![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı |
Qəbul edildiyi tarix |
18.12.2013 |
Qeydiyyat nömrəsi |
25/2 |
Adı |
“Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
27.12.2013 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
100.060.020 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201312180252 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
26.12.2013 |
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən pul siyasətinin işlənməsində istifadə etmək üçün statistik vahidlərin depozit, kredit və qiymətli kağızlar bazarında əməliyyatlar üzrə fəaliyyəti, maliyyə bazarlarında faiz dərəcələri, bu əməliyyatların müxtəlif növləri, valyutası, iqtisadiyyatın sektorları və ölkənin regionları üzrə bölgüsü haqqında statistik məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 63-cü, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddələrinə əsasən
Q Ə R A R A A L I R:
1. “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur);
2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12.06.2001-ci il tarixli qərarı ilə (23 nömrəli protokol) təsdiq edilmiş “Əsas pul-kredit göstəriciləri haqqında hesabatın tərtib edilməsinə dair Göstərişlər” ləğv edilsin;
3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Sədr Elman Rüstəmov
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Mərkəzi Bankı Qərar № 25/2
“18” dekabr 2013-cü il |
Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında
TƏLİMAT
1. Ümumi müddəalar
1.1. Bu Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Təlimat Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların, xarici bankların yerli filiallarının və poçt rabitəsinin milli operatorunun (bundan sonra – statistik vahidlər) pul və maliyyə əməliyyatları üzrə statistik hesabatların tərtib və təqdim edilməsi qaydalarını müəyyənləşdirir.
1.3. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən pul siyasətinin işlənməsində istifadə etmək üçün statistik vahidlərin depozit, kredit və qiymətli kağızlar bazarında əməliyyatlar üzrə fəaliyyəti, maliyyə bazarlarında faiz dərəcələri, bu əməliyyatların müxtəlif növləri, valyutası, iqtisadiyyatın sektorları və ölkənin regionları üzrə bölgüsü haqqında statistik məlumatların əldə edilməsidir.
2. Anlayışlar
2.0. Bu Təlimatın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. vaxtı keçmiş kredit – ödənişi kredit müqaviləsində nəzərdə tutulmuş tarixdən 30 təqvim günündən artıq müddətdə gecikdirilmiş kreditin əsas borc üzrə ödənilməmiş hissəsi;
2.0.2. ipoteka krediti – yaşayış sahəsinin alınması məqsədilə daşınmaz əmlakla təmin olunmaq şərti ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına müvəkkil kredit təşkilatı tərəfindən və ya kredit təşkilatlarının öz vəsaiti hesabına verilən borc;[1]
2.0.3. istehlak krediti – ipoteka krediti istisna olmaqla, istehlakçıya sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlə malların və ya xidmətlərin alınması və ya istifadə edilməsi üçün verilən kredit;
2.0.4. mikrokredit – ümumi məbləği 5000 (beş min) AZN-dən artıq olmayan istehlak krediti;
2.0.5. qısamüddətli kredit – ödənilmə müddəti 360 günədək olan kredit;
2.0.6. uzunmüddətli kredit – ödənilmə müddəti 360 gündən artıq olan kredit;
2.0.7. dövlət istiqrazları - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə buraxılan qiymətli kağızlar;[2]
2.0.8. ilkin bazar – qiymətli kağızların emitent tərəfindən yerləşdirildiyi (ilk sahiblərinə özgənikiləşdirildiyi) bazar;
2.0.9. təkrar bazar – emissiya olunmuş qiymətli kağızların dövr etdiyi bazar.
3. Hesabatın məzmunu və tərtib edilməsi
3.1. Statistik vahidlərin pul və maliyyə statistikası haqqında hesabat (bundan sonra “Bank Statistikası (BS) hesabatı”) 5 (beş) statistik formadan ibarətdir:
3.1.1. Depozitlər və onlar üzrə faiz dərəcələri (Forma BS-1) – əlavə №1;
3.1.2. Kreditlər və onlar üzrə faiz dərəcələri (Forma BS-2) – əlavə №2;
3.1.3. Kredit və depozitlərin regional strukturu (Forma BS-3) – əlavə №3;
3.1.4. Maliyyə institutları arasında kredit və depozit əməliyyatları (Forma BS-4) – əlavə №4;
3.1.5. Statistik vahidin qiymətli kağızlarla əməliyyatları - (Forma BS-5) – əlavə №5.[3]
3.2. Depozitlər və onlar üzrə faiz dərəcələri (Forma BS-1) haqqında hesabat formasında, statistik vahidin depozit kimi cəlb etdiyi vəsaitlərin qalıq məbləği, onların dövriyyəsi, tələbli və ya müddətli olması, bu depozitlər üçün ödənilən orta faiz dərəcəsi, depozitlərin milli və xarici valyuta, rezidentlik və müddətlər üzrə bölgüsü göstərilir:
3.2.1. hesabat formasının 1-ci bölməsində hesabat dövrünün əvvəlinə fiziki və hüquqi şəxslərin depozitlərinin qalığı əks olunur. Bu qalıq əvvəlki hesabat dövrünün sonuna olan qalıqla eynilik təşkil etməlidir;
3.2.2. hesabat formasının 2-ci bölməsində hesabat dövrü ərzində fiziki və hüquqi şəxslərdən cəlb olunmuş depozit vəsaitləri əks olunur;
3.2.3. hesabat formasının 3-cü bölməsində hesabat dövrü ərzində fiziki və hüquqi şəxslərin depozitlərindən qaytarılan pul vəsaitləri əks olunur;
3.2.4. hesabat formasının 4-cü bölməsində hesabat dövrünün sonuna fiziki və hüquqi şəxslərin depozitlərinin qalığı əks olunur;
3.2.5. hesabat formasının 5-ci bölməsində hesabat dövrünün əvvəlinə rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin depozitlərinin qalığı və bu depozitlərin tələbli və müddətli üzrə bölgüsü əks olunur. Bu qalıq əvvəlki hesabat dövrünün sonuna olan qalıqla eynilik təşkil etməlidir;
3.2.6. hesabat formasının 6-cı bölməsində hesabat dövrü ərzində rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin depozitə cəlb olunmuş pul vəsaitlərinin cəmi və bu depozitlərin tələbli və müddətli üzrə bölgüsü əks olunur;
3.2.7. hesabat formasının 7-ci bölməsində hesabat dövrü ərzində rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin qaytarılmış depozitlərinin cəmi və bu depozitlərin tələbli və müddətli üzrə bölgüsü əks olunur;
3.2.8. hesabat formasının 8-ci bölməsində hesabat dövrünün sonuna rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin depozitlərinin qalığı (bloklaşdırılmış müştəri hesablarında olan qalıqlar nəzərə alınmaqla) və bu depozitlərin tələbli və müddətli üzrə bölgüsü əks olunur.
3.3. Kreditlər və onlar üzrə faiz dərəcələri (BS-2 forması) haqqında hesabat formasında statistik vahidin verdiyi kreditlərin milli və xarici valyutalar, hüquqi və fiziki şəxslər və müddətlər üzrə məbləği, orta faiz dərəcəsi, hesabat dövrü ərzində verilmiş kreditlər üzrə tətbiq edilən xidmət haqqı və ödənişlərin təyinatları üzrə məbləği və kreditlərin əsas məbləğində payı (faizlə) qeyd olunur. Bu hesabat iki hesabat formasından ibarətdir:
3.3.1. Kreditlərin təsnifatı (Forma BS-2.1) forması statistik vahidin verdiyi kreditlərin qalıq məbləği, onların dövriyyəsi, bu kreditlər üzrə faiz dərəcəsi, kreditlərin milli və xarici valyutalar, hüquqi və fiziki şəxslər və müddətlər üzrə bölgüsünü əks etdirir:
3.3.1.1. hesabat formasının 1-ci bölməsində hesabat dövrünün əvvəlinə kredit portfelinin qalığı əks olunur. Bu qalıq əvvəlki hesabat dövrünün sonuna olan qalıqla eynilik təşkil etməlidir;
3.3.1.2. hesabat formasının 2-ci bölməsində hesabat dövrü ərzində verilmiş kreditlərin məbləği və faiz dərəcəsi əks olunur;
3.3.1.3. hesabat formasının 3-cü bölməsində hesabat dövrü ərzində müştərilər tərəfindən ödənilmiş kreditlərin (o cümlədən, vaxtı keçmiş kreditlər üzrə ödənişlər də daxil olmaqla) məbləği və faiz dərəcəsi əks olunur;
3.3.1.4. hesabat formasının 4-cü bölməsində hesabat dövrünün sonuna kredit portfelinin qalığı əks olunur (o cümlədən, vaxtı keçmiş kreditlər də daxil olmaqla). Bu qalığın tərkib hissəsi olaraq ilin əvvəlindən vaxtı keçmiş kreditlər 5-ci sətirdə, hesabat dövrü ərzində vaxtı keçmiş kreditlər və onlar üzrə orta faiz dərəcəsi haqqında göstəricilər 6-cı sətirdə əks olunur;
3.3.1.5. hesabat formasının 5-ci bölməsində hesabat dövrünün əvvəlinə statistik vahid tərəfindən hüquqi şəxslərə və fiziki şəxslərə verilmiş kreditlərin qalığı və bu kreditlərin müddətlər üzrə bölgüsü əks olunur. Bu qalıq əvvəlki hesabat dövrünün sonuna olan qalıqla eynilik təşkil etməlidir;
3.3.1.6. hesabat formasının 6-cı bölməsində hesabat dövrü ərzində statistik vahid tərəfindən hüquqi şəxslərə və fiziki şəxslərə verilmiş kreditlər və bu kreditlərin müddətlər üzrə bölgüsü əks olunur;
3.3.1.7. hesabat formasının 7-ci bölməsində hesabat dövrü ərzində statistik vahid tərəfindən hüquqi şəxslərdən və fiziki şəxslərdən verilmiş kreditlər üzrə ödənişlər və bu kreditlərin müddətlər üzrə bölgüsü əks olunur;
3.3.1.8. hesabat formasının 8-ci bölməsində hesabat dövrünün sonuna statistik vahid tərəfindən hüquqi şəxslərə və fiziki şəxslərə verilmiş kreditlərin qalığı (bloklaşdırılmış müştəri hesablarında olan qalıqlar nəzərə alınmaqla) və bu kreditlərin müddətlər üzrə bölgüsü əks olunur;
3.3.1.9. hesabat formasının 9-cu bölməsində hesabat dövrü ərzində vaxtı keçmiş kreditlərin həcmi, onlar üzrə müəyyən olunmuş orta faiz dərəcəsi və bu kreditlərin müddətlər üzrə bölgüsü əks olunur;
3.3.2. Hesabat dövrü ərzində verilmiş kreditlər üzrə tətbiq edilən xidmət haqqı və ödənişlər (Forma BS-2.2) forması statistik vahidin hesabat dövrü ərzində hüquqi (dövlət və qeyri-dövlət hüquqi şəxslər) və fiziki şəxslərə verdiyi kreditlərə, o cümlədən istehlak kreditlərinə tətbiq etdiyi xidmət haqqı və ödənişlərin təyinatlar üzrə məbləği və kreditlərin əsas məbləğində payını (faizlə) əks etdirir:
3.3.2.1. Hesabat formasında statistik vahidlərin verdiyi kreditlər üzrə tətbiq edilən xidmət haqqı və ödənişlərin təyinatı bölgüsü aşağıdakı kimi təsnifləşdirilir:
3.3.2.1.1. kredit müqaviləsinin rəsmiləşdirilməsi üzrə komisyon ödənişlər;
3.3.2.1.2. ssuda hesabının açılması və aparılması (xidmət olunması) ilə bağlı ödənişlər;
3.3.2.1.3. kreditin nağdlaşdırılması üzrə ödənişlər;
3.3.2.1.4. təminatın (girovun) saxlanılması və yüklülüyünün qeydiyyatı (idarəolunması) ilə bağlı ödənişlər;
3.3.2.1.5. sığorta ödənişləri (belə xidmətlər bankın müəyyən etdiyi şəxslər tərəfindən həyata keçirildikdə);
3.3.2.1.6. təminatın qiymətləndirilməsi ilə bağlı ödənişlər (belə xidmətlər bankın müəyyən etdiyi şəxslər tərəfindən həyata keçirildikdə);
3.3.2.1.7. kredit üzrə bankın tətbiq etdiyi digər haqlar;
3.3.2.2. Hesabat formasında statistik vahidlərin verdiyi kreditlər üzrə tətbiq edilən xidmət haqqı və ödənişlərə aşağıdakılar aid edilmir:
3.3.2.2.1. borcalanın kredit müqaviləsinin şərtlərinə əməl etməməsi ilə bağlı (dəbbə pulu) ödənişlər;
3.3.2.2.2. həcmi və (və ya) müddəti borcalanın qərarından və (və ya) davranışından asılı olan ödənişlər (məs. kredit borcunun vaxtından əvvəl ödənilməsi zamanı);
3.3.2.2.3. müştərinin sifarişi ilə kredit kartları üzrə valyuta mübadiləsi əməliyyatlarının dayandırılması və bu kimi digər tutulmalar;
3.3.2.3. Formada kredit üzrə bankın tətbiq etdiyi digər ödənişlərin təyinatı qeyd edildikdə statistik vahid tərəfindən həmin səbəbləri aydın şəkildə izah edən məlumat müvafiq hesabat formasının təqdim olunduğu gün statistik vahidin icra orqanının rəhbərinin imzası ilə və möhürlə təsdiqlənməklə Mərkəzi Banka təqdim edilir;
3.3.2.4. Hesabat formasında kreditin əsas məbləğində payı sütununda xidmət haqqı və ödənişlərin müvafiq təyinatlar üzrə verilən kreditin əsas məbləğinin neçə faizini təşkil etdiyi əks etdirilir. Misal üçün, statistik vahid hesabat dövrü ərzində cəmi 1000000 manat həcmində kredit vermişdirsə (kreditlər üzrə faizlər nəzərə alınmadan), verdiyi kreditlər üzrə tətbiq etdiyi xidmət haqqı və ödənişlərin müvafiq təyinat üzrə həcmi 10000 manatdırsa, göstərici bir faiz kimi qeyd olunur.
3.4. Kredit və depozitlərin regional strukturu (BS-3 forması) haqqında hesabat formasında, statistik vahidin regionlar üzrə kredit qoyuluşları və onlar üzrə faiz dərəcələri, ipoteka kreditləri, sahibkarlıq subyektlərinə verilmiş kreditlər, restrukturizasiya olunmuş kreditlər, istehlak kreditləri, iqtisadiyyatın sahələri üzrə kredit qoyuluşları, əhalidən cəlb olunmuş depozitlər və onlar üzrə faiz dərəcələri, hüquqi şəxslərdən cəlb olunmuş depozitlər və onlar üzrə faiz dərəcələri qeyd olunur. Bu hesabat səkkiz hesabat formasından ibarətdir:
3.4.1. Regionlar üzrə kreditlər və onlar üzrə faiz dərəcələri (Forma BS-3.1) forması dövrün sonuna qalıqlar üzrə və hesabat dövrü ərzində hissələrindən ibarətdir. Bu hesabat forması statistik vahidlərin qısa və uzunmüddətli kredit qoyuluşlarının, onların valyutalara bölgüsünün və vaxtı keçmiş kreditlərin həcminin Azərbaycan Respublikasının şəhər və rayonları üzrə coğrafi təsnifatını əks etdirir;
3.4.2. Regionlar üzrə ipoteka kreditləri və onlar üzrə faiz dərəcələri (Forma BS-3.2) forması dövrün sonuna qalıqlar üzrə və hesabat dövrü ərzində hissələrindən ibarətdir. Bu hesabat forması statistik vahidlərin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri və bankların daxili resursları hesabına verilmiş ipoteka kreditlərini, o cümlədən adi ipoteka və güzəştli ipoteka kreditləri məbləğinin və orta faiz dərəcələrinin Azərbaycan Respublikasının şəhər və rayonları üzrə coğrafi təsnifatını əks etdirir;[4]
3.4.3. Regionlar üzrə sahibkarlıq subyektlərinə verilmiş kreditlər və onlar üzrə faiz dərəcələri (Forma BS-3.3) forması dövrün sonuna qalıqlar üzrə və hesabat dövrü ərzində hissələrindən ibarətdir. Bu hesabat forması Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri, statistik vahidlərin daxili resursları və digər maliyyə təşkilatlarının resursları hesabına mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə (sahibkarlıq subyektlərinin bölgüsü meyarları “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilir) verilmiş kreditlərin (o cümlədən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə verilmiş kreditlər) məbləği və orta faiz dərəcələrinin Azərbaycan Respublikasının şəhər və rayonları üzrə coğrafi təsnifatını əks etdirir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə verilmiş kreditlərin (ipoteka kreditləri istisna olmaqla) məbləği göstəricilərində yalnız zəmanətlə təmin edilmiş hissəsi əks olunmalıdır;[5]
3.4.4. Regionlar üzrə restrukturizasiya olunmuş kreditlər və onlar üzrə faiz dərəcələri (Forma BS-3.4) forması dövrün sonuna qalıqlar üzrə və hesabat dövrü ərzində hissələrindən ibarətdir. Bu hesabat forması hüquqi və fiziki şəxslərin restrukturizasiya olunmuş kreditləri məbləğinin və orta faiz dərəcələrinin (rezident və qeyri-rezidentlərə bölünməklə) Azərbaycan Respublikasının şəhər və rayonları üzrə coğrafi təsnifatını əks etdirir;
3.4.5. Regionlar üzrə verilmiş istehlak kreditləri və onlar üzrə faiz dərəcələri (Forma BS-3.5) forması dövrün sonuna qalıqlar üzrə və hesabat dövrü ərzində hissələrindən ibarətdir. Bu hesabat forması statistik vahidlərin verdikləri avto, təhsil, tibb, turizm (səyahət), torpaq sahəsinin alınması, təmir-tikinti, mebel, məişət avadanlığı kreditləri, kredit xətləri, digər istehlak kreditləri haqqında məlumatların və həmçinin istehlak kreditləri üzrə mikrokreditlər və vaxtı keçmiş kreditlərin məbləğinin və orta faiz dərəcələrinin Azərbaycan Respublikasının şəhər və rayonları üzrə coğrafi təsnifatını əks etdirir;
3.4.6. Regionlar və iqtisadiyyatın sahələri üzrə kredit qoyuluşları və onlar üzrə faiz dərəcələri (Forma BS-3.6.) forması dövrün sonuna qalıqlar üzrə milli valyutada, dövrün sonuna qalıqlar üzrə xarici valyutada, hesabat dövrü ərzində milli valyutada və hesabat dövrü ərzində xarici valyutada hissələrindən ibarətdir. Bu hesabat forması Azərbaycan Respublikasının şəhər və rayonları üzrə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, dövlət və özəl mülkiyyətdə olan müəssisələrə statistik vahidlərin verdiyi kreditlərin sektorial bölgüsünün və həmin kreditlərin həcminin coğrafi təsnifatını əks etdirir. Xarici valyuta ilə verilmiş kredit məbləğləri manat ekvivalentində göstərilməlidir. Hesabat formasında statistik vahidlərin kreditləşdirdiyi müəssisələr üzrə iqtisadiyyatın sektorial bölgüsü aşağıdakı kimi təsnifləşdirilir:
3.4.6.1. mədənçıxarma sektoru;
3.4.6.2. emal sənayesi;
3.4.6.3. kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq;
3.4.6.4. elektrik enerjisi, qaz, buxar və su təchizatı (kondensasiya olunmuş hava ilə təçhizat, çirkli suların və tullantıların təmizlənməsi daxil edilməklə) ;
3.4.6.5. tikinti sektoru;
3.4.6.6. topdan və pərakəndə ticarət;
3.4.6.7. nəqliyyat və anbar təsərrüfatı;
3.4.6.8. informasiya və rabitə sektoru;
3.4.6.9. maliyyə və sığorta fəaliyyəti (lizinq daxil olmaqla);
3.4.6.10. daşınmaz əmlakla əlaqədar əməliyyatlar (ipoteka daxil olmaqla);
3.4.6.11. dövlət idarəetməsi və toxunulmazlıq hüququ olan təşkilatların fəaliyyəti (müdafiə, icbari sosial təminat daxil olmaqla);
3.4.6.12. təhsil;
3.4.6.13. əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi üzrə fəaliyyət;
3.4.6.14. peşə, elm-texnika, istirahət, əyləncə və incəsənət sahələri üzrə fəaliyyət;
3.4.6.15. ev təsərrüfatları (fərdi istehlak üçün ev təsərrüfatlarının istehsal etdiyi mal və xidmətlər daxil olmaqla);
3.4.6.16. digər sahələr (inzibati və yardımçı, yaşayışın təşkili və ictimai iaşə xidmətləri daxil olmaqla);
3.4.7. Regionlar üzrə əhalidən cəlb olunmuş depozitlər və onlar üzrə faiz dərəcələri (Forma BS-3.7) forması dövrün sonuna qalıqlar üzrə və hesabat dövrü ərzində hissələrindən ibarətdir. Bu hesabat formasında statistik vahidlərin əhalidən cəlb etdiyi depozitlərin müddətlər (tələbli və müddətli depozitlər) və valyutalar (milli və xarici valyuta, xarici valyutanın isə aidiyyəti valyutalara) bölgüsü üzrə məbləğ və orta faiz dərəcələrinin Azərbaycan Respublikasının şəhər və rayonları üzrə coğrafi təsnifatı göstərilir;
3.4.8. Regionlar üzrə hüquqi şəxslərdən cəlb olunmuş depozitlər və onlar üzrə faiz dərəcələri (Forma BS-3.8) forması dövrün sonuna qalıqlar üzrə və hesabat dövrü ərzində hissələrindən ibarətdir. Bu hesabat formasında statistik vahidlərin hüquqi şəxslərdən cəlb etdiyi depozitlərin müddətlər (tələbli və müddətli depozitlər) və valyutalar (milli və xarici valyuta, xarici valyutanın isə aidiyyəti valyutalara) bölgüsü üzrə məbləğ və orta faiz dərəcələrinin Azərbaycan Respublikasının şəhər və rayonları üzrə coğrafi təsnifatı göstərilir.
3.5. Maliyyə institutları arasında kredit və depozit əməliyyatları (Forma BS-4) haqqında hesabat forması banklararası kredit bazarı və depozitlər, statistik vahidlər tərəfindən bank olmayan kredit təşkilatlarına (o cümlədən kredit ittifaqlarına və kredit kooperativlərinə) və digər maliyyə institutlarına verilmiş kreditlər və cəlb olunmuş depozitlər üzrə əməliyyatları, onların valyutalar və müddətlər üzrə bölgüsünü əks etdirir. Bu hesabat forması dörd hissədən ibarətdir:[6]
3.5.1. Hesabat formasının banklara verilmiş kreditlər və yerləşdirilmiş depozitlər (4.1) hissəsi statistik vahidin hesabat dövrü ərzində digər rezident və qeyri-rezident banklara verdiyi kreditləri və yerləşdirdiyi depozitləri, onlar üzrə orta faiz dərəcəsini, habelə dövrün sonuna bu göstəricilər üzrə olan qalıq məbləğlərin müddətlər və valyutalar (o cümlədən qiymətli metallar) üzrə bölgüsünü əks etdirir;
3.5.2. Hesabat formasının banklardan alınmış kreditlər və cəlb olunmuş depozitlər (4.2) hissəsi statistik vahidin hesabat dövrü ərzində digər rezident və qeyri-rezident banklardan aldığı kreditləri və cəlb etdiyi depozitləri, onlar üzrə orta faiz dərəcəsini, habelə dövrün sonuna bu göstəricilər üzrə olan qalıq məbləğlərin müddətlər və valyutalar (o cümlədən qiymətli metallar) üzrə bölgüsünü əks etdirir;
3.5.3. Hesabat formasının bank olmayan kredit təşkilatlarına (o cümlədən kredit ittifaqlarına və kredit kooperativlərinə) verilmiş kreditlər və cəlb olunmuş depozitlər (4.3) hissəsi statistik vahidin hesabat dövrü ərzində rezident və qeyri-rezident bank olmayan kredit təşkilatlarına (o cümlədən kredit ittifaqlarına və kredit kooperativlərinə) verdiyi kreditləri və cəlb etdiyi depozitləri, onlar üzrə orta faiz dərəcəsini, habelə dövrün sonuna bu göstəricilər üzrə olan qalıq məbləğlərin müddətlər və valyutalar (o cümlədən qiymətli metallar) üzrə bölgüsünü əks etdirir;
3.5.4. Hesabat formasının digər maliyyə institutlarına verilmiş kreditlər və cəlb olunmuş depozitlər (4.4) hissəsi statistik vahidin hesabat dövrü ərzində rezident və qeyri-rezident digər maliyyə institutlarına (lizinq, sığorta şirkətləri, özəl pensiya fondları, trastlar, lombardlar və s.) verdiyi kreditləri və cəlb etdiyi depozitləri, onlar üzrə orta faiz dərəcəsini, habelə dövrün sonuna bu göstəricilər üzrə olan qalıq məbləğlərin müddətlər və valyutalar (o cümlədən qiymətli metallar) üzrə bölgüsünü əks etdirir.
3.6. Statistik vahidin qiymətli kağızlarla əməliyyatları (Forma BS-5) haqqında hesabat forması statistik vahidin qiymətli kağızlar bazarında dövlət istiqrazları, Mərkəzi Bankın notları, repo əməliyyatları, investisiya korporativ qiymətli kağızlar (səhmlər və istiqrazlar) və digər qiymətli kağızlarla əməliyyatları əks etdirir. [7]
3.6.1. Hesabat formasının 1-ci bölməsində hesabat dövrünün əvvəlinə statistik vahidin aktivlərini yerləşdirdiyi qiymətli kağızların dəyəri üzrə qalığı hesabat formasının müvafiq kateqoriyalarında əks etdirilir.
3.6.2. Hesabat formasının 2-ci bölməsində hesabat dövrü ərzində statistik vahidin aldığı qiymətli kağızların dəyəri hesabat formasının müvafiq kateqoriyaları üzrə göstərilir. Bu bölmədə dövr ərzində alınan qiymətli kağızlar ilkin bazar və təkrar bazar üzrə təsnifləşdirilir.
3.6.3. Hesabat formasının 3-cü bölməsində hesabat dövrü ərzində statistik vahidin satdığı (aktivlərini yerləşdirdiyi) qiymətli kağızların dəyəri hesabat formasının müvafiq kateqoriyaları üzrə göstərilir.
3.6.4. Hesabat formasının 4-cü bölməsində hesabat dövrünün sonuna statistik vahidin aktivlərini yerləşdirdiyi qiymətli kağızların dəyəri üzrə qalığı hesabat formasının müvafiq kateqoriyalarında əks etdirilir.
3.6.5. Yuxarıda göstərilən hər dörd bölmədə statistik vahidin aldığı və satdığı qiymətli kağızlar ayrıca sətirlə göstərilir və mülkiyyətçisi olduğu qiymətli kağızlar üzrə orta faiz dərəcəsi əks olunur.[8]
3.6.6. BS-5 hesabat formasında digər qiymətli kağızlar kateqoriyasına veksellər, xarici dövlətlərin dövlət qiymətli kağızları, xarici dövlətlərin mərkəzi banklarının qiymətli kağızları, avrobondlar və hesabat formasındakı digər kateqoriyalara aid olmayan qiymətli kağızlar daxil edilir. [9]
3.7. BS hesabat formaları tərtib edilərkən formalar arasında aşağıdakı uyğunluqlar təmin olunur:
3.7.1. BS-3.1 (Regionlar üzrə kreditlər və onlar üzrə faiz dərəcələri) hesabat formasının BS-3.1.1 (Dövrün sonuna qalıqlar üzrə) hissəsinin 1-ci sətri üzrə 7-14-cü sütunların məbləğ və faiz dərəcələri BS-2.1 (Kreditlərin təsnifatı) hesabat formasının BS-2.1.1 (Kreditlər) hissəsinin 4-cü sətri üzrə 1-8-ci sütunların müvafiq məbləğ və faiz dərəcələri ilə eyni olur;
3.7.2. BS-3.1 (Regionlar üzrə kreditlər və onlar üzrə faiz dərəcələri) hesabat formasının BS-3.1.1 (Hesabat dövrü ərzində) hissəsinin 1-ci sətri üzrə 7-14-ci sütunların məbləğ və faiz dərəcələri BS-2.1 (Kreditlərin təsnifatı) hesabat formasının BS-2.1.1 (Kreditlər) hissəsinin 2-ci sətri üzrə 1-8-ci sütunların müvafiq məbləğ və faiz dərəcələri ilə eyni olur;
3.7.3. BS-3.1 (Regionlar üzrə kreditlər və onlar üzrə faiz dərəcələri) hesabat formasının BS-3.1.1 (Dövrün sonuna qalıqlar üzrə) hissəsinin 1-ci sətri üzrə 3-cü və 4-cü sütunun məbləğ və faiz dərəcələri BS-3.6 (Regionlar və iqtisadiyyatın sahələri üzrə kredit qoyuluşları və onlar üzrə faiz dərəcələri) hesabat formasının BS-3.6.1 (Dövrün sonuna qalıqlar üzrə milli valyutada) hissəsinin 1-ci sətri üzrə 1-ci və 33-cü, 2-ci və 34-cü sütunların müvafiq məbləğ cəmi və orta faiz dərəcələri ilə eyni olur;
3.7.4. BS-3.1 (Regionlar üzrə kreditlər və onlar üzrə faiz dərəcələri) hesabat formasının BS-3.1.1 (Dövrün sonuna qalıqlar üzrə) hissəsinin 1-ci sətri üzrə 5-ci və 6-cı sütunun məbləğ və faiz dərəcələri BS-3.6 (Regionlar və iqtisadiyyatın sahələri üzrə kredit qoyuluşları və onlar üzrə faiz dərəcələri) hesabat formasının BS-3.6.2 (Dövrün sonuna qalıqlar üzrə xarici valyutada) hissəsinin 1-ci sətri üzrə 1-ci və 33-cü, 2-ci və 34-cü sütunların müvafiq məbləğ cəmi və orta faiz dərəcələri ilə eyni olur;
3.7.5. BS-3.1 (Regionlar üzrə kreditlər və onlar üzrə faiz dərəcələri) hesabat formasının BS-3.1.2 (Hesabat dövrü ərzində) hissəsinin 1-ci sətri üzrə 3-cü və 4-cü sütunun məbləğ və faiz dərəcələri BS-3.6 (Regionlar və iqtisadiyyatın sahələri üzrə kredit qoyuluşları və onlar üzrə faiz dərəcələri) hesabat formasının BS-3.6.3 (Hesabat dövrü ərzində milli valyutada) hissəsinin 1-ci sətri üzrə 1-ci və 33-cü, 2-ci və 34-cü sütunların müvafiq məbləğ cəmi və orta faiz dərəcələri ilə eyni olur;
3.7.6. BS-3.1 (Regionlar üzrə kreditlər və onlar üzrə faiz dərəcələri) hesabat formasının BS-3.1.2 (Hesabat dövrü ərzində) hissəsinin 1-ci sətri üzrə 5-ci və 6-cı sütunun məbləğ və faiz dərəcələri BS-3.6 (Regionlar və iqtisadiyyatın sahələri üzrə kredit qoyuluşları və onlar üzrə faiz dərəcələri) hesabat formasının BS-3.6.4 (Hesabat dövrü ərzində xarici valyutada) hissəsinin 1-ci sətri üzrə 1-ci və 33-cü, 2-ci və 34-cü sütunların müvafiq məbləğ cəmi və orta faiz dərəcələri ilə eyni olur;
3.7.7. BS-1 (Depozitlər və onlar üzrə faiz dərəcələri) hesabat formasının 16-cı sətri üzrə 1-12-ci sütunların məbləğ və faiz dərəcələri BS-3.7 (Regionlar üzrə əhalidən cəlb olunmuş depozitlər və onlar üzrə faiz dərəcələri) hesabat formasının BS-3.7.1 (Dövrün sonuna qalıqlar üzrə) hissəsinin 1-ci sətri üzrə 9-12-ci, 19-24-cü və 31-32-ci sütunların müvafiq məbləğ və faiz dərəcələri ilə eyni olur;
3.7.8. BS-1 (Depozitlər və onlar üzrə faiz dərəcələri) hesabat formasının 8-ci sətri üzrə 1-12-ci sütunların məbləğ və faiz dərəcələri BS-3.7 (Regionlar üzrə əhalidən cəlb olunmuş depozitlər və onlar üzrə faiz dərəcələri) hesabat formasının BS-3.7.1 (Hesabat dövrü ərzində) hissəsinin 1-ci sətri üzrə 9-12-ci, 19-24-cü və 31-32-ci sütunların müvafiq məbləğ və faiz dərəcələri ilə eyni olur;
3.7.9. BS-1 (Depozitlər və onlar üzrə faiz dərəcələri) hesabat formasının 14-15-ci sətirləri üzrə 1-12-ci sütunların məbləğ və faiz dərəcələri BS-3.8 (Regionlar üzrə hüquqi şəxslərdən cəlb olunmuş depozitlər və onlar üzrə faiz dərəcələri) hesabat formasının BS-3.8.1 (Dövrün sonuna qalıqlar üzrə) hissəsinin 1-ci sətri üzrə 9-12-ci, 19-24-cü və 31-32-ci sütunların müvafiq məbləğ və faiz dərəcələri ilə eyni olur;
3.7.10. BS-1 (Depozitlər və onlar üzrə faiz dərəcələri) hesabat formasının 6-7-ci sətirləri üzrə 1-12-ci sütunların məbləğ və faiz dərəcələri BS-3.8 (Regionlar üzrə hüquqi şəxslərdən cəlb olunmuş depozitlər və onlar üzrə faiz dərəcələri) hesabat formasının BS-3.8.1 (Hesabat dövrü ərzində) hissəsinin 1-ci sətri üzrə 9-12-ci, 19-24-cü və 31-32-ci sütunların müvafiq məbləğ və faiz dərəcələri ilə eyni olur.
3.8. Bütün hesabat formalarında orta faiz dərəcəsi aşağıdakı düsturla hesablanır:
Burada, n – (1, 2, 3, ...............n) sövdələşmələrin sıra sayı;
kn – n saylı sövdələşmə üzrə ödəniləcək faiz dərəcəsi;
qn – n saylı sövdələşməsinin (əməliyyatın, depozitin, kreditin) həcmi.
3.9. Bütün hesabat formalarında dövrün sonuna qalıq aşağıdakı bərabərliyə tam uyğun olmalıdır:
Dsq=Dəq+Dər–Daz
Burada, Dsq – dövrün sonuna qalıq;
Dəq – dövrün əvvəlinə qalıq;
Dar – dövr ərzində artım;
Daz – dövr ərzində azalma;
3.10. Bütün hesabat formalarında xarici valyuta ilə aparılmış əməliyyatlar dövrün sonuna Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manat ekvivalentində göstərilir.
3.11. Bütün hesabat formalarında məbləğlər nöqtədən sonra yuvarlaq olaraq bir rəqəmlə, faiz dərəcələri isə nöqtədən sonra yuvarlaq olaraq iki rəqəmlə göstərilməlidir.
3.12. Kredit qoyuluşları və əhalidən cəlb olunan depozitlər regionlar üzrə təsnifatlaşdırılarkən fiziki və hüquqi şəxslərə verilən kreditlər kredit alan subyektin yerləşdiyi regiona, depozitlərin məbləği isə depozitin cəlb olunduğu regiona aid edilir.
4. Hesabatın təqdim olunması
4.1. Pul və maliyyə statistikası hesabatı statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq elektron formada aylıq əsasda, hesabat dövründən sonrakı 10 (on) iş günü ərzində Mərkəzi Banka təqdim edilməlidir. Əməliyyat baş verməyən hallarda hesabat formasında bu göstərici üzrə xana boş saxlanılır.
4.2 Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.[10]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 21 dekabr 2015-ci il tarixli 43/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201512210435, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 dekabr 2015-ci il)
- 26 aprel 2018-ci il tarixli 10/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201804260103, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 may 2018-ci il)
- 11 iyul 2019-cu il tarixli 16/1-3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907111613, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyul 2019-cu il)
- 28 oktyabr 2019-cu il tarixli 27/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280271, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 noyabr 2019-cu il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏR
[1] 21 dekabr 2015-ci il tarixli 43/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201512210435, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 dekabr 2015-ci il) ilə “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın 2.0.2-ci və 3.4.2-ci yarımbəndlərdə “Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun” sözləri “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilmişdir.
[2] 21 dekabr 2015-ci il tarixli 43/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201512210435, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 dekabr 2015-ci il) ilə “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın 2.0.7-ci yarımbənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.0.7. dövlət istiqraz vərəqələri – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılan və müəyyən dövriyyə müddəti olan qiymətli kağızlar;
[3] 21 dekabr 2015-ci il tarixli 43/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201512210435, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 dekabr 2015-ci il) ilə “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın 3.1.5-ci yarımbənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3.1.5. Qiymətli kağızlarla əməliyyatlar (Forma BS-5) – əlavə №5.
[4] 26 aprel 2018-ci il tarixli 10/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201804260103, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 may 2018-ci il) ilə “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ının 2.0.2-ci və 3.4.2-ci yarımbəndlərində “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilmişdir.
[5] 26 aprel 2018-ci il tarixli 10/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201804260103, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 may 2018-ci il) ilə “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın 3.4.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.4.3. Regionlar üzrə sahibkarlıq subyektlərinə verilmiş kreditlər və onlar üzrə faiz dərəcələri (Forma BS-3.3) forması dövrün sonuna qalıqlar üzrə və hesabat dövrü ərzində hissələrindən ibarətdir. Bu hesabat forması Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri, statistik vahidlərin daxili resursları və digər maliyyə təşkilatlarının resursları hesabına iri, orta və kiçik sahibkarlıq subyektlərinə verilmiş kreditləri məbləğinin və orta faiz dərəcələrinin Azərbaycan Respublikasının şəhər və rayonları üzrə coğrafi təsnifatını əks etdirir. Kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi “İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 20 aprel tarixli 57 nömrəli Qərarına əsaslanır;
[6] 28 oktyabr 2019-cu il tarixli 27/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201910280271, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 noyabr 2019-cu il) ilə “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın 3.5-ci bəndində, 3.5.3-cü yarımbəndində hər iki halda və 4 nömrəli əlavəsinin (Forma BS-4) 4.3-cü bəndində “kredit ittifaqları” sözləri “kredit ittifaqlarına və kredit kooperativlərinə” sözləri ilə əvəz edilmişdir.
[7] 21 dekabr 2015-ci il tarixli 43/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201512210435, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 dekabr 2015-ci il) ilə “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın 3.6-cı bənddə “Qiymətli kağızlarla əməliyyatlar” sözləri “Statistik vahidin qiymətli kağızlarla əməliyyatları” sözləri ilə, “korporativ” sözü “investisiya” sözü ilə əvəz edilmişdir.
[8] 21 dekabr 2015-ci il tarixli 43/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201512210435, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 dekabr 2015-ci il) ilə “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın 3.6.5-ci yarımbənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3.6.5. Yuxarıda göstərilən hər dörd bölmədə bankların öz vəsaiti hesabına və ya müştərilərin tapşırığı ilə aldığı və satdığı qiymətli kağızlar ayrıca sətirlə göstərilir və investisiya olunmuş qiymətli kağızlar üzrə orta faiz dərəcəsi əks olunur.
[9] 21 dekabr 2015-ci il tarixli 43/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201512210435, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 dekabr 2015-ci il) ilə “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın 3.6.6-cı yarımbənddə “uduşlu lotereyalar” sözləri “xarici dövlətlərin dövlət qiymətli kağızları, xarici dövlətlərin mərkəzi banklarının qiymətli kağızları” sözləri ilə əvəz edilmişdir.
[10] 26 aprel 2018-ci il tarixli 10/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201804260103, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 may 2018-ci il) ilə “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ının 4.2-ci bəndində “icra orqanının rəhbəri və baş mühasibin” sözləri “icra orqanının rəhbəri, üzvü və ya baş mühasibin” sözləri ilə əvəz edilmişdir.
11 iyul 2019-cu il tarixli 16/1-3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907111613, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyul 2019-cu il) ilə “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın 4.2-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.2. Təqdim edilən hesabat statistik vahidin icra orqanının rəhbəri, üzvü və ya baş mühasibin elektron imzaları ilə təsdiq edilir.
[11] 26 aprel 2018-ci il tarixli 10/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201804260103, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 may 2018-ci il) ilə Təlimata 3 nömrəli əlavədə “Regionlar üzrə ipoteka kreditləri və onlar üzrə faiz dərəcələri” forması (Forma BS-3.2) və “Regionlar üzrə sahibkarlıq subyektlərinə verilmiş kreditlər və onlar üzrə faiz dərəcələri” forması (Forma BS-3.3) yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
[12] 21 dekabr 2015-ci il tarixli 43/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201512210435, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 dekabr 2015-ci il) ilə “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat” Əlavə №5 yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: