×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.06.2014
QEYDİYYAT NÖMRƏSİ
199
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2014, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 752)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.06.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.06.2014
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş «Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı»nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə” bölməsindən sonra aşağıdakı məzmunda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üzrə” bölməsi əlavə edilsin:

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üzrə

1.

Silahlı Qüvvələrin Hərbi Akademiyası

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

 

1.2. “Azərbaycan Milli Elmlər Akademiyası üzrə» bölməsində “Ə. Hüseynov adına Kibernetika İnstitutu” sözləri “İdarəetmə Sistemləri İnstitutu” sözləri ilə, “Akad. M. Nağıyev adına Kimya Problemləri İnstitutu” sözləri “Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” sözləri ilə, “Geologiya İnstitutu” sözləri “Geologiya və Geofizika İnstitutu” sözləri ilə, “Mərdəkan Dendrarisi” sözləri “Dendrologiya İnstitutu” sözləri ilə, “Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu” sözləri “Fəlsəfə və Hüquq İnstitutu” sözləri ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 25 iyun 2014-cü il

                    № 199

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status