×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
03.02.2014
QEYDİYYAT NÖMRƏSİ
888-IVQ
ADI
“Azərbaycan Respublikası Hökuməti və Peru Respublikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 07-03-2014, Nəşr nömrəsi: 50), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2014, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 219)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.03.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201402030888
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.03.2014
“Azərbaycan Respublikası Hökuməti və Peru Respublikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası Hökuməti və Peru Respublikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və Peru Respublikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2013-cü il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 fevral 2014-cü il

№ 888-IVQ

 


 

Azərbaycan Respublikası Hökuməti və Peru Respublikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında

 

SAZİŞ

 

Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Peru Respublikası Hökuməti,

iki ölkə arasında dostluq münasibətlərinin inkişafının təşviq etdirilməsini arzulayaraq və

Azərbaycan Respublikası və Peru Respublikasının diplomatik və ya xidməti/xüsusi pasportlara malik olan vətəndaşlarının daxilolma, tərketmə və yerdəyişməsinin asanlaşdırılmasını arzu edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

1. Azərbaycan Respublikasının etibarlı diplomatik və ya xidməti pasportlara malik olan vətəndaşları Peru Respublikasının ərazisinə vizasız təkrarən daxil ola və orada ilk daxil olduqları tarixdən etibarən altı ay ərzində doxsan (90) gündən çox olmayan müddətdə qala bilərlər.

2. Peru Respublikasının etibarlı diplomatik və ya xüsusi pasportlara malik olan vətəndaşları Azərbaycan Respublikasının ərazisinə vizasız təkrarən daxil ola və orada ilk daxil olduqları tarixdən etibarən altı ay ərzində doxsan (90) gündən çox olmayan müddətdə qala bilərlər.

 

Maddə 2

 

Doxsan günlük müddət bitdikdə, bu Sazişin 1-ci maddəsində qeyd olunan pasportlara malik olan şəxslər ölkədə qalma müddətini uzatmağı arzu etdikləri təqdirdə, onlar tətbiq olunan qanunun müddəalarına uyğun olaraq qalma müddətinin uzadılması üçün aidiyyəti ölkənin müvafiq səlahiyyətli qurumlarının razılığını sorğu etməlidirlər.

 

Maddə 3

 

1. Tərəflərdən birinin digər Tərəfin ərazisində yerləşən diplomatik nümayəndəlik və ya konsulluğa və yaxud beynəlxalq təşkilatlara təyin edilmiş və bu Sazişdə qeyd olunan pasportlara malik olan vətəndaşları digər Tərəfin ərazisinə daxil olmaq və oranı tərk etmək üçün viza tələbindən azad edilirlər, bu şərtlə ki, onlar təyinat müddəti ərzində qəbul edən ölkənin səlahiyyətli orqanı tərəfindən tətbiq olunan milli qanunvericiliyə uyğun olaraq akkreditə ediləcəklər.

2. Bu maddənin 1-ci bəndinin müddəaları bu Sazişə əsasən qeyd olunan pasport kateqoriyalarından birinə malik olan ailə üzvlərinə münasibətdə də tətbiq edilir.

 

Maddə 4

 

Bu Sazişdə qeyd olunan pasportlar Tərəflərdən birinin ərazisində itirildikdə və ya korlandıqda, itirilmə və ya korlanmanın aradan qaldırılması üçün həyata keçirilən mexanizmlərə uyğun olaraq tədbirlər görüləcəkdir.

 

Maddə 5

 

Bu Sazişdə qeyd olunan pasportlara malik olan hər bir Tərəfin vətəndaşları digər Tərəfin dövlətinin ərazisində qüvvədə olan qanun və qaydalara riayət edirlər.

 

Maddə 6

 

Tərəflər milli təhlükəsizlik, ictimai asayiş və əhalinin sağlamlığının qorunması məqsədi ilə bu Sazişin tətbiqini müvəqqəti olaraq tam və ya qismən dayandırmaq hüququnu özündə saxlayırlar. Bu Sazişin tətbiqini dayandırmaq niyyətində olan Tərəf bu Sazişin tətbiqini dayandırmaq və bu qərarı ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə digər Tərəfi dərhal, 48 saatdan gec olmayaraq məlumatlandırır.

 

Maddə 7

 

Tərəflər digər Tərəfin "persona non grata " və ya arzuolunmaz elan edilmiş hər hansı şəxsinin ölkəyə daxil olmasından imtina etmək və ya onların öz ərazilərində qalma müddətini qısaltmaq hüququnu özlərində saxlayırlar.

 

Maddə 8

 

1. Tərəflərin xarici işlər nazirlikləri bu Sazişin qüvvəyə minməsindən sonra otuz (30) gün ərzində diplomatik kanallar vasitəsilə bu Sazişdə qeyd olunan pasportların nümunələrini mübadilə edirlər.

2. Tərəflərin xarici işlər nazirlikləri öz yeni etibarlı diplomatik və xidməti/ xüsusi pasportlarının nümunələrini onların rəsmi dövriyyəyə buraxılmasından ən azı 30 (otuz) gün əvvəl mübadilə edirlər.

 


 

Maddə 9

 

Bu Sazişin təfsiri və/və ya tətbiqi zamanı yaranan hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

 

Maddə 10

 

Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə dəyişiklik edilə bilər. Dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan protokollar formasında rəsmiləşdirilir və 12-ci maddədə müəyyən olunan qaydada qüvvəyə minir.

 

Maddə 11

 

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır.

 

Maddə 12

 

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən otuz (30) gün sonra qüvvəyə minir.

 

Maddə 13

 

Hər bir Tərəf istənilən zaman bu Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərə bilər. Bu Saziş belə bildirişin alındığı tarixdən otuz gün sonra qüvvədən düşmüş hesab edilir.

Bu Saziş Nyu-York şəhərində 2013-cü il 24 sentyabr tarixində, hər biri Azərbaycan, ispan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir və etibarlıdır. Bu Sazişin müddəalarının təfsiri və/və ya tətbiqi zamanı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

 

Azərbaycan Respublikası Hökuməti

Peru Respublikası Hökuməti

adından

adından

(imza)

(imza)

 

           

           

           

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status