×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.05.2014
QEYDİYYAT NÖMRƏSİ
976-IVQD
ADI
“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 02-07-2014, Nəşr nömrəsi: 138), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2014, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 623)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.07.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.270.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201405300976
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2014
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477) 2-ci maddəsində “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009) yubiley medalı” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014) yubiley medalı;”.

Maddə 2. “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 may 2014-cü il

№ 976-IVQD

 


Azərbaycan Respublikasının 2014-cü il

30 may tarixli 976-IVQD nömrəli qanunu ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli Qanunu ilə təsdiq edilmişdir “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı haqqında

 

ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2014-cü il avqust ayının 18-dək müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə sərhəd xidməti orqanlarının qurulmasında və möhkəmləndirilməsində fəal iştirak etmiş, ehtiyata (istefaya) buraxılmış zabitlər və sərhəd xidməti orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

 


Azərbaycan Respublikasının 2014-cü il

30 may tarixli 976-IVQD nömrəli qanunu ilə

təsdiq edilmişdir

 

“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının

 

TƏSVİRİ

 

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) diametri 36 mm olan dairəvi qızılı rəngli metal lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

Medalın ön tərəfində iki dairə əks olunmuşdur. Birinci dairə yaşıl rəngdədir. Birinci dairədə yuxarı qövs boyunca qızılı rəngdə “AZƏRBAYCAN”, aşağı qövs boyunca “SƏRHƏD MÜHAFİZƏSİ” sözləri, onların arasında hər iki tərəfdə olmaqla, bir ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. İkinci dairəsi ağ rəngdədir, mərkəzində qızılı rəngdə, üzərində “ 95” rəqəmləri yazılmış səkkizguşəli ulduz, ulduzun ətrafında qövs formasında qızılı rəngli çələng, çələngin aşağısında qızılı rəngli lentin üzərinə “1919- 2014” rəqəmləri həkk olunmuşdur.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində üç dairə əks olunmuşdur. Birinci dairə qızılı rəngdədir. İkinci dairə yaşıl rəngdədir, dairə boyunca səkkiz ədəd qızılı rəngli səkkizguşəli ulduz yerləşdirilmişdir. Medalın üçüncü dairəsinin yuxarı hissəsində Azərbaycan Respublikasının rəngli xəritəsi, ondan arxa fonda sərhəd nişanı həkk olunmuşdur. Sərhəd nişanının rənglərinin ardıcıllığı Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğundur. Sərhəd nişanının yuxarı hissəsində, qırmızı zolağın üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin rəngli təsviri vardır. Sərhəd nişanından aşağıda olmaqla, qızılı rənglə birinci sətirdə “AZƏRBAYCAN RESPUBLİKASI”, ikinci sətirdə “DÖVLƏT SƏRHƏD”, üçüncü sətirdə “XİDMƏTİ” sözləri həkk olunmuşdur.

3.2. Medalın arxa tərəfində seriyası və nömrəsi göstərilmişdir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, üst və alt hissəsi 40 mm x 5 mm ölçüdə qızılı rəngli metal lövhədən, orta hissəsi 37mm x 50 mm ölçüdə xara lentdən ibarət düzbucaqlı lövhəyə halqa və ilgək vasitəsi ilə birləşdirilir. Medalı lövhəyə birləşdirən üç ədəd qızılı rəngli metal halqaların diametri 5 mm-dir.

4.2. Xara lent, mərkəzdə eni 11 mm olan ağ, kənarlardan mərkəzə doğru isə simmetrik olaraq ardıcıllıqla eni 3 mm olan yaşıl, eni 3 mm olan ağ, eni 1,5 mm olan yaşıl, eni 1,5 mm olan ağ, eni 4 mm olan yaşıl rəngli şaquli zolaqlara bölünmüşdür. Mərkəzdəki eni 11 mm olan ağ zolağın üzərində Azərbaycan Qasımuşağı xalçalarına məxsus, bir-birinin içinə keçmiş “S” şəkilli naxış həkk olunmuşdur.

4.3. Lövhənin üst və alt metal təbəqəsinin üzərində qızılı rəngli üfüqi dalğalı lent istiqamətlənir.

4.4. Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

 


Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status