×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.05.2014
QEYDİYYAT NÖMRƏSİ
966-IVQ
ADI
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 01-07-2014, Nəşr nömrəsi: 137), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2014, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 613)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.07.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201405300966
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2014
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” 2014-cü il fevralın 28-də Brüssel şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 may 2014-cü il

№ 966-IVQ


Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında

 

SAZİŞ

 

Razılığa gələn Tərəflər,

Bundan sonra "Azərbaycan" adlandırılacaq Azərbaycan Respublikası və bundan sonra "İttifaq" adlandırılacaq Avropa İttifaqı,

qeyri-qanuni immiqrasiya ilə daha səmərəli mübarizə aparmaq məqsədi ilə öz aralarında əməkdaşlığı gücləndirmək niyyəti ilə,

Azərbaycanın və ya Avropa İttifaqı Üzv Dövlətlərinin birinin ərazisinə daxil olmaq, orada qalmaq və ya yaşamaqla bağlı şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən şəxslərin müəyyən edilməsinin, təhlükəsiz və nizamlı şəkildə qayıtmalarının bu Saziş vasitəsilə və qarşılılıq əsasında tez və səmərəli prosedurlarını qurmaq və əməkdaşlıq ruhunda bu cür şəxslərin tranzitini asanlaşdırmağı arzulayaraq,

Bu Sazişin Azərbaycanın, İttifaqın və onun Üzv Dövlətlərinin beynəlxalq hüquqdan, xüsusilə Qaçqınların Statusu haqqında 28 iyul 1951-ci il tarixli Konvensiyadan və ona 31 yanvar 1967-ci il tarixli əlavə Protokoldan irəli gələn hüquq və öhdəliklərini məhdudlaşdırmadığını vurğulayaraq,

Avropa İttifaqının fəaliyyətinə dair Müqavilə və Avropa İttifaqına dair Müqaviləyə əlavə olunmuş Azadlıq, təhlükəsizlik və ədliyyə sahələrinə münasibətdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və İrlandiyanın mövqeləri barədə 21 nömrəli Protokola uyğun olaraq, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və İrlandiya bu Protokola müvafiq şəkildə arzularını ifadə etməzlərsə, onların bu Sazişdə iştirak etməyəcəklərini nəzərə alaraq,

Avropa İttifaqına dair Müqavilə və Avropa İttifaqının fəaliyyətinə dair Müqaviləyə əlavə olunmuş Danimarka Krallığının mövqeyi barədə Protokola uyğun olaraq, Avropa İttifaqının fəaliyyətinə dair Müqavilənin Üçüncü hissəsinin V bölməsinin əhatə dairəsinə düşən bu Sazişin müddəalarının Danimarka Krallığına tətbiq edilmədiyini nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Anlayışlar

 

Bu Sazişin məqsədləri baxımından:

(a) "Readmissiya" dedikdə, bu Sazişin müddəalarına uyğun olaraq, Sorğu edən Dövlətin ərazisinə qeyri-qanuni daxil olduğu, qaldığı və ya yaşadığı aşkarlanan şəxslərin (Sorğu edilən Dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) Sorğu edən Dövlət tərəfindən ötürülməsi və Sorğu edilən Dövlət tərəfindən qəbulu nəzərdə tutulur;

(b) "Razılığa gələn Tərəflər" dedikdə, Azərbaycan və İttifaq nəzərdə tutulur;

(c) "Üzv Dövlət" dedikdə, Avropa İttifaqının bu Sazişlə öhdəlik götürən hər hansı Üzv Dövləti nəzərdə tutulur;

(d) "Azərbaycan vətəndaşı" dedikdə, Azərbaycanın qanunvericiliyinə uyğun olaraq, Azərbaycan vətəndaşlığına mənsub olan hər hansı şəxs nəzərdə tutulur;

(e) "Üzv Dövlətin vətəndaşı" dedikdə, İttifaqın məqsədlərinə uyğun olaraq müəyyən edilmiş hər hansı Üzv Dövlətin vətəndaşlığına mənsub olan hər hansı şəxs nəzərdə tutulur;

(f) "Üçüncü ölkə vətəndaşı" dedikdə, Azərbaycan və ya Üzv Dövlətlərdən birinin vətəndaşı olmayan, digər ölkənin vətəndaşlığına mənsub hər hansı şəxs nəzərdə tutulur;

(g) "Vətəndaşlığı olmayan şəxs" dedikdə, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan şəxs nəzərdə tutulur;

(h) "Yaşayış icazəsi" dedikdə, Azərbaycan və ya Üzv Dövlətlərdən biri tərəfindən verilən və şəxsə öz ərazisində yaşamaq hüququ verən hər hansı növ icazə nəzərdə tutulur. Bura sığınacaq və ya yaşayış icazəsi üçün müraciətə baxılma müddətində öz ərazisində müvəqqəti qalmağa verilən icazələr daxil deyildir;

(i) "Viza" dedikdə, öz ərazisinə daxil olmaq, qalmaq və ya oradan tranzitlə keçmək üçün Azərbaycan və ya Üzv Dövlətlərdən biri tərəfindən verilən icazə və ya qərar nəzərdə tutulur. Bura hava limanı tranzit vizaları daxil deyildir;

(j) "Sorğu edən Dövlət" dedikdə, bu Sazişin 8-ci maddəsinə uyğun olaraq readmissiya müraciəti və ya bu Sazişin 15-ci maddəsinə uyğun olaraq tranzit müraciəti edən Dövlət (Azərbaycan və ya Üzv Dövlətlərdən biri) nəzərdə tutulur;

(k) "Sorğu edilən Dövlət" dedikdə, bu Sazişin 8-ci maddəsinə uyğun olaraq readmissiya müraciəti və ya bu Sazişin 15-ci maddəsinə uyğun olaraq tranzit müraciəti göndərilən Dövlət (Azərbaycan və ya Üzv Dövlətlərdən biri) nəzərdə tutulur;

(1) "Səlahiyyətli orqan" dedikdə, Azərbaycanın və ya Üzv Dövlətlərdən birinin bu Sazişin 20(1 )(a) maddəsinə uyğun olaraq onun icrasına məsul olan milli qurumu nəzərdə tutulur;

(m) "Tranzit" dedikdə, üçüncü ölkə vətəndaşının və ya vətəndaşlığı olmayan şəxsin Sorğu edən Dövlətdən təyinat ölkəsinə gedərkən Sorğu edilən Dövlətin ərazisindən keçməsi nəzərdə tutulur.

 

Maddə 2

Başlıca prinsiplər

 

Tənzimlənməyən miqrasiyanın qarşısının alınması və onunla mübarizə üzrə əməkdaşlığı gücləndirərkən, Sorğu edilən və Sorğu edən Dövlət, bu Sazişin onun əhatə etdiyi şəxslərə tətbiqi zamanı, Tərəflərə aidiyyəti olan, xüsusən də adları aşağıda sadalanan müvafiq beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərə və eləcə də insan hüquqlarına hörməti təmin etməlidirlər:

1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsi;

1950-ci il İnsan hüquqları və əsas azadlıqlara dair Avropa Konvensiyası və onun protokolları;

1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt;

1984-cü il İşgəncə əleyhinə BMT Konvensiyası;

1951-ci il Qaçqınların statusuna dair Cenevrə Konvensiyası və onun 1967-ci il Protokolu.

Sorğu edilən Dövlət, yuxarıda sadalanan beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərinə uyğun olaraq, xüsusilə onun ərazisinə readmissiya olunan şəxslərin hüquqlarını qorumağı təmin edir.

Sorğu edən Dövlət, şəxsin Sorğu edilən Dövlətə qayıtmasına maneə yaranacağına inanmağa hər hansı bir səbəb mövcud deyilsə, məcburi qayıdışdansa könüllü qayıdışa üstünlük verməlidir.

 

Bölmə I

 

AZƏRBAYCANIN READMİSSİYA İLƏ BAĞLI ÖHDƏLİKLƏRİ

 

Maddə 3

Öz vətəndaşlarının readmissiyası

 

1. Üzv Dövlətin müraciəti əsasında və bu Sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən, Azərbaycan Sorğu edən Üzv Dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən, Azərbaycan vətəndaşı olması sübut olunan və ya prima facie dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir.

2. Azərbaycan həmçinin aşağıdakı şəxsləri readmissiya edir:

(a) 1-ci bənddə göstərilən şəxslərin doğum yeri və ya vətəndaşlığından asılı olmayaraq yetkinlik yaşına çatmamış subay uşaqları, əgər onlar Sorğu edən Üzv Dövlətdə müstəqil yaşamaq hüququna və ya digər Üzv Dövlətin verdiyi etibarlı yaşayış icazəsinə malik deyillərsə;

(b) 1-ci bənddə göstərilən şəxslərin Azərbaycan ərazisinə daxil olmaq və qalmaq hüququna malik olan və ya bu hüquqa yiyələnən, digər ölkənin vətəndaşı olan və ya heç bir vətəndaşlığı olmayan ərləri/arvadları, əgər onlar Sorğu edən Üzv Dövlətdə müstəqil yaşamaq hüququna və ya digər Üzv Dövlətin verdiyi etibarlı yaşayış icazəsinə malik deyillərsə.

3. Azərbaycan, həmçinin hər hansı Üzv Dövlətin ərazisinə daxil olduqdan sonra Azərbaycan vətəndaşlığından Azərbaycan qanunvericiliyinə uyğun olaraq imtina edən, Sorğu edən Üzv Dövlətin ərazisində qeyri-qanuni qalan və ya yaşayan şəxsləri, əgər bu şəxslər hər hansı Üzv Dövlətdən vətəndaşlığa qəbul edilmək barədə ən azı vəd almamışlarsa, readmissiya edir.

4. Azərbaycan readmissiya ilə bağlı müraciətə müsbət cavab verdikdən sonra, Azərbaycanın aidiyyəti diplomatik nümayəndəlik və ya konsulluğu readmissiya olunacaq şəxsin istəyindən asılı olmayaraq, readmissiya olunacaq şəxsə qayıdış üçün tələb olunan və etibarlılıq müddəti 150 gün olan səyahət sənədini ödənişsiz və beş iş günündən gec olmayaraq verir. Əgər Azərbaycan beş iş günü müddətində səyahət sənədini verməzsə, onun Avropa İttifaqının ölkədən çıxarılma məqsədi ilə verdiyi standart səyahət sənədini qəbul etdiyi hesab olunur (Əlavə 7) [1] .

5. Əgər hüquqi və ya faktiki səbəblərdən aidiyyəti olan şəxs əvvəl verilmiş səyahət sənədinin etibarlılıq müddətində ötürülə bilmirsə, Azərbaycanın aidiyyəti diplomatik nümayəndəlik və ya konsulluğu beş iş günü ərzində, ödənişsiz, etibarlılıq müddəti eyni olan yeni səyahət sənədi verir. Əgər Azərbaycan beş iş günü müddətində yeni səyahət sənədini verməzsə, onun Avropa İttifaqının ölkədən çıxarılma məqsədilə verdiyi standart səyahət sənədini qəbul etdiyi hesab olunur (Əlavə 7) [2] .

 

Maddə 4

Üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin readmissiyası

 

1. Üzv Dövlətin müraciəti əsasında və bu Sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən, Azərbaycan Sorğu edən Üzv Dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən hər hansı üçüncü ölkə vətəndaşlarını və ya vətəndaşlığı olmayan şəxsləri readmissiya edir, əgər sübut olunsa və ya prima facie dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilsə ki, bu şəxslər:

(a) readmissiya müraciəti təqdim edilən anda Azərbaycan tərəfindən verilmiş etibarlı vizaya və ya yaşayış icazəsinə malikdirlər; və ya

(b) Azərbaycanın ərazisində qaldıqdan və ya tranzitlə keçdikdən sonra Üzv Dövlətin ərazisinə qeyri-qanuni və birbaşa daxil olmuşlar.

2.  1-ci bənddə qeyd olunan readmissiya öhdəliyi aşağıdakı hallarda tətbiq edilmir:

(a) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanın beynəlxalq hava limanında yalnız tranzit uçuş zonasında olmuşdur;

(b) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs Sorğu edən Üzv Dövlətin ərazisinə vizasız giriş hüququndan yararlanmışdır.

3.  7(2)-ci maddəyə xələl gətirmədən, Azərbaycan readmissiya müraciətinə müsbət cavab verdikdən sonra, Sorğu edən Üzv Dövlət readmissiyası məqbul bilinən şəxsə Avropa İttifaqının ölkədən çıxarılma məqsədi ilə verdiyi standart səyahət sənədini verir (Əlavə 7)1.

 

Bölmə II

İTTİFAQIN READMİSSİYA İLƏ BAĞLI ÖHDƏLİKLƏRİ

 

Maddə 5

Öz vətəndaşlarının readmissiyası

 

1. Azərbaycanın müraciəti əsasında və bu Sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən, Üzv Dövlət Azərbaycanın ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən, həmin Üzv Dövlətin vətəndaşı olması sübut olunan və ya prima facie dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir.

2. Üzv Dövlət həmçinin aşağıdakı şəxsləri readmissiya edir:

(a) 1-ci bənddə göstərilən şəxslərin doğum yeri və ya vətəndaşlığından asılı olmayaraq yetkinlik yaşına çatmamış subay uşaqları, əgər onlar Azərbaycanda müstəqil yaşamaq hüququna malik deyillərsə;

(b) 1 -ci bənddə göstərilən şəxslərin Sorğu edilən Üzv Dövlətin ərazisinə daxil olmaq və qalmaq hüququna malik olan və ya bu hüquqa yiyələnən, digər ölkənin vətəndaşı olan və ya heç bir vətəndaşlığı olmayan ərləri/arvadları, əgər onlar Azərbaycanda müstəqil yaşamaq hüququna malik deyillərsə.

3.  Üzv Dövlət, həmçinin, Azərbaycanın ərazisinə daxil olduqdan sonra Üzv Dövlətin vətəndaşlığından həmin dövlətin qanunvericiliyinə uyğun olaraq məhrum edilən və ya imtina edən, Azərbaycanın ərazisində qeyri-qanuni qalan və ya yaşayan şəxsləri, əgər bu şəxslər Azərbaycandan vətəndaşlığa qəbul edilmək barədə ən azı vəd almamışlarsa, readmissiya edir.

4. Sorğu edilən Üzv Dövlət readmissiya ilə bağlı müraciətə müsbət cavab verdikdən sonra, həmin Üzv Dövlətin aidiyyəti diplomatik nümayəndəlik və ya konsulluğu readmissiya olunacaq şəxsin istəyindən asılı olmayaraq, readmissiya olunacaq şəxsə qayıdış üçün tələb olunan və etibarlılıq müddəti 150 gün olan səyahət sənədini ödənişsiz və beş iş günündən gec olmayaraq verir. Əgər Sorğu edilən Üzv Dövlət beş iş günü müddətində səyahət sənədini verməzsə, onun Azərbaycanın ölkədən çıxarılma məqsədi ilə verdiyi standart səyahət sənədini qəbul etdiyi hesab olunur (Əlavə 8).

5. Əgər hüquqi və ya faktiki səbəblərdən aidiyyəti olan şəxs əvvəl verilmiş səyahət sənədinin etibarlılıq müddətində ötürülə bilmirsə, həmin Üzv Dövlətin aidiyyəti diplomatik nümayəndəlik və ya konsulluğu beş iş günü ərzində, ödənişsiz, etibarlılıq müddəti eyni olan yeni səyahət sənədi verir. Əgər həmin Üzv Dövlət beş iş günü müddətində yeni səyahət sənədini verməzsə, onun Azərbaycanın ölkədən çıxarılma məqsədi ilə verdiyi standart səyahət sənədini qəbul etdiyi hesab olunur (Əlavə 8).

 


Maddə 6

Üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin readmissiyası

 

1. Azərbaycanın müraciəti əsasında və bu Sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən, Üzv Dövlət Azərbaycanın ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən bütün üçüncü ölkə vətəndaşlarını və ya vətəndaşlığı olmayan şəxsləri readmissiya edir, əgər sübut olunsa və ya prima facie dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilsə ki, bu şəxslər:

(a) readmissiya müraciəti təqdim edilən anda Sorğu edilən Üzv Dövlət tərəfindən verilmiş etibarlı vizaya və ya yaşayış icazəsinə malikdirlər; və ya

(b) Sorğu edilən Üzv Dövlətin ərazisində qaldıqdan və ya tranzitlə keçdikdən sonra Azərbaycanın ərazisinə qeyri-qanuni və birbaşa daxil olmuşlar.

2. 1-ci bənddə qeyd olunan readmissiya öhdəliyi aşağıdakı hallarda tətbiq edilmir:

(a) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanın beynəlxalq hava limanında yalnız tranzit uçuş zonasında olmuşdur;

(b) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs Sorğu edən Üzv Dövlətin ərazisinə vizasız giriş hüququndan yararlanmışdır.

3.  1-ci bənddə ehtiva olunan readmissiya öhdəliyi viza və ya yaşayış icazəsi vermiş Üzv Dövlətə aiddir. Əgər iki və ya daha artıq Üzv Dövlət viza və ya yaşayış icazəsi vermişlərsə, 1-ci bənddə ehtiva olunan readmissiya öhdəliyi daha uzun etibarlılıq müddəti olan sənəd vermiş Üzv Dövlətə, yaxud da sənədlərin biri və ya bir neçəsinin etibarlılıq müddəti bitmişdirsə, hələ də etibarlı olan sənədi vermiş Üzv Dövlətə aiddir. Əgər sənədlərin hamısının etibarlılıq müddəti bitmişdirsə, 1-ci bənddə ehtiva olunan readmissiya öhdəliyi etibarlılıq müddəti ən sonda bitən sənədi vermiş Üzv Dövlətə aiddir. Əgər heç bir belə sənəd təqdim edilə bilməzsə, 1 -ci bənddə ehtiva olunan readmissiya öhdəliyi ərazisi sonuncu tərk edilən Üzv Dövlətə aiddir.

4.  7(2)-ci maddəyə xələl gətirmədən, Üzv Dövlət readmissiya müraciətinə müsbət cavab verdikdən sonra, Azərbaycan readmissiyası məqbul bilinən şəxsə onun qayıdışı üçün tələb olunan səyahət sənədi verir (Əlavə 8).

 

Bölmə III

READMİSSİYA PROSEDURU

 

Maddə 7

Prinsiplər

 

1.  2-ci bənddə qeyd olunan şərtlər istisna olmaqla, 3-6-cı maddələrdə ehtiva olunan öhdəliklərdən hər hansı birinin əsasında readmissiya edilməli olan şəxsin ötürülməsi Sorğu edilən Dövlətin səlahiyyətli orqanına readmissiya müraciətinin təqdim edilməsini tələb edir.

2. Readmissiya edilməli olan şəxs Sorğu edilən Dövlətin etibarlı səyahət sənədinə, üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxslərin halında isə, həmçinin etibarlı vizasına və ya yaşayış icazəsinə malikdirsə, bu şəxsin ötürülməsi Sorğu edən Dövlətin Sorğu edilən Dövlətin səlahiyyətli orqanına readmissiya müraciətini, Sorğu edilən Dövlətin vətəndaşı halında isə, həmçinin 12(l)-ci maddədə istinad edilən yazılı bildirişi təqdim etmədən həyata keçirilə bilər.

3.  2-ci bəndə xələl gətirməmək şərti ilə, əgər şəxs bilavasitə Sorğu edilən Dövlətin ərazisindən gələrkən sərhədi qeyri-qanuni keçdikdən sonra Sorğu edən Dövlətin dəniz limanları və beynəlxalq hava limanlarının ərazisində və ya bu ərazidən 15 kilometrədək genişlənən ərazidə, o cümlədən gömrük zonasında saxlanılmışdırsa, Sorğu edən Dövlət readmissiya müraciətini həmin şəxsin saxlanılmasından sonrakı iki iş günü ərzində təqdim edə bilər (sürətləndirilmiş prosedur).

 

Maddə 8

Readmissiya müraciəti

 

1. Readmissiya müraciəti, mümkün qədər əhatəli şəkildə, aşağıdakı məlumatı ehtiva etməlidir:

(a) readmissiya edilməli olan şəxsə dair xüsusi məlumat (məs., adı, soyadı, doğum tarixi və mümkünsə, doğum yeri və son yaşayış yeri) və aidiyyəti olduqda, yetkinlik yaşına çatmamış subay uşaqları və/və ya əri/arvadı barədə xüsusi məlumat;

(b) öz ölkə vətəndaşları ilə bağlı, 1 və 2 saylı əlavələrdə sadalanan vətəndaşlığı sübut edən və ya prima facie dəlilləri ehtiva edən vasitələrin göstərilməsi;

(c) üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlı, 3 və 4 saylı əlavələrdə sadalanan, üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin readmissiyasını şərtləndirən sübut və ya prima facie dəlilləri ehtiva edən vasitələrin göstərilməsi;

(d) readmissiya edilməli olan şəxsin fotoşəkli.

2. Readmissiya müraciəti, mümkün qədər əhatəli şəkildə, aşağıdakı məlumatı da ehtiva etməlidir:

(a) ötürülməli olan şəxsin köməyə və ya qayğıya ehtiyacı olduğunu bildirən bəyanat, bir şərtlə ki, həmin şəxs belə bir bəyanatın verilməsinə açıq-aşkar razılığını bildirmişdir;

(b) fərdi ötürülmə halında zəruri ola biləcək qoruma, təhlükəsizlik tədbiri və ya şəxsin səhhəti ilə bağlı məlumat.

3. Readmissiya müraciətləri üçün istifadə edilməli olan ümumi forma bu Sazişə 5 saylı Əlavədə verilmişdir.

4. Readmissiya müraciəti hər hansı kommunikasiya vasitələri ilə, o cümlədən faks, elektron poçt və s. ilə təqdim edilə bilər.

 

Maddə 9

Vətəndaşlığa dair dəlillər

 

1.  3(1) və 5(l)-ci maddələrə uyğun olaraq, vətəndaşlıq xüsusən bu Sazişin 1 saylı Əlavəsində sadalanan və hətta etibarlılıq müddəti ən çoxu altı ay əvvəl bitmiş sənədlər vasitəsilə sübut edilə bilər. Bu cür sənədlər təqdim edildiyi halda, Azərbaycan və Üzv Dövlətlər əlavə təhqiqat aparmadan vətəndaşlığı qarşılıqlı olaraq tanıyırlar. Vətəndaşlıq saxta sənədlər vasitəsilə sübut edilə bilməz.

2.  3(1) və 5(l)-ci maddələrə uyğun olaraq vətəndaşlıq məxsusi olaraq, bu Sazişin 2 saylı Əlavəsində prima facie dəlillər kimi sadalanan sənədlər vasitəsilə, onların etibarlılıq müddəti bitmiş olsa belə, müəyyən edilə bilər. Bu cür sənədlər təqdim edildiyi halda, Azərbaycan və Üzv Dövlətlər əksini sübut etməzlərsə, vətəndaşlıq müəyyən edilmiş hesab olunur. Vətəndaşlıq prima facie dəlil olaraq saxta sənədlər vasitəsilə müəyyən edilə bilməz.

3.  1 və ya 2 saylı əlavələrdə sadalanan sənədlərdən heç biri təqdim edilə bilmirsə və ya natamamdırsa və bu əsaslandırılmışdırsa, Sorğu edilən Dövlətin müvafiq diplomatik nümayəndəliyi və ya konsulluğu, Sorğu edən Dövlətin readmissiya müraciətinə daxil edilmiş sorğusu əsasında, qeyri-zəruri yubanmaya yol vermədən və müraciət olunan gündən sonrakı beş iş günündən gec olmayaraq readmissiya edilməli olan şəxsin vətəndaşlığını müəyyənləşdirmək üçün onu sorğu-sual (müsahibə) edir.

4.  Bu cür sorğu-sual (müsahibə) proseduru bu Sazişin 20-ci maddəsində nəzərdə tutulmuş icra protokollarında təsbit edilə bilər.


Maddə 10

Üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərə dair dəlillər

 

1. 4(1) və 6(l)-ci maddələrdə təsbit olunduğu kimi, üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin readmissiyasını şərtləndirən sübutlar məxsusi olaraq bu Sazişin 3 saylı Əlavəsində sadalanan dəlillər vasitəsilə təqdim edilə bilər; onlar saxta sənədlər vasitəsilə təqdim edilə bilməz. İstənilən bu cür sübut əlavə təhqiqat aparılmadan Azərbaycan və Üzv Dövlətlər tərəfindən qarşılıqlı olaraq tanınır.

2.  4(1) və 6(l)-ci maddələrdə təsbit olunduğu kimi, üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin readmissiyasını şərtləndirən prima facie dəlillər məxsusi olaraq bu Sazişin 4 saylı Əlavəsində sadalanan sənədlər vasitəsilə təqdim edilə bilər; onlar saxta sənədlər vasitəsilə təqdim edilə bilməz. Bu cür prima facie dəlillər təqdim edildiyi halda, Azərbaycan və Üzv Dövlətlər əksini sübut etməzlərsə, şərtlərin təsbit olunduğunu hesab etmiş olurlar.

3.  Giriş, qalma və ya yaşayışın qeyri-qanuniliyi, üzərində Sorğu edən Dövlətin vizası və ya ərazisində yaşayış icazəsi olmayan aidiyyəti şəxsin səyahət sənədləri əsasında müəyyən edilir. Şəxsin lazımi səyahət sənədlərinə, vizaya və ya yaşayış icazəsinə malik olmaması barədə Sorğu edən Dövlətin bəyanatı qeyri-qanuni giriş, qalma və ya yaşayışın prima facie dəlilini doğurur.

 

Maddə 11

Vaxt məhdudiyyətləri

 

1. Readmissiya üçün müraciət Sorğu edən Dövlətin səlahiyyətli orqanı üçüncü ölkə vətəndaşının və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərə əməl etməməsi və ya bu şərtləri artıq yerinə yetirməməsi barədə məlumatı əldə etdikdən sonra ən çoxu altı ay ərzində Sorğu edilən Dövlətin səlahiyyətli orqanına təqdim edilir. Müraciətin vaxtında təqdim edilməsində hüquqi və ya faktiki maneələr olduqda, vaxt məhdudiyyəti Sorğu edən Dövlətin müraciəti əsasında, lakin yalnız maneələr aradan qaldırılana qədər uzadılır.

2. Readmissiya müraciəti yazılı şəkildə cavablandırılır:

(a) müraciət sürətləndirilmiş prosedura (Maddə 7(3)) əsasən edilərsə, iki iş günü ərzində;

(b) bütün digər hallarda 15 təqvim günü ərzində.

Bu vaxt məhdudiyyəti readmissiya müraciətinin alındığının təsdiqləndiyi tarixdən hesablanmağa başlanır. Bu vaxt məhdudiyyəti ərzində cavab olmadıqda, ötürülmə razılaşdırılmış hesab edilir.

Readmissiya müraciətinə cavab hər hansı kommunikasiya üsulu ilə, o cümlədən elektron vasitələrlə, məsələn, faks, elektron poçt və s. ilə təqdim edilə bilər.

3. Readmissiya müraciətinə imtinanın səbəbləri yazılı şəkildə verilir.

4. Razılıq verildikdən sonra və ya 2-ci bənddə müəyyən edilmiş vaxt məhdudiyyətinin bitməsindən sonra aidiyyəti şəxs üç ay ərzində ötürülür. Sorğu edən Dövlətin müraciəti əsasında, bu vaxt məhdudiyyəti hüquqi və ya praktiki maneələri aradan qaldırmaq üçün tələb olunan vaxta qədər uzadıla bilər.

 

Maddə 12

Ötürülmə üsulları və nəqliyyat rejimləri

 

1. 7(2)-ci maddəyə xələl gətirmədən, şəxsin qaytarılmasından əvvəl, Sorğu edən Dövlətin səlahiyyətli orqanları ötürülmənin tarixi, sərhəd buraxılış məntəqəsi, mümkün müşayiətlər və ötürülmə ilə bağlı digər məlumatı yazılı şəkildə on azı 3 iş günü əvvəlcədən Sorğu edilən Dövlətin səlahiyyətli orqanlarına bildirirlər.

2.  Daşınma hava və ya dəniz yolu daxil olmaqla, hər hansı vasitələrlə edilə bilər. Hava yolu ilə qayıdış yalnız Azərbaycan və ya Üzv Dövlətlərin milli daşıyıcıları ilə məhdudlaşdırılmır. Qayıdış müntəzəm və ya çarter reysləri ilə də edilə bilər. Müşayiət olunan qayıdışlarda belə müşayiətçilər yalnız Sorğu edən Dövlətin səlahiyyətli şəxsləri ilə məhdudlaşdırılmır, bu şərtlə ki, onlar Azərbaycan və ya hər hansı Üzv Dövlət tərəfindən salahiyyətləndirilmiş şəxslərdir.

3. Ötürülmə hava yolu ilə həyata keçirildikdə, mümkün müşayiətçilər zəruri vizaların alınmasından azad edilirlər.

 

Maddə 13

Yanlış readmissiya

 

Bu Sazişin 3-6-cı maddələrində qeyd olunan tələblərin yerinə yetirilməməsi müvafiq şəxsin ötürülməsindən sonra altı ay, üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlı isə 12 ay ərzində müəyyən edilərsə, Sorğu edən Dövlət Sorğu edilən Dövlətin readmissiya etdiyi hər hansı şəxsi geriyə götürür.

Belə hallarda bu Sazişin prosessual müddəaları mutatis mutandis tətbiq edilir və geriyə qaytarılmalı olan şəxsin həqiqi kimliyi və vətəndaşlığı ilə əlaqədar bütün mövcud məlumat təqdim edilir.

 

Bölmə IV

TRANZİT ƏMƏLİYYATLARI

 

Maddə 14

Prinsiplər

 

1. Üzv Dövlətlər və Azərbaycan üçüncü ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin tranzitini yalnız onların təyinat dövlətinə birbaşa qaytarıla bilmədikləri hallarda həyata keçirirlər.

2. Digər mümkün tranzit Dövlətlərdən keçməyə və təyinat Dövləti tərəfindən readmissiyaya zəmanət olduqda, Üzv Dövlət sorğu edərsə, Azərbaycan üçüncü ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin tranzitinə icazə verir; eyni qaydada Azərbaycan sorğu edərsə, Üzv Dövlət üçüncü ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin tranzitinə icazə verir.

3. Azərbaycan və ya Üzv Dövlət tranzitdən aşağıdakı hallarda imtina edə bilər:

(a) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs təyinat Dövlətində və ya digər tranzit Dövlətdə onun irqi, dini, milliyyəti, xüsusi ictimai qrupa mənsubiyyəti və yaxud siyasi əqidəyə malik olması səbəbindən işgəncə və ya qeyri-insani və ya alçaldıcı rəflar, yaxud cəza və ya ölüm cəzası, yaxud da təqib edilmə kimi həqiqi təhlükəyə məruz qalarsa; yaxud

(b) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs təyinat Dövlətində və ya digər tranzit Dövlətdə cinayət məsuliyyətinə cəlb edilərsə; yaxud da

(c) ictimai sağlamlıq, milli təhlükəsizlik, ictimai asayiş və ya Sorğu edilən Dövlətin digər milli maraqları əsasında.

4. Tranzit əməliyyatı zamanı 3-cü bənddə qeyd olunan hallar yaranarsa və ya aşkarlanarsa, yaxud da digər mümkün tranzit Dövlətlərdən keçməyə və ya təyinat Dövləti tərəfindən readmissiyaya zəmanət artıq olmadıqda, Azərbaycan və ya Üzv Dövlət verilmiş hər hansı icazəni ləğv edə bilər. Bu halda, Sorğu edən Dövlət üçüncü ölkə vətəndaşını və ya vətəndaşlığı olmayan şəxsi zəruri şəkildə və yubanmadan geri götürür.

 

Maddə 15

Tranzit proseduru

 

1. Tranzit əməliyyatları üçün müraciət Sorğu edilən Dövlətin səlahiyyətli orqanına yazılı şəkildə təqdim edilir və aşağıdakı məlumatı özündə əks etdirməlidir:

(a) tranzitin növü (hava, dəniz və ya quru yolu ilə), mümkün olan digər tranzit Dövlətləri və müəyyən edilmiş sonuncu təyinat məntəqəsi;

(b) aidiyyəti olan şəxs barədə xüsusi məlumat (məs., adı, soyadı, qızlıq soyadı, istifadə olunan/tanınan digər adları və ya təxəllüsləri, doğulduğu tarix, cinsi və mümkün olduqda, doğulduğu yer, vətəndaşlığı, dili və səyahət sənədinin növü və nömrəsi);

(c) nəzərdə tutulan sərhəd buraxılış məntəqəsi, ötürülmənin vaxtı və müşayiətçilərdən istifadənin mümkünlüyü;

(d) Sorğu edən Dövlətin fikrincə 14(2)-ci maddənin şərtlərinin yerinə yetirildiyi və 14(3)-cü maddəyə əsasən imtinaya əsas verəcək səbəblərin məlum olmadığı barədə bəyanat.

Tranzit müraciətləri üçün istifadə olunan ümumi forma bu Sazişə 6 saylı Əlavədə verilmişdir.

Tranzit müraciəti hər hansı kommunikasiya üsulu ilə, o cümlədən elektron vasitələrlə, məsələn faks, elektron poçt və s. ilə təqdim edilə bilər.

2. Sorğu edilən Dövlət müraciəti aldıqdan sonra beş iş günü ərzində Sorğu edən Dövləti sərhəd buraxılış məntəqəsini və nəzərdə tutulan qəbuletmə vaxtını təsdiq edən qəbuletmə razılığı barədə və ya qəbuletmədən imtina və belə imtinanın səbəbləri barədə yazılı şəkildə məlumatlandırır. Beş iş günü ərzində cavab olmadıqda, tranzit razılaşdırılmış hesab edilir.

Tranzit müraciətinə cavab hər hansı kommunikasiya üsulu ilə, o cümlədən elektron vasitələrlə, məsələn faks, elektron poçt və s. İlə təqdim edilə bilər.

3. Tranzit əməliyyatı hava yolu ilə həyata keçirildikdə readmissiya edilməli olan şəxs və mümkün müşayiətçilər hava limanı tranzit vizası almaqdan azad edilirlər.

4. Sorğu edilən Dövlətin səlahiyyətli orqanları qarşılıqlı məsləhətləşmələr şərti ilə tranzit əməliyyatlarında xüsusilə aidiyyəti olan şəxslərə nəzarət və bu məqsədlə əlverişli şərait yaratmaq vasitəsilə yardım edirlər.

5. Başqa hal razılaşdırılmazsa, şəxslərin tranziti müraciətə razılıq alındıqdan sonra 30 gün ərzində həyata keçirilir.

 

Bölmə V

XƏRCLƏR

 

Maddə 16

Nəqliyyat və tranzit xərcləri

 

Səlahiyyətli orqanların readmissiya edilməli olan şəxsdən və ya üçüncü tərəflərdən readmissiya ilə bağlı xərclərinin kompensasiyasını almaq hüququna xələl gətirmədən, bu Sazişə müvafiq olaraq readmissiya və tranzit əməliyyatlarından irəli gələn sonuncu təyinat Dövlətinin sərhədinə qədər bütün nəqliyyat xərcləri Sorğu edən Dövlət tərəfindən ödənilir.

 


Bölmə VI

MƏLUMATIN MÜHAFİZƏSİ VƏ DİGƏR BEYNƏLXALQ ÖHDƏLİKLƏRLƏ ƏLAQƏ

 

Maddə 17

Məlumatın mühafizəsi

 

Şəxsə aid olan məlumat yalnız o halda verilir ki, vəziyyətdən asılı olaraq bu məlumatın verilməsi Azərbaycanın və ya Üzv Dövlətin səlahiyyətli orqanları tərəfindən bu Sazişin həyata keçirilməsi üçün zəruridir. Hər bir ayrıca halda şəxsə aid olan məlumatın təhlili və istifadəsi Azərbaycanm daxili qanunvericiliyinə, əgər nəzarətedici qurum Üzv Dövlətin səlahiyyətli orqanıdırsa, 95/46/EC Direktivinin və həmin Üzv Dövlətin bu Direktivə uyğun olaraq qəbul etdiyi milli qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir. Əlavə olaraq aşağıdakı prinsiplər tətbiq edilir:

(a) şəxsə aid olan məlumat qərəzsiz və qanunauyğun təhlil edilməlidir;

(b) şəxsə aid olan məlumat yalnız bu Sazişin həyata keçirilməsi üçün müəyyən edilmiş, aydın və qanuni məqsədlə toplanmalıdır və bu məqsədə uyğun olmayan şəkildə, nə ötürən, nə də qəbul edən orqan tərəfindən artıq istifadə edilməməlidir;

(c) şəxsə aid olan məlumat tələblərə uyğun, işə aid olmalı və onun toplanması və/və ya sonrakı təhlili məqsədi üçün tələb olunandan artıq olmamalıdır; xüsusilə verilən şəxsə aid olan məlumat yalmz aşağıdakıları ehtiva edə bilər:

- ötürülməli olan şəxs barədə xüsusi məlumat (məs., adı, soyadı, əvvəlki adları, istifadə olunan/tanınan digər adları və ya təxəllüsləri, cinsi, vətəndaşlıq vəziyyəti, doğulduğu tarix və yer, hazırkı və hər hansı əvvəlki vətəndaşlığı),

- pasport, şəxsiyyət vəsiqəsi və ya sürücülük vəsiqəsi (nömrəsi, etibarlılıq müddəti, verilmə tarixi, verən orqan, verilən yer),

- səyahətdə dayanacaqlar və marşrutlar;

- ötürülməli olan şəxsi müəyyən etmək və ya bu Sazişə uyğun olaraq readmissiya tələblərini yoxlamaq üçün lazım olan digər məlumat;

(d) şəxsə aid olan məlumat düzgün olmalı və zəruri halda yenilənməlidir;

(e) şəxsə aid olan məlumat faktların yığılması və ya onların sonrakı təhlili məqsədi üçün tələb olunandan artıq olmamalı və yalnız məlumat subyektlərinin müəyyən edilməsinə imkan verən formada saxlanılmalıdır;

(f) məlumatın təhlili bu maddənin müddəalarına uyğun aparılmadıqda, xüsusilə də məlumat qeyri-adekvat, aidiyyətsiz, qeyri-düzgün və ya onun təhlili məqsədinə münasibətdə həddən artıq olduqda həm məlumatı təqdim edən, həm də qəbul edən orqan şəxsə aid olan məlumatın müvafiq şəkildə təshih edilməsi, silinməsi və ya bloklaşdırılmasını təmin etmək üçün bütün məqsədyönlü tədbirləri görür. Bura məlumatın təshih edilməsi, silinməsi və ya bloklaşdrılmasına dair digər Tərəfə bildirişin verilməsi də daxildir;

(g) sorğu əsasında, məlumatı qəbul edən orqan təqdim edən orqanı təqdim edilmiş məlumatdan istifadə və ondan əldə edilmiş nəticələr barədə məlumatlandırır;

(h) şəxsə aid olan məlumat yalnız səlahiyyətli orqanlara təqdim edilə bilər. Məlumatın sonradan digər orqanlara ötürülməsi məlumatı təqdim edən orqanın əvvəlcədən razılığını tələb edir;

(i) məlumatı təqdim edən və qəbul edən orqanların məlumatın təqdim edilməsi və qəbulunun yazılı qeydiyyatını aparmaq öhdəlikləri vardır.

 


Maddə 18

Digər beynəlxalq öhdəliklərlə əlaqə

 

1. Bu Saziş İttifaqın, onun Üzv Dövlətlərinin və Azərbaycanın beynəlxalq hüquqdan, o cümlədən onların Üzv olduqları beynəlxalq konvensiyalardan, xüsusilə də 2-ci maddədə sadalanan beynəlxalq sənədlərdən və aşağıdakı sənədlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir:

- sığınacaq üçün edilmiş müraciətlərə baxılmasına məsul olan Dövləti müəyyənləşdirən beynəlxalq konvensiyalar;

- ekstradisiya və tranzit haqqında beynəlxalq konvensiyalar;

- xarici vətəndaşların readmissiyası haqqında çoxtərəfli beynəlxalq konvensiyalar və sazişlər, məsələn Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya.

2. Bu Sazişin heç bir müddəası digər rəsmi və ya qeyri-rəsmi razılaşmalara əsasən şəxsin qaytarılmasına mane olmur.

 

Bölmə VII

HƏYATA KEÇİRİLMƏ VƏ TƏTBİQ

 

Maddə 19

Birgə readmissiya komitəsi

 

1. Razılığa gələn Tərəflər bu Sazişin tətbiqi və təfsirində bir-birlərinə qarşılıqlı yardım edəcəklər. Bu məqsədlə onlar xüsusilə aşağıdakı vəzifələrin yerinə yetirilməsi üçün birgə Readmissiya Komitəsi (bundan sonra - Komitə) yaradırlar:

(a) bu Sazişin tətbiqinə nəzarət etmək;

(b) Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqindən irəli gələn məsələləri həll etmək;

(c) bu Sazişin vahid tətbiqi üçün zəruri tədbirlərin həyata keçirilməsi barədə qərar qəbul etmək;

(d) 20-ci maddəyə uyğun olaraq hər bir Üzv Dövlətin Azərbaycanla tərtib etdiyi icra protokolları barədə mütəmadi məlumat mübadiləsi aparmaq;

(e) bu Sazişə və onun əlavələrinə dəyişikliklər tövsiyə etmək.

2. Komitənin qərarları Razılığa gələn Tərəflər üçün məcburidir.

3. Komitə İttifaq və Azərbaycanın nümayəndələrindən ibarətdir.

4. Komitə zəruri hallarda Razılığa gələn Tərəflərdən birinin sorğusu əsasında iclas keçirir.

5. Komitə özünün prosedur qaydalarını müəyyən edir.

 

Maddə 20

İcra protokolları

 

1. Bu Sazişin birbaşa tətbiqinə xələl gətirmədən, Üzv Dövlətin və ya Azərbaycanın sorğusu əsasında, Azərbaycan və Üzv Dövlət xüsusilə aşağıdakılara dair qaydaların əhatə edilməsi üçün icra protokolu tərtib edirlər:

(a) səlahiyyətli orqanların, sərhəd buraxılış məntəqələrinin və əlaqələndirici şəxslərin müəyyən edilməsi;

(b) üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin müşayiət altında tranziti daxil olmaqla müşayiət olunan qayıdışların şərtləri;

(c) bu Sazişin 1 -4-cü əlavələrində sadalananlara əlavə vasitə və sənədlər;

(d) sürətləndirilmiş prosedura əsasən readmissiyanın üsulları;

(e) sorğu-sual prosedurları.

 

2.  1-ci bənddə qeyd olunan icra protokolları yalnız 19-cu maddədə istinad edilən Readmissiya Komitəsinə bildirildikdən sonra qüvvəyə minir.

3. Azərbaycan digər Üzv Dövlətlə münasibətlərində sonuncunun sorğusu əsasında bir Üzv Dövlətlə tərtib etdiyi icra protokolunun hər hansı müddəasını tətbiq etməyə razılaşır. Bir Üzv Dövlətin Azərbaycan ilə tərtib etdiyi icra protokolunun hər hansı müddəasını sonuncunun xahişi ilə digər Üzv Dövlətlər də Azərbaycan ilə münasibətlərində tətbiq etməyə razılaşırlar; bu, həmin icra protokolunun digər Üzv Dövlətlərə tətbiqinin praktiki mümkünlüyündən asılı olacaqdır.

 

Maddə 21

Üzv Dövlətlərin ikitərəfli readmissiya sazişləri və ya razılaşmaları ilə əlaqəsi

 

20-ci maddəyə əsasən hər bir Üzv Dövlətlə Azərbaycan arasında bağlanmış və ya bağlana bilən icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında hər hansı saziş və ya razılaşmanın müddəaları bu Sazişin müddəaları ilə ziddiyyət təşkil edərsə, bu Sazişin müddəalarına üstünlük verilir.

 

Bölmə VIII

YEKÜN MÜDDƏALAR

 

Maddə 22

Tətbiq olunduğu ərazi

 

1. 2-ci bəndə uyğun olaraq, bu Saziş Avropa İttifaqı haqqında Müqavilənin və Avropa İttifaqının fəaliyyəti haqqında Müqavilənin qüvvədə olduğu əraziyə və Azərbaycanın ərazisinə münasibətdə tətbiq edilir.

2. Bu Saziş Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və İrlandiyanın ərazisinə münasibətdə yalnız Avropa İttifaqı tərəfindən Azərbaycana müvafıq bildiriş verildikdən sonra tətbiq edilir.

3. Bu Saziş Danimarka Krallığının ərazisinə münasibətdə tətbiq edilmir.

 

Maddə 23

Qüvvəyə minmə, müddət və ləğvetmə

 

1. Bu Saziş Razılığa gələn Tərəflərin müvafiq prosedurlarına uyğun olaraq onlar tərəfindən ratifikasiya və ya təsdiq edilir.

2. Bu Saziş birinci bənddə qeyd olunan prosedurların tamamlandığı barədə sonuncu Razılığa gələn Tərəfın digərinə bildiriş göndərdiyi tarixdən sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.

3. Bu Saziş Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına və İrlandiyaya münasibətdə 22(2)-ci maddədə qeyd olunan bildirişin tarixindən sonrakı ikinci ayın birinci günü tətbiq edilir.

4. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır.

5. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfə rəsmi qaydada bildirməklə və 19-cu maddədə qeyd olunan komitə ilə əvvəlcədən məsləhətləşməklə bu Sazişin həyata keçirilməsini tam və ya qismən müvəqqəti olaraq dayandıra bilər. Dayandırma belə bildirişin verildiyi gündən sonrakı ikinci gün qüvvəyə minir.

6. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfə rəsmi qaydada bildirməklə bu Sazişi ləğv edə bilər. Bu Sazişin tətbiq edilməsi belə bildirişin tarixindən altı ay sonra dayandırılır.

 

Maddə 24
Bu Sazişə düzəlişlər

 

Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə və düzəlişlər edilə bilər. Əlavə və düzəlişlər bu Sazişin ayrılmaz tərkib hissəsini təşkil edən və bu Sazişin 23-cü maddəsində göstərilmiş prosedura uyğun olaraq qüvvəyə minən ayrıca protokollar şəklində tərtib edilir.

 

Maddə 25

Əlavələr

 

1-8 saylı əlavələr bu Sazişin ayrılmaz tərkib hissəsini təşkil edir.

28 fevral 2014-cü il tarixində Brüssel şəhərində hər biri Azərbaycan, bolqar, xorvat, çex, danimarka, holland, ingilis, eston, fin, fransız, alman, yunan, macar, italyan, latış, litva, malta, polyak, portuqal, rumın, slovak, sloven, ispan, isveç dillərində olmaqla iki nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.

 

Azərbaycan Respublikası

Avropa İttifaqı

adından

adından

(imza)   

(imza)

 

           

 


ƏLAVƏ 1

 

Təqdim edilməsi vətəndaşlığın sübutu hesab edilən sənədlərin ümumi siyahısı

 

(Maddələr 3(1), 5(1) və 9(1))

 

hər hansı növ pasport (milli pasportlar, ümumvətəndaş pasportları, diplomatik pasportlar, xidməti pasportlar, rəsmi pasportlar, kollektiv pasportlar və surroqat pasportlar, o cümlədən uşaqların pasportları);

Sorğu edilən Dövlətin verdiyi laissez-passer;

dənizçilərin şəxsiyyət vəsiqələri istisna olmaqla, hər hansı növ şəxsiyyət vəsiqəsi (o cümlədən müvəqqəti).

 

 

ƏLAVƏ 2

 

Təqdim edilməsi vətəndaşlığın prima facie dəlili hesab edilən sənədlərin ümumi siyahısı

 

(Maddələr 3(1), 5(1) və 9(2))

 

bu Sazişin 1 saylı Əlavəsində sadalanan, etibarlılıq müddəti ən azı altı ay əvvəl bitmiş sənədlər;

bu Sazişin 1 saylı Əlavəsində sadalanan sənədlərin hər hansı birinin surəti;

vətəndaşlıq şəhadətnamələri və vətəndaşlığa istinad edən və ya onu aydın şəkildə göstərən digər rəsmi sənədlər;

sürücülük vəsiqələri və ya onların surətləri;

doğum şəhadətnamələri və ya onların surətləri;

şirkətin kimlik vəsiqələri və ya onların surətləri;

hərbi kitabçalar və hərbi kimlik vəsiqələri;

dənizçinin qeydiyyat kitabçası, kapitanın xidmət kartı, dənizçinin şəxsiyyət vəsiqəsi;

şahidlərin ifadələri;

aidiyyəti olan şəxsin ifadəsi və ya danışdığı dil, o cümlədən rəsmi dil testləri vasitəsilə müəyyən edilmiş;

aidiyyəti olan şəxsin vətəndaşlığını müəyyən etməyə imkan verən hər hansı digər sənəd;

barmaq izləri;

Viza İnformasiya Sistemində axtarış nəticəsində kimliyin təsdiqi;

Viza İnformasiya Sistemindən istifadə etməyən Üzv Dövlətlərə münasibətdə, həmin Üzv Dövlətin vizası üçün edilmiş müraciətin qeydiyyat sistemi əsasında kimliyin təsdiqi;

"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış Sistemi"ndə (İAMAS) aparılmış axtarışın nəticəsində kimliyın təsdiqi.

 

 


ƏLAVƏ 3

 

 

Üçüncü ölkə vətəndaşının və vətəndaşlığı olmayan şəxslərin readmissiyası üçün şərtlərin sübutu hesab edilən sənədlərin ümumi siyahısı

 

(Maddələr 4(1), 6(1) və 10(1))

 

Sorğu edilən Dövlətin verdiyi viza və/və ya yaşayış icazəsi;

aidiyyəti olan şəxsin səyahət sənədində giriş/çıxış möhürləri və ya oxşar qeydlər və ya giriş/çıxışın digər dəlilləri (məs. fotoşəkillər);

Sorğu edilən Dövlətdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi;

Sorğu edilən Dövlətdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən laissez-passer.

 

 

ƏLAVƏ 4

 

Üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin readmissiyası üçün şərtlərin prima facie dəlilləri hesab edilən sənədlərin ümumi siyahısı

 

(Maddələr 4(1), 6(1) və 10(2) maddələr))

 

aidiyyəti olan şəxsin Sorğu edən Dövlətin ərazisinə daxil olduqdan sonra yaxalanma yerinin və şərtlərinin həmin Dövlətin müvafiq qurumları tərəfindən verilmiş izahı;

şəxsin kimliyi və/və ya qalma yeri ilə bağlı beynəlxalq təşkilat (məs., BMTQAK) tərəfindən təqdim edilmiş məlumat;

ailə üzvləri, yol yoldaşları və s. şəxslər tərəfindən verilmiş məlumat və ya məlumatın təsdiqi;

aidiyyəti şəxsin Sorğu edilən Dövlətin ərazisində qaldığım aydın şəkildə göstərən sənədlər, şəhadətnamələr və qaimələr (məs., mehmanxana qaimələri, həkimlərin/diş həkimlərinin qəbuluna yazılma barədə kartlar, dövlət və ya özəl müəssisələrə buraxılışlar, avtomobil icarəsi müqavilələri, kredit kartı çekləri və s.);

aidiyyəti şəxsin adını və Sorğu edilən Dövlətin ərazisində olduğunu və hərəkət marşrutunu göstərən təyyarə, qatar, avtobus və ya gəmi bileti və/və ya sərnişin siyahısı;

aidiyyəti şəxsin kuryer və ya turizm agentliyinin xidmətlərindən faydalandığını göstərən məlumat;

xüsusilə sərhəd xidməti əməkdaşlarının və digər şahidlərin aidiyyəti şəxsin sərhədi keçməsinə dəlalət edən rəsmi ifadələri;

aidiyyəti şəxsin məhkəmə və ya inzibati proseslərdə verdiyi rəsmi bəyanat;

aidiyyəti şəxsin ifadəsi;

barmaq izləri.


 

 

ƏLAVƏ 5

 

.................................................

....................................................

.................................................

(Yer və tarix)

(Sorğu edən orqan)

 

 

 

İstinad:................................

 

Kimə

 

.................................................

 

.................................................

 

 

 

.................................................

 

(Sorğu edilən orqan)

 

 

 

SÜRƏTLƏNDİRİLMİŞ PROSEDUR (Maddə 7(3))

 

     MÜHASİBƏ XAHİŞİ (Maddə 9(3))

 

 

 

READMİSSİYA MÜRACİƏTİ

Azərbaycan Respublikası və Avropa İttifaqı arasında

İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında

28 fevral 2014-cü il tarixli Sazişin 8-ci maddəsinə uyğun olaraq

 

Надпись: Fotoşəkil

A. ŞƏXSİ MƏLUMAT

1. Tam adı (soyadın altından xətt çəkməli):

..................................................................................

2. Qızlıq soyadı:

..................................................................................

3. Doğum tarixi və yeri:

..................................................................................

4. Cinsi və fiziki göstəriciləri (boyu, gözlərinin rəngi, fərqləndirici əlamətləri və s.):

....................................................................................................................................................

5. Digər adları (əvvəlki adları, istifadə etdiyi/tanındığı digər adları və ya təxəllüsləri):

....................................................................................................................................................

6. Vətəndaşlığı və dili:

 

....................................................................................................................................................

7. Ailə vəziyyəti:

evli

subay

boşanmış

dul

 

Evlidirsə:

Ərinin/arvadının adı

 

....................................................................................................................................................

Əgər varsa, uşaqlarının adlan və yaşları

....................................................................................................................................................

....................................................................................................................................................

....................................................................................................................................................

8. Sorğu edilən Dövlətdə son ünvanı:

....................................................................................................................................................

 

 

B. ƏGƏR VARSA, ƏRI/ARVADI BARƏDƏ ŞƏXSİ MƏLUMAT

1. Tam adı (soyadın altından xətt çəkməli): ........................................................................

2. Qızlıq soyadı: .............................................................................................................................

3. Doğum tarixi və yeri: ..........................................................................................................

4. Cinsi və fiziki göstəriciləri (boyu, gözlərinin rəngi, fərqləndirici əlamətləri və s.):

.....................................................................................................................................................

5. Digər adlan (əvvəlki adlan, istifadə etdiyi/tanındığı digər adları və ya təxəllüsləri):

.....................................................................................................................................................

6. Vətəndaşlığı və dili:

 

.....................................................................................................................................................

 

 

C. ƏGƏR VARSA, UŞAQLARI BARƏDƏ ŞƏXSİ MƏLUMAT

1. Tam adı (soyadın altından xətt çəkməli):..........................................................................

2. Doğum tarixi və yeri:..............................................................................................................

3. Cinsi və fıziki göstəriciləri (boyu, gözlərinin rəngi, fərqləndirici əlamətləri və s.):

.....................................................................................................................................................

4. Vətəndaşlığı və dili:

.....................................................................................................................................................

 

 

D.  ÖTÜRÜLƏN ŞƏXSƏ DAIR XÜSUSİ HALLAR

 

 

1. Səhhəti

(məs., xüsusi tibbi qayğıya mümkün ehtiyac; yoluxucu xəstəliklərinin latın adları):

.....................................................................................................................................................

2. Xüsusilə təhlükəli olan şəxsin göstəriciləri

(məs., ciddi qanun pozuntusunda şübhəli bilinməsi; təcavüzkar davranış):

.....................................................................................................................................................

 

 

E. ƏLAVƏ OLUNAN DƏLILLƏR

1. .................................................................

.................................................................

(Pasport nömrəsi)

(verilmə tarix və yeri)

....................................................................

.................................................................

(verən orqan)

(etibarlıdır)

2. .................................................................

.................................................................

(şəxsiyyət vəsiqəsinin nömrəsi)

(verilmə tarix və yeri)

....................................................................

.................................................................

(verən orqan)

(etibarlıdır)

3. ....................................................................

....................................................................

(sürücülük vəsiqəsinin nömrəsi)

(verilmə tarixi və yer)

....................................................................

.................................................................

(verən orqan)

(etibarlıdır)

4. ....................................................................

....................................................................

(digər rəsmi sənədin nömrəsi)

(verilmə tarixi və yeri)

....................................................................

.................................................................

(verən orqan)

(etibarlıdır)

 

 

F. QEYDLƏR

 

.....................................................................................................................................................

.....................................................................................................................................................

.....................................................................................................................................................

 

 

............................................................

 

(imza) (möhür/ştamp)

 

 


 

 

ƏLAVƏ 6

 

.................................................

....................................................

.................................................

(Yer və tarix)

(Sorğu edən orqan)

 

 

 

İstinad:...................................

 

Kimə

 

.................................................

 

.................................................

 

 

 

.................................................

 

(Sorğu edilən orqan)

 

 

 

SÜRƏTLƏNDİRİLMİŞ PROSEDUR (Maddə 7(3))

 

     MÜHASİBƏ XAHİŞİ (Maddə 9(3))

 

 

 

TRANZİT MÜRACİƏTİ

Azərbaycan Respublikası və Avropa İttifaqı arasında

icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında

28 fevral 2014-cü il tarixli Sazişin 15-ci maddəsinə uyğun olaraq

 

Надпись: Fotoşəkil

A. ŞƏXSİ MƏLUMAT

1. Tam adı (soyadın altından xətt çəkməli):

..................................................................................

2. Qızlıq soyadı:

..................................................................................

3. Doğum tarixi və yeri:

..................................................................................

4. Cinsi və fiziki göstəriciləri (boyu, gözlərinin rəngi, fərqləndirici əlamətləri və s.):

....................................................................................................................................................

5. Digər adları (əvvəlki adları, istifadə etdiyi/tanındığı digər adları və ya təxəllüsləri):

....................................................................................................................................................

6. Vətəndaşlığı və dili:

 

....................................................................................................................................................

7. Səyahət sənədinin növü və nömrəsi

....................................................................................................................................................

B. TRANZİT ƏMƏLİYYATI

1. Tranzitin növü

 

Надпись:          hava ilə

Надпись:          Quru yolu ilə

Надпись:          dənizlə

2. Son təyinat Dövləti

....................................................................................................................................................

3. Digər mümkün tranzit Dövlətləri

....................................................................................................................................................

4. Təklif olunan sərhəd buraxılış məntəqəsi, ötürülmənin tarixi və vaxtı, mümkün

müşayiətlər

....................................................................................................................................................

....................................................................................................................................................

....................................................................................................................................................

5. Hər hansı digər tranzit Dövlətində və son məntəqə Dövlətində təmin ediləcək qəbul (14-cü maddənin 3-cü bəndi)

Надпись:          bəli

Надпись:          xeyr

6. Tranzitin rədd edilməsinin hər hansı səbəbi məlumdurmu?

(14-cü maddənin 3-cü bəndi)

Надпись:          bəli

Надпись:          xeyr

 

 

C. QEYDLƏR

....................................................................................................................................................

....................................................................................................................................................

....................................................................................................................................................

 

 

............................................

 

(İmza) (möhür/ştamp)

 

 


 

 

ƏLAVƏ 7

 



ÖLKƏDƏN ÇIXARILMA MƏQSƏDİLƏ Aİ-nin STANDART

SƏYAHƏT SƏNƏDİ

 

(Aİ Şurasının 30 noyabr 1994-cü il tarixli Tövsiyəsində göstərilən formaya uyğun olaraq) [3]

 


 

 

ƏLAVƏ 8

 

 

 

 

AZƏRBAYCAN RESPUBLIKASINDAN SƏYAHƏT SƏNƏDI

TRAVEL DOCUMENT FROM THE REPUBLIC OF AZERBAİJAN

____________________________________________________

 

____________________________

 

 

Hansı ölkəyə: ..........................................................................................................................................................

For a journey to

Adı:.................................................................................

Soyadı:........................................................................

First name

Surname

Doğum tarixi:..............................................................................................

Надпись: FOTO
PHOTO

Date of birth:

Doğulduğu yer:...........................................................................................

Place of birth

Cinsi:..................

Boyu:..................

Gözlərinin rəngi:.......................

Sex

Height

Color of eyes

Xüsusi əlamətləri:.......................................................................................

Distinguishing marks

Vətəndaşlığı:................................................................................................

Nationality

Ölkəsindəki yaşayış ünvanı (əgər bilinirsə):

 

Address in home country (if known)

 

......................................................................................................................................................................................

 

MÖHÜR

YERİ

 

SEAL

Sənədi verən orqanın adı:..............................................................................................

İssuing authority

Sənədin verilmə tarixi:....................................................................................................

İssued at

Etibarlıdır:........................................................................................................................

Valid through

İmza:................................................................................................................................................

Signature

Əlavə qeydlər:...........................................................................................................................................................

Remarks / Observations

......................................................................................................................................................................................

......................................................................................................................................................................................

Bir səfər üçün nəzərdə tutulub

 

Valid for one journey only

 

 


3(3)-cü maddə ilə əlaqədar

BİRGƏ BƏYANNAMƏ

 

İmza atan Tərəflər nəzərə alırlar ki, Azərbaycan Respublikasının vətəndaşlıqla bağlı qanunlarına əsasən, Azərbaycan Respublikası vətəndaşının vətəndaşlıqdan məhrum edilməsi mümkün deyildir.

Tərəflər bu hüquqi vəziyyət dəyişdiyi halda, bır-birlərini vaxtında məlumatlandırmağa razılaşırlar.

 

4 və 6-cı maddələrlə əlaqədar

BİRGƏ BƏYANNAMƏ

 

Tərəflər özlərinin müvafiq ərazilərinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan hüquqi şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən hər hansı üçüncü ölkənin vətəndaşlarmı onların mənşə ölkələrinə qaytarmağa çalışacaqlar.

 

Danimarka Krallığı ilə əlaqədar BİRGƏ

BƏYANNAMƏ

 

İmza atan Tərəflər nəzərə alırlar ki, bu Saziş Danimarka Krallığının ərazisinə və ya Danimarka Krallığının vətəndaşlarına şamil edilmir. Bu halda, Azərbaycan Respublikası və Danimarka Krallığının bu Sazişin şərtləri ilə eyni olan readmissiya sazişi bağlamaları məqsədəuyğundur.

 

İslandiya Respublikası və Norveç Krallığı ilə əlaqədar

BİRGƏ BƏYANNAMƏ

 

İmza atan Tərəflər Avropa İttifaqı ilə İslandiya Respublikası və Norveç Krallığı arasında, həmin ölkələrin xüsusilə Şengen qaydalarının həyata keçirilməsi, tətbiqi və inkişafı ilə əlaqələndirilməsinə dair 1999-cu il 18 may tarixli Saziş əsasında mövcud olan yaxın münasibətləri nəzərə alırlar. Bu halda, Azərbaycan Respublikası ilə İslandiya Respublikası və Norveç Krallığının bu Sazişin şərtləri ilə eyni olan readmissiya sazişi bağlamaları məqsədəuyğundur.

 

İsveçrə Konfederasiyası ilə əlaqədar

BİRGƏ BƏYANNAMƏ

 

İmza atan Tərəflər Avropa İttifaqı ilə İsveçrə Konfederasiyası arasında, İsveçrə Konfederasiyasının xüsusilə Şengen qaydalarının həyata keçirilməsi, tətbiqi və inkişafi ilə əlaqələndirilməsinə dair 2008-ci il martın 1-də qüvvəyə minmiş Saziş əsasında mövcud olan yaxın münasibətləri nəzərə alırlar. Bu halda, Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyasının bu Sazişin şərtləri ilə eyni olan readmissiya sazişi bağlamaları məqsədəuyğundur.

 

Lixtenşteyn Knyazlığı ilə əlaqədar

BİRGƏ BƏYANNAMƏ

 

İmza atan Tərəflər Avropa İttifaqı ilə Lixtenşteyn Knyazlığı arasında, Lixtenşteyn Knyazlığının xüsusilə Şengen qaydalarının həyata keçirilməsi, tətbiqi və inkişafi ilə əlaqələndirilməsinə dair 2011-ci il dekabrın 19-da qüvvəyə minmiş Saziş əsasında mövcud olan yaxın münasibətləri nəzərə alırlar. Bu halda, Azərbaycan Respublikası ilə Lixtenşteyn Knyazlığının bu Sazişin şərtləri ilə eyni olan readmissiya sazişi bağlamaları məqsədəuyğundur.



[1] Aİ Şurasının 30 noyabr 1994-cü il tarixli Tövsiyəsində göstərilən formaya uyğun olaraq.

[2] Aİ Şurasınm 30 noyabr 1994-cü il tarixli Tövsiyəsində göstərilən formaya uyğun olaraq.

1  Aİ Şurasının 30 noyabr 1994-cü il tarixli Tövsiyesində göstərilən fonnaya uyğun olaraq.

[3] OJ C 247, 19 September 1996, p. 18.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status