qəyyumları, himayəçiləri, yaxud göstərilən şəxslərin etibarnamələri əsasında hərəkət edən başqa fiziki şəxslər tərəfindən həyata keçirilir. [17]

3.11. İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, fiziki şəxsin adına daşıyıcı şirkət vasitəsilə göndərilən malların və ya Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmayan beynəlxalq poçt göndərişlərinin gömrük dəyəri bu Qaydaların 2.1.4-cü yarımbəndi ilə müəyyən edilmiş həddən çox olduqda, malların gömrük rəsmiləşdirilməsi alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən gömrük orqanına sadələşdirilmiş elektron bəyannamə təqdim edilməklə həyata keçirilir. Həmin mallar üçün gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya ödəniş kartı vasitəsilə fiziki şəxs tərəfindən elektron ödəmə sistemindən istifadə edilməklə gömrük orqanlarının hesabına köçürülür. [18]

3.12. İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, fiziki şəxsin adına daşıyıcı şirkət vasitəsilə göndərilən malların və ya Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmayan beynəlxalq poçt göndərişlərinin gömrük dəyəri bu Qaydaların 2.1.4-cü yarımbəndi ilə müəyyən edilmiş həddən artıq olmadıqda, malların gömrük rəsmiləşdirilməsi müvafiq daşıyıcı şirkət, poçt rabitəsi operatoru və ya onların nümayəndəsi tərəfindən gömrük orqanına bəyannamə təqdim edilməklə həyata keçirilir.

3.13. Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün bəyannamə tələb olunmur.

3.14. İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük dəyəri bu Qaydaların 2.1.4-cü yarımbəndi ilə müəyyən edilmiş həddən artıq olduqda, həmin mallar üçün gömrük ödənişləri fiziki şəxs tərəfindən poçt rabitəsi operatoruna ödənilir. Poçt rabitəsi operatoru isə həmin ödənişləri bir bank günü müddətində gömrük orqanlarının hesabına köçürür.

3.15. Gömrük orqanlarına bəyan edilmiş mallara dair məlumatların düzgünlüyünə görə cavabdehliyi həmin malları bəyan edən fiziki şəxs daşıyır.

3.16. Gömrük orqanının vəzifəli şəxsi malları yoxlamaq niyyətində olduğunu bildirənədək, gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirənədək və malların buraxılışı həyata keçirilənədək bəyannaməçi tərəfindən bəyannaməyə düzəlişlər edilə və ya bəyannamə geri götürülə bilər.

3.17. Gömrük orqanının vəzifəli şəxslərinin, gömrük orqanının səlahiyyətlərinə aid edilmiş məlumatların daxil edilməsi istisna olunmaqla, bəyannaməni doldurmaq, orada göstərilən məlumatları dəyişdirmək və ya ona əlavə etmək hüququ yoxdur. Lakin gömrük orqanının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin qanuna uyğun olaraq tərtib edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.

3.18. Təqdim olunan bəyannamə bəyannaməçi və ya bu Qaydalara əsasən səlahiyyəti olan digər şəxs tərəfindən imzalanmalı və gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının məsul şəxsi tərəfindən şəxsi nömrəli möhürlə və imzası ilə təsdiq edilməlidir. [19]

3.19. Bəyannamə təsdiq edildikdən sonra, həmin bəyannamə faktları təsdiq edən hüquqi əhəmiyyətə malik sənəd sayılır.

3.20. Bəyannamənin forması və onun tərtib olunması qaydaları Gömrük Məcəlləsinin 146.3-cü maddəsinə əsasən müəyyən edilir.

 

4. Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi

 

4.1. Fiziki şəxslər tərəfindən gömrük ərazisinə avtonəqliyyat vasitələri gətirilərkən, gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə, qanunla müəyyən edilmiş digər tələblərə və təsdiqedici sənədlərə uyğun olaraq gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada həyata keçirilir.

4.2. Əlilliyi olan şəxslər üçün xüsusi olaraq hazırlanmış avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqedici sənədi əsasında güzəştli qaydada (gömrük ödənişləri alınmadan) icazə verilir. [20]

4.3. Xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində ümumilikdə müvəqqəti olaraq gətirilməsinə 90 (doxsan) gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilir. [21]

4.4. Xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələri istisna olunmaqla, digər avtonəqliyyat vasitələrinin qeyri-rezidentlər tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə bu Qaydaların 4.3-cü bəndində nəzərdə tutulmuş müddətə icazə verilir.

4.5. Xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin rezidentlər tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmayan müddətə icazə verilir və həmin avtonəqliyyat vasitələrinin müvəqqəti qeydiyyat müddəti artırılmır.

4.6. Avtonəqliyyat vasitəsinin müvəqqəti gətirilmə müddəti bitənədək, avtonəqliyyat vasitəsi tranzit qaydada keçərkən isə 72 saat ərzində aşağıdakı şərtlərdən birinə əməl edilməlidir: [22]

4.6.1. avtonəqliyyat vasitəsi gömrük ərazisindən geri aparılır;

4.6.2. Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsulları tətbiq olunur;

4.6.3. avtonəqliyyat vasitəsi gömrük orqanının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanılır;

4.6.4. avtonəqliyyat vasitəsinin qəza nəticəsində sıradan çıxması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən, avtonəqliyyat vasitəsi üzərinə həbs qoyulduqda isə bu barədə qərar qəbul etmiş dövlət orqanı tərəfindən verilən təsdiqedici sənəd təqdim edilir;

4.6.5. xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi aparılır.

4.6-1. Bu qaydaların 4.6.3-cü yarımbəndində nəzərdə tutulmuş hallarda avtonəqliyyat vasitəsinin gömrük orqanı tərəfindən müəyyən edilmiş yerlərə gətirilməsi və ya daşınması, habelə saxlanması ilə əlaqədar əməliyyatlar gömrük orqanlarının əlavə xərclərinə səbəb olmamalıdır. [23]

4.6-2. Bu qaydaların 4.6-cı bəndində göstərilən müddətlər bitənədək, avtonəqliyyat vasitəsini müvəqqəti gətirən və ya tranzit qaydada keçirən qeyri-rezident ölkə ərazisini tərk etdikdə də həmin bənddə nəzərdə tutulan şərtlərdən birinə əməl etməlidir.

4.6-3. Müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla gömrük ərazisindən kənara aparılmasına və ya bu qaydaların tələbləri pozulmaqla gömrük ərazisindən kənara aparılmamasına görə qeyri-rezidentlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

4.7. Xarici dövlətlərdə daimi qeydiyyatda olmayan və ya qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələrinin (tranzit qaydada keçən avtonəqliyyat vasitələri istisna olmaqla) gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə icazə verilmir.

4.8. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasında daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin 2 (iki) il müddətinə gömrük ərazisindən kənara müvəqqəti aparılmasına və ya qeydiyyatdan çıxarılması şərtilə daimi aparılmasına icazə verilir.

4.9. Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin gömrük sərhədindən tranzit keçirilməsi və ya gömrük rəsmiləşdirilməsinin həyata keçiriləcəyi gömrük orqanına çatdırılması həmin avtonəqliyyat vasitələrinin digər şəxslərin istifadəsinə və ya sərəncamına verilməmək şərtilə 72 saat ərzində yerinə yetirilməlidir.

4.10. Gömrük ərazisinə 30 (otuz) gündən artıq müddətə müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinə müvəqqəti dövlət qeydiyyat şəhadətnaməsinin və qeydiyyat nişanlarının verilməsi nəqliyyat vasitələrinin geriyə qaytarılması barədə onun sahibinin öhdəçilik götürməsilə və müvafiq gömrük orqanı tərəfindən bu Qaydaların 3 nömrəli əlavəsində göstərilmiş formada gömrük vəsiqəsi (müvafiq icazə sənədi) tərtib edilməklə, “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən həyata keçirilir.

4.11. Gömrük ərazisinə daimi gətirilmiş avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, daimi uçota alınması, dövlət qeydiyyat şəhadətnaməsinin və qeydiyyat nişanlarının verilməsi müvafiq gömrük orqanı tərəfindən bu Qaydaların 3 nömrəli əlavəsində göstərilmiş formada gömrük vəsiqəsi tərtib edilməklə, “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən həyata keçirilir.

 

Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər. [24]

 


 

 

“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“na

1 nömrəli ƏLAVƏ

 

 

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların

 

S İ Y A H I S I

 

1. Bu Qaydalarla müəyyən edilmiş hədlərdən artıq və ya bu Qaydaların şərtlərinə uyğun olmayan mallar.

2. Müşayiət olunmayan baqajla və daşıyıcı tərəfindən göndərilən mallar.

3. Bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq müvəqqəti keçirilən mallar.

4. Avtonəqliyyat vasitələri.

5. Bu qaydaların 2.1.10-cu yarımbəndində nəzərdə tutulmuş hədlərdən artıq qiymətli metallar və qiymətli daşlar. [25]

6. 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyuta və qiymətli kağızlar. [26]

7. Gömrük sərhədindən keçirilməsinə görə lisenziya, icazə sənədi tələb olunan mallar. [27]

8. 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar. [28]

9. Səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları.

 

 


 

 

“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“na

2 nömrəli ƏLAVƏ

 

 

Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar

 

1. “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında“ Konvensiya (CİTES) üzrə inzibati orqanın - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi CİTES İcazə/sertifikatına əsasən kökünün kəsilmə təhlükəsi olan vəhşi fauna və yabanı flora növləri (CİTES növləri), habelə dənizdən introduksiya.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsinə və Azərbaycan Respublikasından aparılmasına münasibətdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin) xüsusi icazəsi təqdim edilməklə, xidməti və mülki silah, həmçinin onların döyüş sursatları. [29]

3. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin idxal olunan ölkələr tərəfindən tələb edildiyi halda verdiyi beynəlxalq baytarlıq sertifikatı əsasında heyvanlar, heyvan mənşəli məhsullar və xammal, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə, fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı əsasında bitkilər və bitkiçilik məhsulları, həmçinin bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr. [30]

4. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı əsasında dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları.

5. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin verdiyi ixracın mümkünlüyü barədə mühafizə şəhadətnaməsini təqdim etməklə və onun tələblərinə riayət etməklə, mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri. [31]

 


 

“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“na

3 nömrəli ƏLAVƏ

 

Azərbaycan Respublikasına gətirilən avtonəqliyyat vasitəsi üçün

 

VƏSİQƏ № _________

________________________________________________________________________________

(gömrük orqanının adı)

________________________________________________________________________________

(avtonəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı)

________________________________________________________________________________

(avtonəqliyyat vasitəsi sahibinin ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi yer və tarix)

 

Növü __________________________________ markası ________________________________

                             (XİF MN kodu)

 

Mənşə ölkəsi ___________________________________________________________________

Gətirildiyi ölkə ____________________________ buraxılış ili _________________________il

Gömrük proseduru ____________________________________________________________

Mühərrik № _______________________ həcmi _______________________ sm _____________

Şassi № ___________________________________ Ban № ______________________________

Dövlət (tranzit) № ____________________ Vəsiqənin verildiyi tarix _____________________

Gömrük ödənişləri _________________________ manat ______________________________

Gömrük qeydləri_________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

(məsul gömrük əməkdaşının şəxsi nömrəli möhürü və imzası)

______________________________________ _________________________________________

(gömrük orqanının gerbli möhürü)                         (avtonəqliyyat vasitəsi sahibinin imzası)

 

Qeyd. Nəqliyyat vasitəsinin qeydiyyata alınması üçün verilmiş vəsiqə verildiyi tarixdən etibarən 10 (on) gün müddətində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqana təqdim edilməlidir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 mart 2015-ci il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 aprel 2015-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 464)

2.       01 may 2015-ci il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 624)

3.       14 yanvar 2016-cı il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2016-cı il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 177)

4.       08 iyul 2016-cı il tarixli 267 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1347)

5.       28 sentyabr 2017-ci il tarixli 401 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 sentyabr 2017-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1756)

6.       24 noyabr 2018-ci il tarixli 500 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 noyabr 2018-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2450)

7.       7 mart 2019-cu il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 518)

8.       4 iyun 2019-cu il tarixli 255 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyun 2019-cu il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 1144)

9.       19 mart 2020-ci il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 aprel 2020-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 361)

10.    21 avqust 2020-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2020-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1120)

11.    5 fevral 2021-ci il tarixli 29 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 fevral 2021-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 194)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 sentyabr 2017-ci il tarixli 401 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 sentyabr 2017-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1756) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1.2-ci bəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilmişdir və həmin bənddən “(bu Qaydaların 2.1.10-cu yarımbəndində nəzərdə tutulmuş hallardan başqa)” sözləri çıxarılmışdır.

 

[2] 21 avqust 2020-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2020-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1120) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1.5-ci bəndin ikinci cümləsindən “ən azı” sözləri çıxarılmışdır və həmin bəndə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.

 

[3] 28 sentyabr 2017-ci il tarixli 401 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 sentyabr 2017-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1756) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1.6-cı bəndinin birinci cümləsində “xüsusi icazə” sözləri “icazə” sözü ilə əvəz edilmişdir və həmin bənddən “(xüsusi razılıq)” sözləri çıxarılmışdır.

 

[4] 08 iyul 2016-cı il tarixli 267 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1347) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”na yeni məzmunda 1.7-ci bənd əlavə edilmişdir.

 

[5] 08 iyul 2016-cı il tarixli 267 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1347) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 2.1.2-ci yarımbəndə “(bundan sonra - gömrük ərazisi)” sözlərindən sonra “hər təqvim ayı ərzində bir dəfə” sözləri əlavə edilmişdir.

 

21 avqust 2020-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2020-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1120) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.1.2. bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar;

 

[6] 08 iyul 2016-cı il tarixli 267 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1347) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 2.1.3-cü yarımbəndə “gömrük ərazisindən” sözlərindən əvvəl “bu qaydaların 2.1.12-ci yarımbəndində göstərilən məhdudiyyət nəzərə alınmaqla,” sözləri əlavə edilmişdir.

 

[7] 21 avqust 2020-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2020-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1120) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.4-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.1.4. beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar;

 

[8] 08 iyul 2016-cı il tarixli 267 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1347) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 2.1.5-ci yarımbəndə “beynəlxalq poçt göndərişləri” sözlərindən əvvəl “bu qaydaların 2.1.12-ci yarımbəndində göstərilən məhdudiyyət nəzərə alınmaqla,” sözləri əlavə edilmişdir.

 

[9] 30 mart 2015-ci il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 aprel 2015-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 464) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.10-cu yarımbəndində “və 600 ədəd siqaret” sözləri “, 600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz” sözləri ilə əvəz edilmişdir.

08 iyul 2016-cı il tarixli 267 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1347) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 2.1.10-cu yarımbəndə “18 yaşına çatmış” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə” sözləri əlavə edilsin və həmin yarımbənddə “keçirilən” sözü “gömrük ərazisinə gətirilən” sözləri ilə əvəz edilmişdir.

24 noyabr 2018-ci il tarixli 500 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 noyabr 2018-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2450) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.10-cu yarımbəndində “ 3 rəqəmi “ 1,5 rəqəmi ilə və “ 600 rəqəmi “ 200 rəqəmi ilə əvəz edilmişdir.

 

[10] 08 iyul 2016-cı il tarixli 267 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1347) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 2.1.11-ci və 2.1.12-ci yarımbəndlər yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.1.11. 10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla);

2.1.12. 125 qrama qədər nərə cinsli balıq kürüsü;

 

[11] 08 iyul 2016-cı il tarixli 267 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1347) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”na yeni məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilmişdir.

 

[12] 21 avqust 2020-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2020-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1120) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.3-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.3. Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin hərbi qulluqçuları tərəfindən müvafiq təsdiqedici sənəd (müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surəti) təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur.

 

[13] 21 avqust 2020-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2020-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1120) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 3-cü hissənin adından “yazılı formada” sözləri çıxarılmışdır.

 

[14] 21 avqust 2020-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2020-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1120) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 3.3-cü bəndində “yazılı” sözü “gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron)” sözləri ilə əvəz edilmişdir.

 

[15] 21 avqust 2020-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2020-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1120) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 3.7-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.7. Fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə, bəyannamə malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir.

 

[16] 21 avqust 2020-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2020-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1120) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 3.9-cu bəndində “və ya onun” sözləri “, daşıyıcı şirkət, poçt rabitəsi operatoru və ya onların” sözləri ilə əvəz edilmişdir.

 

[17] 21 avqust 2020-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2020-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1120) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 3.10-cu bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.10. Müşayiət olunmayan baqajda yetkinlik yaşına çatmayan şəxsə aid olan mallar onun valideynləri, övladlığa götürənləri, qəyyumları, himayəçiləri, yaxud göstərilən şəxslərin etibarnamələri əsasında hərəkət edən başqa fiziki şəxslər tərəfindən bəyan edilir.

 

[18] 21 avqust 2020-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2020-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1120) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 3.11-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.11. İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, fiziki şəxsin adına daşıyıcı şirkət vasitəsilə göndərilən malların və ya Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmayan beynəlxalq poçt göndərişlərinin gömrük dəyəri bu Qaydaların 2.1.4-cü yarımbəndi ilə müəyyən edilmiº həddən artıq olduqda, malların gömrük rəsmiləşdirilməsi alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən gömrük orqanına bəyannamə təqdim edilməklə həyata keçirilir.

 

[19] 21 avqust 2020-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2020-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1120) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 3.18-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.18. Təqdim olunan bəyannamə bəyannaməçi tərəfindən imzalanmalı və gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının məsul şəxsi tərəfindən şəxsi nömrəli möhürlə və imzası ilə təsdiq edilməlidir.

 

[20] 7 mart 2019-cu il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 518) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 4.2-ci bəndində “Əlillər” sözü “Əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilmişdir.

 

[21] 19 mart 2020-ci il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 aprel 2020-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 361) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 4.3-cü bəndinə “müvəqqəti olaraq gətirilməsinə” sözlərindən sonra “hər təqvim ili ərzində ümumilikdə” sözləri əlavə edilmişdir.

 

[22] 08 iyul 2016-cı il tarixli 267 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1347) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 4.6-cı bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.6. Müvəqqəti qeydiyyat vaxtı bitdikdə, avtonəqliyyat vasitələri gömrük ərazisindən geri aparılmalı və ya xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada rəsmiləşdirilməlidir.

 

[23] 08 iyul 2016-cı il tarixli 267 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1347) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”na yeni məzmunda 4.6-1 - 4.6-3-cü bəndlər əlavə edilmişdir.

 

[24] 01 may 2015-ci il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 624) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın sonuna yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

 

[25] 08 iyul 2016-cı il tarixli 267 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1347) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 1 nömrəli əlavənin 5-ci hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

5. 1500 (min beş yüz) ABŞ dolları ekvivalentindən artıq qiymətli metallar və qiymətli daşlar.

 

[26] 21 avqust 2020-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2020-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1120) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı”nın 6-cı hissəsinə “valyuta” sözündən əvvəl “xarici” sözü əlavə edilmişdir.

 

[27] 28 sentyabr 2017-ci il tarixli 401 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 sentyabr 2017-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1756) ilə Qaydalara 1 nömrəli əlavənin - “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı”nın 7-ci hissəsində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilmişdir.

 

[28] 21 avqust 2020-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2020-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1120) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı”na yeni məzmunda 8-ci və 9-cu hissələr əlavə edilmişdir.

 

[29] 14 yanvar 2016-cı il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2016-cı il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 176) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 2 nömrəli əlavənin 2-ci hissəsinə “Daxili İşlər Nazirliyinin” sözlərindən sonra “(Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsinə və Azərbaycan Respublikasından aparılmasına münasibətdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin)” sözləri əlavə edilmişdir.

28 sentyabr 2017-ci il tarixli 401 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 sentyabr 2017-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1756) ilə Qaydalara 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar”ın 2-ci hissəsindən “xüsusi” sözü çıxarılmışdır.

 

[30] 28 sentyabr 2017-ci il tarixli 401 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 sentyabr 2017-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1756) ilə Qaydalara 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar”ın 3-cü hissəsində “qanunvericiliklə müəyyən edilmiş sənədləri əsasında heyvanlar, baytarlıq preparatları və ləvazimatları” sözləri “verdiyi beynəlxalq baytarlıq sertifikatı əsasında heyvanlar, heyvan mənşəli məhsullar və xammal” sözləri ilə və “qanunvericiliklə müəyyən edilmiş sənədləri” sözləri “verdiyi pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə, fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı” sözləri ilə əvəz edilmişdir.

4 iyun 2019-cu il tarixli 255 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyun 2019-cu il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 1144) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar”ın 3-cü hissəsində “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin” sözləri “Qida Təhlükəsizliyi Agentliyinin idxal olunan ölkələr tərəfindən tələb edildiyi halda” sözləri ilə, “; Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin verdiyi” sözləri vergül işarəsi ilə əvəz edilmişdir.

 

[31] 5 fevral 2021-ci il tarixli 29 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 fevral 2021-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 194) ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 2 nömrəli Əlavə - “Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar”ın 5-ci hissəsindən “və Turizm” sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status