AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
15.11.2001
QEYDİYYAT NÖMRƏSİ
214-IIQD
ADI
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2001, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 731)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
040.000.000
060.000.000
070.000.000
080.000.000
100.000.000
180.000.000
190.000.000
220.000.000
340.000.000
360.000.000
370.000.000
380.000.000
420.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər əlavələr edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №16, maddə 697; 1994-cü il, №15, maddə 176; 1995-ci il, № 17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunları, 1996-cı il, №1; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №2 maddə 81; №5, maddə 356, maddə 378; №6, maddə 452; 1998-ci il, №1, maddə 16; 1999-cu il, №4, maddə 217; №7, maddə 395; 2001-ci il, №3 maddə 145) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 5. Əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi

Əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlər məcburi dövlət sosial sığorta haqları və dövlət büdcəsi vəsaiti hesabına müvafiq Dövlət Proqramına uyğun olaraq maliyyələşdirilir. Dövlət Proqramı hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir".

2. 10-cu maddədə "Əlilləri Sosial Müdafiə Fondundan, tibbi sığorta fondundan, məşğulluq fondundan ayırmalar, habelə hüquqi və fiziki şəxslərin ianələri və digər qanuni mənbələrdən daxil olan vəsait" sözləri "Dövlət Sosial Müdafiə Fondu vəsaiti" sözləri ilə əvəz edilsin.

3. 14-1-ci maddədən "güzəştli şərtlərlə apteklərdən dərman almaq" sözləri çıxarılsın.

4. 25-ci maddənin dördüncü hissəsində, 26-cı maddənin ikinci hissəsində və 49-cu maddədə "əlilləri sosial müdafiə fonduna" sözləri "Dövlət Sosial Müdafiə Fonduna" sözləri ilə əvəz edilsin.

5. 36-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Müharibə əlillərinin, onlara bərabər tutulan şəxslərin, 20 Yanvar əlillərinin və digər kateqoriyadan olan I və II qrup əlillərin növbədənkənar telefon çəkdirmək hüququ vardır. Müharibə əlillərinə, onlara bərabər tutulan şəxslərə, 20 Yanvar əlillərinə və digər kateqoriyadan olan I və II qrup əlillərə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan istifadə haqqını ödəmək üçün (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) müavinət verilir".

6. 37-ci maddənin birinci abzasında "Əlilləri Sosial Müdafiə Fondunun" sözləri "Dövlət Sosial Müdafiə Fondunun" sözləri ilə əvəz edilsin.

7. 39-cu maddənin 2-ci cümləsi, 40-cı maddənin üçüncü hissəsi və 44-cü maddənin ikinci və üçüncü hissələri çıxarılsın.

8. 40-cı maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Əlillərə texniki və başqa bərpa vasitələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada verilir".

9. 41-ci maddə üzrə:

a) birinci hissə aşağıdakı redaksiyada verilsin:

"Müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir".;

b) ikinci hissə çıxarılsın.

10. 42-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 42. Tibbi xidmət, dərman preparatları və protezlər ilə təminat,

Müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman almaq üçün müavinət verilir;

20 Yanvar əlilləri, milli münaqişə zəminində əlil olanlar, əlil uşaqlar və digər kateqoriyalardan olan I və II qrup əlillər müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada dərman preparatları ilə təmin edilirlər.

Əlillər tibbi xidmətlə, tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə, həmçinin protez-ortopediya məmulatı, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla), əlil kreslo və veloarabaları, bərpa vasitələri ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər".

11. 43-cü maddənin yeddinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə mənzil, kommunal xidmətlərindən istifadə haqqını ödəmək üçün müavinət verilir".

12. 47-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları öz səlahiyyətləri daxilində əlillərin spesifik tələbatının ödənilməsinə və yaşayış səviyyəsinin yüksəldilməsinə yönəlmiş müvafiq tədbirlər həyata keçirə bilərlər".

13. 52-ci maddənin üçüncü hissəsindən "rabitə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla ) və kommunal xidmətini" sözləri çıxarılsın.

II. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 16, maddə 213; 1995-ci il; № 9, maddə 177; 1995-ci il, № 14, maddə 241; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 16; № 2, maddə 66; 1999-cu il, № 5, maddə 283; 1999-cu il, № 7, maddə 395) aşağıdakı dəyişikliklər edilsin:

1. 12-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"ikinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir".

2. 13-cü maddə çıxarılsın.

3. 14-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"ikinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar".

4. 15-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin.

"ikinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir".

5. 17-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və diş protezləri düzəltdirirlər.”.

6. 18-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir."

7. 18-1-ci maddə çıxarılsın

III. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il № 5, maddə 282, maddə 293) 3-cü maddəsinin ikinci hissəsinin beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu abzasları çıxarılsın və həmin hissəyə aşağıdakı redaksiyada yeni beşinci, altıncı və yeddinci abzaslar əlavə edilsin.

"mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir.

həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət verilir;

tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər".

IV. "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 1997-ci il № 6, maddə 451; 1999-cu il № 5, maddə 293) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı maddə üzrə:

a) 1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"Həkim reseptləri üzrə dərman almaq və ildə bir dəfə müalicə olunmaq üçün (nəqliyyat xərcləri daxil olmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət almaq";

b) 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada diş protezlərinin (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) düzəltdirmək";

c) 16-cı bənddən "pulsuz" sözü çıxarılsın.

2. 7-ci maddənin 2-ci bəndi çıxarılsın və 4-cü bəndi aşağıdakı redaksiyada verilsin.

"İllik məzuniyyətdən onlara əlverişli vaxtda istifadə etmək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada ildə bir dəfə sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq (nəqliyyat xərcləri daxil olmaqla)".

3. 12-ci maddənin 2 və 4-cü bəndləri çıxarılsın, 3-cü bəndi aşağıdakı redaksiyada verilsin;

"Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həkim reseptləri üzrə dərman almaq və ildə bir dəfə sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq (nəqliyyat xərcləri daxil olmaqla)."

V. "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında "Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 1999-cu il, № 7, maddə 393) aşağıdakı dəyişikliklər və əlavələr edilsin.

1. 10-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Məcburi köçkünlərə tibbi xidmət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tibb müəssisələri tərəfindən göstərilir.

Məcburi köçkünlərə dərman preparatları almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir.".

2. 11-ci maddə üzrə:

a) birinci hissənin 2-ci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Ümumtəhsil məktəblərində oxuyan məcburi köçkün uşaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada dərsliklərlə və dərs ləvazimatları ilə təmin olunurlar";

b) ikinci hissənin 1-ci cümləsi çıxarılsın.

3. 13-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Məcburi köçkünlərə mənzil-kommunal xidmətlərindən və telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir.”.

VI. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında «Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 392) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 6-cı maddənin ikinci hissəsi üzrə:

a) ikinci abzasda "haqq ödəmədən” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada " sözləri ilə əvəz edilsin;

b) dördüncü abzasda "pulsuz" sözü çıxarılsın, "şəxslərin" sözündən sonra "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada "sözləri əlavə edilsin.

2. 11-ci maddənin birinci hissəsinin altıncı abzasında "pulsuz" sözü "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada" sözləri ilə əvəz edilsin.

VII. "Qan və onun komponentlərinin donorluğu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 82) 14-cü maddəsi çıxarılsın. [1]

VIII. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunundan (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 477) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin sonuncu abzasında "pulsuz" sözü "müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada" sözləri ilə əvəz edilsin.

2. 5-ci maddənin beşinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara şəhər və şəhərətrafı nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir".

3. 6-cı maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tibb müəssisələrinin göndərişi əsasında Azərbaycan Respublikasının hüdudları daxilində sanatoriya-kurort müalicəsi və müalicə ocaqlarına gediş-gəliş xərcləri ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər".

IX. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il № 2 maddə 106) 25-ci maddəsinin birinci hissəsindən "şəhər nəqliyyatının bütün növlərində (taksidən başqa) pulsuz gediş-gəliş hüququndan, habelə" sözləri çıxarılsın.

X. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 452) 20.10-cu və 20.12-ci maddələri çıxarılsın.

XI. "Polis haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 611; Azərbaycan Respublikasının 2001-ci il 12 oktyabr tarixli 207-IIQD nömrəli Qanunu) 38-ci maddəsinin 4-cü və 6-cı bəndləri çıxarılsın.

XII. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 453) 101-ci, 106-cı və 107-ci maddələri çıxarılsın.

XIII. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 79; 1993-cü il № 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 378; 1998-ci il, № 1, maddə 15, maddə 16; 1999-cu il, № 4 maddə 228; № 5, maddə 286; 2001-ci il, № 6, maddə 362, maddə 363; Azərbaycan Respublikasının 2001-ci il 12 oktyabr tarixli 202-IIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 12-ci maddənin 4-cü bəndi çıxarılsın.

2. 13-cü maddənin 1-ci bəndindən "dava-dərmanın pulsuz verilməsi yolu ilə həyata keçirilən tibbi təminat" sözləri çıxarılsın.

3. 13-cü maddənin 5-ci bəndindən "güzəştli şərtlərlə ödənilən" sözləri çıxarılsın, "putyovkalarla" sözündən sonra "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada" sözləri əlavə edilsin.

XIV. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmət keçmə haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 14) 148-ci maddəsinin birinci hissəsindən "Hüququnu, pulsuz dava-dərman almaq" sözləri çıxarılsın.

XV. "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 18) 12-ci maddəsinin dördüncü hissəsi çıxarılsın.

XVI. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük Orqanlarında xidmət haqqında Əsasnamə"sinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 12) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 95-ci maddədən "həddi məhdudlaşdırılmamaqla" sözləri çıxarılsın.

2. 98-ci maddənin ikinci hissəsinin əvvəlinə "Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən" sözləri əlavə edilsin.

3. 112-ci, 125-ci və 126-cı maddələr çıxarılsın.

XVII. "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 84; 1993-cü il, № 7, maddə 137; № 15, maddə 422, maddə 437; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il № 7, maddə 444; 1999-cu il № 5, maddə 286; Azərbaycan Respublikasının 2001-ci il 27 fevral tarixli, 94-IIQD nömrəli, 2001-ci il 12 oktyabr tarixli, 207-IIQD nömrəli qanunları) 19-cu maddəsinin üçüncü hissəsində "pulsuz" sözü "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada" sözləri ilə əvəz edilsin.

XVIII. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun (1998-ci il, № 8, maddə 484; 2001-ci il, № 3, maddə 143) 35-ci maddəsinin birinci hissəsində "pulsuz və ya güzəştlə" sözləri "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada" sözləri ilə əvəz edilsin.

XIX. "Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 399; 2000-ci il, № 7, maddə 486) 8-ci maddəsinin dördüncü hissəsi çıxarılsın.

XX. "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 94) 4-cü maddəsinin altıncı abzası aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasının HİV/AİDS- xəstələnmiş vətəndaşlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ambulator və stasionar şəraitdə hər cür ixtisaslaşdırılmış və xüsusi yardım göstərilməsinə, onların dərmanla təmin olunmalarına, eləcə də Azərbaycan Respublikası hüdudları daxilində müalicə yerlərinə gedib-gəlmələrinə;" [2]

XXI. (Qüvvədən düşüb) [3]

XXII. “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 5) 13-cü maddəsinin üçüncü abzasında "pulsuz" sözü çıxarılsın və "müəssisələrində" sözündən sonra "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada" sözləri əlavə edilsin. [4]

XXIII. "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, maddə 125) 28-ci maddəsinin üçüncü hissəsi çıxarılsın.

XXIV. Azərbaycan Respublikasının Təhsil Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 24, maddə 1031; 1994-cü il, № 16, maddə 216, 1995-ci il, № 7, maddə 123; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226; № 4, maddə 287, maddə 294; № 6, maddə 450; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 5, maddə 285, maddə 286; 2001-ci il, № 3, maddə 138) aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. 26-cı maddənin üçüncü hissəsində "tələbələr" sözündən sonra "dövlət" sözü əlavə edilsin.

2. 48-ci maddənin 1-ci cümləsində "Nazirliklər, yerli dövlət orqanları" sözləri "Dövlət büdcəsindən maliyyələşdirilməyən" sözləri ilə əvəz edilsin.

XXV. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il № 3, maddə 143; № 6, maddə 362) aşağıdakı dəyişikliklər edilsin:

1. 220-ci maddənin beşinci hissəsi çıxarılsın.

2. 221-ci maddənin birinci hissəsində "fondu yaradılır" sözləri "fondu yaradıla bilər" sözləri ilə, ikinci hissəsinin üçüncü abzasında "mənfəətinin bir faizi miqdarında ayırmalar" sözləri "mənfəətindən ayırmalar" sözləri ilə əvəz edilsin.

XXVI. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8(I kitab), maddə 584) aşağıdakı məzmunda 257-2-ci maddə əlavə edilsin:

"Maddə 257-2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulması

Məcburi dövlət sosial sığortası qaydalarının mütəmadi olaraq pozulmasına görə –

fiziki şəxslər şərti maliyyə vahidinin 20 misli miqdarında, vəzifəli şəxslər şərti maliyyə vahidinin 30 mislindən 50 mislinədək miqdarda cərimə edilir".

XXVII. "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 522) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 10.1.3-cü maddədən "və Dövlət Məşğulluq Fondunun" sözləri çıxarılsın.

2. 17-ci maddə üzrə:

a) 17.4-cü maddədən "Dövlət Məşğulluq Fonduna məcburi ayırmaların ödənilməsi haqqında rüblük" sözləri çıxarılsın;

b) 17.8-ci maddədə "əlillərə görə Əlilləri Sosial Müdafiə Fonduna, digər şəxslərə görə isə Dövlət Məşğulluq Fonduna" sözləri "Dövlət Sosial Müdafiə Fonduna" sözləri ilə əvəz edilsin.

3. 18-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 18. İş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi

18.1. İş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə əlaqədar tədbirlər məcburi dövlət sosial sığorta haqları hesabına müvafiq Dövlət Proqramına uyğun olaraq maliyyələşdirilir. Dövlət Proqramı hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

18.2. İşsizlik müavinətləri üzrə bank əməliyyatlarına görə haqq ödənilmir".

4. 20.4-cü maddədə "Dövlət Məşğulluq Fondunun" sözləri "Dövlət Sosial Müdafiə Fondunun" sözləri ilə əvəz edilsin.

5. 30.2-ci maddə çıxarılsın. [5]

XXVIII. Bu Qanun 2002-ci il yanvarın 1-dən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 15 noyabr 2001-ci il
№ 214-IIQD

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10)
  2. 3 may 2005-ci il tarixli 904-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 iyul 2005-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 562)
  3. 21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №02, maddə 70)
  4. 29 iyun 2018-ci il tarixli 1196-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 avqust 2018-ci il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1669)
  5. 20 oktyabr 2020-ci il tarixli 189-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr 2020-ci il, № 262, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, maddə 1419)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 may 2005-ci il tarixli 904-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 iyul 2005-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 562) ilə VII hissə ləğv edilmişdir.

 

[2] 21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №02, maddə 70) ilə XX hissə ləğv edilmişdir.

 

[3] 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10)  ilə Qanunun XXI hissəsi qüvvədən düşmüş hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

XXI. "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 406; 2001-ci il, № 6, maddə 362, maddə 376) 28-ci maddəsinin dördüncü hissəsində "pulsuz" sözü çıxarılsın, "istifadə etmək" sözlərindən sonra "üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə müavinət almaq” sözləri əlavə edilsin.

 

[4] 20 oktyabr 2020-ci il tarixli 189-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr 2020-ci il, № 262, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, maddə 1419) ilə XXII hissə ləğv edilmişdir.

 

[5] 29 iyun 2018-ci il tarixli 1196-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 avqust 2018-ci il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1669) ilə XXVII hissə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status