![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI |
Qəbul edildiyi tarix |
18.12.2013 |
Qeydiyyat nömrəsi |
25/6 |
Adı |
“Qeyri-nağd valyuta mübadiləsi əməliyyatları haqqında statistik hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
27.12.2013 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
100.060.020 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201312180256 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
26.12.2013 |
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən pul və valyuta siyasətinin işlənməsində istifadə etmək üçün statistik vahidlərin qeyri-nağd valyuta mübadiləsi əməliyyatları üzrə fəaliyyəti, onların və müştərilərin milli və xarici valyutaya olan ehtiyacları, xarici valyutaların alqı-satqısının məqsədləri və istiqamətləri haqqında statistik məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 63-cü, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddələrinə və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 2-ci bəndinin “d” yarımbəndinə əsasən
Q Ə R A R A A L I R:
1. “Qeyri-nağd valyuta mübadiləsi əməliyyatları haqqında statistik hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur);
2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17.12.2010-cu il tarixli qərarı ilə (36 nömrəli protokol) təsdiq edilmiş “Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən valyuta bazarında qeyri-nağd valyuta mübadiləsi əməliyyatları haqqında statistik hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat” ləğv edilsin;
3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Sədr Elman Rüstəmov
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Mərkəzi Bankı Qərar № 25/6
“18” dekabr 2013-cü il |
Qeyri-nağd valyuta mübadiləsi əməliyyatları haqqında statistik hesabatın tərtibi və təqdim edilməsi haqqında
TƏLİMAT
1. Ümumi müddəalar
1.1. Bu Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və qeyri-nağd valyuta mübadiləsi (alqı-satqı) statistikasının tərtibi və təqdim olunması məsələlərini tənzimləyir.
1.2. Qeyri-nağd valyuta mübadiləsi haqqında statistik hesabat bankların, xarici bankların yerli filiallarının və poçt rabitəsinin milli operatorunun (bundan sonra – statistik vahidlər) valyuta bazarının müxtəlif seqmentlərində qeyri-nağd valyuta mübadiləsi (alqı-satqı) əməliyyatları haqqında tərtib etdikləri məlumatları nəzərdə tutur.
1.3. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən pul və valyuta siyasətinin işlənməsində istifadə etmək üçün statistik vahidlərin qeyri-nağd valyuta mübadiləsi əməliyyatları üzrə fəaliyyəti, onların və müştərilərinin milli və xarici valyutaya olan ehtiyacları, xarici valyutaların alqı-satqısının məqsədləri və istiqamətləri haqqında statistik məlumatların əldə edilməsidir.
2. Hesabatın məzmunu və tərtib edilməsi
2.1. Hesabat qeyri-nağd valyuta bazarının aşağıdakı seqmentləri üzrə tərtib olunur:
2.1.1. Banklararası valyuta bazarı:
2.1.1.1. Blumberq ticarət platformasında qeydə alınan valyuta əməliyyatları (BTP);
2.1.1.2. Bakı Banklararası Valyuta Birjasının Elektron Sistemində Ticarət (BEST);
2.1.1.3. Ticarət sistemlərindən kənar valyuta əməliyyatları (TSK).
1. Bankdaxili valyuta bazarı:
2.1.2.1. Bankdaxili Mübadilə Əməliyyatları (BDMƏ).
2.2. Statistik hesabat dörd formada tərtib olunur:
2.2.1. Banklararası Valyuta Mübadiləsi (Forma QNVM-1_BAVM-1) – əlavə №1;
2.2.2. TSK seqmentində əməliyyatların təşkilatlar üzrə açıqlaması (QNVM-1_BAVM-2) – əlavə №2;
2.2.3. Bankdaxili Valyuta Mübadiləsi (Forma QNVM-2_BDVM) – əlavə №3;
2.2.4. Xarici valyutaların mübadiləsi (Forma QNVM-3_XVM) – əlavə №4.
2.3. Banklararası Valyuta Mübadiləsi və Bankdaxili Valyuta Mübadiləsi hesabatlarında manatla xarici valyutalar, Xarici valyutaların mübadiləsi hesabatında isə xarici valyutalar arasında qeyri-nağd mübadilə əməliyyatları əks olunur.
2.4. QNVM-1_BAVM-1 hesabat formasında statistik vahidin banklararası valyuta bazarı seqmentlərində qeyri-nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatları əks olunur.
2.4.1. Hesabat formasının Xarici valyuta alışı və Xarici valyuta satışı bölməsində statistik vahidin aldığı/satdığı xarici valyutanın həcmi və əvəzində alınan/satılan manatın həcmi, həmin əməliyyatlar üzrə gündəlik orta çəkili məzənnə, əqdlərin sayı, habelə əməliyyatların müvafiq məqsədlər üzrə bölgüsü əks olunur.
2.4.2. QNVM-1_BAVM-1 hesabat formasında xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar aşağıdakı məqsədlər üzrə təsnifləşdirilir:
2.4.2.1. valyuta mövqeyinə dair normativ tələblərə riayət olunması – statistik vahidlərin maliyyə sabitliyini təmin etmək məqsədilə Mərkəzi Bank tərəfindən müəyyən olunmuş açıq valyuta mövqeyinin limitlərinə riayət olunması;
2.4.2.2. valyuta mövqeyinin yenidən qiymətləndirilməsindən zərər riskinin minimallaşdırılması – rəsmi məzənnənin dəyişilməsi ilə əlaqədar xarici valyutada vəsaitin yenidən qiymətləndirilməsi nəticəsində yarana bilən zərər riskinin minimallaşdırılması;
2.4.2.3. kreditlərin və onlar üzrə faizlərin ödənilməsi;
2.4.2.4. kreditlərin verilməsi;
2.4.2.5. depozitlərin yerləşdirilməsi/qaytarılması;
2.4.2.6. nağd valyuta mübadiləsi;
2.4.2.7. əməliyyat (təsərrüfat) xərclərinin ödənilməsi;
2.4.2.8. müştərilərin tapşırığı ilə – BDMƏ bazar seqmentində xarici valyutanın alqı-satqısı üzrə tapşırıqların tam və ya qismən təmin edilməsi üçün banklararası valyuta bazarında həyata keçirilən əməliyyatlar;
2.4.2.9. spekulyativ məzənnə əməliyyatları – alqı-satqı məzənnələri arasındakı fərqdən mənfəət əldə etmək məqsədilə həyata keçirilən əməliyyatlar;
2.4.2.10. sair məqsədlər – yuxarıda qeyd olunan məqsədlərə aid olmayan əməliyyatlar əks olunur. Misal üçün, BEST-də eyni statistik vahidin hesabları arasında baş verən alqı-satqı əməliyyatları.
2.4.3. QNVM-1_BAVM-1 hesabat forması tərtib olunarkən göstərilən sətirlərin məzənnə xanaları istisna olmaqla qalan xanalarda aşağıdakı şərtlərə riayət olunur:
sətir 101 = sətir 102 + sətir 103+ sətir 104;
sətir 101 = sətir105+sətir106+sətir107+sətir108+sətir109+sətir110+sətir111+sətir 112 + sətir 113 + sətir 114;
sətir 115 = sətir 116 + sətir 117 + sətir 118;
sətir115=sətir119+sətir120+sətir121+sətir122+sətir123+sətir124+sətir125+ sətir 126 + sətir 127 + sətir 128.
2.4.4. QNVM-1_BAVM-1 hesabat forması tərtib olunarkən 102, 103, 104, 116, 117, 118 sətir şifrəsi qeyd olunan sətirlərdə xarici valyuta, məzənnə və manat göstəriciləri üzrə məlumatlar daxil olunarsa, həmin əməliyyatlar üzrə əqdlərin sayı müvafiq olaraq göstərilməlidir.
2.4.5. Qeyri-nağd valyuta mübadiləsi zamanı əməliyyatlar hesabatda valyutalaşdırma tarixi (vəsaitlərin əqd üzrə digər tərəfin hesabına daxil edilməsinin əqd iştirakçıları tərəfindən razılaşdırılmış tarixi) üzrə əks etdirilməlidir.
2.4.6. BEST seqmentində svop əməliyyatları əməliyyat gününə uyğun olaraq hesabatda əks etdirilir.
2.4.7. BEST seqmentində aparılan əməliyyatlar üzrə ödənilən xidmət haqqı bu hesabatda nəzərə alınmır.
2.5. QNVM-1_BAVM-2 hesabat formasında qeyri-nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar statistik vahidlər üzrə göstərilməli və aşağıdakı şərtlərə riayət olunmalıdır:
2.5.1. Hesabat formasının TSK-də əməliyyatların cəmi sətri üzrə satış hissəsində qeyd olunan xarici valyuta, məzənnə, manat, əqdlərin sayı göstəriciləri QNVM_1_BAVM-1 hesabat formasındakı sətir şifrəsi 104 üzrə 1-ci, 2-ci, 3-cü, 4-cü sütunlarda əks olunan müvafiq xarici valyuta, məzənnə, manat, əqdlərin sayı göstəricilərinin məlumatlarına bərabər olur.
2.5.2. Hesabat formasının TSK-də əməliyyatların cəmi sətri üzrə alış hissəsində qeyd olunan xarici valyuta, məzənnə, manat, əqdlərin sayı göstəriciləri QNVM_1_BAVM-1 hesabat formasındakı sətir şifrəsi 118 üzrə 1-ci, 2-ci, 3-cü, 4-cü sütunlarda əks olunan müvafiq xarici valyuta, məzənnə, manat, əqdlərin sayı göstəricilərinin məlumatlarına bərabər olur.
2.6. QNVM-2_BDVM hesabat formasında statistik vahidin müştəriləri tərəfindən (qeyri-maliyyə qurumları, maliyyə qurumları) və statistik vahidin öz vəsaiti hesabına bankdaxili qeyri-nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar əks olunur.
2.6.1. Hesabat formasının Xarici valyuta alışı və Xarici valyuta satışı bölməsində statistik vahidin aldığı/satdığı xarici valyutanın həcmi və əvəzində alınan/satılan manat həcmi, həmin əməliyyatlar üzrə gündəlik orta çəkili məzənnə, əqdlərin sayı, habelə əməliyyatların müvafiq məqsədlər üzrə bölgüsü əks olunur.
2.6.2. Hesabat formasında xarici valyutanın satış əməliyyatları aşağıdakı mənbə və məqsədlər üzrə təsnifləşdirilir:
2.6.2.1. “Müştərilər tərəfindən statistik vahidə xarici valyuta satılmışdır (qeyri-maliyyə qurumları)” mənbəyi üzrə, aşağıdakı məqsədlər qeyd olunur:
2.6.2.1.1. malların alınması, iş və göstərilmiş xidmətlər üzrə ödəmələr;
2.6.2.1.2. manatla cəlb olunmuş kreditlər və onlar üzrə faizlərin ödənilməsi;
2.6.2.1.3. manatla depozitlərin yerləşdirilməsi;
2.6.2.1.4. ianə, qrant və sosial yardım üçün manat ödəmələri;
2.6.2.1.5. vergi, rüsum və cərimələrin ödənilməsi;
2.6.2.1.6. əməliyyat (təsərrüfat) xərclərinin ödənilməsi;
2.6.2.1.7. sair məqsədlər – yuxarıda qeyd olunan məqsədlərə uyğun olmayan əməliyyatlar əks olunur.
2.6.2.2. “Maliyyə qurumları tərəfindən statistik vahidə xarici valyuta satılmışdır” mənbəyi üzrə, aşağıdakı məqsədlər qeyd olunur:
2.6.2.2.1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitləri;
2.6.2.2.2. beynəlxalq maliyyə qurumlarının vəsaitləri – Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Beynəlxalq Hesablaşmalar Bankı və sair beynəlxalq maliyyə qurumları ilə aparılan əməliyyatlar;
2.6.2.2.3. digər maliyyə təşkilatları – bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, pensiya fondları, lizinq şirkətləri və sair maliyyə qurumları ilə aparılan əməliyyatlar.
2.6.2.3. “Statistik vahidin öz vəsaiti hesabına xarici valyuta satılmışdır” hissəsində QNVM-2_BDVM hesabat formasının “Müştərilər tərəfindən statistik vahiddən/vahidə valyuta alınmışdır/satılmışdır (qeyri-maliyyə qurumları)” və “Maliyyə qurumları tərəfindən statistik vahiddən/vahidə valyuta alınmışdır/satılmışdır” mənbələri üzrə müştərilərlə alqı-satqı əməliyyatları nəticəsində əldə olunan manatın məbləği aşağıdakı məqsədlər üzrə qeyd olunur:
2.6.2.3.1. valyuta mövqeyinin tənzimlənməsi;
2.6.2.3.2. manatla kreditlərin verilməsi/qaytarılması;
2.6.2.3.3. manatla depozitlərin yerləşdirilməsi/qaytarılması;
2.6.2.3.4. nağd valyuta mübadiləsi;
2.6.2.3.5. sair məqsədlər – yuxarıda qeyd olunan məqsədlərə uyğun olmayan əməliyyatlar aid olunur.
2.6.3. Xarici valyutanın bankdaxili satışı hissəsində “Müştərilər tərəfindən statistik vahidə xarici valyuta satılmışdır (qeyri-maliyyə qurumları)” və “Maliyyə qurumları tərəfindən statistik vahidə xarici valyuta satılmışdır” mənbələri üzrə müştəri tərəfindən valyutanın satışı əməliyyatları əks olunur.
2.6.4. Hesabat formasında xarici valyutanın alış əməliyyatları aşağıdakı mənbə və məqsədlər üzrə təsnifləşdirilir:
2.6.4.1. “Müştərilər tərəfindən statistik vahiddən xarici valyuta alınmışdır (qeyri-maliyyə qurumları)” mənbəyi üzrə, aşağıdakı məqsədlər qeyd olunur:
2.6.4.1.1. idxal müqavilələri və göstərilmiş xidmətlər üzrə ödəmələr;
2.6.4.1.2. xarici valyutada cəlb olunmuş kredit və onlar üzrə faiz ödəmələri;
2.6.4.1.3. xarici valyutada depozitlərin yerləşdirilməsi;
2.6.4.1.4. xarici ölkələrə investisiya köçürmələri;
2.6.4.1.5. səhmdarlara/payçılara dividendlərin ödənilməsi;
2.6.4.1.6. əvvəlcədən respublikaya köçürülmüş və ya nağd şəkildə gətirilmiş vəsaitin köçürülməsi;
2.6.4.1.7. ianə, qrant və sosial yardım üçün xarici valyuta ödəmələri;
2.6.4.1.8. beynəlxalq təşkilatlarda, konfranslarda, sərgilərdə iştirak haqqının ödənilməsi;
2.6.4.1.9. xarici ölkələrə vergi, rüsum və cərimələrin ödənilməsi;
2.6.4.1.10. sair məqsədlər – yuxarıda qeyd olunan məqsədlərə uyğun olmayan əməliyyatlar aiddir.
2.6.4.2. “Maliyyə qurumları tərəfindən statistik vahiddən xarici valyuta alınmışdır” mənbəyi üzrə, aşağıdakı məqsədlər qeyd olunmalıdır:
2.6.4.2.1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitləri;
2.6.4.2.2. beynəlxalq maliyyə qurumlarının vəsaitləri – Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Beynəlxalq Hesablaşmalar Bankı və sair beynəlxalq maliyyə qurumları ilə aparılan əməliyyatlar;
2.6.4.2.3. digər maliyyə təşkilatları – bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, pensiya fondları, lizinq şirkətləri və sair maliyyə qurumları ilə aparılan əməliyyatlar.
2.6.4.3. “Statistik vahidin öz vəsaiti hesabına xarici valyuta alınmışdır” hissəsində QNVM-2_BDVM hesabat formasının “Müştərilər tərəfindən statistik vahiddən/vahidə valyuta alınmışdır/satılmışdır (qeyri-maliyyə qurumları)” və “Maliyyə qurumları tərəfindən statistik vahiddən/vahidə valyuta alınmışdır/satılmışdır” mənbələri üzrə müştərilərlə alqı-satqı əməliyyatları nəticəsində əldə olunan xarici valyutanın məbləği aşağıdakı məqsədlər üzrə qeyd olunur:
2.6.4.3.1. valyuta mövqeyinin tənzimlənməsi;
2.6.4.3.2. xarici valyutada kreditlərin verilməsi/qaytarılması;
2.6.4.3.3. xarici valyutada depozitlərin yerləşdirilməsi/qaytarılması;
2.6.4.3.4. nağd valyuta mübadiləsi;
2.6.4.3.5. sair məqsədlər üçün xarici valyutanın alınması.
2.6.5. Xarici valyutanın bankdaxili alışı hissəsində “Müştərilər tərəfindən statistik vahiddən xarici valyuta alınmışdır (qeyri-maliyyə qurumları)” və “Maliyyə qurumları tərəfindən statistik vahiddən xarici valyuta alınmışdır” mənbələri üzrə müştəri tərəfindən valyutanın alışı əməliyyatları əks olunur.
2.6.6. Hesabat formasında bankdaxili alqı-satqı əməliyyatları fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-rezident şəxslər üzrə təsnifləşdirilir. “Statistik vahidin öz vəsaiti hesabına xarici valyuta alınmışdır/satılmışdır” mənbələri üzrə əməliyyatların həcmi hüquqi şəxslər bölməsinə aid edilir və əqdlərin sayında nəzərə alınmır.
2.6.7. QNVM-2_BDVM hesabat forması tərtib olunarkən aşağıda göstərilən sətirlər üzrə məzənnə xanaları istisna olmaqla qalan xanalarda aşağıdakı şərtlərə riayət olunur:
sətir 201 = sətir 202 + sətir 204;
sətir 224 = sətir 225 + sətir 227;
sətir 206 = sətir 207 + sətir 208 + sətir 209 + sətir 210 + sətir 211 + sətir 212 + sətir 213;
sətir 214 = sətir 215 + sətir 216 + sətir 217;
sətir 218 = sətir 219 + sətir 220 + sətir 221 + sətir 222 + sətir 223;
sətir 229 = sətir 230 + sətir 231 + sətir 232 + sətir 233 + sətir 234 + sətir 235 + sətir 236 + sətir 237 + sətir 238 + sətir 239 + sətir 240;
sətir 241 = sətir 242 + sətir 243 + sətir 244;
sətir 245 = sətir 246 + sətir 247 + sətir 248 + sətir 249 + sətir 250;
sətir 202 ≤ sətir 206;
sətir 225 ≤ sətir 229;
sətir 204 ≥ sətir 206 + sətir 214;
sətir 227 ≥ sətir 229 + sətir 241;
sətir 202 ≥ sətir 203;
sətir 204 ≥ sətir 205;
sətir 225 ≥ sətir 226;
sətir 227 ≥ sətir 228;
2.7. Statistik vahidin bir xarici valyutanın digər xarici valyutaya mübadiləsi üzrə (manat iştirak etmədən) həyata keçirdiyi qeyri-nağd valyuta əməliyyatları QNVM-3_XVM hesabat formasında əks olunur.
2.7.1. Hesabat forması iki bölmədən ibarətdir:
2.7.1.1. statistik vahidlərlə və müştərilərlə xarici valyutalararası mübadilə əməliyyatları:
2.7.1.1.1. statistik vahidlərlə xarici valyutalararası mübadilə əməliyyatları;
2.7.1.1.2. statistik vahidin öz müştəriləri ilə xarici valyutalararası mübadilə əməliyyatları.
2.7.1.2. Xarici banklarla xarici valyutalararası mübadilə əməliyyatları – statistik vahidin xarici banklarla xarici valyutalararası mübadilə əməliyyatları.
2.7.2. Hesabat formasının valyuta 1 sütununda statistik vahid tərəfindən satılmış valyuta, valyuta 2 sütununda statistik vahid tərəfindən alınmış valyuta qeyd olunur.
2.7.3. Rəsmi məzənnə sütununda əməliyyat baş verən gün Mərkəzi Bank tərəfindən elan olunan gündəlik rəsmi məzənnə göstəricisi qeyd olunur və bu məzənnə əsasında manat ekvivalenti göstəricisi hesablanır.
2.7.4. Hesabat formasında məzənnə sütununda xarici valyutalar arasında baş verən satış məzənnəsi (valyuta 2 göstəricisinin valyuta 1 göstəricisinə olan nisbəti) qeyd olunur.
2.7.5. Hesabat formasının “Statistik vahidin öz müştəriləri ilə xarici valyutalararası mübadilə əməliyyatları” bölməsi rezident və qeyri-rezident şəxslər üzrə təsnifləşdirilir.
2.8. Bütün hesabat formalarında gündəlik orta çəkili məzənnə aşağıda göstərilən düsturla hesablanır:
n – (1, 2, 3, ...............n) sövdələşmənin sıra sayı;
kn – n saylı sövdələşmənin (əməliyyatın) məzənnəsi;
qn – n saylı sövdələşmənin (əməliyyatın) həcmi.
2.9. Bütün hesabat formalarında xarici valyuta və manat göstəriciləri üzrə məbləğlər tam nominalda qeyd olunur.
2.10. QNVM-1_BAVM-2 və QNVM-3_XVM hesabat formaları üzrə banklararası valyuta əməliyyatlarında uyğunsuzluq aşkar olunduqda statistik vahid həmin qeyri-nağd valyuta mübadiləsi əməliyyatının aparılmasına dair əqdin bağlanmasını təsdiq edən sənədin surətini və habelə müvafiq əməliyyatın baş verməsini təsdiqləyən ödəniş sənədinin surətini (elektron ödəniş məlumatı SWIFT və s.) Mərkəzi Banka təqdim edir.
2.11. Qeyri-nağd valyuta mübadiləsi əməliyyatları haqqında statistik hesabata statistik vahidlərin nağd valyuta mübadiləsi əməliyyatları (mübadilə şöbələri və digər struktur bölmələrində baş verən nağd mübadilə əməliyyatları) aid olunmur.
2.12. Qeyri-nağd valyuta mübadilə əməliyyatlarının uçotu statistik vahid tərəfindən hər bir valyuta üzrə gündəlik əsasda aparılır və qeyri-nağd valyuta mübadilə əməliyyatları üzrə operativ təhlil məqsədilə Mərkəzi Bankın müraciəti əsasında hesabat dövrü bitmədən hesabat dövrü ərzində baş verən əməliyyatlar üzrə hesabat formasını təqdimetmə imkanına malik olmalıdır.
3. Hesabatın təqdim olunması
3.1. Qeyri-nağd valyuta mübadiləsi əməliyyatları haqqında statistik hesabat statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq elektron formada aylıq əsasda, hesabat dövründən sonrakı 2 (iki) iş günü ərzində Mərkəzi Banka təqdim edilməlidir. Əməliyyat baş verməyən hallarda hesabat formasında bu göstərici üzrə xana boş saxlanılır.
3.2. Qeyri-nağd valyuta mübadiləsi əməliyyatları üzrə operativ təhlilin aparılması məqsədi ilə Mərkəzi Bank tərəfindən hesabat dövrü bitmədən hesabat dövrü ərzində baş verən əməliyyatlar haqqında statistik hesabatın təqdim edilməsi ilə bağlı statistik vahidə yazılı şəkildə müraciət edildikdə, statistik vahid tərəfindən həmin məlumatlar günlük əsasda, müraciət tarixindən sonrakı ən qısa müddətdə, lakin 2 (iki) iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir.
3.3. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.[1]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 11 iyul 2019-cu il tarixli 16/1-7 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907111617, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyul 2019-cu il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 11 iyul 2019-cu il tarixli 16/1-7 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907111617, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyul 2019-cu il) ilə “Qeyri-nağd valyuta mübadiləsi əməliyyatları haqqında statistik hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın 3.3-cü bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.3. Təqdim edilən hesabat statistik vahidin icra orqanının rəhbəri və baş mühasibin elektron imzaları ilə təsdiq edilir.