AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
01.07.2014
QEYDİYYAT NÖMRƏSİ
214
ADI
“Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 06-07-2014, Nəşr nömrəsi: 142), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2014, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 904)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.07.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201407010214
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.07.2014
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

“Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

Bakı şəhəri, 1 iyul 2014-cü il

                  № 214

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 1 iyul tarixli 214 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği [1]

 

Sıra

№-si

Nəzarət markası verilən nüsxənin növü

Ödənilən haqqın məbləği

(1 ədədin qiyməti, manatla)

1.

“A” - audiovizual əsər nüsxəsi

0, 15

2.

“F” – fonoqram nüsxəsi

0, 15

3.

“P” - kompyuter proqramı nüsxəsi

0, 15

4.

“M” - məlumat toplusu nüsxəsi

0, 15

5.

“K” - kitab nüsxəsi

0, 15

6.

“DİNİ TƏYİNATLI” - dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarda), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları

0,02

7.

“DƏRMAN VASİTƏLƏRİ” - dərman vasitələri

0,01

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 iyul 2015-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 11 iyul 2015-ci il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 883)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 iyul 2015-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 11 iyul 2015-ci il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 883) ilə “Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nə yeni məzmunda 6-7-ci hissələr əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status