AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
11.07.2014
QEYDİYYAT NÖMRƏSİ
228
ADI
“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 13-07-2014, Nəşr nömrəsi: 148), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2014, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 810)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.07.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.020.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201407110228
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.07.2014
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 555; 2003, № 3, maddə 153, № 10, maddə 570; 2005, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007, № 6, maddə 618, № 8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008, № 8, maddə 718, № 9, maddə 799, № 11, maddə 969, № 12, maddə 1059; 2009, № 2, maddə 64, № 3, maddə 163, № 8, maddələr 619, 621, № 10, maddə 785, № 11, maddə 884; 2010, № 2, maddə 80, № 3, maddə 180, № 9, maddə 776, № 12, maddə 1061; 2011, № 2, maddə 85, № 4, maddə 288, № 6, maddə 491, № 8, maddə 752, №10, maddə 896; 2012, № 11, maddə 1114, № 12, maddə 1241; 2014, № 2, maddə 112, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 164 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a aşağıdakı məzmunda 2.16-cı bənd əlavə edilsin:

“2.16. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına və ya satışına lisenziya almış şəxslərin həmin vasitə və maddələrin saxlanılması üçün ayrıca lisenziya alması tələb olunmur. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına və ya satışına verilən lisenziyada onların saxlanılmasına icazə verildiyi göstərilir.”;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə aşağıdakı məzmunda 59cu hissə əlavə edilsin:

 

“59.

Qeyri-dövlət fitosanitar xidmətləri, o cümlədən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin:

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

 

59.1.

istehsalı

 

2000

59.2.

idxalı

 

1000

59.3.

satışı

 

500

59.4.

saxlanılması

 

200”

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Fərmanın 1.2-ci bəndində göstərilən fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 iyul 2014-cü il

                  №228

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status