×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
15.07.2014
QEYDİYYAT NÖMRƏSİ
3
ADI
“Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2012-ci il 25 aprel tarixli, 02 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.07.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201407150003
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
25.07.2014
“Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2012-ci il 25 aprel tarixli, 02 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

15.07.2014

Qeydiyyat nömrəsi

3

Adı

“Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2012-ci il 25 aprel tarixli, 02 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

26.07.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201407150003

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

25.07.2014

 

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında” 2013-cü il 22 oktyabr tarixli, 4 nömrəli Sərəncamının 2.4-cü və “Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli, 111 nömrəli Fərmanının 5.3-cü bəndlərinin icrası məqsədilə həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyası

 

qərara alır:

 

1. “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2012-ci il 25 aprel tarixli, 02 nömrəli Qərarının 4-cü hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq olunmuş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddən “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 5-ci hissəsinə,” sözləri çıxarılsın;

2.2. 1.1-ci (ikinci halda), 1.2-ci bəndlərdə və həmin Qaydalara 1 nömrəli əlavədə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin.

3. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

4. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

5. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin İnzibati-təşkilati məsələlər üzrə sektorunun müdiri Orxan Beydiyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının 2014-cü il 15 iyul tarixli iclasının protokolu.

 

 

Sədr,

iqtisadiyyat və sənaye naziri                                                                                                            Şahin Mustafayev

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status