AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.06.2014
QEYDİYYAT NÖMRƏSİ
206
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 17-07-2014, Nəşr nömrəsi: 151), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2014, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 900)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.07.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201406250206
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.07.2014
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 823-IVQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 64 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 692; 2002, № 3, maddə 148; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2012, № 9, maddə 923, № 11, maddə 1210) ilə təsdiq edilmiş “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. II fəsil üzrə:

1.1. 2-ci hissənin on birinci abzasında “müəyyən edilmiş haqqın” sözləri “xidmət haqqının (ödənişin)” sözləri ilə əvəz edilsin;

1.2. 3-cü hissənin dördüncü abzasının ikinci cümləsində “Müəyyən edilmiş haqq” sözləri “İddiaçının vəsatəti əsasında və xidmət haqqı (ödəniş)” sözləri ilə əvəz edilsin.

2. III fəsil üzrə:

2.1. 3.2-ci bəndin ikinci, üçüncü, dördüncü abzaslarında ismin müvafiq hallarında “haqq” sözü ismin müvafiq hallarında “xidmət haqqı (ödəniş)” sözləri ilə əvəz edilsin;

2.2. 5.4-cü bənddə “15-ci bəndində” sözləri “6-cı hissəsində” sözləri ilə əvəz edilsin;

2.3. 6.1-ci bənddə “və müəyyən edilmiş əlavə haqq ödəmək şərtilə” sözləri “xidmət haqqını (ödənişi) ödəmək şərtilə” sözləri ilə əvəz edilsin;

2.4. 6.4-cü bənddə “və ya ödənilən haqq” sözləri “və ya ödənilən xidmət haqqı (ödəniş)” sözləri ilə və “15.1 və 15.2 bəndlərinə” sözləri “6.1-ci və 6.2-ci bəndlərinə” sözləri ilə əvəz edilsin.

3. IV fəsil üzrə:

3.1. 2.1.1-ci yarımbəndin səkkizinci abzasında “müəyyən edilmiş haqqın” sözləri “xidmət haqqının (ödənişin)” sözləri ilə əvəz edilsin;

3.2. 2.2.1-ci yarımbəndin ikinci abzasında "əlavə haqqı ödəmək şərti ilə" sözləri “xidmət haqqını (ödənişi) ödəmək şərtilə” sözləri ilə əvəz edilsin;

3.3. 2.2.2-ci yarımbəndin üçüncü abzasında “haqqın” sözü “xidmət haqqının (ödənişin)” sözləri ilə əvəz edilsin;

3.4. aşağıdakı məzmunda 8-ci hissə əlavə edilsin:

8. Coğrafi göstəricilərlə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili

Coğrafi göstəricilərlə bağlı iddia sənədinin qəbulunu (iddia sənədinin ilkin ekspertizası və ekspertizası daxil olmaqla), coğrafi göstəricilərə dair ilkinliyin müəyyən edilməsini, iddia sənədinin materiallarının tamamlanmasına, dəqiqləşdirilməsinə və ona düzəliş edilməsinə və iddia sənədlərinin (o cümlədən, ilkinlik üzrə sənədlərin) təqdim edilmə müddətinin uzadılmasına dair vəsatətlərə baxılmasını SMPDK tərəfindən yaradılmış ixtisaslaşmış hüquqi şəxs həyata keçirir.”.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 25 iyun 2014-cü il

                № 206

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status