AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
27.06.2014
QEYDİYYAT NÖMRƏSİ
203
ADI
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 28-06-2014, Nəşr nömrəsi: 135), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2014, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 653)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.06.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201406270203
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2014
Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair” 2014-cü il mayın 12-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikası Hökumətini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 iyun 2014-cü il

               № 203


Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair

 

ANLAŞMA MEMORANDUMU

 

Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikasının Energetika Nazirliyi və Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi,

dostluq münasibətlərini dərinləşdirmək və enerji sahəsində iki ölkə arasında əməkdaşlığı gücləndirmək niyyəti ilə,

karbohidrogen yataqlarının istismarı sahəsində əlaqələri möhkəmləndirmək zərurətini və Fransanın (və Avropa İttifaqının üzvü olan ölkələrin) enerji təhlükəsizliyinin təminatı sahəsində Azərbaycan Respublikasının artan rolunu təsdiq edərək,

enerji təhlükəsizliyinin təmin olunması və karbohidrogenlərin istehsalçısı və istehlakçısı olan ölkələr arasında dialoqa şərait yaradılması arzusundan çıxış edərək,

öz enerji balansının diversifikasiyası kontekstində bərpa olunan enerji sahəsində əməkdaşlığı dərinləşdirməyin məqsədəuyğunluğunu və ümumi maraqlardan irəli gəldiyini təsdiq edərək,

milli qanunvericiliyə, üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərə uyğun olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Məqsədlər

 

1. Tərəflər ikitərəfli dialoq yaradır və enerji sahəsində əməkdaşlığın inkişafına və gücləndirilməsinə çalışırlar.

2. Tərəflər energetika siyasətinə aid təcrübə mübadiləsini həyata keçirirlər.

3. Tərəflər enerji sahəsinin bütün sektorlarında, xüsusən də karbohidrogenlər və bərpa olunan enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlıq şəraitində öz müəssisələri arasında birgə layihələrin inkişafını dəstəkləyirlər.

4. Tərəflər bərpa olunan enerjidən istifadə və energetika sahəsində enerjidən istifadənin səmərəliliyinin artırılması üzrə davamlı inkişafa uyğun şəkildə əməkdaşlıq qururlar.

5. Bu Anlaşma Memorandumu konkret layihəyə aid olan müqaviləyə tətbiq olunan müqavilə müddəalarım müəyyənləşdirmək məqsədi daşımır.

 

Maddə 2

Əməkdaşlıq sahələri

 

1. Tərəflər milli qanunvericiliklərinə və üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərə uyğun olaraq, neftin və təbii qazın kəşfiyyatı, hasilatı və nəqli, bərpa olunan enerji mənbələrinin, investisiyaların, ticarətin, qarşılıqlı maraq kəsb edən digər layihələrin inkişafı sahələrində, qarşılıqlı faydalı əməkdaşlığın fəallaşdırılması istiqamətində səy göstərəcəklər.

2. Tərəflər dövlətlərarası dialoqu genişləndirir və iki ölkənin müəssisələrinin layihələrini aşağıdakı məqsədlər üçün dəstəkləyirlər:

a) iki ölkənin energetika sahəsinin inkişafını yaxşılaşdırmaq üçün təcrübə mübadiləsinin həyata keçirilməsi;

b) iki ölkənin enerji sahəsindəki layihələrinə investisiyalar qoyulmasının həvəsləndirilməsi;

c) beynəlxalq institutlarla əməkdaşlıq edilməsi və dünya səviyyəsində energetika dialoqunun dəstəklənməsi.

3. Tərəflər bu Anlaşma Memorandumunu həyata keçirmək üçün vacib olan əməkdaşlığın forma və metodlarına aid olan müddəaları ətraflı şəkildə müəyyənləşdirirlər.

 

Maddə 3

İcraçı orqanlar

 

Azərbaycan Respublikasının Energetika Nazirliyi və Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyinin Enerji və İqlim Baş İdarəsi bu Anlaşma Memorandumunu həyata keçirən orqanlardır.

 

Maddə 4

Əməkdaşlıq formaları

 

1. Tərəflər energetika, xüsusilə də neftin və təbii qazın kəşfiyyatı, hasilatı və nəqli, eləcə də bərpa olunan enerji mənbələri sahəsində hər iki ölkənin müəssisələri arasında sənaye layihələrinin inkişafını dəstəkləyirlər. Tərəflər müştərək sənaye layihələrini dəstəkləyir və qəbul edilmiş qanunlar, normativ aktlar və müvafiq siyasət kontekstində qarşılıqlı inkişafa dair maraq kəsb edən məlumatların mübadiləsini aparırlar. Tərəflər bu layihələrə əngəl törədən və ya dəstək verə biləcək bütün məsələlər barəsində məsləhətləşirlər.

2. Tərəflər hər iki ölkənin enerji sahəsində investisiyaların, ticarətin, eləcə də məlumat mübadiləsinin asanlaşdırılması məqsədi ilə əməkdaşlıq edirlər.

 

Maddə 5

Fikir ayrılıqlarının həlli

 

Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi ilə bağlı yaranan fikir ayrılıqları qarşılıqlı razılıq əsasında Tərəflər arasında məsləhətləşmələr və ya danışıqlar yolu ilə həll edilir.

 

Maddə 6

Məxfilik

 

1. Qüvvədə olan qanunlara və normativ aktlara zərər vurmadan Tərəflərdən hər biri bu Anlaşma Memorandumunun həyata keçiriləcəyi müddətdə mübadilə olunan sənədlərin, məlumatların və yaxud bu Anlaşma Memorandumu əsasında bağlanan istənilən sazişin məxfilik xarakterinə riayət edəcəklərini öhdələrinə götürürlər.

2. Əgər Tərəflərdən biri verilmiş və ya bu Anlaşma Memorandumuna uyğun olaraq konkret əməkdaşlıqdan irəli gələn məxfi məlumatı üçüncü tərəfə ötürmək istəyirsə, onda o bu addımı atmamışdan əvvəl digər Tərəfin ilkin razılığını əldə etməlidir.

3. Bu maddədə olan müddəalar bu Anlaşma Memorandumuna uyğun əldə edilən sənədlərə və məlumatlara, bu Anlaşma Memorandumunun müddəti başa çatdıqdan sonra da şamil olunacaqdır.

 

Maddə 7

Düzəlişlər

 

Tərəflərdən hər biri istənilən vaxt yazılı şəkildə bu Anlaşma Memorandumuna və ya onun hər hansı bir hissəsinə düzəlişlər edilməsini istəyə bilər. Tərəflər arasında ümumi razılıq əsasında olunan istənilən düzəliş bu Anlaşma Memorandumunun 8-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan qaydada qüvvəyə minir. Bu düzəliş bu Anlaşma Memorandumunun tərkib hissəsidir.

 

Maddə 8

Qüvvəyəminmə, müddət və ləğvedilmə

 

1. Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə bağlanılır və Azərbaycan Respublikası tərəfindən qüvvəyə minməsi ilə bağlı daxili prosedurların bitməsi barədə göndərilən yazılı bildirişin Fransa tərəfindən diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

2. Əgər bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı 6 (altı) ay qalmış Tərəflərdən biri digər Tərəfi onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə məlumatlandırmazsa, Anlaşma Memorandumu avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə uzadılır.

3. Bu Anlaşma Memorandumunun müddətinin dayandırılması ona uyğun həyata keçirilən proqram və layihələrin tam yerinə yetirilməsinə qədərki müddətə təsir etməyəcəkdir.

Bu Anlaşma Memorandumu Bakı şəhərində, 2014-cü il 12 may tarixində, Azərbaycan və fransız dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.

 

Azərbaycan Respublikasının

Fransa Respublikasının Ekologiya,

Energetika Nazirliyi

Davamlı İnkişaf və Enerji Nazirliyi

adından

adından

(imza)

(imza)

 

 

 

 

 

 

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status