AKTIN NÖVÜ
Dövlət Miqrasiya Xidməti
QƏBUL EDİLDİYİ TARİX
27.11.2013
QEYDİYYAT NÖMRƏSİ
23
ADI
“Cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.12.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.050
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201311270023
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.12.2013
“Cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

27.11.2013

Qeydiyyat nömrəsi

23

Adı

“Cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

07.12.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.050

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201311270023

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

06.12.2013

 

 

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyası [1]

 

QƏRARA ALIR:

 

1. “Cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

 

 

Xidmət rəisinin vəzifələrini müvəqqəti icra edən

 

 

 

III dərəcəli dövlət miqrasiya

xidməti müşaviri

 

Pərviz Musayev

 

 

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının 2013-cü il 27 noyabr tarixli 23 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

 

Cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Cərimələrin internet vasitəsilə ödənilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun tətbiq edilmiş inzibati cərimələrin internet vasitəsi ilə ödənilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 566-cı, 575-ci, 577-ci və 578-ci maddələri;[2]

1.3.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 5.65-ci, 5.66-cı və 5.67-ci bəndləri;[3]

1.3.3. Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi; [4]

1.3.4. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 9.9-1-ci bəndi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 33.10-cu bəndi.[5]

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti.

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətinə bərabərdir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçi inzibati cəriməni internet vasitəsilə elektron qaydada ödəyir.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://az.e.migration.gov.az/index/taxes;

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. İnternet ünvanı: http://www.e-gov.az; http:// www.migration.gov.az;

2.5.2. Elektron poçt: info@migration.gov.az;

2.5.3. Telefon: (+99412) 919.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətin göstərilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

2.6.1.1. Azərbaycan Respublikası vətəndaşları üçün:

2.6.1.1.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (sənədin nömrəsi, verilmə tarixi);

2.6.1.2. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün:

2.6.1.2.1. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi (sənədin nömrəsi, verilmə tarixi);

2.6.1.2.2. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi (sənədin nömrəsi, verilmə tarixi);

2.6.1.2.3. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi (sənədin nömrəsi, verilmə tarixi);

2.6.1.2.4. Qaçqın vəsiqəsi (sənədin nömrəsi, verilmə tarixi);

2.6.1.2.5. Yol sənədi (sənədin nömrəsi, verilmə tarixi);

2.6.1.2.6. Pasport və ya digər sərhədkeçmə sənədi (sənədin nömrəsi, verilmə tarixi);[6]

2.6.1.3. Hüquqi şəxslər üçün:

2.6.1.3.1. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə (sənədin nömrəsi, verilmə tarixi).

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Cərimələrin internet vasitəsilə ödənilməsi üzrə elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.2. Elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanına daxil olaraq inzibati cərimənin ödənilməsi bölməsini seçir, sənədin növünü qeyd edir və həmin sənədin nömrəsini, verilmə tarixini, istifadəçinin doğum tarixini daxil edərək nəzərdə tutulmuş inzibati cərimənin ödənilməsi imkanı əldə edir.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi internet ünvanlarında informasiya sisteminin müvafiq pəncərəsində açılan lövhələr üzrə bu reqlamentin 2.6-cı bəndində göstərilən məlumatları və ödəmə kartının rekvizitlərini düzgün daxil etdikdə sorğu qəbul olunur.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

3.3.1.1. İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanında informasiya sisteminin müvafiq pəncərəsində açılan lövhələr üzrə bu reqlamentin 3.2.2-ci yarımbəndində göstərilən məlumatları düzgün daxil etmədikdə sistem tərəfindən sorğunun yerinə yetirilməsindən imtina edilir;

3.3.2. Sorğunun qəbulu: Bu reqlamentin 3.2.2-ci yarımbəndində göstərilən məlumatları düzgün daxil etdikdə sorğu yerinə yetirilir və inzibati cərimənin ödənilməsi ilə bağlı ödəmə sistemindən çıxarış əks olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Xidmət tam avtomatlaşdırıldığından heç bir inzibati əməliyyat mövcud deyil.

3.4.2. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.[7]

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti həyata keçirir.

3.5.1. Nəzarətin forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.5.2. Nəzarətin qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətlərin göstərilməsinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi məsuliyyət daşıyır.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 22 dekabr 2016-cı il tarixli 20 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612220020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 dekabr 2016-cı il)
  2. 26 sentyabr 2017-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il)
  3. 06 dekabr 2017-ci il tarixli 24 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712060024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 sentyabr 2017-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il) ilə qərarının preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[2] 22 dekabr 2016-cı il tarixli 20 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612220020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 dekabr 2016-cı il) ilə 1.3.1-ci yarımbənddə “331-ci, 339-cu, 340-cı və 340-1-ci” sözləri “566-cı, 575-ci, 577-ci və 578-ci” sözləri ilə əvəz edilmişdir.

 

[3] 22 dekabr 2016-cı il tarixli 20 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612220020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 dekabr 2016-cı il) ilə 1.3.2-ci yarımbənd yeni məzmunda verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 15-ci bəndi;

 

[4] 26 sentyabr 2017-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il) ilə “Cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”in 1.3.3-cü yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə  edilmişdir.

 

[5] 06 dekabr 2017-ci il tarixli 24 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712060024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il) ilə Cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”in 1.3.5-ci yarımbəndində “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

 

[6] 22 dekabr 2016-cı il tarixli 20 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612220020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 dekabr 2016-cı il) ilə yeni məzmunda 2.6.1.2.6-cı yarımbənd əlavə edilmişdir.

 

[7] 06 dekabr 2017-ci il tarixli 24 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712060024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il) ilə Cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”in 3.4.2-ci yarımbəndində “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status