AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.02.2014
QEYDİYYAT NÖMRƏSİ
46
ADI
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 20-02-2014, Nəşr nömrəsi: 37), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2014, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 201)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.02.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201402140046
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.02.2014
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 4 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 sentyabr tarixli 496 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 659; 2006, № 4, maddə 371; 2008, № 9, maddə 853; 2010, № 1, maddə 69) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında Əsasnamə”nin 9-cu hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 aprel tarixli 77 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 285; 2002, № 8, maddə 545, № 10, maddə 649; 2009, № 4, maddə 282) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulan vəsaitdən istifadə olunması haqqında Əsasnamə”nin 3.1-ci, 4.3-cü və 4.8-ci (hər iki halda) bəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

3. “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 597; 2001, № 1, maddə 74; 2006, № 7, maddə 653; 2008, № 6, maddə 597) 4-cü hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 aprel tarixli 65 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, maddə 311; 2002, № 7, maddə 452) ilə təsdiq edilmiş “Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 2.1-ci bəndinin on ikinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

5. “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətlərinin idarəetməyə verilməsi ilə bağlı “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 dekabr tarixli 194 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 804; 2002, № 10, maddə 641, № 12, maddə 749; 2003, № 7, maddə 391; 2006, № 1, maddə 59, № 4, maddə 373; 2009, № 10, maddələr 846, 853, № 12, maddə 1065) 2.2-ci və 2.3-cü bəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 201 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 811; 2006, № 5, maddə 472; 2009, № 10, maddə 852) ilə təsdiq edilmiş “Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. II, III, IV hissələrdə, 1.2-ci (hər üç halda), 2.1-ci, 3.1-ci və 4.1-ci bəndlərdə, 3.1.1-ci yarımbənddə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə, 4.1-ci bənddə isə “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilsin;

6.2. həmin Qaydaya 1 nömrəli əlavədə (hər üç halda) “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin;

6.3. həmin Qaydaya 2 nömrəli əlavədə (hər üç halda) “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 iyun tarixli 97 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 381; 2004, № 10, maddə 876; 2005, № 6, maddə 558; 2006, № 3, maddə 305; 2008, № 6, maddə 584) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamə”nin 2.4-cü və 2.6-cı bəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin. [1]

8. “Bəzi inzibati binaların səmərəli istifadəsini təmin etmək haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 16 avqust tarixli 135 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 546) 1-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 noyabr tarixli 185 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 687; 2005, № 6, maddə 558; 2006, № 4, maddə 370; 2009, № 1 , maddə 32; 2012, № 1, maddə 31) ilə təsdiq edilmiş “Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1-ci və 2-ci hissələrinin 2-ci bəndlərində (hər iki halda) “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli 187 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 689; 2006, № 5, maddə 463) ilə təsdiq edilmiş “Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə Qaydaları”nın III hissəsinin üçüncü abzasının birinci cümləsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

11. “Ölkədə sahibkarlığın inkişafı ilə bağlı digər mənbələrdə nəzərdə tutulan vəsaitlərin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunda cəmləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 noyabr tarixli 189 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 691; 2013, № 8, maddə 1039) 1-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

12. “Nəzarət kitabçası” haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 dekabr tarixli 196 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 748; 2008, № 8, maddə 779; 2011, № 6, maddə 570) aşağıdakı dəyişikliklər edilsin:

12.1. həmin qərarla təsdiq edilmiş “Nəzarət kitabçası” haqqında Əsasnamə”nin 1.3-cü bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin;

12.2. həmin qərarla təsdiq edilmiş “Nəzarət kitabçası” haqqında Əsasnamə”yə Əlavə - “Nəzarət Kitabçası”nın beşinci, yeddinci, doqquzuncu və onuncu sütunlarında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 fevral tarixli 26 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 558; 2006, № 4, maddə 370, № 7, maddə 647) ilə təsdiq edilmiş “Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının Təsnifatı”nın 2-ci hissəsinin dördüncü abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

14. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmiş “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısı”na dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 62 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 5, maddə 248) 3-cü hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

15. “Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçıların, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elektrik enerjisi dəyərinin ödənilməsinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 10 iyun tarixli 80 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 348; 2006, № l, maddə 59, № 7, maddə 647; 2009, № 10, maddə 846) 5-ci hissəsinin ikinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

16. “Azərbaycan Respublikasında tədiyə balansı hesabatının və proqnozlarının tərtib edilməsi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 18 dekabr tarixli 160 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 12, maddə 748) 1-ci, 2-ci və 4-cü hissələrində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 16 fevral tarixli 12 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 118; 2006, № 1, maddə 59; 2009, № 10, maddə 846) ilə təsdiq edilmiş “Arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə Proqram”ın 3-cü hissəsinin 7-ci-9-cu, 15-ci və 16-cı bəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

18. “İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları”nın, “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları”nın, “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazə verilməsi Qaydaları”nın və “Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 aprel tarixli 42 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 291; 2006, № 9, maddə 822; 2007, № 3, maddə 302; 2010, № 1, maddə 64) aşağıdakı dəyişikliklər edilsin:

18.1. həmin qərarla təsdiq edilmiş “İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları”nın 5.7-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin;

18.2. həmin qərarla təsdiq edilmiş “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları”nın 5.7-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin;

18.3. həmin qərarla təsdiq edilmiş “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazənin verilməsi Qaydaları”nın 5.7-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin;

18.4. həmin qərarla təsdiq edilmiş “Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları”nın 5.8-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, № 6, maddə 548; 2007, № 2, maddələr 197, 201; 2008, № 2, maddə 105, № 9, maddə 862; 2009, № 11, maddə 936; 2012, № 1, maddə 44) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın 2.3-cü bəndinin üçüncü cümləsində, 2.5-ci bəndində, 2.6-cı bəndinin birinci və ikinci cümlələrində, 2.12-ci, 2.21-ci, 2.22-ci, 3.5-ci, 3.6-cı bəndlərində, 3.7-ci bəndinin birinci cümləsində, 4.2-1-ci və 6.4-cü bəndlərində, 2.14.8-ci yarımbəndinin ikinci və üçüncü abzaslarında, 3.4.2.2-ci yarımbəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 584; 2008, № 2, maddə 130; 2009, № 11, maddə 936) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planı”nda aşağıdakı dəyişikliklər edilsin:

20.1. 1.1-ci, 1.2-ci, 1.4-cü, 1.5-ci bəndlərdə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin;

20.2. 1.3-cü, 2.2-ci, 2.3-cü və 2.5-ci bəndlərdə “Maliyyə Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinə” sözləri ilə əvəz edilsin;

20.3. 2.1-ci bəndin “a” və “b” abzaslarında “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə” sözləri ilə əvəz edilsin.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 iyul tarixli 95 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 586; 2011, № 10, maddə 974; 2012, № 12, maddə 1364) ilə təsdiq edilmiş “Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi Qaydaları”nın 4.2-ci bəndinin birinci cümləsində (hər iki halda) “İqtisadi İnkişaf Nazirliyinin” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin” sözləri ilə əvəz edilsin.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Büdcə xərclərinin inzibati təsnifatı”nda “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 964) ilə təsdiq edilmiş “Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat”ın 3-cü hissəsinin ikinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 965; 2005, № 11, maddə 1076; 2006, № 1, maddə 59; 2009, № 4, maddə 290, № 10, maddə 846; 2012, № 9, maddə 942) ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın 2.9-cu bəndinin ikinci abzasında “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi” sözləri ilə əvəz edilsin. [2]

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49; 2012, № 2, maddə 183; 2013, № 6, maddə 738) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 12.1-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 128; 2009, № 1, maddə 32) ilə təsdiq edilmiş “İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”nın 1-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

27. “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 538; 2009, № 9, maddə 757; 2010, № 4, maddə 371; 2012, № 2, maddə 190; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 15 yanvar tarixli 7 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:

27.1. 2-ci və 3-cü hissələrdə, 4-cü hissənin birinci və ikinci cümlələrində, 4-1-ci hissədə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə, 7-ci hissədə isə “İqtisadi İnkişaf” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin;

27.2. həmin qərarla təsdiq edilmiş “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması Qaydaları”nın 2.1-ci bəndində “İqtisadi İnkişaf” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye” sözləri ilə, 3.2-ci bəndində isə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

28. “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 iyun tarixli 116 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 552; 2008, № 5, maddə 432) 1-ci hissəsinin ikinci abzasında, 4-cü və 8-ci hissələrində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

29. “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 554; 2009, № 4, maddə 292) 2-ci və 3-cü hissələrində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 668; 2006, № 9, maddə 817, № 12, maddə 1153; 2008, № 1, maddə 39; 2010, № 12, maddə 1122; 2013, № 5, maddə 581) ilə təsdiq edilmiş “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nın 1.2-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, №8, maddə 783; 2006, №5, maddə 472; 2009, № 1, maddə 32, № 3, maddə 205) ilə təsdiq edilmiş “Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4-cü və 8-ci hissələrində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, №10, maddə 975; 2007, №12, maddə 1336; 2009, №3, maddə 204) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası”nın 5-ci və 6-cı hissələrində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

33. “Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 289 nömrəli Fərmanının icrası barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 dekabr tarixli 235 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1234; 2007, № 6, maddə 698; 2008, № 4, maddə 309; 2009, № 1, maddə 32) aşağıdakı dəyişikliklər edilsin:

33.1. 3-cü və 4-cü hissələrdə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin;

33.2. həmin qərarla təsdiq edilmiş “Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı, insanların həyatının və sağlamlığının qorunması üçün yalnız mənşəyi bəlli olan xammaldan istifadənin təmin edilməsi, daxili bazarın haqsız rəqabətdən müdafiəsi və sağlam rəqabət prinsiplərinə riayət edilməsi, qeyri-qanuni istehsalın, habelə keyfiyyətsiz məhsulların istehsalının və idxalının, qaçaqmalçılıq hallarının qarşısının alınması məqsədi ilə görüləcək Tədbirlər”in 1-ci, 2-ci, 3-cü, 6-cı və 7-ci hissələrində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 54; 2009, № 10, maddə 846; 2012, № 12, maddə 1358) ilə təsdiq edilmiş “Silah və hərbi texnikaya, mühüm mülki məhsullara, yüksək təhlükə obyektlərinə, əhali üçün həyati əhəmiyyətli sistemlərə və milli sərvət hesab olunan obyektlərə dair sənədlərin ehtiyat fondunun yaradılması, saxlanılması və istifadə olunması Qaydası”nın 1.4-cü bəndinin ikinci abzasında və 2.1-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

35. “Qiymətli metalların affinajını həyata keçirən hüquqi şəxslərə dair Tələblər”in və “Qiymətli metallarla affinaj işi aparan hüquqi şəxslərin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 20 iyun tarixli 153 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 580) aşağıdakı dəyişikliklər edilsin:

35.1. həmin qərarla təsdiq edilmiş “Qiymətli metalların affinajını həyata keçirən hüquqi şəxslərə dair Tələblər”in 11-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin;

35.2. həmin qərarla təsdiq edilmiş “Qiymətli metallarla affinaj işi aparan hüquqi şəxslərin fəaliyyət Qaydaları”nın 2.5-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

36. “Azərbaycan Respublikasında bəzi fəaliyyət növləri üzrə ixracın stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 iyul tarixli 185 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, №7, maddə 652; 2007, №11, maddə 1187) aşağıdakı dəyişikliklər edilsin:

36.1. 4-cü hissədə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin;

36.2. həmin qərarla təsdiq edilmiş “İxrac məqsədli neft-qaz fəaliyyəti üzrə idxal əməliyyatlarında güzəştlərin verilməsi Qaydaları”nın 8-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 192, №11, maddə 1184; 2008, № 6, maddə 587; 2010, № 12, maddə 1124; 2012, № 8, maddə 811) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın 2.1-ci bəndinin yeddinci abzasında “İqtisadi İnkişaf Nazirliyinin regional inkişaf şöbəsinin” sözləri “İqtisadiyyat və Sənaye Nazirliyinin regional bölməsinin” sözləri ilə əvəz edilsin.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 14 may tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 545; 2008, № 2, maddə 105; 2013, № 7, maddə 882; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 dekabr tarixli 342 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi Qaydaları”nın 1.4-cü bəndinin ikinci cümləsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə, həmin bəndin ikinci abzasında isə “İqtisadi İnkişaf” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

39. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan obyektlərin müdiriyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 24 may tarixli 81 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 551) 2-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 103 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 707, № 12, maddə 1341; 2009, № 10, maddə 860) ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın 2.1-ci bəndinin dördüncü abzasında və 2.7-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 sentyabr tarixli 138 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 915; 2009, № 12, maddə 1065) ilə təsdiq edilmiş “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalınma Müqaviləsi”nin 1-ci hissəsinin “Aidiyyətli mərkəzi icra hakimiyyəti orqanı” bölməsində, 13.2-ci, 18.4-cü, 19.1-ci bəndlərində “İqtisadi İnkişaf” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye” sözləri ilə, 13.1-ci bəndinin ikinci cümləsində, 13.3-cü bəndində, 18.5-ci bəndinin ikinci cümləsində isə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

42. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 may tarixli 115 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 438) 2-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

43. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində təsərrüfathesablı “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 may tarixli 116 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 439) 2-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 444) ilə təsdiq edilmiş “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 2.1-ci bəndinin ikinci cümləsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli 128 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 580; 2010, № 3, maddə 264) ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın 1.3-cü və 1.4-cü bəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

46. “Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 iyun tarixli 139 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 591) 5-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 avqust tarixli 185 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 781) ilə təsdiq edilmiş “Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın müəyyən edilməsi Qaydası”nın 7-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 20 sentyabr tarixli 223 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 870) ilə təsdiq edilmiş “Kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik yerli kadrların ölkədə və ölkə xaricində hazırlanmasına dair Proqram”ın 5-ci hissəsinin 1-ci və 2-ci bəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 26) ilə təsdiq edilmiş “Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları”nın 2.1-ci bəndinin birinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

50. “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin nəzdində təsərrüfathesablı Tikilən Obyektlərin Müdiriyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 20 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 143) 2-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 4 iyun tarixli 86 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 488; 2011, №10, maddə 967) ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın 2.1-ci və 2.4-cü bəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 602; 2010, № 9, maddə 828) ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 4.2-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 10 iyul tarixli 106 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 603) ilə təsdiq edilmiş “Maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması, təzələnməsi və istifadə olunması Qaydaları”nın 2.4-cü bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 10 sentyabr tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 740) ilə təsdiq edilmiş “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 2.2-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

55. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 140 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 744) 3-cü hissəsinin ikinci və üçüncü abzaslarında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

56. “Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən proqramlar üzrə Avropa Komissiyası tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürüləcək vəsaitlərin istifadə mexanizmi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 oktyabr tarixli 165 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 854) aşağıdakı dəyişikliklər edilsin:

56.1. həmin qərarla təsdiq edilmiş “Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən proqramlar üzrə Avropa Komissiyası tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürüləcək vəsaitlərin istifadə mexanizmi”nin 2.2-ci, 2.3-cü, 2.4-cü, 2.6-cı, 2.7-ci və 3.1-ci, 3.2-ci, 3.3-cü bəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin;

56.2. həmin qərarla təsdiq edilmiş “Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən proqramlar üzrə Avropa Komissiyası tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürüləcək vəsaitlərin istifadə mexanizmi”nə əlavənin adında və mətnində (hər beş halda) “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

57. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 20 noyabr tarixli 181 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 940) ilə təsdiq edilmiş “Ərzaq balansının tərtib olunması Qaydası”nın 1.2-ci, 3.3-cü, 4.3-cü və 4.4-cü bəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

58. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli 193 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1068; 2012, № 11, maddə 1201) ilə təsdiq edilmiş “Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması Qaydası”nın 2.8-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

59. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 yanvar tarixli 6 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 52) ilə təsdiq edilmiş “2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı”nın 2-ci hissəsinin 5.2-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

60. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 yanvar tarixli 19 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 65) ilə təsdiq edilmiş “Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndinin ikinci cümləsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

61. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 564; 2012, № 1, maddə 30, № 11, maddə 1208) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”nın 4.1-ci bəndinin birinci və ikinci cümlələrində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

62. “Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 iyul tarixli 143 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 708) aşağıdakı dəyişikliklər edilsin:

62.1. 2-ci hissədə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin;

62.2. həmin qərarla təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar”ın 4.6-cı bəndinin ikinci cümləsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

63. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 avqust tarixli 159 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 768) ilə təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nın 2.4-cü bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

64. “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 may tarixli 71 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, №5, maddə 444) 1-ci hissəsinin beşinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

65. “Azərbaycan Respublikası müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 7 iyun tarixli 91 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, №6, maddə 565) 3-cü hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

66. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 747; 2012, № 8, maddələr 827, 830; 2013, № 3, maddə 347, № 7, maddə 886, № 8, maddə 1017, № 10, maddə 1218; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 10 yanvar tarixli 1 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəli üzrə 7-ci və 35-ci sıralarda “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

67. “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 avqust tarixli 132 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 8, maddə 778) 2-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

68. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 dekabr tarixli 349 nömrəli qərarı ) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 6-cı hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

69. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 may tarixli 92 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 466) ilə təsdiq edilmiş “Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 2.2.3-cü yarımbəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

70. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1382) ilə təsdiq edilmiş “Ünvan reyestri ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin cədvəli üzrə 13-cü sırasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 14 fevral 2014-cü il

                  № 46

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 iyun 2014-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 iyun 2014-cü il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 736)

2.       17 mart 2022-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 mart 2022-ci il, № 62)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 mart 2022-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 mart 2022-ci il, № 62) ilə 7-ci bənd ləğv edilmişdir.

 

[2] 5 iyun 2014-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 iyun 2014-cü il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 736) ilə 24-cü hissə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status