×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
24.07.2014
QEYDİYYAT NÖMRƏSİ
238
ADI
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 25-07-2014, Nəşr nömrəsi: 158), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2014, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 820)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.07.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201407240238
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.07.2014
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 849-IVQD nömrəli, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 851-IVQD nömrəli və “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-IVQD nömrəli qanunlarına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 iyun tarixli 177 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 8.7-ci bənddə hər iki halda “hüquqi şəxslərin, ” sözlərindən sonra “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının,” sözləri əlavə edilsin.

2. 9.9-cu bənddə “hüquqi şəxslərin” sözlərindən sonra “, habelə xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının, ” sözləri əlavə edilsin.

3. 9.11-ci bənddə “hüquqi şəxslərin,” sözlərindən sonra “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının,” sözləri əlavə edilsin.

4. 9.13-cü bənddə “xarici qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin” sözləri “xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin” sözləri ilə əvəz edilsin və “nizamnamələrinə” sözündən sonra “(əsasnamələrinə)” sözü əlavə edilsin.

5. 9.14-cü bənddə “qeyri-kommersiya hüquqi şəxslər” sözləri “dini qurumlar istisna olmaqla, digər qeyri-kommersiya qurumları və fiziki şəxslər” sözləri ilə əvəz edilsin.

6. 9.32-1-ci bəndində “qeyri-hökumət təşkilatlarına” sözlərindən sonra “və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə” sözləri əlavə edilsin.

7. 10.8-ci bəndə “qeyri-hökumət təşkilatlarına” sözlərindən sonra “və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə” sözləri, “nizamnamə” sözündən sonra “(əsasnamə)” sözü əlavə edilsin.

8. 10.9-cu bənddə “, qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin ləğv edilməsi” sözləri “ləğv edilməsi, qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması, bərpa edilməsi və onların ləğv edilməsi” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyul 2014-cü il

    № 238

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status