![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI |
Qəbul edildiyi tarix |
18.12.2013 |
Qeydiyyat nömrəsi |
25/5 |
Adı |
“Qabaqcadan ödənişlərlə bağlı malların (xidmətlərin) ölkəyə daxil olması haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat”ın təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
27.12.2013 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
100.060.020 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201312180255 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
26.12.2013 |
Ölkənin xarici ticarət və xidmətlər dövriyyəsinin artması şəraitində idxalçıların avans ödənişləri qarşılığında ölkəyə idxal etdikləri malların (xidmətlərin) həcmi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankında tam və dolğun statistik məlumat bazasını formalaşdıraraq tədiyyə balansı statistikasının keyfiyyətinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 63-cü, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddələrinə və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 2-ci bəndinin “d” yarımbəndinə əsasən
Q Ə R A R A A L I R:
1. “Qabaqcadan ödənişlərlə bağlı malların (xidmətlərin) ölkəyə daxil olması haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur);
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Sədr Elman Rüstəmov
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Mərkəzi Bankı Qərar № 25/5 18 dekabr 2013-cü il
|
Qabaqcadan ödənişlərlə bağlı malların (xidmətlərin) ölkəyə daxil olması haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında
TƏLİMAT
1. Ümumi müddəalar
1.1. Bu Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və qabaqcadan ödənişlərlə bağlı hesabat tədiyə balansı statistikasının tərtibi və təqdim olunması məsələlərini tənzimləyir.
1.2. Qabaqcadan ödənişlərlə bağlı malların (xidmətlərin) ölkəyə daxil olması haqqında statistik hesabat bankların, xarici bankların yerli filiallarının və poçt rabitəsinin milli operatorunun (bundan sonra – statistik vahidlər) hər bir idxal müqaviləsi əsasında respublikadan kənara əvvəlcədən köçürülən vəsaitlərin müqabilində ölkəyə gətirilən mallar (xidmətlər) haqqında tərtib etdikləri məlumatları nəzərdə tutur.
1.3. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən ölkənin xarici ticarət və xidmətlər dövriyyəsinin artması şəraitində idxalçıların avans ödənişləri qarşılığında ölkəyə idxal etdikləri malların (xidmətlərin) həcmi barədə tam və dolğun statistik məlumat bazasının formalaşdırılmasıdır.
2. Hesabatın məzmunu və tərtib edilməsi
2.1. Hesabat qabaqcadan ödənişlər qarşılığında malların (xidmətlərin) ölkəyə daxil olması haqqında məlumat üzrə tərtib olunur.
2.2. Hesabatda manat da daxil olmaqla qabaqcadan ödənişlə bağlı bütün növ valyutalar üzrə əməliyyatlar əks olunur.
2.3. Statistik hesabat Tədiyə Balansı Statistikası – Qabaqcadan Ödəniş (Forma TBS-QÖ əlavə №1) formasında tərtib olunur.
2.4. TBS-QÖ hesabat forması qabaqcadan ödənişin həyata keçirildiyi ölkənin adı, valyuta üzrə kodu, malın (xidmətin) ölkəyə daxil olmasını təsdiq edən sənədin tarixi və növü, qabaqcadan ödənişin tarixi və məbləği, malın (xidmətin) ölkəyə daxil olması tarixi və dəyəri, hesabat dövrünün sonuna ödəniş qarşılığında ölkəyə daxil olmayan malın (xidmətin) qalığı komponentləri üzrə aşağıdakı kimi tərtib olunur:
2.4.1. Ölkənin adı – ödəniş həyata keçirilən ölkənin adı qeyd edilir və bu 1-TB (Tədiyə balansı hesabatı) formasındakı müvafiq əməliyyat üzrə göstərilən ölkə adı ilə eyni olur.
2.4.2. Valyutanın kodu – əməliyyatın aparıldığı valyuta qeyd edilir və bu 1-TB (Tədiyə balansı hesabatı) formasındakı müvafiq əməliyyat üzrə göstərilən valyuta ilə eyni olur.
2.4.3. Malın (xidmətin) ölkəyə daxil olmasını təsdiq edən sənəd – sənədin tarixi (il, ay) qeyd olunur və sənədin növü təsnifata uyğun (yük gömrük bəyannaməsi, invoys (hesab faktura), akt (təhvil-təslim), digər (qəbz və s.)) olaraq əks etdirilir.
2.4.4. Qabaqcadan ödəniş – əməliyyatın tarixi (il, ay) və məbləği (valyuta kodunda göstərilən valyutada min vahidlə) qeyd edilir və bu 1-TB (Tədiyə balansı hesabatı) formasındakı müvafiq əməliyyat üzrə göstərilən tarix və məbləğlə eyni olur.
2.4.5. Qabaqcadan ödəniş müqabilində ölkəyə daxil olan mal (xidmət) – əməliyyatın tarixi (il, ay) və dəyəri (valyuta kodunda göstərilən valyutada min vahidlə) malın (xidmətin) ölkəyə daxil olmasını təsdiq edən müvafiq sənədə uyğun qeyd edilir.
2.4.6. Qalıq – qabaqcadan ödəniş müqabilində ölkəyə daxil olmayan malın (xidmətin) dəyərinin həcmini əks etdirməklə, qabaqcadan ödəniş məbləği göstəricisi ilə ölkəyə daxil olan malın (xidmətin) dəyəri göstəricisinin fərqinə bərabərdir.
2.5. Aşağıdakı göstəricilər üzrə əməliyyatlar eyni olduqda hesabatda ümumiləşmiş (toplam vahid sətirdə) qeyd oluna bilər:
2.5.1. ölkənin adı;
2.5.2. valyutanın kodu;
2.5.3. malın (xidmətin) ölkəyə daxil olmasını təsdiq edən sənədin növü;
2.5.4. qabaqcadan ödəniş tarixi;
2.5.5. malın (xidmətin) ölkəyə daxil olma tarixi.
2.6. Hesabat tərtib olunarkən aşağıdakı şərtlərə riayət olunur:
2.6.1. qabaqcadan ödəniş məbləği göstəricisi qabaqcadan ödəniş müqabilində ölkəyə daxil olan malın (xidmətin) dəyəri göstəricisindən kiçik ola bilməz;
2.6.2. malın (xidmətin) ölkəyə daxil olma tarixi qabaqcadan ödəniş tarixindən əvvəlki tarix ola bilməz.
3. Hesabatın təqdim olunması
3.1. Qabaqcadan ödənişlərlə bağlı malların (xidmətlərin) ölkəyə daxil olması haqqında statistik hesabat statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq elektron formada aylıq əsasda, hesabat dövründən sonrakı 10 (on) iş günü ərzində Mərkəzi Banka təqdim edilməlidir. Əməliyyat baş verməyən hallarda hesabat formasında bu göstərici üzrə xana boş saxlanılır.
3.2. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.[1]
|
|
|
|
"Qabaqcadan ödənişlərlə bağlı malların (xidmətlərin) ölkəyə daxil olması haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat"a |
||||
|
|
|
|
|||||
|
|
|
|
Əlavə №1 |
||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Forma TBS-QÖ (Tədiyyə Balansı Statistikası - Qabaqcadan Ödəniş) |
|||
|
|
|
|
|
Aylıq |
|||
|
|
|
|
|
Hesabat statistik vahid tərəfindən hesabat dövründən sonrakı ayın 10 iş günü müddətində Mərkəzi Banka təqdim olunur |
|||
|
|
|
|
|
||||
Statistik vahidin adı: |
|
|
||||||
|
Hesabat dövrü: |
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
Qabaqcadan ödənişlərlə bağlı malların (xidmətlərin) ölkəyə daxil olması haqqında statistik hesabat |
|
|||||
|
|
|
|
|
|
|
|
min vahidlə |
Ölkənin adı |
Valyutanın kodu |
Malın (xidmətin) ölkəyə daxil olmasını təsdiq edən sənəd |
Qabaqcadan ödəniş |
Qabaqcadan ödəniş müqabilində |
Qalıq |
|||
Sənədin tarixi |
Sənədin növü |
Tarix |
Məbləğ |
Ölkəyə daxil olma tarixi |
Dəyəri |
|||
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 11 iyul 2019-cu il tarixli 16/1-6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907111616, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyul 2019-cu il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 11 iyul 2019-cu il tarixli 16/1-6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907111616, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyul 2019-cu il) ilə “Qabaqcadan ödənişlərlə bağlı malların (xidmətlərin) ölkəyə daxil olması haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat”ın 3.2-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.2. Təqdim edilən hesabat statistik vahidin icra orqanının rəhbəri və baş mühasibin elektron imzaları ilə təsdiq edilir.