AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.05.2014
QEYDİYYAT NÖMRƏSİ
172
ADI
“Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-06-2014, Nəşr nömrəsi: 119), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2014, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 596)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.06.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.310.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201405300172
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.06.2014
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2014-cü il iyunun 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 30 may 2014-cü il

   № 172

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 30 may tarixli 172 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 19-cu maddəsinə əsasən hazırlanmışdır və mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi qaydasını müəyyən edir.

1.2. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hüquqi aktlarının layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü həmin mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları, ictimai şuralar, hüquqi şəxslər və ayrı-ayrı vətəndaşlar ola bilərlər. [1]

1.3. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə həmin hüquqi aktların layihələrinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması məqsədi ilə aidiyyəti orqanların səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının, hüquqi şəxslərin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə keçirilir. [2]

1.4. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hüquqi aktlarının layihələrinə dair ictimai müzakirə həmin orqanlar tərəfindən ictimai əhəmiyyətli hüquqi aktların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması məqsədi ilə aidiyyəti dövlət orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə keçirilir.

 

2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili

 

2.1. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hüquq xidmətlərinin iştirakı ilə həmin layihələri hazırlayan müvafiq struktur bölmələri tərəfindən təşkil edilir.

2.2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili üçün:

2.2.1. hər biri özünün rəsmi internet səhifəsində xüsusi bölmə ayırır və həmin səhifədə “elektron hökumət” portalına keçidi təmin edir;

2.2.2. mərkəzi icra hakimiyyəti orqanı hazırladığı normativ hüquqi aktların layihələrini razılaşdırılması üçün göndərildiyi andan özünün rəsmi internet səhifəsinin xüsusi bölməsində və “elektron hökumət” portalında yerləşdirir; [3]

2.2.3. yerli icra hakimiyyəti orqanı hazırladığı normativ xarakterli aktların layihələrini razılaşdırılması üçün göndərildiyi andan özünün rəsmi internet səhifəsinin xüsusi bölməsində yerləşdirir;

2.2.4. vətəndaş cəmiyyəti institutlarının, hüquqi şəxslərin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin rəy, irad və təkliflərinin alınması məqsədi ilə layihələrin 60 gün, yuxarı icra orqanı tərəfindən normativ hüquqi aktın layihəsinin hazırlanması üçün 3 ay və ya daha az müddət müəyyən edildikdə, 10 gün müddətində həmin orqanların rəsmi internet səhifəsinin xüsusi bölmələrində qalmasını təmin edirlər; [4]

2.2.5. mərkəzi icra hakimiyyəti orqanının rəsmi internet səhifəsinin xüsusi bölməsində normativ hüquqi aktın layihəsi ilə birlikdə layihənin Azərbaycan Respublikası Prezidentinin hansı aktının icrası məqsədi ilə qəbul olunduğu, ictimai dinləmənin və müzakirənin vaxtı və keçirilməsi müddəti, rəy, irad və təkliflərin təqdim olunması qaydası, onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatı yerləşdirirlər; [5]

2.2.6. yerli icra hakimiyyəti orqanının rəsmi internet səhifəsinin xüsusi bölməsində normativ xarakterli aktın layihəsi ilə birlikdə layihənin hansı normativ hüquqi akt əsasında qəbul olunması və həmin normativ hüquqi aktın müvafiq norması, ictimai dinləmənin və müzakirənin vaxtı və keçirilməsi müddəti, rəy, irad və təkliflərin təqdim edilməsi qaydası, onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatları yerləşdirirlər;

2.2.7. vətəndaş cəmiyyəti institutlarının, hüquqi şəxslərin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin hüquqi akt layihəsinə dair verdikləri rəy, irad və təkliflərin özünün rəsmi internet səhifəsinin xüsusi bölməsində saxlanılmasını təmin edir və digər istifadəçilərə bu rəy, irad və təkliflərlə tanış olmaq imkanını yaradırlar;

2.2.8. layihələrə dair təqdim olunmuş rəy, irad və təkliflərə baxılmasının nəticələri barədə ictimaiyyəti məlumatlandırır, rəy, irad və təkliflər nəzərə alınmaqla layihədə dəyişikliklər edildiyi halda layihənin yenilənmiş mətnini həmin orqanların rəsmi internet səhifəsində yerləşdirirlər;

2.2.9. ictimai dinləmə və ictimai müzakirədə aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin məlumatlandırılması məqsədi ilə ictimai dinləmə və ictimai müzakirənin keçiriləcəyi rəsmi internet səhifəsinin ünvanı, vaxtı və keçirilməsi müddəti barədə onlara rəsmi bildiriş göndərirlər. [6]

2.2-1. Aidiyyəti orqanların, vətəndaş cəmiyyəti institutlarının, hüquqi şəxslərin və ayrı-ayrı vətəndaşların təklifi və ya öz təşəbbüsü əsasında ictimai dinləmə və müzakirəni təşkil edən dövlət orqanının qərarı ilə hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirələr yığıncaq formasında keçirilə bilər. Bu halda ictimai dinləməni və ictimai müzakirəni təşkil edən dövlət orqanı belə yığıncağın vaxtı, müddəti, keçiriləcəyi yer, keçirilməsi qaydası və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatı öz internet saytında yerləşdirir. Belə yığıncaqda aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, mütəxəssis və ekspertlərin iştirakının təmini məqsədi ilə onlara ictimai dinləmə və müzakirəni təşkil edən dövlət orqanı tərəfindən yığıncağın keçirilməsi vaxtı və yeri göstərilməklə rəsmi dəvət göndərilir. [7]

2.3. İctimai dinləmə və ya ictimai müzakirəyə çıxarılan hüquqi aktın layihəsinə onun qəbul olunması zərurətinin əsaslandırılması, hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi əlavə edilməlidir. Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək hüquqi aktların layihələri dövlət büdcəsinin vəsaitindən istifadəni nəzərdə tutarsa, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə ekspertizasının rəyi də (əldə olunduqdan sonra) əlavə edilməlidir.

2.4. İctimai dinləmə və ictimai müzakirələrə bu sahədə fəaliyyət göstərən ekspertlərin və mütəxəssislərin cəlb edilməsi təmin olunmalıdır.

 

3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi

 

3.1. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinin ictimai dinləmə və ictimai müzakirəsi açıq keçirilir. Fəaliyyət qabiliyyətinə malik istənilən vətəndaş, hüquqi şəxs və vətəndaş cəmiyyəti institutları ictimai dinləmə və ictimai müzakirələrdə iştirak edə və müzakirə olunan məsələ barədə öz mülahizələrini bildirə bilərlər. [8]

3.2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirələrin keçirilməsi zamanı vətəndaş cəmiyyəti institutlarının, hüquqi şəxslərin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin hüquqi cəhətdən əsaslandırılmamış rəy, irad və təkliflərinə baxılmır. [9]

3.3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirələrin keçirilməsi zamanı vətəndaş cəmiyyəti institutları, hüquqi şəxslər, ayrı-ayrı vətəndaşlar, mütəxəssis və ekspertlər tərəfindən verilmiş aşağıdakı rəy, irad və təkliflər nəzərə alınmır: [10]

3.3.1. daha üstün hüquqi qüvvəyə malik hüquqi aktlarla ziddiyyət təşkil edən rəy, irad və təkliflər;

3.3.2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş normayaratma fəaliyyətinin əsas prinsiplərinə zidd olan rəy, irad və təkliflər;

3.3.3. hüquqi aktın layihəsində sui-istifadə amilləri yaradacaq rəy, irad və təkliflər;

3.3.4. çoxun azı ehtiva etməsi prinsipi nəzərə alınaraq, yalnız müəyyən mənafelər qrupunun maraqlarını müdafiə edən rəy, irad və təkliflər;

3.3.5. hüquqi tənzimləmə dairəsinə aid olmayan rəy, irad və təkliflər;

3.3.6. verilən rəy, irad və təkliflərdə göstərilən fikirləri tam əhatə edən qanunvericilik normaları mövcud olduqda.

3.4. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə zamanı verilmiş təkliflərə Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Müvafiq fikir, rəy və təkliflər bu Qaydanın 3.3-cü bəndi ilə müəyyən edilmiş tələblərlə ziddiyyət təşkil etmədiyi və iqtisadi, maliyyə və ekoloji baxımından məqsədəuyğun hesab edildiyi halda layihədə nəzərə alınır. [11]

3.5. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə zamanı verilmiş müvafiq rəy və təkliflər bu Qaydanın 3.3-cü bəndinə əsasən məqsədəuyğun hesab edilmədikdə, rəy və təklifi verən şəxsə bu barədə əsaslandırılmış cavab göndərilir və ya şəxsən təqdim olunur.

3.6. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi üzrə digər məsələlər Qanunun 13-cü və 14-cü maddələri ilə müəyyən edilmiş tələblərə uyğun yerinə yetirilir.

 

4. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin yekun sənədi

 

4.1. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmənin yekun sənədi dinləmə zamanı açıqlanmış əsas fikir, rəy və təkliflərin icmalı formasında qəbul edilir.

4.2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai müzakirənin yekun sənədi rəy və təkliflər formasında qəbul edilir.

4.3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin yekun sənədləri Qanunun 15-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun olmalıdır. [12]

 

5. Yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili və keçirilməsi

 

5.1. Yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili, keçirilməsi və yekun sənədinin qəbul edilməsi bu Qaydanın 5.2-ci bəndində göstərilən xüsusiyyətlər nəzərə alınmaqla, 2-ci – 4-cü hissələrinə uyğun həyata keçirilir.

5.2. Yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili və keçirilməsi zamanı aşağıdakı xüsusiyyətlər nəzərə alınır:

5.2.1. həmin hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirələrdə müvafiq bələdiyyə ərazisində yaşayan və ya fəaliyyət göstərən vətəndaşlar, hüquqi şəxslər və vətəndaş cəmiyyəti institutları iştirak edə bilərlər; [13]

5.2.2. həmin hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə yerli özünüidarəetmə orqanlarının hüquq məsələləri daimi komissiyasının və ya bələdiyyə sədrinin müəyyən etdiyi bələdiyyə üzvü və ya qulluqçusunun iştirakı ilə müvafiq bələdiyyə sədrləri tərəfindən təşkil edilir. [14]

5.2.3. Şəhər və şəhər rayonu bələdiyyələrində bələdiyyə sədri hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili məqsədi ilə bu Qaydanın 2.2.1-ci, 2.2.3-cü, 2.2.4-cü, 2.2.6 - 2.2.9-cu yarımbəndləri ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini təmin edir. Qəsəbə və kənd bələdiyyələrində bələdiyyə sədri hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili məqsədi ilə kənd ərazisində hamının görə biləcəyi yerdə yerləşdirilən məlumat lövhəsində normativ xarakterli aktın layihəsi ilə birlikdə layihənin hansı normativ hüquqi akt əsasında qəbul olunması və həmin normativ hüquqi aktın müvafiq norması, ictimai dinləmənin və müzakirənin vaxtı, müddəti, keçiriləcəyi yer, rəy, irad və təkliflərin təqdim edilməsi qaydası, onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatların göstərilməsini təmin edir. [15]

5.3. Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilməmiş məsələlər, bələdiyyənin rayon və şəhər inzibati ərazi tərkibindən çıxmaq, muxtariyyәt elan etmək, bələdiyyələrin dövlət tərəfindən müəyyən edilmiş sərhədlərini dəyişdirmək məqsədi daşıyan layihələr ictimai dinləməyə və ictimai müzakirəyə çıxarıla bilməz.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 noyabr 2014-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 dekabr 2014-cü il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1655)

2.       19 aprel 2016-cı il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 may 2016-cı il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 818)

3.       13 noyabr 2019-cu il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2019-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1861)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 noyabr 2019-cu il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2019-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1861) ilə “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nın 1.2-ci bəndinə “ictimai şuralar” sözlərindən sonra “, hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

 

[2] 21 noyabr 2014-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 dekabr 2014-cü il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1655) ilə 1.3-cü və 1.4-cü bəndlərdə “yığıncaqların keçirilməsidir” sözləri “keçirilir” sözü ilə əvəz edilmişdir.

13 noyabr 2019-cu il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2019-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1861) ilə “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nın 1.3-cü bəndinə “institutlarının” sözündən sonra “, hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[3] 21 noyabr 2014-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 dekabr 2014-cü il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1655) ilə 2.2.2-ci yarımbənddən “və “elektron hökumət” portalında” sözləri çıxarılmışdır.

 

[4] 13 noyabr 2019-cu il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2019-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1861) ilə “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nın 2.2.4-cü və 2.2.7-ci yarımbəndlərinə “institutlarının” sözündən sonra “, hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[5] 21 noyabr 2014-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 dekabr 2014-cü il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1655) ilə 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərdə “ictimai dinləmələrin qrafiki və keçiriləcəyi yer və ictimai müzakirənin müddəti, keçirilməsi qaydaları” sözləri “ictimai dinləmənin və müzakirənin vaxtı və keçirilməsi müddəti” sözləri ilə əvəz edilmişdir.

 

[6] 21 noyabr 2014-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 dekabr 2014-cü il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1655) ilə 2.2.9-cu yarımbənddə “iştirakının təmini” sözləri “məlumatlandırılması” sözü ilə, “keçirilmə vaxtı və yeri” sözləri “keçiriləcəyi rəsmi internet səhifəsinin ünvanı, vaxtı və keçirilməsi müddəti” sözləri ilə əvəz edilmişdir.

 

[7] 21 noyabr 2014-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 dekabr 2014-cü il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1655) ilə 2.2-1-ci bənd əlavə edilmişdir.

13 noyabr 2019-cu il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2019-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1861) ilə “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nın 2.2-1-ci bəndin birinci cümləsinə “institutlarının” sözündən sonra “, hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[8] 13 noyabr 2019-cu il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2019-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1861) ilə “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nın 3.1-ci bəndin ikinci cümləsinə “istənilən vətəndaş” sözlərindən sonra “, hüquqi şəxs” sözləri əlavə edilmişdir.

 

[9] 21 noyabr 2014-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 dekabr 2014-cü il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1655) ilə 3.2-ci bənddən “ayrı-ayrı vətəndaşların,” və “hüquqi cəhətdən” sözləri çıxarılmışdır.

13 noyabr 2019-cu il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2019-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1861) ilə “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nın 3.2-ci bəndinə “institutlarının” sözündən sonra “, hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[10] 13 noyabr 2019-cu il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2019-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1861) ilə “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nın 3.3-cü bəndinə “institutları” sözündən sonra “, hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

 

[11] 21 noyabr 2014-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 dekabr 2014-cü il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1655) ilə 3.4-cü bənddə “, sosioloji, ekoloji və sair zəruri hallar” sözləri “və ekoloji” sözləri ilə əvəz edilmişdir.

 

19 aprel 2016-cı il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 may 2016-cı il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 818) ilə “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nın 3.4-cü bəndində “Vətəndaşların müraciətlərinə baxılması qaydası” sözləri “Vətəndaşların müraciətləri” sözləri ilə əvəz edilmişdir.

 

[12] 21 noyabr 2014-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 dekabr 2014-cü il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1655) ilə 4.3-cü bənd ləğv edilmişdir.

 

[13] 13 noyabr 2019-cu il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2019-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1861) ilə “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nın 5.2.1-ci yarımbəndinə “vətəndaşlar” sözündən sonra “, hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

 

[14] 21 noyabr 2014-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 dekabr 2014-cü il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1655) ilə 5.2.2-ci yarımbəndə “komissiyasının” sözündən sonra “və ya bələdiyyə sədrinin müəyyən etdiyi bələdiyyə üzvü və ya qulluqçusunun” sözləri əlavə edilmişdir və həmin yarımbənddə “həmin layihələri hazırlayan müvafiq komissiyalar” sözləri “müvafiq bələdiyyə sədrləri” sözləri ilə əvəz edilmişdir.

 

[15] 21 noyabr 2014-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 dekabr 2014-cü il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1655) ilə 5.2.3-cü yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.2.3. yerli özünüidarəetmə orqanlarının hüquq məsələləri daimi komissiyası və ya bələdiyyə sədrinin müəyyən etdiyi bələdiyyə üzvü və ya qulluqçusu hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili məqsədi ilə bu Qaydanın 2.2.1-ci, 2.2.3-cü, 2.2.4-cü, 2.2.6 - 2.2.9-cu yarımbəndləri ilə müəyyən edilmiş tədbirləri həyata keçirir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status