209 - "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.06.2014
QEYDİYYAT NÖMRƏSİ
209
ADI
"Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 06-07-2014, Nəşr nömrəsi: 142), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2014, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 756)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.07.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201406270209
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.07.2014
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 597-IVQD nömrəli qanununun tətbiqi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 aprel tarixli 864 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

Bakı şəhəri, 27 iyun 2014-cü il

                № 209

 


Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2014-cü il 27 iyun tarixli 209

nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 597-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 aprel tarixli 864 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi,  o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi və tibbi müayinənin aparılması qaydalarını müəyyən edir.

1.2. Şəxsin sərxoşluğunun xüsusi cihaz vasitəsilə yoxlanılması sanitariya-gigiyena qaydalarına riayət edilməklə həyata keçirilir.

 

2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən  edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi

 

2.1. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir:

2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə;

2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə;

2.1.3. özünü idarə edə bilmədikdə.

2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir.

2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır.

2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.

2.5. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir.

2.6. Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır.

2.7. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir.

 

3. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması

 

3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir.

3.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir.

3.3. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir.

3.4. Müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir.

3.5. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir.

3.6. Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir.

 


 

“Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq

vəziyyətinin müəyyən edilməsi Qaydaları”na

əlavə

 

Sərxoşluq vəziyyətinin tibbi müayinəsi

 

Aktı №  ___

 

“____”  ______________ il

 

1. Müayinə olunan şəxsin soyadı, adı, atasının adı ____________________________________________

Doğulduğu tarix ______________________________________________________________________________

Müayinəyə kim tərəfindən və nə vaxt göndərilib (dəqiq vaxt)________________________________

________________________________________________________________________________________________

Müayinəni aparan həkimin soyadı, adı, atasının adı və vəzifəsi  ______________________________

________________________________________________________________________________________________

2. Müayinə olunan şəxsin xarici görünüşü: geyimi, dəri örtüyü, zədələrin olması (yara, əzilmə, iynə iziyerləri)  ________________________________________________________________________

________________________________________________________________________________________________

3. Davranış: gərgin, qaradinməz, acıqlı, həyəcanlı, aqressiv, çoxdanışan, eyforik, əhval-ruhiyyəsi dəyişkən, yuxulu, ləng olması, öz halından şikayətlənməsi ________________________________________________________________________________________________

________________________________________________________________________________________________

4. Şüurun vəziyyəti: məkana, zamana, şəraitə və öz halına görə ______________________________

________________________________________________________________________________________________

5. Nitq qabiliyyəti: ifadənin və nitqin rabitəliliyi, artikulyasiyanın pozulması _________________________________________________________________________________________________

_________________________________________________________________________________________________

6. Vegetativ damar reaksiyası: dəri örtüyünün vəziyyəti, gözün selikli qişasının və dilin vəziyyəti, tərləmənin olması, ağızdan su axması halları ________________________________________________________________________________________________

_________________________________________________________________________________________________

_________________________________________________________________________________________________

a) tənəffüs: tezləşmiş, yavaşımış _______________nəbz ____________ arterial təzyiq_______________

b) bəbəklər: daralmış, genəlmiş vəziyyətdə olması, işığa reaksiyası, ətrafa baxarkən nistaqm vəziyyəti _______________________________________________________________________________________

_________________________________________________________________________________________________

7. Hərəkisfera__________________________________________________________________________________

a) mimikası, ləngərli yerişi, yerimə zamanı ayaqların kənara atılma halı (sürətli dönmələrdə yeriş), dönmələr zamanı səndələmə və digər sınaqlar ________________________________________________________________________________________________

_________________________________________________________________________________________________

b) romberq vəziyyətində durma, dəqiq hərəkətlər (döşəmədən dəmir pulun qaldırılması, burun-barmaq sınağı)_________________________________________________________________________

________________________________________________________________________________________________

c)  göz qapaqlarının, dilin, əl barmaqlarının titrəməsi ________________________________________

8. Alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin  sonuncu dəfə qəbulu haqqında məlumatlar: subyektiv, obyektiv (sənədlərə və digər mənbələrə əsasən)_______________________________________________________________________

_________________________________________________________________________________________________

_________________________________________________________________________________________________

9. Ağızdan alkoqolun və ya digər güclü təsir göstərən maddələrin iyinin gəlməsi _________________________________________________________________________________________________

_________________________________________________________________________________________________

 

10. Nəfəs verilən havada və orqanizmin bioloji mühitlərində alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin  olması:

a) havanı müayinə edən cihaz__________________________________________________________________

rapoport üsulu və ya indikator borucuğu______________________________________________________

b) müayinənin vaxtı və nəticəsi ________________________________________________________________

11. Tibbi müayinəyə təqdim edilən sənədlər haqqında məlumat _____________________________

_________________________________________________________________________________________________

12. Rəy:

a) alkoqol sərxoşluğu vəziyyəti yoxdur________________________________________________________

b) alkoqol sərxoşluğu vəziyyəti vardır_________________________________________________________

c) narkotik vasitələrin, psixotrop  maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti______________________________________________________

 ________________________________________________________________________________________________

ç) sərxoşluq əlamətləri olmadan narkotik vasitələrin, psixotrop  maddələrin və digər güclü təsir edən maddələrin bioloji mayelərdən müəyyən edilməsi faktı____________________________________________________________________________________________

13. Yoxlanılan şəxsin müayinənin nəticəsi ilə tanışlığı haqqında qeyd_________________________

_________________________________________________________________________________________________

_________________________________________________________________________________________________

Müayinəni keçirən tibb işçisinin imzası________________________________________________________

Müayinə aktını alan şəxsin imzası _____________________________________________________________

 

 

M.Y.

 

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status