2014-cü il üçün Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:
Elm sahəsi üzrə
|
||
Tofiq Murtuza oğlu Nağıyev
|
-
|
“Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” (ingilis dilində, Amsterdam) monoqrafiyasına görə
|
Mədəniyyət sahəsi üzrə
|
||
Oqtay Seyid Hüseyn oğlu Sadıxzadə
|
-
|
Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə
|
Ramiz Eyyub oğlu Quliyev
|
-
|
konsert-ifaçılıq fəaliyyətinə görə
|
Ədəbiyyat sahəsi üzrə
|
||
Elmira Hüseyn qızı Axundova
|
-
|
“Heydər Əliyev. Şəxsiyyət və zaman” altı cildlik sənədli-bioqrafik kitabına görə.
|
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2014-cü il
№ 512