Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 791-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 70 (yetmiş) manat müəyyən edilsin.
[2]
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2013-cü il
№ 72
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
16 aprel 2018-ci il tarixli 1917 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 668)
2.
15 aprel 2019-cu il tarixli 638 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 638)
3.
20 dekabr 2021-ci il tarixli 1495 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 dekabr 2021-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1360)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
15 aprel 2019-cu il tarixli 638 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 638) ilə adında “müavinətin” sözü “sosial müavinətin” sözləri ilə əvəz edilmişdir.
[2]
16 aprel 2018-ci il tarixli 1917 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 668) ilə 1-ci hissəsində “30 (otuz)” sözləri “33 (otuz üç)” sözləri ilə əvəz edilmişdir.
15 aprel 2019-cu il tarixli 638 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 638) ilə 1-ci hissədə “müavinətin” sözü “sosial müavinətin” sözləri ilə, “33 (otuz üç)” sözləri “55 (əlli beş)” sözləri ilə əvəz edilmişdir.
20 dekabr 2021-ci il tarixli 1495 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 dekabr 2021-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1360) ilə 1-ci hissədə “55 (əlli beş)” sözləri “70 (yetmiş)” sözləri ilə əvəz edilmişdir.