AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
20.06.2014
QEYDİYYAT NÖMRƏSİ
991-IVQD
ADI
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 11-07-2014, Nəşr nömrəsi: 146), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2014, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 769)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.07.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.020.030
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201406200991
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.07.2014
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78) aşağıdakı dəyişikliklər edilsin:

1. 14.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 14.1.9-cu və 14.1.10-cu maddələr əlavə edilsin:

“14.1.9. qurumun ləğvetmə prosesində olması barədə məlumat;

14.1.10. qurumun ləğv edilməsi barədə məlumat.”.

2. 14.2.4-cü maddəyə “yaşayış yeri” sözlərindən sonra “, habelə dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddəti” sözləri əlavə edilsin.

3. 16.5-ci maddədə “ərizəni” sözü “sənədləri” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 iyun 2014-cü il

991-IVQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status