070.000.000
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun ştat sayı və aylıq vəzifə maaşlarının təsdiq edilməsi haqqında
Azərbaycan RESPUBLİKASININ NAZİRLƏR Kabİnetİn Qərarı
«Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun ştat sayı və aylıq vəzifə maaşları» təsdiq edilsin (əlavə olunur).
2. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati ərazisində yerləşdirilməsi, maliyyə və təsərrüfat əməliyyatlarının, kadrların qeydiyyatı kadrların qeydiyyatı işinin həmin xidmət tərəfindən aparılması barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
[1]
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun 2001-ci ildə saxlanılması üçün 105.281.000 (yüz beş milyon iki yüz səksən bir min) manat məbləğində vəsaitin Ehtiyat Fondundan ayrılmasını təmin etsin və 2002-ci ildən başlayaraq həmin qrupun saxlanılması xərclərini dövlət büdcəsində nəzərdə tutsun.
4. «Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 aprel tarixli 178 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 25 sentyabr 2001-ci il
№ 156
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 25 sentyabr tarixli 156 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası İşçi qrupunun
ştat sayı və aylıq VӘZİFӘ maaşları
[2]
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyd.
1. İşçi qrupun ştatında 1 (bir) ədəd minik avtomobili nəzərdə tutulur.
2. İşçi qrupun heyətinə iş stajına, xüsusi lazımi işlərin yerinə yetirilməsinə görə əlavələr, maddi yardım və mükafatlar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin işçilərinə müəyyən edilmiş qaydada ödənilir.
[4]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 27 yanvar 2005-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 52)
2.
24 iyul 2007-ci il tarixli 115 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №7, maddə 739)
3.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
4.
14 aprel 2022-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 16 aprel 2022-ci il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 400)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
27 yanvar 2005-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 52) ilə 1-ci bəndindən "və aylıq vəzifə maaşları" sözləri çıxarılmışdır.
24 iyul 2007-ci il tarixli 115 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №7, maddə 739) ilə 2-ci bəndində "kadrların qeydiyyatı" sözlərindən sonra "və sosial müdafiəsinin təmin edilməsi" sözləri əlavə edilmişdir.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə 2-ci hissədə hər iki halda “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə və “nazirlik” sözü “xidmət” sözü ilə əvəz edilmişdir.
14 aprel 2022-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 16 aprel 2022-ci il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 400) ilə 1-ci və 2-ci hissələri ləğv edilmişdir.
[2]
27 yanvar 2005-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 52) ilə qərarın əlavəsinin adından "və aylıq vəzifə maaşları" sözləri çıxarılmışdır.
[3]
27 yanvar 2005-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 52) ilə qərarın əlavəsinin cədlvəldən "Aylıq vəzifə maaşı (manatla)" və "Aylıq əmək haqqı fondu (manatla)" adlı sütunlar çıxarılmışdır.
[4]
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun ştat sayı”nın “Qeyd” hissəsində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilmişdir.