“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 942 nömrəli Fərmanının 1.1.3-cü, 1.1.5-ci, 1.1.6-cı, 1.1.8-1.1.11-ci, 1.1.14-cü, 1.1.16-cı, 1.1.18-ci və 1.1.19-cu yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri ilə bərabər sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqi Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Kəmiyyət vahidlərinin adları, işarələri və yazılış Qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).
4. “Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi Qaydası” təsdiq edilsin (4 nömrəli əlavə).
5. Standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın forması təsdiq edilsin və sertifikatın qüvvədə olma müddəti verildiyi tarixdən etibarən 5 il müəyyən edilsin (5 nömrəli əlavə).
6. “Tipi təsdiq edilmiş standart nümunələrin və ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydası” təsdiq edilsin (6 nömrəli əlavə).
7. “Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə sertifikatın verilməsi, ölçmə vasitələrinin yoxlamalararası intervalının müəyyən edilməsi və dəyişdirilməsi qaydası, standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişanlara dair tələblər və həmin nişanların vurulma Qaydası” təsdiq edilsin (7 nömrəli əlavə).
8. “Layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizasının keçirilməsi Qaydası” təsdiq edilsin (8 nömrəli əlavə).
9. “Ölçmə vasitələrinin yararsızlıq nişanının forması və onun ölçmə vasitələrinə vurulma Qaydası” təsdiq edilsin (9 nömrəli əlavə).
10. “Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması, məlumatların fonda verilməsi, fonddan sənədlərin və məlumatların təqdim edilməsi Qaydası” təsdiq edilsin (10 nömrəli əlavə).
11. “Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi Qaydası və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair Tələblər” təsdiq edilsin (11 nömrəli əlavə).
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları ləğv edilsin:
12.1. “Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 151);
12.2. “Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 24 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 152);
12.3. “Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın forması və qüvvədə olma müddətinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 153).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 9 iyun 2014-cü il
№ 187
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 9 iyun tarixli 187 nömrəli qərarı ilə
təsdiq edilmişdir
1 nömrəli əlavə
|
Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi
Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən hazırlanmışdır və dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyasına və tətbiqinə dair ümumi müddəaları və tələbləri, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) ölçmələrə dair metroloji tələblərə uyğunluğunun qiymətləndirilməsi və təsdiq edilməsi qaydasını müəyyən edir.
1.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahələrində attestasiya edilmiş ölçmə metodikaları tətbiq edilir.
1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. ölçmə metodikası (metodu) — yerinə yetirilməsi ölçmələrin nəticələrinin dəqiqlik göstəriciləri ilə alınmasını təmin edən, konkret təsvir edilmiş əməliyyatların məcmusu;
1.3.2. ölçmə metodikalarının (metodlarının) attestasiyası — ölçmə metodikalarının (metodlarının) ölçmələrə dair metroloji tələblərə uyğunluğunun qiymətləndirilməsi və təsdiq edilməsi;
1.3.3. ölçmə metodikalarının metroloji ekspertizası — ölçmə metodikasının ona tətbiq edilən metroloji tələblərə uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə metodların və ölçmə vasitələrinin seçiminin, ölçmə aparılması qayda və əməliyyatlarının, həmçinin ölçmələrin nəticələrinin emal edilməsinin təhlili və qiymətləndirilməsi;
1.3.4. ölçmələrin dəqiqlik göstəricisi — metodikanın tələb və qaydalarına riayət etməklə alınan, ölçmələrin istənilən nəticələrinin müəyyən edilmiş dəqiqlik xarakteristikası;
1.3.5. arbitraj ölçmə metodikası — eyni bir fiziki kəmiyyətin eyni şəraitdə bir neçə attestasiya olunmuş ölçmə metodikasından istifadə etməklə, alınan ölçmələrin nəticələri ilə bağlı fikir ayrılığı yarandıqda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) tərəfindən və ya maraqlı tərəflərin razılığı ilə müəyyən edilən ölçmə metodikası.
[1]
2. Ölçmə metodikalarının (metodlarının) attestasiyası
2.1. «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikaları (metodları) attestasiya olunmalıdır.
2.2. Ölçmə metodikalarının attestasiyası aşağıdakıları müəyyən etmək məqsədi ilə aparılır:
2.2.1. ölçmə metodikaları sənədlərində tələblərin və əməliyyatların tam ifadə olunması;
2.2.2. dəqiqlik göstəricilərinin mövcudluğu və əsaslandırılması;
2.2.3. ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu.
2.3. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının müraciəti əsasında ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya edilmiş hüquqi və ya fiziki şəxslər keçirirlər. Ölçmə metodikalarının attestasiyasına bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlərin metroloji ekspertizası, həmçinin attestasiya olunan ölçmə metodikasının ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu təsdiq edən nəzəri və təcrübi tədqiqatlar daxildir.
2.4. Ölçmə metodikalarının attestasiyası üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
2.4.1. ölçmə metodikasının işlənilib hazırlanmasına ilkin verilənlər;
2.4.2. ölçmə metodikasını reqlamentləşdirən sənədin layihəsi;
2.4.3. ölçmə metodikalarının nəzəri və təcrübi tədqiqatlarının materialları daxil olmaqla, metodikanın dəqiqlik göstəricilərinin qiymətləndirilməsinin nəticələri və proqramı.
2.5. Ölçmə metodikalarının attestasiyası zamanı onların aşağıdakılara uyğunluğunun tədqiqi və təsdiqi keçirilir:
2.5.1. ölçmə metodikalarının — onların məqsədli təyinatına, yəni təklif olunan metodikanın ölçmə obyektinin xassələrinə və ölçülən kəmiyyətlərin xarakterinə uyğunluğu;
2.5.2. ölçmələrin yerinə yetirilmə şərtlərinə — verilən ölçmə metodikasının tətbiqinə aid tələblərə;
2.5.3. ölçmələrin nəticələrinin dəqiqlik göstəricilərinə və ölçmələrin etibarlılığının təmin edilməsi üsullarına — müəyyən edilmiş metroloji tələblərə;
2.5.4. ölçmə metodikasının tərkibində istifadə olunan ölçmə vasitələrinin, standart nümunələrin — ölçmələrin nəticələrinin dövlət ilkin kəmiyyət vahidi etalonlarına, müvafiq dövlət ilkin kəmiyyət vahidi olmadıqda isə xarici dövlətlərin milli kəmiyyət vahidi etalonlarına izlənilməsinin təmin edilməsi şərtlərinə;
2.5.5. ölçmələrin nəticələrinin yazılı qeydiyyatı — Azərbaycan Respublikası ərazisində tətbiqinə yol verilmiş kəmiyyət vahidlərinə tələblərə;
2.5.6. ölçmələrin nəticələrinin təqdim edilmə formalarına — metroloji tələblərə.
2.6. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası barədə müraciətə 30 (otuz) gün müddətində baxılır.
2.7. Attestasiyanın nəticələri müsbət olduqda:
2.7.1. nəzəri və təcrübi tədqiqatların nəticələri əlavə edilməklə, ölçmə metodikasının müəyyən edilmiş metroloji tələblərə uyğunluğu haqqında rəy tərtib olunur;
2.7.2. attestasiya haqqında şəhadətnamə tərtib olunur;
2.7.3. ölçmə metodikasını reqlamentləşdirən sənəd təsdiq olunur.
2.8. Nəticələr mənfi olduqda, attestasiya edən təşkilat verilən ölçmə metodikasının işlənilib hazırlanması üçün texniki tapşırığın və ya ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində normativ hüquqi sənədlərin tələblərinə uyğun olmaması barədə rəy tərtib edir. Tərtib olunmuş rəy 3 (üç) gün müddətində müraciət edən fiziki və hüquqi şəxsə, dövlət orqanına göndərilir. Attestasiya edən təşkilatın rəyi ilə razı olmayan fiziki və hüquqi şəxs, dövlət orqanı inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
2.9. Attestasiya haqqında şəhadətnamə attestasiya edən təşkilatın rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiq edilir və tarix qoyulur. Attestasiya haqqında şəhadətnamə onu verən hüquqi və ya fiziki şəxs tərəfindən qeydiyyata alınmalıdır. Ölçmə metodikası (metodu) haqqında şəhadətnamə aşağıdakı məlumatları əks etdirməlidir:
2.9.1. ölçmə metodikasını attestasiya edən hüquqi və ya fiziki şəxsin adı və ünvanı;
2.9.2. attestasiya olunmuş ölçmə metodikasının sıra nömrəsindən ibarət olan qeydiyyat nömrəsi, hüquqi və ya fiziki şəxsin akkreditasiya attestatının nömrəsi və təsdiq olunduğu il;
2.9.3. ölçülən kəmiyyətin işarəsi daxil olmaqla, ölçmə metodikasının adı və təyinatı, zərurət olarsa, ölçülən obyektin adı və onun əlavə parametrləri, həmçinin istifadə olunan ölçmə üsulu;
2.9.4. ölçmə metodikasını işləyib hazırlayan təşkilatın adı və ünvanı;
2.9.5. ölçmə metodikası sənədinin işarəsi və adı, təsdiq edildiyi il və səhifələrinin sayı;
2.9.6. ölçmə metodikasının müəyyən edilmiş tələblərə uyğunluğunun təsdiq edilməsi üsulu (nəzəri və ya təcrübi tədqiqatlar);
2.9.7. attestasiya nəticəsində ölçmə metodikasının ona qoyulan tələblərə uyğunluğunun müəyyən edildiyi barədə qərar.
2.10. Attestasiya haqqında şəhadətnamə təsdiq olunduqdan sonra 3 (üç) gün müddətində müraciət edən fiziki və hüquqi şəxsə, dövlət orqanına göndərilir.
2.11. Ölçmə metodikasını reqlamentləşdirən sənəd onun attestasiyasından sonra, işləyib hazırlayan təşkilatın rəhbəri tərəfindən imzalanaraq, möhür vurulmaqla təsdiqlənir və qeydiyyat tarixi, attestasiya haqqında şəhadətnamənin nömrəsi qeyd edilir. Təsdiq edildikdən sonra sənədin surəti attestasiya edən təşkilata göndərilir.
2.12. Ölçmə metodikasında dəyişikliklər metodikanı işləyib hazırlayan qurum tərəfindən edilir. Ölçmə metodikalarında dəyişikliklər bu Qaydanın ölçmə metodikalarının işlənilib hazırlanma və attestasiyası tələblərinə uyğun olaraq sənədləşdirilməlidir. Attestasiya edilmiş ölçmə metodikaları (metodları) haqqında məlumatlar attestasiyanı keçirən şəxslər tərəfindən ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna verilir.
3. Ölçmə metodikalarının tətbiqi qaydası
3.1. Attestasiya edilmiş ölçmə metodikaları, ölçmələrin dəqiqliyinə nəzarət daxil olmaqla, sənədlərdə qeyd olunan uyğunluğa ciddi riayət etməklə həyata keçirilir.
3.2. Attestasiya edilmiş ölçmə metodikasını istifadəsini nəzərdə tutan hər bir laboratoriya tətbiq etməzdən əvvəl öz laboratoriya şəraitində onun müəyyən edilmiş dəqiqlik göstəriciləri ilə reallaşdırıla bilməsinin təsdiqini keçirirlər.
3.3. Attestasiya edilmiş ölçmə metodikasını istifadə edən laboratoriya, həmin ölçmə metodikasının sənədlərində ifadə olunmuş prosedurlara uyğun olaraq, ölçmələrin keyfiyyətinə daimi nəzarəti həyata keçirməlidir.
3.4. Eyni şəraitdə, eyni bir kəmiyyət üçün iki və daha çox ölçmə metodikalarının mövcud olması ilə bağlı mübahisəli vəziyyət yaranarsa:
3.4.1. rəsmi nəşr edilmiş sənədlərlə reqlamentləşdirilmiş ölçmə metodikası üçün arbitraj metodikası müəyyən edilməlidir. Bu ölçmə metodikası ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahələrinə aid olan ölçmələri və onlara dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəricilərinə tələblər Xidmət tərəfindən müəyyən edilməlidir;
3.4.2. rəsmi nəşr edilmiş sənədlərlə reqlamentləşdirilməyən metodikalar üçün arbitraj ölçmə metodikası, maraqlı tərəflərin razılığı ilə təyin edilir.
3.5. Attestasiya edilmiş ölçmə metodikalarının tətbiqi prosesində istifadəçilərin iddiaları zəruri əsaslandırmalarla birlikdə metodikanı işləyib hazırlayan quruma göndərilməlidir.
4. Attestasiya edilmiş ölçmə metodikalarına metroloji nəzarət
4.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsində tətbiq edilən attestasiya edilmiş ölçmə metodikalarının dövlət metroloji nəzarəti həyata keçirilir.
4.2. Hüquqi şəxslərin metroloji xidmətləri və fərdi sahibkarlar öz fəaliyyətlərində tətbiq edilən ölçmə metodikalarının mövcudluğuna və onlara əməl edilməsinə metroloji nəzarəti həyata keçirirlər.
4.3. Dövlət metroloji nəzarətinin, yaxud hüquqi şəxslərin metroloji xidmətləri və ya fərdi sahibkarlar tərəfindən yerinə yetirilən metroloji nəzarətin həyata keçirilməsi zamanı aşağıdakılar yoxlanılır:
4.3.1. hüquqi şəxslərin metroloji xidmətlərinin və ya fərdi sahibkarların öz fəaliyyətlərində tətbiq etdikləri bütün ölçmə metodikalarının siyahısının mövcudluğu, o cümlədən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsində tətbiq edilən standartlaşdırılmış xüsusi qeyd olunan ölçmə metodikalarının siyahısının olması;
4.3.2. attestasiyası haqqında şəhadətnamələrlə birgə ölçmə metodikalarını reqlamentləşdirən sənədlərin mövcudluğu;
4.3.3. tətbiq olunan ölçmə vasitələrinin, ölçmə şəraitinin, ölçmələrə hazırlıq və aparılması qaydalarının, ölçmə nəticələrinin işlənilməsi və rəsmiləşdirilməsinin reqlamentləşdirilən sənəddə göstərildiyi kimi ölçmə metodikalarına uyğunluğunun mövcudluğu;
4.3.4. ölçmə metodikaları üzrə ölçmə nəticələrinin dəqiqlik göstəricilərinə nəzarət prosedurunun tələblərinə əməl olunması;
4.3.5. ölçmələri aparan şəxslərin ixtisas dərəcələrinin ölçmə metodikalarının sənədlərində müəyyən edilmiş tələblərə uyğun olması;
4.3.6. ölçmə metodikaları ilə reqlamentləşdirilən əməyin təhlükəsizliyinə və ekoloji təhlükəsizliyə aid tələblərə əməl olunması.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 9 iyun tarixli 187 nömrəli qərarı ilə
təsdiq edilmişdir
2 nömrəli əlavə
|
Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri ilə bərabər sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqi
Qaydası
1. Ümumi müddəa
1.1. Bu Qayda «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən hazırlanmışdır və Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri ilə bərabər sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqi qaydasını müəyyən edir.
2. Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri ilə bərabər sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqi
2.1. Azərbaycan Respublikasının ərazisində Ölçülər və Çəkilər üzrə Baş Konfrans tərəfindən qəbul edilmiş Beynəlxalq vahidlər sisteminin (bundan sonra — BVS) kəmiyyət vahidləri ilə bərabər, adları və işarələri bu Qaydanın əlavəsində verilmiş cədvəllərdə göstərilən aşağıdakı sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqinə icazə verilir:
2.1.1. bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər tərəfindən istifadə oluna bilən BVS-nin kəmiyyət vahidləri ilə bərabər tətbiqinə yol verilən sistemdənkənar kəmiyyət vahidləri;
2.1.2. bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər tərəfindən yalnız xarici dövlət orqanları, fiziki və hüquqi şəxslər ilə bağlanmış müqavilələr çərçivəsində istifadə oluna bilən və müvəqqəti tətbiqinə yol verilən sistemdənkənar kəmiyyət vahidləri.
2.2. Xarici ölkələrlə əməkdaşlıq sahəsindəki müqavilə-hüquq münasibətlərində, həmçinin ixrac məhsulları ilə birlikdə xaricə göndərilən texniki və başqa sənədlərdə vahidlərin beynəlxalq işarələri tətbiq edilir. Əgər sənədlər xaricə göndərilmirsə, vahidlərin Azərbaycan işarələri işlədilə bilər.
2.3. İxrac olunan məhsulların kəmiyyəti, o cümlədən ölçmə vasitələrinin xarakteristikaları sifarişçi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş kəmiyyət vahidləri ilə ifadə oluna bilər.
2.4. Nəşrlərdə vahidlərin beynəlxalq və ya Azərbaycan işarələri işlədilə bilər. Kəmiyyət vahidləri üzrə nəşrlər istisna olmaqla, eyni nəşrdə hər iki növün işarələrinin eyni zamanda işlədilməsinə yol verilmir.
“Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri ilə bərabər sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqi Qaydası”na
əlavə
Bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər tərəfindən istifadə oluna bilən BVS-nin kəmiyyət vahidləri ilə bərabər tətbiqinə yol verilən sistemdənkənar kəmiyyət vahidləri
1 nömrəli cədvəl. BVS-nin kəmiyyət vahidləri ilə bərabər tətbiqinə yol verilən sistemdənkənar kəmiyyət vahidləri
|
Kəmiyyətin adı
|
Vahid
|
|||||
adı
|
işarəsi
|
BVS vahidi ilə əlaqəsi
|
tətbiq sahəsi
|
|||
beynəlxalq
|
Azərbaycan
|
beynəlxalq
|
Azərbaycan
|
|||
Kütlə
|
ton
|
t
|
T
|
1 ×
|
1 × 103 kq
|
bütün sahələr
|
atom kütlə vahidi
|
u
|
a.k.v.
|
1,6605402 ×10-
|
1,6605402 × 10-27 kq (təxmini)
|
atom fizikası
|
|
Zaman
|
dəqiqə
|
min
|
dəq
|
60 s
|
60 s
|
bütün sahələr
|
saat
|
h
|
st
|
3600 s
|
3600 s
|
||
sutka
|
d
|
sut
|
86400 s
|
86400 s
|
||
Müstəvi bucaq
|
dərəcə
|
...°
|
...°
|
(p/180) rad =
1,745329... ∙10-2 rad
|
(p/180) rad =
1,745329... ∙ 10-2 rad
|
|
dəqiqə
|
...′
|
...′
|
(p/10800) rad = 2,908882... ∙10-4 rad
|
(p/10800) rad = 2,908882... ∙ 10-4 rad
|
||
saniyə
|
...″
|
...″
|
(p/648000) rad = 4,848137... ∙ 10-6 rad
|
(p/648000) rad = 4,848137... ∙ 10-6 rad
|
||
qrad (qon)
|
gon
|
qrad
|
(p/200) rad =
1,57080... ∙ 10-2 rad
|
(p/200) rad =
1,57080... ∙ 10-2 rad
|
geodeziya
|
|
Həcm,
tutum
|
litr
|
1
|
1
|
1 × 10-
|
1 × 10-
|
bütün sahələr
|
Uzunluq
|
astronomik vahid
|
ua
|
a.v.
|
1,49598 ∙
|
1,49598 ∙
|
astronomiya
|
işıq ili
|
ly
|
ii
|
9,4605 ∙
|
9,4605 ∙
|
||
parsek
|
pc
|
pk
|
3,0857 ∙
|
3,0857 ∙
|
||
Optik qüvvə
|
dioptriya
|
-
|
-
|
1 × m-1
|
1 × m-1
|
optika
|
Sahə
|
hektar
|
ha
|
ha
|
1 ∙
|
1 ∙
|
kənd və meşə təsərrüfatı
|
Enerji
|
elektron-volt
|
eV
|
eV
|
1,60218 ∙ 10-19 J (təxmini)
|
1,60218 ∙ 10-
|
fizika
|
kilovattsaat
|
kW×h
|
kVt×st
|
3,6 ∙ 106 J
|
3,6 ∙
|
elektrik enerjisi sayğacları üçün
|
|
Tam güc
|
volt-amper
|
V×A
|
V×A
|
|
|
elektrotexnika
|
Reaktiv güc
|
var
|
var
|
var
|
|
|
|
Elektrik yükü,
elektrik miqdarı
|
amper-saat
|
A×h
|
A×st
|
3,6 × 103 С
|
3,6 × 103 Kl
|
2 nömrəli cədvəl. Bəzi nisbi və loqarifmik kəmiyyətlər və onların vahidləri
Kəmiyyətin adı
|
Vahid
|
||||
adı
|
işarəsi
|
qiyməti
|
|||
beynəlxalq
|
Azərbaycan
|
beynəlxalq
|
Azərbaycan
|
||
Nisbi kəmiyyət (fiziki kəmiyyətin başlanğıc kimi qəbul edilən eyniadlı fiziki kəmiyyətə ölçüsüz nisbəti): FİƏ, nisbi uzanma, nisbi sıxlıq, deformasiya, nisbi dielektrik və maqnit nüfuzluqları, maqnit qavrayıcılığı, komponentin kütlə hissəsi, komponentin molyar hissəsi və s.
|
vahid
|
1
|
1
|
1
|
1
|
faiz
|
%
|
%
|
1 ∙ 10-2
|
1 ∙ 10-2
|
|
promille
|
‰
|
‰
|
1 ∙ 10-3
|
1 ∙ 10-3
|
|
milyonda bir hissə
|
ppm
|
ppm
|
1 ∙ 10-6
|
1 ∙ 10-6
|
|
Loqarifmik kəmiyyət (fiziki kəmiyyətin başlanğıc kimi qəbul edilən eyniadlı fiziki kəmiyyətə ölçüsüz nisbətinin loqarifmi):
səs təzyiqinin səviyyəsi,
güclənmə, zəifləmə və s.
|
bel1)
|
B
|
B
|
1 В = lg (P2/P1);
Р2 = 10 P1 olduqda,
1 В = 2 lg (F2/F1);
F2 =
P1, P2 – eyniadlı energetik (güc, enerji, enerji sıxlığı və s.), F1, F2 – eyniadlı “qüvvət” kəmiyyətləridir (gərginlik, cərəyan şiddəti, sahənin gərginliyi və s.)
|
1 В = lg (P2/P1);
Р2 = 10 P1 olduqda,
1 В = 2 lg (F2/F1);
F2 =
P1, P2 – eyniadlı energetik (güc, enerji, enerji sıxlığı və s.), F1, F2 – eyniadlı “qüvvət” kəmiyyətləridir (gərginlik, cərəyan şiddəti, sahənin gərginliyi və s.)
|
desibel
|
dB
|
dB
|
0,1 В
|
0,1 В
|
|
Loqarifmik kəmiyyət (fiziki kəmiyyətin başlanğıc kimi qəbul edilən eyniadlı fiziki kəmiyyətə ölçüsüz nisbətinin loqarifmi):
səs gurluğunun səviyyəsi
|
fon
|
phon
|
fon
|
1 phon- səs təzyiqinin səviyyəsi onunla eyni səs gurluğuna malik tezliyi 1000 Hz olan səs üçün 1 dB-yə bərabər olan səs gurluğunun səviyyəsinə bərabərdir
|
1 fon- səs təzyiqinin səviyyəsi onunla eyni səs gurluğuna malik tezliyi 1000 Hz olan səs üçün 1 dB-yə bərabər olan səs gurluğunun səviyyəsinə bərabərdir
|
Loqarifmik kəmiyyət (fiziki kəmiyyətin başlanğıc kimi qəbul edilən eyniadlı fiziki kəmiyyətə ölçüsüz nisbətinin loqarifmi):
tezlik intervalı
|
oktava
|
-
|
-
|
1 oktava bərabərdir
log2 (f2/f1), f2/f1 = 2 olduqda,
1 dekada bərabərdir
lg (f2/f1), f2/f1 = 10 olduqda, f1, f2 – tezliklərdir
|
1 oktava bərabərdir
log2 (f2/f1), f2/f1 = 2 olduqda,
1 dekada bərabərdir
lg (f2/f1), f2/f1 = 10 olduqda, f1, f2 – tezliklərdir
|
dekada
|
-
|
-
|
|||
Loqarifmik kəmiyyət (fiziki kəmiyyətin başlanğıc kimi qəbul edilən eyniadlı fiziki kəmiyyətə ölçüsüz nisbətinin natural loqarifmi)
|
neper
|
Np
|
Np
|
1 Np = 0,8686 ... В = = 8,686 ... dB
|
1 Np = 0,8686 ... В = = 8,686 ... dB
|
3 nömrəli cədvəl. İnformasiya miqdarı vahidləri
Kəmiyyətin adı
|
Vahid
|
Qeyd
|
|||
adı
|
işarə
|
qiyməti
|
|||
beynəlxalq
|
Azərbaycan
|
||||
İnformasiya miqdarı
|
bit
bayt
|
bit
B (byte)
|
bit
B (bayt)
|
1
1 B = 8 bit
|
İkili hesablama sistemində informasiya vahidi (informasiyanın ikili vahidi)
|
Bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər tərəfindən yalnız xarici dövlət orqanları, fiziki və hüquqi şəxslər ilə bağlanmış müqavilələr çərçivəsində istifadə oluna bilən və müvəqqəti tətbiqinə yol verilən sistemdənkənar kəmiyyət vahidləri
Kəmiyyətin adı
|
Vahid
|
|||||
adı
|
işarəsi
|
BVS vahidi ilə əlaqəsi
|
tətbiq sahəsi
|
|||
beynəlxalq
|
Azərbaycan
|
beynəlxalq
|
Azərbaycan
|
|||
Uzunluq
|
dəniz mili
|
n mile
|
mil
|
(dəqiq)
|
(dəqiq)
|
dəniz naviqasiyası
|
Kütlə
|
karat
|
-
|
kar
|
2 ∙ 10-
(dəqiq)
|
2 ∙ 10-4 kq
(dəqiq)
|
qiymətli daşların,
mirvarinin çıxarılması və istehsalı
|
Xətti sıxlıq
|
teks
|
tex
|
teks
|
1 × 10-6 kg/m
(dəqiq)
|
1 × 10-6 kq/m
(dəqiq)
|
tikiş sənayesi
|
Sürət
|
uzel
|
kn
|
uz
|
0,514 (4) m/s
|
0,514 (4) m/s
|
dəniz naviqasiyası
|
Təcil
|
qal
|
Gal
|
Gal
|
0,01 m/s2
|
0,01 m/s2
|
qravimetriya
|
Fırlanma tezliyi
|
dövr bölünsün saniyə
|
r/s
|
dövr/s
|
1 s-1
|
1 s-1
|
elektrotexnika
|
dövr bölünsün dəqiqə
|
r/min
|
dövr/dəq
|
1/60 s-1 =
0,016 (6) s-1
|
1/60 s-1 =
0,016 (6) s-1
|
||
Təzyiq
|
bar
|
bar
|
bar
|
1 × 105 Ра
|
1 × 105 Ра
|
fizika
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 9 iyun tarixli 187 nömrəli qərarı ilə
təsdiq edilmişdir
3 nömrəli əlavə
|
Kəmiyyət vahidlərinin adları, işarələri və yazılış
Q A Y D A S I
1. Ümumi müddəa
1.1. Bu Qayda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və kəmiyyət vahidlərinin adları, işarələri və yazılış qaydasını müəyyən edir.
2. Kəmiyyət vahidlərinin adları və işarələri
2.1. Ölçülər və Çəkilər üzrə Baş Konfrans tərəfindən qəbul edilmiş Beynəlxalq vahidlər sisteminin (bundan sonra - BVS) kəmiyyət vahidləri, adları və işarələri bu Qaydanın əlavəsində verilmiş cədvəllərdə göstərilən qaydada Azərbaycan Respublikasının ərazisində tətbiq edilir.
2.2. Xarici ölkələrlə əməkdaşlıq sahəsindəki müqavilə-hüquq münasibətlərində, həmçinin ixrac məhsulları ilə birlikdə xaricə göndərilən texniki və digər sənədlərdə vahidlərin beynəlxalq işarələri tətbiq edilir. Əgər sənədlər xaricə göndərilmirsə, vahidlərin Azərbaycan işarələri işlədilə bilər.
2.3. İxrac olunan məhsulların kəmiyyəti, o cümlədən ölçmə vasitələrinin xarakteristikaları sifarişçi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş kəmiyyət vahidləri ilə ifadə oluna bilər.
2.4. Nəşrlərdə vahidlərin beynəlxalq və ya Azərbaycan işarələri işlədilə bilər. Kəmiyyət vahidləri üzrə nəşrlər istisna olmaqla, eyni nəşrdə hər iki növün işarələrinin eyni zamanda işlədilməsinə yol verilmir.
3. BVS-nin onluğun misl və hissə vahidlərinin adlarının və işarələrinin əmələ gətirilməsi
3.1. BVS-nin onluğun misl və hissə vahidlərinin adları və işarələri bu Qaydanın əlavəsində (5 nömrəli cədvəl) göstərilən vuruqların və önşəkilçilərin köməyi ilə əmələ gətirilir.
3.2. Vahidin adına və işarəsinə iki və ya daha artıq önşəkilçinin bir-birinin ardınca birləşdirilməsinə yol verilmir (məsələn, “mikromikrofarad” vahidinin adının əvəzinə “pikofarad” yazmaq lazımdır).
Qeydlər:
1. Kütlənin əsas vahidinin adı - kiloqram “kilo” önşəkilçisini özündə saxladığından, kütlə vahidinin misl və hissələrini əmələ gətirmək üçün kütlənin hissə vahidi - qram (
2. Kütlənin hissə vahidi - qramın önşəkilçi birləşdirmədən tətbiq edilməsinə yol verilir.
3.3. Önşəkilçi və ya onun işarəsini vahidin adı və ya uyğun olaraq axırıncının işarəsi ilə birlikdə yazmaq lazımdır.
3.4. Əgər vahid vahidlərin hasili və ya nisbəti kimi əmələ gəlmişdirsə, önşəkilçi və ya onun işarəsi hasilə və ya nisbətə daxil olan birinci vahidin adına və ya işarəsinə birləşdirilir. Məsələn:
Düzdür:
|
Düz deyildir:
|
kilopaskal-saniyə bölünsün metr
(kPa×s/m; кPa×s/m)
|
paskal-kilosaniyə bölünsün metr
(Pa×ks/m; Pа×кs/m)
|
Önşəkilçinin hasilin ikinci vuruğuna və ya məxrəcə birləşdirilməsinə yalnız belə vahidlərin geniş yayıldığı və bu bəndə uyğun olaraq əmələ gətirilən vahidlərə keçidin çətinlikləri ilə əlaqədar əsaslandırılmış hallarda yol verilir. Məsələn: ton-kilometr (t×km, t×km), volt bölünsün santimetr (V/cm, V/sm), amper bölünsün kvadrat millimetr (A/mm2, А/mm2).
3.5. Qüvvətə yüksəldilən başlanğıc vahidin misl və hissə vahidləri başlanğıc vahidin adına önşəkilçi birləşdirməklə əmələ gətirilir. Məsələn: metrin ikinci dərəcəsindən ibarət olan sahənin kvadrat metr vahidinin misl və ya hissələrinin adlarını əmələ gətirmək üçün önşəkilçi bu axırıncı vahidin adına birləşdirilir: kvadrat kilometr, kvadrat santimetr və s.
3.6. Qüvvətə yüksəldilən başlanğıc vahidin misl və hissə vahidlərinin işarələri uyğun dərəcə göstəricisini başlanğıc vahidin misl və hissə vahidinin işarəsinə əlavə etməklə əmələ gətirilir, bununla belə, göstərici misl və hissə vahidinin (önşəkilçi ilə birlikdə) qüvvətə yüksəldilməsini göstərir.
Misallar:
1. 5 km2 = 5 (
2. 250 cm3/s = 250 (10-
3. 0,002 cm-1 = 0,002(10-
4. Vahidlərin işarələrinin yazılışı
4.1. Kəmiyyətlərin qiymətlərinin yazılışı zamanı vahidlər hərflərlə və ya xüsusi işarələrlə (...°, ...′, ...″) göstərilir və aşağıdakı hərfi işarələr tətbiq edilir:
4.1.1. beynəlxalq (latın və ya yunan əlifbasının hərflərini istifadə etməklə);
4.1.2. Azərbaycan (latın əlifbasının hərflərini istifadə etməklə).
4.2. Vahidlərin hərfi işarələri düz şriftlə çap olunur. Vahidlərin işarələrində nöqtə qısaldılma işarəsi kimi qoyulmur.
4.3. Vahidlərin işarələri kəmiyyətlərin ədədi qiymətlərindən sonra və onlarla bir sətirdə (digər sətrə keçirilmədən) yazılır. Vahidlərin işarəsinin qarşısında duran çəp xətli kəsrdən ibarət olan ədədi qiymət mötərizədə yazılır. Ədədin axırıncı rəqəmi ilə vahidin işarəsi arasında məsafə saxlanılır. Məsələn:
Düzdür:
|
Düz deyildir:
|
100 kW; 100 kVt
80 %
(1/60) s-1
|
100kW; 100kVt
80%
(1/60)s-1
|
Qarşısında məsafə qoyulmayan sətir üstünə qaldırılmış işarələr istisna təşkil edir.
Düzdür:
|
Düz deyildir:
|
200
|
20 0
|
4.4. Onluq kəsr olduqda, kəmiyyətin ədədi qiymətində vahidin işarəsi bütün rəqəmlərdən sonra yerləşdirilir. Məsələn:
Düzdür:
|
Düz deyildir:
|
5,758° və ya 5°45,48′
və ya 5°45′28,8″
|
5°758 və ya 5°45′,48
və ya 5°45′28″,8
|
4.5. Həddi meyilli kəmiyyətlərin qiymətlərini göstərən zaman həddi meyilli ədədi qiymətlər mötərizəyə alınır və vahidin işarəsi mötərizədən sonra qoyulur və ya vahidin işarəsi kəmiyyətin ədədi qiymətindən sonra və onun həddi meyilindən sonra yazılır. Məsələn:
Düzdür:
|
Düz deyildir:
|
(100,0 ± 0,1) kg; (100,0 ± 0,1) кq
|
100,0 ±
50 ±
|
4.6. Qrafaların başlıqlarında və cədvəlin sətirlərinin adlarında (yan sütunlarda) vahidlərin işarələrini tətbiq etmək olar:
Misal 1.
Nominal sərf, m3/h
|
Göstərişlərin yuxarı həddi, m3
|
Sağ kənar diyircəyin bölgüsünün qiyməti, m3 (çox olmamaqla)
|
40 və 60
|
100 000
|
0,002
|
100, 160, 250, 400, 600 və 1000
|
1 000 000
|
0,02
|
2 500, 4 000, 6 000 və 10 000
|
10 000 000
|
0,2
|
Misal 2.
Göstəricinin adı
|
Dartı gücünün qiyməti, kW
|
||
18
|
25
|
37
|
|
Qabarit ölçüləri, mm:
|
|
|
|
uzunluq
|
3 080
|
3 500
|
4 090
|
en
|
1 430
|
1 685
|
2 395
|
hündürlük
|
2 190
|
2 745
|
2 770
|
Cığır, mm
|
1 090
|
1 340
|
1 823
|
İşıq zolağı, mm
|
275
|
640
|
345
|
4.7. Düsturlara daxil olan kəmiyyət işarələrinin izahında vahidlərin işarələrini tətbiq etmək olar. Vahidlərin işarələrinin, kəmiyyətlər və ya onların ədədi qiymətləri arasındakı asılılığı ifadə edən və hərflərlə təqdim olunan düsturlarla bir sətirdə yerləşdirilməsinə yol verilmir. Məsələn:
Düzdür:
|
Düz deyildir:
|
v = 3,6 s/t,
v – sürət, km/h
s - yol, m
t - zaman, s
|
v = 3,6 s/t km/h
s - yol, m
t - zaman, s
|
4.8. Hasilə daxil olan vahidlərin hərfi işarələri vurma işarəsi kimi orta xətdə qoyulan nöqtələrlə ayrılır. Bu məqsədlə “x” simvolundan istifadə olunmasına yol verilmir. Məsələn:
Düzdür:
|
Düz deyildir:
|
N×m; N×m
А×m2; А×m2
Pa×s; Pa×s
|
Nm; Nm
Am2; Am2
Pas; Pas
|
Maşında yazılmış mətnlərdə nöqtəni qaldırmamağa yol verilir. Hasilə daxil olan vahidlərin hərfi işarələrini (əgər bu anlaşılmazlıq yaratmırsa) məsafə ilə ayırmağa yol verilir.
4.9. Vahidlərin nisbətinin hərfi işarələrində bölmə işarəsi kimi yalnız bir çəp və ya üfüqi xətdən istifadə olunur. Vahidlərin işarələrinin qüvvətə yüksəldilmiş (müsbət və mənfi) vahidlərin işarələrinin hasili şəklində tətbiq edilməsinə yol verilir.
Əgər nisbətə daxil olan vahidlərdən biri üçün mənfi dərəcə şəklində işarə (məsələn, s-1, m-1, K-1; s-1, m-1, К-1) müəyyən olunmuşdursa, çəp və ya üfüqi xəttin tətbiq edilməsinə yol verilmir. Məsələn:
Düzdür:
|
Düz deyildir:
|
W×m-2×К-1; Vt×m-2×К-1
|
W/m2/K; Vt/m2/К
|
4.10. Çəp xətti tətbiq edən zaman surət və məxrəcdəki vahidlərin işarələri bir sətirdə yerləşdirilir və məxrəcdə vahidlərin işarələrinin hasili mötərizəyə alınır. Məsələn:
Düzdür:
|
Düz deyildir:
|
m/s; m/s
W/ (m×K); Vt/ (m×K)
|
W/m×K; Vt/m×К
|
4.11. İki və ya daha artıq vahiddən ibarət olan törəmə vahidi göstərən zaman vahidlərin hərfi işarələrini və adlarını kombinasiya etməyə, yəni bəzi vahidləri işarələrlə, digərlərini isə adlarla göstərməyə yol verilmir. Məsələn:
Düzdür:
|
Düz deyildir:
|
80 km/st
80 kilometr bölünsün saat
|
80 km/saat
|
4.12. Xüsusi işarələrin: ...°, ...′, ...″, % və ‰ vahidlərinin hərfi işarələri ilə birləşmələrinin tətbiq edilməsinə yol verilir. Məsələn: ...°/s.
5. BVS-nin koherent törəmə vahidlərinin əmələ gətirilməsi
5.1. BVS-nin koherent törəmə vahidləri (bundan sonra - törəmə vahidlər), bir qayda olaraq, ədədi əmsalları 1-ə bərabər olan kəmiyyətlər arasındakı sadə əlaqə tənliyinin (təyinedici tənliklərin) köməyi ilə əmələ gətirilir. Törəmə vahidləri əmələ gətirmək üçün əlaqə tənliklərindəki kəmiyyətlərin işarələri BVS vahidlərinin işarələri ilə əvəz olunur.
Misal 1. Sürət vahidi düzxətli və bərabərsürətli hərəkət edən maddi nöqtənin sürətini təyin edən tənlik vasitəsilə əmələ gəlir:
v
|
burada:
v – sürət,
s – gedilən yolun uzunluğu,
t – maddi nöqtənin hərəkət müddətidir.
|
s və t-nin yerinə onların BVS vahidlərinin iºarələrini qoyduqda, [v] = [s] / [t] = 1 m/s.
Deməli, sürətin BVS vahidi metr bölünsün saniyədir. O, düzxətli və bərabərsürətli hərəkət edən maddi nöqtənin elə sürətinə bərabərdir ki, bu zaman bu nöqtə 1 s müddətində
Əgər əlaqə tənliyində qiyməti 1-dən fərqli ədədi əmsallar varsa, onda BVS-nin koherent törəmə vahidlərini əmələ gətirmək üçün tənliyin sağ tərəfinə əmsala vurulduqdan sonra 1-ə bərabər ümumi ədədi qiymət verən BVS vahidlərindəki qiymətləri ilə kəmiyyətlərin işarələri qoyulur.
Misal 2. Əgər enerji vahidini əmələ gətirmək üçün aşağıdakı tənlik istifadə olunursa,
|
burada:
Е – kinetik enerji,
т – maddi nöqtənin kütləsi,
v – maddi nöqtənin hərəkət sürətidir.
|
onda, enerjinin BVS koherent vahidini əmələ gətirmək üçün
və ya
Deməli, enerjinin BVS vahidi (nyuton-metrə bərabər) couldur. Gətirilən misallarda o, kütləsi
“Kəmiyyət vahidlərinin adları, işarələri və yazılış Qaydası”na
əlavə
Ölçülər və Çəkilər üzrə Baş Konfrans tərəfindən qəbul olunan BVS-nin kəmiyyət vahidləri
1 nömrəli cədvəl. BVS-nin əsas kəmiyyət vahidləri
|
Kəmiyyət
|
Vahid
|
||||
adı
|
ölçüsü
|
adı
|
işarəsi
|
tərifi
|
|
beynəlxalq
|
Azərbaycan
|
||||
Uzunluq
|
L
|
metr
|
m
|
m
|
metr-işığın vakuumda 1/299792458 s zaman intervalında qət etdiyi yolun uzunluğudur [XVII ÖÇBK (1983-cü il), Qətnamə 1]
|
Kütlə
|
M
|
kiloqram
|
kg
|
kq
|
kiloqram-kiloqramın beynəlxalq prototipinin kütləsinə bərabər olan kütlə vahididir [I ÖÇBK (1889-cu il) və III ÖÇBK (1901-ci il)]
|
Zaman
|
T
|
saniyə
|
s
|
s
|
saniyə-sezium-133 atomunun əsas halının iki ifratnazik səviyyələri arasındakı keçidə uyğun şüalanmanın 9 192 631 770 perioduna bərabər olan zamandır [XIII ÖÇBK (1967-ci il), Qətnamə 1]
|
Elektrik cərəyanı (elektrik cərəyanı şiddəti)
|
I
|
amper
|
A
|
A
|
amper-vakuumda bir-birindən
|
Termodinamik temperatur
|
Θ
|
kelvin
|
K
|
K
|
kelvin – suyun üçqat nöqtəsinin termodinamik temperaturunun 1/273,16 hissəsinə bərabər olan termodinamik temperatur vahididir [XIII ÖÇBK (1967-ci il), Qətnamə 4]
|
Kəmiyyət
|
Vahid
|
||||
adı
|
ölçüsü
|
adı
|
işarəsi
|
tərifi
|
|
beynəlxalq
|
Azərbaycan
|
||||
Maddə miqdarı
|
N
|
mol
|
mol
|
mol
|
mol – kütləsi
|
İşıq şiddəti
|
J
|
kan-dela
|
cd
|
kd
|
kandela – verilən istiqamətdə energetik işıq şiddəti 1/683 W/sr olan 540 ∙1012 Hz tezlikli monoxromatik şüa buraxan mənbənin bu istiqamətdəki işıq şiddətidir [XVI ÖÇBK (1979-cu il), Qətnamə 3]
|
2 nömrəli cədvəl. Adları və işarələri BVS-nin əsas kəmiyyət vahidlərinin adları və işarələrindən istifadə edilməklə yaradılan BVS-nin törəmə vahidləri
Kəmiyyət
|
Vahid
|
|||
adı
|
ölçüsü
|
adı
|
işarəsi
|
|
beynəlxalq
|
Azərbaycan
|
|||
Sahə
|
L2
|
kvadrat metr
|
m2
|
m2
|
Həcm, tutum
|
L3
|
kub metr
|
m3
|
m3
|
Sürət
|
LT-1
|
metr bölünsün saniyə
|
m/s
|
m/s
|
Təcil
|
LT-2
|
metr bölünsün kvadrat saniyə
|
m/s2
|
m/s2
|
Dalğa ədədi
|
L-1
|
bir bölünsün metr
|
m-1
|
m-1
|
Sıxlıq
|
L-3M
|
kiloqram bölünsün kub metr
|
kg/m3
|
kq/m3
|
Xüsusi həcm
|
L3M-1
|
kub metr bölünsün kiloqram
|
m3/kg
|
m3/kq
|
Elektrik cərəyanının sıxlığı
|
L-2I
|
amper bölünsün kvadrat metr
|
A/m2
|
A/m2
|
Maqnit sahəsinin gərginliyi
|
L-1I
|
amper bölünsün metr
|
A/m
|
A/m
|
Komponentin molyar konsentrasiyası
|
L-3N
|
mol bölünsün kub metr
|
mol/m3
|
mol/m3
|
Parlaqlıq
|
L-2J
|
kandela bölünsün kvadrat metr
|
cd/m2
|
kd/m2
|
3 nömrəli cədvəl. Xüsusi adlara və işarələrə malik BVS-nin törəmə vahidləri
Kəmiyyət
|
Vahid
|
|||||
adı
|
ölçüsü
|
adı
|
işarəsi
|
BVS-nin əsas və törəmə vahidləri ilə ifadəsi
|
||
beynəlxalq
|
Azərbaycan
|
beynəlxalq
|
Azərbaycan
|
|||
Müstəvi bucaq
|
1
|
radian
|
rad
|
rad
|
m∙m-1
|
m∙m-1
|
Cism bucağı
|
1
|
steradian
|
sr
|
sr
|
m2 ∙m-2
|
m2 ∙m-2
|
Tezlik
|
T-1
|
hers
|
Hz
|
Hs
|
s-1
|
s-1
|
Qüvvə
|
LMT-2
|
nyuton
|
N
|
N
|
m∙kg∙ s-2
|
m∙kq∙s-2
|
Təzyiq
|
L-1MT-2
|
paskal
|
Pa
|
Pa
|
m-1∙kg∙ s-2
|
m-1∙kq∙s-2
|
Enerji, iş, istilik miqdarı
|
L2MT-2
|
coul
|
J
|
C
|
m2∙kg∙s-2
|
m2∙kq∙s-2
|
Güc
|
L2MT-3
|
vatt
|
W
|
Vt
|
m2∙kg∙s-3
|
m2∙kq∙s-3
|
Elektrik yükü, elektrik miqdarı
|
TI
|
kulon
|
C
|
Kl
|
s ∙A
|
s ∙A
|
Elektrik gərginliyi, elektrik potensialı, elektrik potensialları fərqi, elektrik hərəkət qüvvəsi
|
L2MT-3
I-1
|
volt
|
V
|
V
|
m2∙kg∙
s-3∙A-1
|
m2∙kq∙
s-3∙A-1
|
Elektrik tutumu
|
L-2M-1
T4I2
|
farad
|
F
|
F
|
m-2∙kg-1∙
s4∙A2
|
m-2∙kq-1∙
s4∙A2
|
Elektrik müqaviməti
|
L2MT-3
I-2
|
om
|
Ω
|
Om
|
m2∙kg∙s-3∙
A-2
|
m2∙kq∙s-3∙
A-2
|
Elektrik keçiriciliyi
|
L-2M-1
T3I2
|
simens
|
S
|
Sm
|
m-2∙kg-1∙
s3∙A2
|
m-2∙kq-1∙s3∙A2
|
Maqnit induksiyası seli, maqnit seli
|
L2MT-2
I-1
|
veber
|
Wb
|
Vb
|
m2∙kg∙s-2∙
A-1
|
m2∙kq∙s-2∙
A-1
|
Maqnit seli sıxlığı, maqnit induksiyası
|
MT-2I-1
|
tesla
|
T
|
Tl
|
kg∙s-2∙A-1
|
kq∙s-2∙A-1
|
İnduktivlik, qarşılıqlı induktivlik
|
L2MT-2
I-2
|
henri
|
H
|
Hn
|
m2∙kg∙s-2∙
A-2
|
m2∙kq∙s-2∙
A-2
|
Selsi temperaturu
|
Θ
|
dərəcə selsi
|
oC
|
oC
|
K
|
K
|
İşıq seli
|
J
|
lümen
|
lm
|
lm
|
cd∙sr
|
kd∙sr
|
İşıqlılıq
|
L-2J
|
lüks
|
lx
|
lk
|
m-2∙cd∙sr
|
m-2∙kd∙sr
|
Kəmiyyət
|
Vahid
|
|||||
adı
|
ölçüsü
|
adı
|
işarəsi
|
BVS-nin əsas və törəmə vahidləri ilə ifadəsi
|
||
beynəlxalq
|
Azərbaycan
|
beynəlxalq
|
Azərbaycan
|
|||
Radioaktiv mənbədə nuklidin aktivliyi(radionuklidin aktivliyi)
|
T-1
|
bekkerel
|
Bq
|
Bk
|
s-1
|
s-1
|
İonlaşdırıcı şüalanmanın
udulma dozası, kerma
|
L2T-2
|
qrey
|
Gy
|
Qr
|
m2∙s-2
|
m2∙s-2
|
İonlaşdırıcı şüalanmanın
ekvivalent dozası, ionlaşdırıcı şüalanmanın effektiv dozası
|
L2T-2
|
zivert
|
Sv
|
Zv
|
m2∙s-2
|
m2∙s-2
|
Katalizatorun aktivliyi
|
NT-1
|
katal
|
kat
|
kat
|
mol∙ s-1
|
mol∙ s-1
|
4 nömrəli cədvəl. Adları və işarələri 3 nömrəli cədvəldə göstərilmiş xüsusi adlar və işarələrdən istifadə edilməklə əmələ gətirilən BVS-nin törəmə vahidləri
Kəmiyyət
|
Vahid
|
|||||
adı
|
ölçüsü
|
adı
|
işarəsi
|
BVS-nin əsas və törəmə vahidləri ilə ifadəsi
|
||
beynəlxalq
|
Azərbaycan
|
beynəlxalq
|
Azərbaycan
|
|||
Qüvvə momenti
|
L2MT-2
|
nyuton-metr
|
N∙m
|
N∙m
|
m2∙kg∙s-2
|
m2∙kq∙s-2
|
Səthi gərilmə
|
MT-2
|
nyuton bölünsün metr
|
N/m
|
N/m
|
kg∙s-2
|
kq∙s-2
|
Dinamik özüllülük
|
L-1MT-1
|
paskal-saniyə
|
Pa∙s
|
Pa∙s
|
m-1∙kg∙ s-1
|
m-1∙kq∙s-1
|
Elektrik yükünün
fəza sıxlığı
|
L-3TI
|
kulon bölünsün kub metr
|
C/m3
|
Kl/m3
|
m-3∙s ∙A
|
m-3∙s ∙A
|
Elektrik sürüşməsi
|
L-2TI
|
kulon bölünsün kvadrat metr
|
C/m2
|
Kl/m2
|
m-2∙s ∙A
|
m-2∙s ∙A
|
Elektrik sahəsinin
gərginliyi
|
LMT-3I-1
|
volt bölünsün metr
|
V/m
|
V/m
|
m∙kg∙s-3∙A-1
|
m∙kq∙s-3∙A-1
|
Kəmiyyət
|
Vahid
|
|||||
adı
|
ölçüsü
|
adı
|
işarəsi
|
BVS-nin əsas və törəmə vahidləri ilə ifadəsi
|
||
beynəlxalq
|
Azərbaycan
|
beynəlxalq
|
Azərbaycan
|
|||
Dielektrik
nüfuzluğu
|
L-3M-1
T4I2
|
farad bölünsün metr
|
F/m
|
F/m
|
m-3∙kg-1∙
s4∙A2
|
m-3∙kq-1∙
s4∙A2
|
Maqnit
nüfuzluğu
|
LMT-2I-2
|
henri bölünsün metr
|
H/m
|
Hn/m
|
m∙kg∙s-2∙A-2
|
m∙kq∙s-2∙A-2
|
Xüsusi enerji
|
L2T-2
|
coul bölünsün kiloqram
|
J/kg
|
C/kq
|
m2∙s-2
|
m2∙s-2
|
Sistemin istilik tutumu sistemin entropiyası
|
L2MT-2Θ
|
coul bölünsün kelvin
|
J/K
|
C/K
|
m2∙kg∙s-2∙K-1
|
m2∙kq∙s-2∙K-1
|
Xüsusi istilik tutumu, xüsusi entropiya
|
L2T-2Θ-1
|
coul bölünsün kiloqram-kelvin
|
J/ (kg×K)
|
C/ (kq×K)
|
m2×s-2×K-1
|
m2×s-2×K-1
|
Enerji selinin
səth sıxlığı
|
MT-3
|
vatt bölünsün kvadrat metr
|
W/m2
|
Vt/m2
|
kg×s-3
|
kq×s-3
|
İstilikkeçirmə
|
LMT-3Θ-1
|
vatt bölünsün metr-kelvin
|
W/ (m×K)
|
Vt/ (m×K)
|
m×kg×s-3×K-1
|
m×kq×s-3×K-1
|
Molyar daxili
enerji
|
L2MT-2
N-1
|
coul bölünsün mol
|
J/mol
|
C/mol
|
m2×kg×s-2×
mol-1
|
m2×kq×s-2×
mol-1
|
Molyar entropiya,
molyar istilik tutumu
|
L2MT-2
Θ-1N-1
|
coul bölünsün mol-kelvin
|
J/ (mol×K)
|
C/ (mol×K)
|
m2×kg×s-2×
K-1×mol-1
|
m2×kq×s-2×
K-1×mol-1
|
Foton şüalanmasının ekspozisiya dozası (qamma və rentgen şüalanmasının ekspozisiya dozası)
|
M-1TI
|
kulon bölünsün kiloqram
|
C/kg
|
Kl/kq
|
kg-1×s×A
|
kq-1×s×A
|
Udulma dozasının gücü
|
L2T-3
|
qrey bölünsün saniyə
|
Gy/s
|
Qr/s
|
m2×s-3
|
m2×s-3
|
Kəmiyyət
|
Vahid
|
|||||
adı
|
ölçüsü
|
adı
|
işarəsi
|
BVS-nin əsas və törəmə vahidləri ilə ifadəsi
|
||
beynəlxalq
|
Azərbaycan
|
beynəlxalq
|
Azərbaycan
|
|||
Bucaq sürəti
|
T-1
|
radian bölünsün saniyə
|
rad/s
|
rad/s
|
s-1
|
s-1
|
Şüalanma qüvvəsi
|
L2MT-3
|
vatt bölünsün steradian
|
W/sr
|
Vt/sr
|
m2×kg×s-3×sr-1
|
m2×kq×s-3×sr-1
|
Energetik parlaqlıq
|
MT-3
|
vatt bölünsün steradian-kvadrat metr
|
W/ (sr×m2)
|
Vt/ (sr×m2)
|
kg×s-3×sr-1
|
kq×s-3×sr-1
|
5 nömrəli cədvəl. BVS-nin onluğun misl və hissə vahidlərinin adlarını və işarələrini əmələ gətirmək üçün istifadə olunan vuruqlar və önşəkilçilər
Onluq vuruq
|
Önşəkilçi
|
Önşəkilçinin işarəsi
|
Onluq vuruq
|
Önşəkilçi
|
Önşəkilçinin işarəsi
|
||
beynəlxalq
|
Azərbaycan
|
beynəlxalq
|
Azərbaycan
|
||||
1024
|
yotta
|
Y
|
Y
|
10-1
|
desi
|
d
|
d
|
1021
|
zetta
|
Z
|
Z
|
10-2
|
santi
|
c
|
s
|
1018
|
eksa
|
Е
|
Е
|
10-3
|
milli
|
m
|
m
|
1015
|
peta
|
Р
|
Р
|
10-6
|
mikro
|
μ
|
mk
|
1012
|
tera
|
Т
|
Т
|
10-9
|
nano
|
n
|
n
|
109
|
qiqa
|
G
|
Q
|
10-12
|
piko
|
p
|
p
|
106
|
meqa
|
М
|
М
|
10-15
|
femto
|
f
|
f
|
103
|
kilo
|
k
|
k
|
10-18
|
atto
|
a
|
a
|
102
|
hekto
|
h
|
h
|
10-21
|
zepto
|
z
|
z
|
101
|
deka
|
da
|
da
|
10-24
|
yokto
|
y
|
y
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 9 iyun tarixli 187 nömrəli qərarı ilə
təsdiq edilmişdir
4 nömrəli əlavə
|
Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən hazırlanmışdır və texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qayda texniki vasitələrin istehsalçıları, idxalçıları və istifadəçiləri olan dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə şamil edilir.
2. Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsinin qaydaları
2.1. Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi barədə qərar dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) tərəfindən qəbul edilir.
[2]
2.2. Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsinə dair Xidmətə edilmiş müraciətə aşağıdakı sənədlər əlavə olunmalıdır:
2.2.1. texniki vasitənin təsviri (texniki vasitənin quruluşu, iş prinsipi, tərkibi) və istismar sənədləri;
2.2.2. texniki vasitənin istifadə sahəsi və istifadə forması;
2.2.3. texniki vasitənin ölçmə vasitəsi kimi istifadəsini zəruri edən amillər barədə məlumatlar.
2.3. Xarici ölkələrdə istehsal olunmuş texniki vasitələrin sənədləri Xidmətə Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş formada təqdim olunmalıdır.
2.4. Texniki vasitələr ölçmə vasitələrinə aid edilməsi üçün aşağıdakı tələblərə cavab verməlidir:
2.4.1. ölçmələrin normalaşdırılan dəqiqliklə aparılması;
2.4.2. metroloji və texniki xüsusiyyətlərin mövcudluğu;
2.4.3. texniki vasitə ilə aparılan ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlama və müdaxilənin qarşısının alınması məqsədi ilə texniki vasitənin konstruksiyasının, proqram təminatı da daxil olmaqla, onun müvafiq hissələrinə müdaxilə edilmənin məhdudluğunu təmin etməsi.
2.5. Texniki vasitələrin ölçmə vasitələrinə aid olunmasına dair müraciətə Xidmətdə 30 (otuz) gün müddətində baxılır, bu Qaydanın 2.4-cü bəndində göstərilmiş tələblər əsas götürülməklə texniki vasitələrin ölçmə vasitələrinə aid olub-olmaması araşdırılır və müvafiq qərar qəbul edilir. Qərarda aşağıdakı məlumatlar əks olunmalıdır:
2.5.1. texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi ilə əlaqədar müraciət etmiş dövlət orqanının, hüquqi və ya fiziki şəxsin adı;
2.5.2. texniki vasitənin adı;
2.5.3. texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsinə dair müraciətin daxilolma tarixi;
2.5.4. texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsinə dair müraciətə əlavə olunmuş sənədlərin siyahısı;
2.5.5. qərarı qəbul etmiş şəxsin soyadı, adı, atasının adı, vəzifəsi və imzası.
2.6. Texniki vasitənin ölçmə vasitələrinə aid edilməsindən imtina barədə qərarda imtinanın əsasları dəqiq göstərilməli və hüquqi cəhətdən əsaslandırılmalıdır.
2.7. Xidmət tərəfindən qəbul olunmuş qərar barədə 3 (üç) gün müddətində texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi ilə əlaqədar müraciət etmiş dövlət orqanına, hüquqi və fiziki şəxsə məlumat verilir və qərarın surəti ona göndərilir.
2.8. Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi ilə əlaqədar müraciət etmiş dövlət orqanı, hüquqi və fiziki şəxs Xidmətin vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 9 iyun tarixli 187 nömrəli qərarı ilə
təsdiq edilmişdir
5 nömrəli əlavə
|
AZƏRBAYCAN RESPUBLİKASININ
İQTISADİYYAT NAZİRLİYİ YANINDA ANTİİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT XİDMƏTİ
[3]
STANDART NÜMUNƏNİN VƏ YA ÖLÇMƏ VASİTƏSİNİN TİPİNİN TƏSDİQİ BARƏDƏ
S E R T İ F İ K A T
SERTİFİKATIN NÖMRƏSİ: _
ETİBARLIDIR: “ ” 20 ilədək
Bu sertifikat təsdiq edir ki, sınaqların müsbət nəticələri əsasında
_____________________________________________________________
(istehsalçı)
_____________________________________________________________
(standart nümunənin və ya ölçmə vasitəsinin adı)
tipi təsdiq edilmiş, dövlət reyestrində nömrə ilə qeydiyyata alınmış və Azərbaycan Respublikasında tətbiq edilməsinə icazə verilmişdir.
Sertifikat şamil edilir.
( __ ədəd partiyaya / tək nümunəyə )
Standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsviri bu sertifikatın əlavəsində göstərilmişdir.
_________ _____________ ________________________
(vəzifə) (imza) (soyadı, adı və atasının adı)
M.Y. “ ___”_____________ 20_____il
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 9 iyun tarixli 187 nömrəli qərarı ilə
təsdiq edilmişdir
6 nömrəli əlavə
|
Tipi təsdiq edilmiş standart nümunələrin və ölçmə vasitələrinin dövlət reyestrinin aparılması
Q A Y D A S I