AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
28.03.2000
QEYDİYYAT NÖMRƏSİ
310
ADI
Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2000, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 176)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.03.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında

Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Ölkədə bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. "Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanının 3-cü bəndinə aşağıdakı məzmunda əlavələr edilsin: [2]

"fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir;

fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur;

fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər".  

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müvafiq fəaliyyətlə məşğul olmaq üçün yaradılmış və büdcədən maliyyələşdirilən, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəssisə və ya təşkilatlar xüsusi razılıq (lisenziya) almadan bu fəaliyyət növləri ilə məşğul ola bilərlər. [3]

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin idxalı, ixracı və hazırlanması, hərbi silah və sursatların istehsalı və satışı, qiymətli daşların hasilatı, qızılın, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsullarının tullantılarının emalı, xüsusi əhəmiyyətli dövlət hakimiyyəti obyektlərinin qorunması, vətəndaşların təhlükəsizliyinin qorunması, radioaktiv maddələrin istehsalı və satışı, qiymətli kağızların buraxılması üçün avadanlıqların istehsalı və istifadəsi, kosmik-peyk rabitə vasitələrinin, xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin istehsalı və istismarı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, dövlət mühafizə obyektlərinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən obyektlərin mühafizəsi, vətəndaşların təhlükəsizliyinin qorunması müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir. [4]

Döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr tərəfindən həyata keçirilir. [5]

Bu bənddə göstərilən fəaliyyət növlərinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dəqiqləşdirilir və təsdiq edilir.

4. Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 1997-ci il tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə"nin 8-ci bəndinin birinci abzasından sonra aşağıdakı məzmunda əlavələr edilsin:

"Bank fəaliyyəti və valyuta əməliyyatlarının aparılması" fəaliyyəti üzrə lisenziyanın verilməsi qaydalarını Azərbaycan Respublikasının Milli Bankı təsdiq edir.

Müəyyən edilsin ki, xüsusi razılıq (lisenziya) verilməsi qaydaları təsdiq olunduğu gündən 3 ay müddətində lisenziyalaşdırılan fəaliyyət növü üzrə sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər lisenziya verən orqanlardan lisenziya almalıdırlar".

5. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının Siyahısı"na aşağıdakı məzmunda 73-cü bənd əlavə edilsin: [6]

"73. Əlvan metal tullantılarının            - İqtisadi İnkişaf Nazirliyi"

tədarükü, emalı və satışı  

6. Bu Fərmanın 3-cü bəndində göstərilən fəaliyyət növləri Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı"ndan çıxarılmış hesab edilsin. [7]

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti qüvvədə olan qanunvericiliyin bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini 15 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

8. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Heydər Əlİyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 mart 2000-ci il

                        № 310

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

2.       23 noyabr 2001-ci il tarixli 599 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 707)

3.       2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555)

4.       23 oktyabr 2003-cü il tarixli 963 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 568)

5.       10 dekabr 2004-cü il tarixli 158 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1004)

6.       16 dekabr 2005-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 17 dekabr 2005-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1104)

7.       23 noyabr 2007-ci il tarixli 658 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1106)

8.       31 yanvar 2008-ci il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 7)

9.       21 oktyabr 2010-cu il tarixli 345 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 857)

10.    23 aprel 2018-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 aprel 2018-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 683)

11.    18 noyabr 2022-ci il tarixli 1883 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 noyabr 2022-ci il, “Xalq” qəzeti, 19 noyabr 2022-ci il, № 252)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 aprel 2018-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 aprel 2018-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 683) ilə adında və preambulasında “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilmişdir.

 

[2] 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555) ilə 1-ci bənd qüvvədən düşmüş hesab edilmişdir.

 

[3] 21 oktyabr 2010-cu il tarixli 345 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 857) ilə 2-ci bəndində "və büdcədən maliyyələşdirilən" sözlərindən sonra ", habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda" sözləri əlavə edilmişdir.

 

23 aprel 2018-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 aprel 2018-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 683) ilə 2-ci hissə ləğv edilmişdir.

 

[4] 23 noyabr 2001-ci il tarixli 599 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 707) ilə 3-cü bənddə "kosmik-peyk rabitə vasitələrinin" sözlərindən əvvəl "bütün lotereyaların (malların satışı və (və ya) xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi" sözləri əlavə edilmişdir.

23 oktyabr 2003-cü il tarixli 963 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 568) ilə 3-cü bənddə "narkotik maddələrin dövriyyəsi, psixotrop maddələrin (siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilənlər istisna olmaqla)" sözləri "narkotik vasitələrin və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin idxalı, ixracı və hazırlanması" sözləri ilə əvəz edilmişdir.

10 dekabr 2004-cü il tarixli 158 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1004) ilə 3-cü bənddən "bütün lotereyaların (malların satışı və (və ya) xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi" sözləri çıxarılmışdır.

 

16 dekabr 2005-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 17 dekabr 2005-ci il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1104) ilə 3-cü bənddə "narkotik vasitələrin və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan" sözləri "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və" sözləri ilə əvəz edilmişdir.

 

23 noyabr 2007-ci il tarixli 658 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1106) ilə 3-cü bəndində “xüsusi əhəmiyyətli dövlət hakimiyyəti obyektlərinin qorunması, vətəndaşların təhlükəsizliyinin qorunması,” sözləri çıxarılsın və “səhmdar cəmiyyətləri” sözlərindən sonra “, dövlət mühafizə obyektlərinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən obyektlərin mühafizəsi, vətəndaşların təhlükəsizliyinin qorunması müvafiq dövlət orqanları” sözləri əlavə edilmişdir.

 

31 yanvar 2008-ci il tarixli 703 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 7) ilə 3-cü bəndində "qızılın" sözündən əvvəl "qiymətli daşların hasilatı," sözləri əlavə edilmişdir.

 

18 noyabr 2022-ci il tarixli 1883 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 noyabr 2022-ci il, “Xalq” qəzeti, 19 noyabr 2022-ci il, № 252) ilə 3-cü hissənin birinci abzasından “hərbi silah və sursatların istehsalı və satışı, sözləri çıxarılmışdır və həmin abzasda , partlayıcı maddələrin və partlayıcı qurğuların sözləri maddələrin sözü ilə əvəz edilmişdir.

 

[5] 18 noyabr 2022-ci il tarixli 1883 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 noyabr 2022-ci il, “Xalq” qəzeti, 19 noyabr 2022-ci il, № 252) ilə 3-cü hissənin ikinci abzası üçüncü abzas hesab edilmişdir və yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

 

[6] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 5-ci bəndin ikinci abzasında "İqtisadiyyat Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555) ilə 5-ci bənd qüvvədən düşmüş hesab edilmişdir.

 

[7] 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555) ilə 6-cı bənd qüvvədən düşmüş hesab edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status