AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.06.2014
QEYDİYYAT NÖMRƏSİ
202
ADI
“Səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 03-07-2014, Nəşr nömrəsi: 139), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2014, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 755)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.07.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.060.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201406250202
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.07.2014
"Bakı şəhəri sərnişin nəqliyyatı işinin daha da təkmilləşdirilməsi və onun maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 8 iyul tarixli, 388 nömrəli qərarının 2 nömrəli əlavəsində

Gəncə şəhərində yeni salınmış park kompleksində idarəetmənin təşkili barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Səyahət sənədi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 133 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, səyahət sənədi blanklarının qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 25 iyun 2014-cü il

               № 202

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 25 iyun tarixli 202 nömrəli qərarı ilə
təsdiq edilmişdir

 

Səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu

QAYDASI

 

1. ÜMUMİ MÜDDƏA

 

1.1. Bu Qayda «Səyahət sənədi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 133 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydasını müəyyən edir.

 

2. SƏYAHƏT SƏNƏDİ BLANKLARININ SİFARİŞİ VƏ ALINMASI QAYDASI

 

2.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi tələbata uyğun olaraq, səyahət sənədi blanklarının sifariş edilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Səyahət sənədi blanklarının hazırlanması ilə əlaqədar xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üzrə müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir.

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çap olunmuş səyahət sənədi blanklarının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müraciətinə əsasən ona verilməsini təmin edir.

3. Səyahət sənədi blanklarının uçotunun aparılması

3.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti hər rübdən sonrakı ayın 20-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada rüb ərzində verilmiş səyahət sənədi blankları barədə hesabatı həmin Nazirliyə təqdim edir.

3.2. Səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin anbarında saxlanılmaqla uçotu aparılır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəhbərinin icazəsi ilə səyahət sənədi blankları anbardan təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir. Maddi-məsul şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi tərəfindən müəyyən edilir.

3.3. Səyahət sənədi blanklarının ilkin uçotu qeydiyyat kitabında aparılır. Səyahət sənədi blanklarının qeydiyyat kitabının səhifələri ardıcıl nömrələnməli, qaytanlanmalı və sonuncu səhifə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbəri və baş mühasibi tərəfindən imzalanaraq möhürlənməlidir. Qeydiyyat kitabı elektron üsulla (kompüterlə) aparıldıqda, məlumatlar hesabat dövrünün (ay, rüb və ya il) sonunda elektron formada işlənilir.

3.4. Səyahət sənədi blanklarının cırılmasına, ləkələnməsinə və üzərində düzəlişlərin aparılmasına yol verilmir.

3.5. Zədələnmiş və ya korlanmış səyahət sənədi blanklarının Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən növbəti yoxlama (təftiş) keçirilənədək üzərində «korlanıb» sözü yazılmaqla, mühasibatlıqda saxlanılması təmin edilir.

3.6. Zədələnmiş və ya korlanmış səyahət sənədi blankları məhv edilir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status