![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
07.04.2014 |
Qeydiyyat nömrəsi |
Q-09 |
Adı |
“Həyatın yığım sığortası üzrə fəaliyyət göstərən sığortaçı tərəfindən sığorta olunan şəxsə borcun verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
15.04.2014 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
080.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201404070009 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
14.04.2014 |
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 806-IVQD nömrəli Qanununun tətbiqi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 735 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 dekabr tarixli 49 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası
QƏRARA ALIR:
1. “Həyatın yığım sığortası üzrə fəaliyyət göstərən sığortaçı tərəfindən sığorta olunan şəxsə borcun verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinə və Dövlət Sığorta Nəzarəti Xidmətinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər və bu qərardan irəli gələn digər məsələləri həll etsinlər.
3. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Kollegiyanın sədri, Azərbaycan Respublikasının maliyyə naziri |
Samir Şərifov |
|
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “07” aprel 2014-cü il tarixli Q-09 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
|
Həyatın yığım sığortası üzrə fəaliyyət göstərən sığortaçı tərəfindən
sığorta olunan şəxsə borcun verilməsi
QAYDALARI
1. Ümumi müddəalar
Bu Qaydalar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 806-IVQD nömrəli Qanununun tətbiqi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 735 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 dekabr tarixli 49 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinin icrası məqsədilə hazırlanmışdır və həyatın yığım sığortası üzrə fəaliyyət göstərən sığortaçı (bundan sonra – sığortaçı) tərəfindən sığorta olunan şəxsə borcun verilməsi ilə bağlı qaydaları müəyyən edir.
2. Sığortaçı tərəfindən sığorta olunan
şəxsə borcun verilməsinin şərtləri
2.1. Sığortaçı sığorta olunan şəxsə borcu aşağıdakı şərtlər əsasında verir:
2.1.1. sığorta müqaviləsi ən azı 2 il müddətində qüvvədə olmalıdır;
2.1.2. borc qaytarılan məbləğin 50 faizi həddində olmalıdır;
2.1.3. borc qaytarılan məbləğ girov qoyulmaqla verilir;
2.1.4. borc məbləği borc müqaviləsinin şərtlərinə əsasən girov məbləğindən çox olmamalıdır;
2.1.5. borc sığorta müqaviləsinin qüvvədə olma müddətinin başa çatmasınadək qalmış vaxtdan çox müddətə verilə bilməz.
3. Sığortaçı tərəfindən sığorta olunan
şəxsə borcun verilməsi qaydası
3.1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta olunan tərəfindən borcun alınması üçün sığortalının razılığı tələb olunmur.
3.2. Borc nağdsız formada verilir.
3.3. Borc müqaviləsinin şərtlərinə uyğun olaraq borc məbləği birdəfəyə və ya hissə-hissə qaytarıla bilər.
3.4. Borcun vaxtında qaytarılmamasına görə sığortaçı sığorta olunandan əlavə haqq (penya, cərimə və s.) tutmur.
3.5. Müvafiq sığorta müqaviləsinin sona çatma tarixinə sığorta olunanın borc məbləği üzrə borcu qalarsa, sığorta ödənişi həmin məbləğlər çıxıldıqdan sonra ödənilir.