AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
18.12.2013
QEYDİYYAT NÖMRƏSİ
25/7
ADI
“Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat”ın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.12.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201312180257
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.12.2013
“Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat”ın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

18.12.2013

Qeydiyyat nömrəsi

25/7

Adı

“Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat”ın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

27.12.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201312180257

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

26.12.2013

 

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən pul siyasətinin işlənməsində, nağd pul dövriyyəsinin təşkilində və maliyyə sabitliyinə dair təhlillərin aparılmasında istifadə etmək üçün nağd pul dövriyyəsi üzrə təfsilatlı, tam və dolğun statistik məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 63-cü, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddələrinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1. “Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur);

2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 06.10.2009-cu il tarixli qərarı ilə (28 nömrəli protokol) təsdiq edilmiş “Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat” ləğv edilsin;

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Sədr                                                                                                 Elman Rüstəmov

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 25/7

18 dekabr 2013-cü il

 

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında

 

TƏLİMAT

 

1. Ümumi müddəalar

 

1.1. Bu Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və kassa dövriyyəsi statistikasının tərtibi və təqdim olunması məsələlərini tənzimləyir.

1.2. Kassa dövriyyəsi haqqında statistik hesabat bankların, xarici bankların yerli filiallarının və poçt rabitəsinin milli operatorunun (bundan sonra – statistik vahidlər) kassalarına manatla nağd pulun (bundan sonra – nağd pul) daxilolma mənbələri, xərclənmə istiqamətləri və  qalıqları haqqında ətraflı şəkildə əks olunan məlumatları nəzərdə tutur.

1.3. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən pul siyasətinin işlənməsində, nağd pul dövriyyəsinin təşkilində və maliyyə sabitliyinə dair təhlillərin aparılmasında istifadə etmək üçün nağd pul dövriyyəsi üzrə təfsilatlı, tam və dolğun statistik məlumatların əldə edilməsidir.

 

2. Hesabatın məzmunu və tərtib edilməsi

 

2.1. Statistik hesabat iki formada tərtib olunur:

2.1.1. Kassa dövriyyəsi statistikası (Forma KDS-1) – əlavə №1;

2.1.2. Kassa dövriyyəsi statistik hesabat üzrə açıqlama (Forma KDS_açıqlama) – əlavə №2.

2.2. KDS-1 hesabat forması üç bölmədən ibarətdir:

2.2.1. “A” bölməsi: Hesabat dövrünün əvvəlinə və sonuna kassa qalığı;

2.2.2. “B” bölməsi: Kassaya nağd pulun mədaxili;

2.2.3. “C” bölməsi: Kassadan nağd pulun məxarici.

2.3. Hesabatın mədaxil hissəsində əks olunan əməliyyatlar statistik vahidin və müştərilərinin fəaliyyət sferası, hüquqi statusu və əməliyyatın növündən asılı olaraq aşağıdakı qruplar üzrə təsnifləşdirilir:

2.3.1. Hesabat dövrünün əvvəlinə kassa qalığı (A10) – hesabat dövrünün əvvəlinə statistik vahidin kassasının qalığı;

2.3.2. Hüquqi şəxslərdən daxilolmalar (B00) – statistik vahidin müştərisi olan hüquqi şəxslərin malların satışından daxilolmaları (B10) və iş görməsindən (xidmət göstərməsindən) daxilolmaları (B20) üzrə statistik vahidin əməliyyat kassasına nağd pul daxilolmaları:

2.3.2.1. Hüquqi şəxslərin mal satışından daxilolmalar (B10: B11-B16):

2.3.2.1.1. Mal satışından daxilolmalar hər bir müəssisənin fəaliyyət növündən asılı olaraq B10 qrupunun müvafiq maddələrində əks olunur;

2.3.2.1.2. Bu qrupda ticarət (B11), sənaye (B12), fermer və digər kənd təsərrüfatı (B13), tikinti müəssisələri və kooperativləri (B14), yanacaqdoldurma məntəqələri (B15) sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatların mal satışlarından əldə olunan vəsait üzrə statistik vahidin kassasına nağd pul daxilolmaları əks olunur;

2.3.2.1.3. B10 qrupunun maddələrində əks olunmayan sahələrin mal satışından daxilolmaları digər satışlar üzrə daxilolmalar B16 maddəsində göstərilir;

2.3.2.2. Hüquqi şəxslərin iş görməsindən (xidmət göstərməsindən) daxilolmalar (B20: B21-B25):

2.3.2.2.1. Xidmət göstərilməsindən daxilolmalar hər bir müəssisənin fəaliyyət növündən asılı olaraq bu qrupun müvafiq maddəsində əks olunur;

2.3.2.2.2. Bu qrupda nəqliyyat (B21), kommunal xidmətlər (qaz, su, işıq və s.) (B22), rabitə (B23), mehmanxana, ictimai iaşə və s. xidmət (B24) sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatların göstərdiyi xidmətdən  əldə olunan vəsait üzrə statistik vahidin kassasına nağd pul daxilolmaları əks olunur;

2.3.2.2.3. B20 qrupunun maddələrində əks olunmayan iş və xidmət sahələrindən daxilolmalar digər xidmətlər üzrə (B25) daxilolmalar maddəsində qeyd olunur;

2.3.3. Fiziki şəxslərdən daxilolmalar (B30: B31-B37):

2.3.3.1. Bu qrup üzrə daxilolmalar ödəniş növünə uyğun olaraq müvafiq maddələr üzrə təsnifləşdirilir;

2.3.3.2. Bu qrupda statistik vahidin əməliyyat kassasına fiziki şəxslərdən daxilolmalar, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərdən nağd pul ödənişləri (B31), vergi, rüsum və sığorta ödənişləri (B32),  kommunal xidmətlər (qaz, su, işıq və s.) üzrə ödənişlər (B33), yardım, pul baratları, sosial və digər ödənişlər (B34), təhsil haqqı üzrə ödənişlər (B35), rabitə xidmətləri üzrə ödənişlər (B36), icarə haqqı üzrə ödənişlər (B37) əks olunur;

2.3.3.3. B30 qrupunun maddələrində əks olunmayan fiziki şəxslərin ödənişləri digər daxilolmalar B38 maddəsində qeyd olunur;

2.3.4. Statistik vahidin hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalar (B40: B41-B46) – maliyyə əməliyyatları növündən asılı olaraq aşağıdakı kimi təsnifləşdirilir:

2.3.4.1. Depozit hesablarına daxilolmalar (B41) – müştərinin statistik vahiddə yerləşdirdiyi depozit (cari hesablarına daxilolmalar istisna olmaqla) üzrə daxilolmalar;

2.3.4.2. Fiziki şəxslərin cari hesablarına daxilolmalar (B42.1) – fiziki şəxslərin statistik vahiddəki cari hesablarına daxilolmalar;

2.3.4.3. Pul köçürmələri üzrə daxilolmalar (B42.2) – hesab açılmadan müxtəlif pul köçürmələri üzrə nağd (manatla) daxilolmalar;

2.3.4.4. Əmlak alqı-satqısı ilə əlaqədar notariusların depozit hesablarına daxilolmalar (B43);

2.3.4.5. Verilmiş kreditlər üzrə daxilolmalar (B44) – statistik vahiddən hüquqi və fiziki şəxslərdən verilmiş kreditlər üzrə nağd formada daxilolmalar;

2.3.4.6. Dövlət və digər qiymətli kağızların satışından nağd vəsait şəklində daxilolmalar (B45) – səhm, istiqraz və digər qiymətli kağızların statistik vahid tərəfindən fiziki və hüquqi şəxslərə nağd pulla satışından daxilolmalar;

2.3.4.7. Xarici valyutanın satışından daxilolmalar (B46)  – statistik vahidin daxilində bütün bölmələri üzrə (həmçinin statistik vahidin valyuta mübadiləsi şöbələri üzrə) xarici valyutanın satılmasından nağd manat daxilolmaları;

2.3.4.8. Maliyyə əməliyyatları üzrə digər daxilolmalar (B47) – yuxarıdakı maddələrə aid olmayan, lakin statistik vahidin kassasına maliyyə əməliyyatları üzrə bütün növ nağd pul daxilolmaları;

2.3.5. Bankomatlardan daxilolmalar (B50) – qalıq pulların statistik vahidin əməliyyat kassasına mədaxili bu maddədə əks etdirilir;

2.3.6. Digər daxilolmalar (B60) – KDS-1 hesabat formasının mədaxil maddələrində əks olunmayan digər əməliyyatlar üzrə, o cümlədən digər maliyyə institutlarından, beynəlxalq təşkilatlardan, dövlət idarəetmə və icra orqanlarından, təhtəl hesab şəxslərdən, təsisçilərdən, habelə statistik vahidin nizamnamə fonduna və s. daxilolmalar üzrə statistik vahidin əməliyyat kassasına nağd pul daxilolmaları bu maddədə əks olunur;

2.3.7. Kassanın möhkəmləndirilməsi məqsədilə daxilolmalar (B70: B71-B72) – kassanın möhkəmləndirilməsi məqsədilə daxilolmalar filiallararası hesablaşmalar və statistik vahidlərarası hesablaşmalar üzrə təsnifləşdirilir:

2.3.7.1. Statistik vahidin kassasının möhkəmləndirilməsi məqsədilə öz filial və şöbələrindən daxil olan nağd vəsaitlər B71 maddəsində əks olunur;

2.3.7.2. Statistik vahidin kassasının möhkəmləndirilməsi məqsədilə digər statistik vahidlərdən və ya onların filiallarından və şöbələrindən daxil olan nağd vəsaitlər B72 maddəsində əks olunur;

2.3.8. Mərkəzi Bankdan və onun ərazi idarələrindən nağd daxilolmalar (B80: B81-B82):

2.3.8.1. Statistik vahidin kassasına Mərkəzi Bankdan daxil olan nağd daxilolmalar B81 maddəsində maddədə əks olunur;

2.3.8.2. Statistik vahidin kassasına Mərkəzi Bankın ərazi idarələrindən daxil olan nağd daxilolmalar B82 maddəsində əks olunur.

2.4. KDS-1 hesabat formasının məxaric hissəsində əks olunan əməliyyatlar statistik vahidin və müştərilərinin fəaliyyət sferası, hüquqi statusu və əməliyyatın növündən asılı olaraq aşağıdakı qruplar üzrə təsnifləşdirilir:

2.4.1. Hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərin ödənişləri (C00) – statistik vahidin müştərisi olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə mal, iş və xidmətin alınması məqsədilə statistik vahidin əməliyyat kassasından nağd pul ödənişlərini əks etdirir;

2.4.1.1. Mal, iş və xidmətlərin alınması üzrə ödənişlər (C10: C11-C19):

2.4.1.1.1. Ödənişlər hər bir müəssisənin fəaliyyət növündən asılı olaraq C10 qrupunun müvafiq maddəsində əks olunur. Bu qrupda ticarət (C11), sənaye (C12), fermer və digər kənd təsərrüfatı müəssisələri (C13), tikinti (C14), nəqliyyat (C15), rabitə (C16), mehmanxana, ictimai iaşə və s. bu tip xidmət (C17), yanacaqdoldurma məntəqələri (C18) üzrə fəaliyyət göstərən müəssisələrin mal alışları, iş və xidmət haqqı ödənişləri məqsədilə statistik vahidin kassasından nağd pul ödənişləri qeyd olunur;

2.4.1.1.2. C10 qrupunun maddələrində əks olunmayan müəssisələrin fəaliyyət sahələri üzrə statistik vahidin kassasından nağd pul ödənişləri digər müəssisələr üzrə (C19) qeyd olunur;

2.4.1.2. Əmək haqqı (və ona bərabər tutulan digər ödənişlər), pensiya, müavinət, sığorta və digər sosial ödənişlər (C20: C21-C29):

2.4.1.2.1. Ödənişlər hər bir müəssisənin fəaliyyət növündən asılı olaraq C20 qrupunun müvafiq maddəsində əks olunur. Bu qrup ticarət (C21), sənaye (C22), fermer və digər kənd təsərrüfatı müəssisələri (C23), tikinti müəssisələri və kooperativləri (C24), nəqliyyat (C25), rabitə (C26), maliyyə xidməti həyata keçirən institutlar (C27),  mehmanxana, ictimai iaşə və s. xidmət sahələri (C28) üzrə fəaliyyət göstərən müəssisələrin və təşkilatların əmək haqqı (və ona bərabər tutulan digər ödənişlər), pensiya, müavinət, sığorta və digər sosial ödənişləri həyata keçirmək məqsədilə statistik vahidin kassasından nağd pul ödənişlərini əks etdirir;

2.4.1.2.2. C20 qrupunun maddələrində əks olunmayan müəssisələrin fəaliyyət sahələri üzrə statistik vahidin kassasından nağd pul ödənişləri digər müəssisələr üzrə (C29) maddəsində qeyd olunur;

2.4.2. Statistik vahidin hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişləri (C30: C31-C38) – maliyyə əməliyyatları növündən asılı olaraq aşağıdakı kimi təsnifləşdirilir:

2.4.2.1. Depozit hesablarından ödənişlər (C31) – müştərinin statistik vahiddə yerləşdirdiyi depozit hesabından (cari hesablardan ödənişlər istisna olmaqla) nağd ödənişlər;

2.4.2.2. Fiziki şəxslərin cari hesablarından ödənişlər (C32.1) – statistik vahiddə açılmış cari hesablardan nağd ödənişlər və hesab açılmadan müxtəlif pul köçürmələri üzrə nağd ödənişlər;

2.4.2.3. Pul köçürmələri üzrə ödənişlər (C32.2) – hesab açılmadan müxtəlif pul köçürmələri üzrə nağd (manatla) ödənişlər;

2.4.2.4. Əmlak alqı-satqısı ilə əlaqədar notariusların depozit hesablarından ödənişlər (C33);

2.4.2.5. Verilmiş kreditlər üzrə ödənişlər (C34) – statistik vahiddən hüquqi və fiziki şəxslərə kreditlərin nağd formada verilməsi;

2.4.2.6. Faiz və dividentlərin ödənilməsi (C35) – statistik vahidin müxtəlif öhdəlikləri üzrə faiz və dividentlərin nağd şəkildə ödənilməsi;

2.4.2.7. Sığorta ödənişi (C36) – statistik vahidin kassasından bütün növ sığorta ödənişləri;

2.4.2.8. Dövlət və digər qiymətli kağızların alınması üçün nağd ödənişlər (C37) – səhm, istiqraz və digər qiymətli kağızlar geri alındıqda statistik vahidlər tərəfindən fiziki və hüquqi şəxslərə nağd pulla ödəmələr;

2.4.2.9. Xarici valyutanın alışı üzrə ödənişlər (C38)  – statistik vahidin daxilində bütün bölmələri üzrə (statistik vahidin valyuta mübadiləsi şöbələri daxil olmaqla) xarici valyutanın alınması üçün nağd manat ödənişlər;

2.4.2.10. Maliyyə əməliyyatları üzrə digər ödənişlər (C39) – yuxarıdakı maddələrə aid olmayan, lakin statistik vahidin kassasından maliyyə əməliyyatları üzrə bütün növ nağd pul ödənişləri;

2.4.3. Bankomatlara pul qoyuluşu (C40) – bankomatın nağd pulla təchiz edilməsi məqsədilə pulların statistik vahidin əməliyyat kassasından məxarici bu maddədə əks olunur;

2.4.4. Digər ödənişlər (C50) – KDS-1 hesabat formasının məxaric maddələrində əks olunmayan digər əməliyyatlar üzrə, o cümlədən digər maliyyə institutlarına, beynəlxalq təşkilatlara, dövlət orqanlarına, təhtəl hesab şəxslərə, habelə statistik vahidin təsərrüfat, ərzaq, ezamiyyə xərcləri və s. nağd pul ödənişləri bu maddədə qeyd olunur;

2.4.5. Kassanın möhkəmləndirilməsi məqsədilə ödənişlər (C60: C61-C62) – kassanın möhkəmləndirilməsi məqsədilə ödənişlər filiallararası hesablaşmalar və statistik vahidlərarası hesablaşmalar üzrə təsnifləşdirilir:

2.4.5.1. Statistik vahidin kassasının möhkəmləndirilməsi məqsədilə öz filiallarına və şöbələrinə ödənişlər C61 maddəsində əks olunur;

2.4.5.2. Statistik vahidin kassasının möhkəmləndirilməsi məqsədilə digər statistik vahidlərə və ya onların filiallarına və şöbələrinə ödənişlər C62 maddəsində əks olunur;

2.4.6. Mərkəzi Banka və onun ərazi idarələrinə nağd ödənişlər (C70: C71-C72):

2.4.6.1. Statistik vahidin kassasından Mərkəzi Banka nağd ödənişlər C71 maddəsində əks olunur;

2.4.6.2. Statistik vahidin kassasından Mərkəzi Bankın ərazi idarələrinə nağd ödənişlər C72 maddəsində əks olunur;

2.4.7. Hesabat dövrünün sonuna kassa qalığı (A20) – hesabat dövrünün sonuna statistik vahidin kassasının qalığı əks olunur.

2.5. KDS_açıqlama hesabat formasında KDS-1 hesabat formasının B72 və C62 maddələri üzrə əməliyyatlar statistik vahidlər üzrə göstərilir.

2.6. Kassa dövriyyəsi haqqında statistik hesabat tərtib edilərkən aşağıdakı uyğunluqlar təmin olunur:

2.6.1. KDS-1 hesabat formasının B72 və C62 maddələri üzrə əməliyyatlar KDS_açıqlama hesabat formasının müvafiq cəm göstəriciləri ilə eyni olur;

2.6.2. Hesabat formasında bütün maddələr müvafiq qruplar üzrə cəmlənir;

2.6.3. Hesabat formasının B10, B20, B30, B40, B50, B60-cı bölmələrinin cəmi mədaxil üzrə cəm maddəsində, C10, C20, C30, C40, C50 bölmələrinin cəmi isə məxaric üzrə cəm maddəsində əks olunur;

2.6.4. KDS-1 hesabat formasının mədaxil və məxaric maddələrinin cəmi hesabat formasının müvafiq balans bəndində əks olunmaqla, mədaxilin balans bəndi məxaricin balans bəndinə bərabər olur;

2.6.5. Dövrün sonuna kassa qalığının həcmi dövrün əvvəlinə kassa qalığı ilə dövr ərzində kassaya mədaxilin cəmindən dövr ərzində kassadan məxaric olunan vəsaiti çıxmaqla müəyyənləşir;

2.6.6. Dövrün əvvəlinə kassa qalığı keçən hesabat dövründəki KDS-1 hesabat formasının hesabat dövrünün sonuna kassa qalığına (A20), həmçinin keçən hesabat dövrü üzrə statistik vahidin icmal mühasibat balansında 10010-cu hesabın dövrün əvvəlinə qalığına bərabər olur;

2.6.7. Hesabat dövrünün sonuna kassa qalığı statistik vahidin icmal mühasibat balansının 10010-cu hesabının dövrün sonuna qalığına bərabər olur;

2.6.8. KDS-1 hesabat formasındakı mədaxil üzrə cəmi, B70 və B80 göstəricilərinin cəmi statistik vahidin icmal mühasibat balansındakı 10010-cu hesabının debet dövriyyəsinə bərabər olur;

2.6.9. KDS-1 hesabat formasındakı məxaric üzrə cəmi, C60 və C70 göstəricilərinin cəmi statistik vahidin icmal mühasibat balansındakı 10010-cu hesabının kredit dövriyyəsinə bərabər olur;

2.6.10. Statistik vahidin icmal KDS-1 hesabat formasındakı B71 maddəsindəki göstərici C61 maddəsindəki göstərici ilə eyni olur.

2.7. Kassa dövriyyəsi haqqında statistik hesabat mühasibat uçotunun məlumatları (çeklər, kassa mədaxili və məxarici orderləri və bu kimi digər sənədlər) əsasında tərtib olunur.

 

3. Hesabatın təqdim olunması

 

3.1. Kassa dövriyyəsi haqqında statistik hesabat aylıq əsasda, elektron formada hesabat dövründən sonrakı ayın ilk 3 (üç) iş günü ərzində statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmalılaşdırılaraq Mərkəzi Banka təqdim edilməklə yanaşı, regionlarda yerləşən şəbəkələr üzrə Mərkəzi Bankın müvafiq ərazi idarələrinə də təqdim edilməlidir. Əməliyyat baş verməyən hallarda hesabat formasında bu göstərici üzrə xana boş saxlanılır.

3.2. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.[1]

 

 


 

 

"Kassa dövriyyəsi haqqında statistik hesabatın

tərtibi və təqdim olunması haqqında Təlimat"a

Əlavə №1

 

 

 

 

 

Forma KDS-1 (Kassa Dövriyyəsi Statistikası)

Aylıq

 

Hesabat statistik vahid tərəfindən hesabat dövründən

sonrakı ayın 3 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

 

 

 

 

 

 

 

 

Statistik vahidin adı:________________________________________________________________________

 

 

       Hesabat dövrü:________________________________________________________________________

 

 

 

 

 

 

 

 

 

 

KASSA DÖVRİYYƏSİ HAQQINDA STATİSTİK HESABAT

 

 

 

 

 

 

 

 

(manat)

Bölmə / qrup /
maddə

Bölmə/ qrup/ maddənin adı

Məbləğ

 

A10

  HESABAT DÖVRÜNÜN ƏVVƏLİNƏ KASSA QALIĞI

0,00

M Ə D A X İ L

1.

B00

Hüquqi şəxslərdən daxilolmalar

0,00

1.1

B10

Hüquqi şəxslərin malların satışından daxilolmalar

0,00

1.1.1.

B11

Ticarət müəssisələri üzrə

0,00

1.1.2.

B12

Sənaye müəssisələri üzrə

0,00

1.1.3.

B13

Fermer və digər kənd təsərrüfatı müəssisələri üzrə

0,00

1.1.4.

B14

Tikinti müəssisələri və kooperativləri üzrə

0,00

1.1.5.

B15

Yanacaqdoldurma məntəqələri üzrə

0,00

1.1.6.

B16

Digər satışlar üzrə

0,00

1.2.

B20

Hüquqi şəxslərin iş görməsindən (xidmət göstərməsindən) daxilolmalar

0,00

1.2.1.

B21

Nəqliyyat müəssisələri üzrə

0,00

1.2.2.

B22

Kommunal xidmətlər (qaz, su, işıq və s) göstərən müəssisələr üzrə

0,00

1.2.3.

B23

Rabitə müəsisələri üzrə

0,00

1.2.4.

B24

Mehmanxana, ictimai iaşə və s. xidmət müəssisələri üzrə

0,00

1.2.5.

B25

Digər xidmətlər üzrə

0,00

2.

B30

Fiziki şəxslərdən daxilolmalar

0,00

2.1.

B31

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərdən

0,00

2.2

B32

Vergi, rüsum və sığorta üzrə

0,00

2.3.

B33

Kommunal xidmətlər (qaz, su, işıq və s)  üzrə

0,00

2.4.

B34

Yardım, pul baratları, sosial və digər daxilolmalar

0,00

2.5.

B35

Təhsil haqqı üzrə

0,00

2.6.

B36

    Rabitə xidmətləri üzrə

0,00

2.7.

B37

    İcarə haqqı üzrə

0,00

2.8.

B38

Digər daxilolmalar

0,00

3.

B40

Statistik vahidin hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalar

0,00

3.1.

B41

Depozit hesablarına daxilolmalar (cari hesablara daxilolmalar istisna olmaqla)

0,00

3.2.

B42,1

Fiziki şəxslərin cari hesablarına daxilolmalar

0,00

3.3.

B42,2

     Pul köçürmələri üzrə daxilolmalar

0,00

3.4.

B43

Əmlak alqı-satqısı ilə əlaqədar notariusların depozit hesablarına daxilolmalar

0,00

3.5.

B44

Verilmiş kreditlər üzrə daxilolmalar

0,00

3.6.

B45

Dövlət və digər qiymətli kağızların satışından nağd vəsait şəklində daxilolmalar

0,00

3.7.

B46

Xarici valyutanın satışından daxilolmalar

0,00

3.8.

B47

Maliyyə əməliyyatları üzrə digər daxilolmalar

0,00

4.

B50

Bankomatlardan daxilolmalar

0,00

5.

B60

Digər daxilolmalar

0,00

MƏDAXİL ÜZRƏ CƏMİ

0,00

6.

B70

Kassanın möhkəmləndirilməsi məqsədilə daxilolmalar

0,00

6.1.

B71

Kassanın möhkəmləndirilməsi məqsədilə öz filial və şöbələrindən daxilolmalar

0,00

6.2.

B72

Kassanın möhkəmləndirilməsi məqsədilə digər statistik vahidlərdən daxilolmalar

0,00

7.

B80

Mərkəzi Bankdan və onun ərazi idarələrindən nağd daxilolmalar

0,00

7.1.

B81

Mərkəzi Bankdan nağd daxilolmalar

0,00

7.2.

B82

Mərkəzi Bankın ərazi idarələrindən nağd daxilolmalar

0,00

BALANS

0,00

 

Bölmə / qrup /
maddə

Bölmə/ qrup/ maddənin adı

Məbləğ

 

 

M Ə X A R İ C

 

1.

C00

Hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin ödənişləri

0,00

1.1.

C10

Mal, iş və xidmətlərin alınması üzrə ödənişlər

0,00

1.1.1.

C11

Ticarət müəssisələri  üzrə

0,00

1.1.2.

C12

Sənaye müəssisələri üzrə

0,00

1.1.3.

C13

Fermer və digər kənd təsərrüfatı müəssisələri üzrə

0,00

1.1.4.

C14

Tikinti müəssisələri və kooperativləri üzrə

0,00

1.1.5.

C15

Nəqliyyat müəssisələri üzrə

0,00

1.1.6.

C16

Rabitə müəsisələri üzrə

0,00

1.1.7.

C17

Mehmanxana, ictimai iaşə və s. xidmət müəssisələri üzrə

0,00

1.1.8.

C18

Yanacaqdoldurma məntəqələri üzrə

0,00

1.1.9.

C19

Digər müəssisələr üzrə

0,00

1.2.

C20

Əmək haqqı (və ona bərabər tutulan digər ödənişlər), pensiya, müavinət, sığorta və digər sosial ödənişlər

0,00

1.2.1.

C21

Ticarət müəssisələri üzrə

0,00

1.2.2.

C22

Sənaye müəssisələri üzrə

0,00

1.2.3.

C23

Fermer və digər kənd təsərrüfatı müəssisələri üzrə

0,00

1.2.4.

C24

Tikinti müəssisələri və kooperativləri üzrə

0,00

1.2.5.

C25

Nəqliyyat müəssisələri üzrə

0,00

1.2.6.

C26

Rabitə müəsisələri üzrə

0,00

1.2.7.

C27

Maliyyə xidməti həyata keçirən institutlar üzrə

0,00

1.2.8.

C28

Mehmanxana, ictimai iaşə və s. xidmət müəssisələri üzrə

0,00

1.2.9.

C29

Digər müəssisələr üzrə

0,00

2.

C30

Statistik vahidin hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişləri

0,00

2.1.

C31

Depozit hesablarından ödənişlər (cari hesablardan ödənişlər istisna olmaqla)

0,00

2.2.

C32.1

Fiziki şəxslərin cari hesablarından ödənişlər

0,00

2.3.

C32.2

     Pul köçürmələri üzrə ödənişlər

0,00

2.4.

C33

Əmlak alqı-satqısı ilə əlaqədar notariusların depozit hesablarından ödənişlər

0,00

2.5.

C34

Verilmiş kreditlər üzrə ödənişlər

0,00

2.6.

C35

Faiz və dividendlərin ödənilməsi

0,00

2.7.

C36

Sığorta ödənişi

0,00

2.8.

C37

Dövlət və digər qiymətli kağızların alınması üçün nağd ödənişlər

0,00

2.9.

C38

Xarici valyutanın alışı üzrə ödənişlər

0,00

2.10.

C39

Maliyyə əməliyyatları üzrə digər ödənişlər

0,00

3.

C40

Bankomatlara pul qoyuluşu

0,00

4.

C50

Digər ödənişlər

0,00

MƏXARİC ÜZRƏ CƏMİ

0,00

5.

C60

Kassanın möhkəmləndirilməsi məqsədilə ödənişlər

0,00

5.1.

C61

Kassanın möhkəmləndirilməsi məqsədilə öz filial və şöbələrinə ödənişlər

0,00

5.2.

C62

Kassanın möhkəmləndirilməsi məqsədilə digər statistik vahidlərə ödənişlər

0,00

6.

C70

Mərkəzi Banka və onun ərazi idarələrinə nağd ödənişlər

0,00

6.1.

C71

Mərkəzi Banka nağd ödənişlər

0,00

6.2.

C72

Mərkəzi Bankın ərazi idarələrinə nağd ödənişlər

0,00

 

A20

HESABAT DÖVRÜNÜN SONUNA KASSA QALIĞI

0,00

BALANS

0,00

 

 


 

 

 

"Kassa dövriyyəsi haqqında statistik hesabatın

tərtibi və təqdim olunması haqqında Təlimat"a

Əlavə №2

 

 

 

 

 

 

 

Forma KDS_açıqlama

 

Aylıq

 

Hesabat statistik vahid tərəfindən hesabat dövründən

 

sonrakı ayın 3 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

 

 

 

 

 

 

Sətir əlavə et

Sətri sil

Statistik vahidin adı: _____________________________________________________________

        Hesabat dövrü: ______________________________________________________________

 

Kassa dövriyyəsi haqqında statistik hesabat üzrə açıqlama

B72 və C62 maddələr üzrə

 

 

 

(manat)

Tarix

Təşkilatın adı

B72

C62

1

2

3

4

 

Cəmi

-

-

 

o cümlədən təşkilatlar üzrə:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 iyul 2019-cu il tarixli 16/1-8 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907111618, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyul 2019-cu il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 11 iyul 2019-cu il tarixli 16/1-8 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907111618, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyul 2019-cu il) ilə “Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat”ın 3.2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.2. Təqdim edilən hesabat statistik vahidin icra orqanının rəhbəri və baş mühasibinin elektron imzaları ilə təsdiq edilir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status